Türkiyə “Cəhənnəm alovu”na şərik olmasın
ucgen

Türkiyə “Cəhənnəm alovu”na şərik olmasın

2231

Səmadan gələn ürküdücü fit səsi… Pakistan, Yəmən, Əfqanıstan, Liviya, Somali xalqının kabusu pilotsuz uçuş aparatları... Qadın, uşaq, qoca ayırımı etmədən bu qurğular minlərlə kilometr uzaqlıqdakı əmr mərkəzindən istiqamətləndirilərək bu yoxsul bölgələrə «cəhənnəm alovu» yağdırır.

“Cəhənnəm alovu” və ya «Reaper» Amerikanın pilotsuz uçuş aparatlarından atdığı bombalara verilən addır. Əfqanıstan və Pakistanın kəndlərində xalqın kabusuna çevrilən pilotsuz uçuş aparatları xalqda travmatik pozğunluqlara səbəb oldu. Təyyarələrin səsini eşidən uşaqlar ağlamağa, qışqırmağa başlayır. Bu təyyarələr uşaq, qadın, qoca, məzlum, mülki şəxs ayırd etmədən bəzən bir ailəni, bəzən cənazə mərasimində bir araya gələn kəndliləri, bəzən də toyda yallı gedən gəncləri öldürür. Səbəb isə odur ki, “o toyda, o cənazə mərasimində, o kənddə radikallar vardı.” Heç bir səbəb 3 yaşında bir qız uşağını, məktəblini, 80 yaşında bir nənəni havadan atılan bir bomba ilə tikə-tikə edilməsinə əsas ola bilməz.

Pilotsuz uçuş aparatları Buş dövründən etibarən Əfqanıstan, Pakistan, Liviya, Somali və Yəmənin kəndlərində insanların yaşadığı bölgələrdə geniş şəkildə tətbiq edilir. Corc Buşun iqtidarda olduğu dövrdə həyata keçirilən pilotsuz uçuş aparatı hücumlarında ölənlərin sayı Obama dövründə 6 dəfə artdı.[1] İnsan hüquqları təşkilatlarının verdiyi rəqəmlərə görə, təkcə Pakistanda 3 min 500-dən çox insan öldü. Ölənlərin 178-i uşaqdır. Bunlar rəsmi rəqəmlərdir, qeyri-rəsmi rəqəmlər ölənlərinin sayının daha yüksək olduğunu göstərir. Yəməndə pilotsuz uçuş aparatı hücumlarında ölənlərin sayı mindən çoxdur. 2013-cü ilin fevralında Cənubi Karolina senatoru Lindsey Qraham pilotsuz uçuş aparatı hücumlarında bu günə kimi 4 min 700 nəfərin öldürüldüyünü qürurla bildirmişdi.[2] Əfqanıstanda pilotsuz uçuş aparatı hücumlarında həyatını itirən ən son mülki şəxs isə pakistanlı qaçqın olan 75 yaşındakı Gul Navazdır. Xost əyalətinin Alişir bölgəsində yaşayan Gulün niyə öldürüldüyünə dair Xost əyalət başçısının bölgədəki NATO qüvvələrinə verdiyi sorğu isə cavabsız qaldı.

Keçən aylarda Talibanın Pakistanda bir məktəbə etdikləri terror hücumunda 148 uşaq öldü. Pilotsuz uçuş aparatı hücumlarında isə bu günə kimi 178 nəfər həlak oldu. Terror və ya pilotsuz uçuş aparatı hücumunun olmasının fərqi yoxdur. Əgər uşaqlar ölürsə, təcili tədbir alınmalıdır. Pilotsuz uçuş aparatı hücumlarının qarşısını alacaq tədbirlər alınmasa, bu bombalama sayındakı artım dünya uşaqlar oyun oynayarkən, qadınlar uşaqlarını böyüdərkən öldürüldüyü bir cəhənnəmə çevriləcək.

