Əbu Tama Haravi İmam Rzadan soruşdu:
"(Tanıya bilməyimiz üçün) Qaimimizin əlaməti nədir?"
Hz. Rza cavab verdi:
"Əlamətlərindən biri yaşı çox olmasına baxmayaraq görünüşünün gənc olmasıdır. Ona baxan biri, yaşının qırx və ya daha az olduğunu təxmin edəcək. Əlamətlərindən biri də vəfat edəcəyi zamana qədər heç qocalmayacağıdır."
"Mehdi zühur edəndə insanlar onu inkar edəcək, çünki, onlar yaşlı birini düşünərkən, o, onlara gənc bir üzlə yaxınlaşacaq."
HZ. MEHDİDƏ HZ.NUHUN TƏBİƏTİ, XARAKTERİ VARDIR
İmam Səyyad deyir ki: "İmam Mehdidə hz.Nuhun təbiəti vardır və bu ömrünün uzun olmasıdır."
(Kamaluddin,p. 322 and Montakhabal, 2/275)
HZ. MEHDİ ÇIXANDA SƏBƏB İRƏLİ SÜRƏNLƏR OLACAQ
İmam Sadiqdən: "Qaimimiz çıxanda hər kəs, Allahın kitabından səbəblər qarşıya qoyar. Mehdi şərhlər edərək Allahın kitabını (Quranı) açıqlayar."
(ghaibatımanı: 297)