Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)
Və yaxud, fitrətləri pozulmuş, vicdanları çürümüş şarlatan münafiqlər, hiyləgər zındıqlar (dinsiz, kafir) kimi, əllərinə keçməyən hidayətdən xalqları aldadıb azdırmaq, hiylə edib çevirməkmi istəyirlər ki, sənə qarşı gah kahin, gah məcnun, gah sehrbaz deyib, özləri də inanmadıqları halda başqalarını inandırmaqmı istəyirlər? Belə hiyləbaz şarlatanları insan sayıb hiylələrindən, inkarlarından mütəəssir olaraq (üzülərək) fütur gətirmə (usanma). Daha çox cəhd göstər. Çünki onlar öz nəfslərinə hiylə edərlər, özlərinə zərər edərlər. Və onların pislikdə müvəffəqiyyətləri müvəqqətidir və istidracdır (dərəcə-dərəcə əzaba yaxınlaşmaları üçün verilən nemətlərdir), bir məkr-i İlahidir (onların hiylələrinə qarşılıq Allahın nizamı, oyunudur). (Sözlər, səh: 353)
Münafiqlər tələ quran olarlar. Axırzamanda hz. Mehdi (ə.s)-a işarə edir. Vicdanları çürümüş, qalmaqalçı münafiqlər hidayəti özü tapa bilmədiyi üçün insanları da azdırmaq istəyir. Usandırmaq üçün əxlaqsız olaraq böhtanlar atarlar, amma peyğəmbərlərdə, hz. Mehdi (ə.s)-da şövq artar, amma bəzi müsəlmanlarda usanma meydana gətirə bilər. Daha şövqlü olmaq lazımdır. Keçici müvəffəqiyyətləri vardır. Səni məhkəməyə verə bilərlər, sənin əleyhində alçaqlıq edə bilərlər. Bir araya gəlib, həqiqətən, müvəffəqiyyətli kimi olar. Bu çaşdırıcı şey istidrac adlanır, çaşdırıcı hallar olar. Amma keçicidir. Amma bu müvəffəqiyyət onların əzaba yaxınlaşması üçün nemət olaraq verilir. Onun cəhənnəmdəki dərəcəsi artır, möminin cənnətdəki dərəcəsi artır. Allahın onlara qurduğu bir tələsidir.