Unudulmamalıdır ki, belə bir mənzərə Qərb xalqına nə qədər uzaqdırsa, Şərq xalqlarına da o dərəcədə uzaq olmalıdır. Dünyaya sülh, ədalət gətirmək missiyasını üzərinə götürən Qərb ölkələri sözdə deyil, əməldə insan hüquqlarına verdikləri əhəmiyyət ölçüsündə ciddiyə alınırlar. Şərq xalqlarının insan hüquqlarının Qərbdən dəyərsiz görüldüyü dünyagörüşündə götürülən missiyanın sözdən uzağa getməyəcəyi aydındır.

Hazırda dünyanın münaqişə baş verən bölgələrində insan hüquqlarının pozulmasına ən ciddi nümunələrindən biri də pilotsuz uçan aparatlardır. Mülki şəxsləri öldürmək böyük cinayət olduğu halda, döyüşçü olduğu iddia edilən insanların hər hansı bir sorğulama, mühakimə etmədən havadan bombalayaraq öldürmək insan hüquqlarının ciddi şəkildə pozulmasıdır, müharibə hüququna ziddir. Texnoloji nailiyyətlərin zirvəyə çatddığı dövrümüzdə pilotsuz uçan aparat texnologiyası «ovla, biç, öldür» məntiqi ilə deyil, ancaq və ancaq maddi texniki və kəşfiyyat məqsədli istifadə edilməlidir. Hətta bu texnologiya daha da inkişaf etdirilərək bir mülki şəxsin belə zərər görməyəcəyi şəkildə kəşfiyyat məlumatı toplanaraq terror hücumlarının qarşısının alınması hədəf alınmalıdır.

Hazırda terrora yol açan amilin zorakılıq olduğu unudulmamalıdır. Terrora qarşılıq verərkən mülki şəxslər zərər çəkirsə, bu terror qruplaşmaları üçün bir fürsətdir. Gözünün qabağında oyuncağı ilə oynanayan uşağının «cəhənnəm alovu» bombaları ilə tikə-tikə olduğunu görən ata, bu mənzərəyə şahid olan kəndlilər terror qruplaşmaları tərəfindən asanlıqla yola gətirilib düşmən halına gəlirlər. Bu halda günahkar kim deyə soruşsanız, problemləri diplomatiya, dialoq, maarifləndirmə, qarşılıqlı anlaşma yolu ilə həll etmə yolunu seçməyib tələsik davranıb silahlara sarılanlar daxil olmaqla, sülhə fürsət verməyən hər kəsdir.

Bu nöqtdədə Türkiyədəki İncirlik Hərbi Hava Bazasından pilotsuz uçuş aparatlarının «hell fire» raketləri ilə yüklənib qalxacağına dair söyləntilər ürküdücür. Türkiyə NATO və BMT çərçivəsində bu günə qədər iştirak etdiyi missiyaların heç birində silahdan istifadə etmədi. Türk əsgəri hər zaman maarifləndirmə və yardım məqsədi ilə getdiyi xarici ölkələrdə dost kimi sevildi, hörmət gördü, qorundu. Türkiyə bundan sonra da  sanki bir cəhənnəmə çevrilən Yaxın Şərqdə məzlumların qorunması üçün əlindən gələn imkanları ən yaxşı şəkildə istifadə etməlidir. Türkiyə 1.6 milyon suriyalı qaçqına ən çox sığınacaq verən ölkə olaraq dünyaya sülh və insanlıq dərsi verdi. Bundan sonra Türkiyədən gözlənilən ikinci dərs silah və bombanın öncəlik olduğu insafsız siyasətlərin uğursuz olduğunu isbat edərək sevgi, anlayış, dialoq və diplomatik münasibətlərin yer aldığı humanist siyasətlərin qalib gəldiyini isbat etmək olmalıdır.

[1] http://www.thebureauinvestigates.com/2014/01/23/more-than-2400-dead-as-obamas-drone-campaign-marks-five-years/

[2] http://www.theguardian.com/world/2015/mar/16/aclu-files-new-lawsuit-over-obama-administration-drone-kill-list

 

Adnan Oktarın «Pakistan Observer» & «CSS Current Affairs»də dərc olunan məqaləsi:

http://pakobserver.net/detailnews.asp?id=261213

http://epaper.pakobserver.net/201503/28/comments-2.php

http://csscurrentaffairs.pk/dont-use-drones-to-kill-by-harun-yahya/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr