İmam Baqir (ə.s) belə buyurmuşdur: "QAİMİMİZ (HZ. MEHDİ (Ə.S.)) QİYAM ETDİYİ ZAMAN ƏLİNİ QULLARIN BAŞININ ÜSTÜNƏ QOYAR, BELƏLİKLƏ AĞILLARINI CƏMLƏYƏR, İNKİŞAFLARINI MÜKƏMMƏLLƏŞDİRƏR. ALLAH FİKİRLƏRİNİ VƏ HİSSLƏRİNİ GÜCLƏNDİRƏR. BELƏ Kİ, ÖZLƏRİYLƏ QAİM (HZ. MEHDİ) ARASINDA HEÇ BİR MANEƏ QALMAZ…" (Yevm'ul-Halas, s. 269)
Hz. Mehdi (ə.s.)-ın zühurunun ardından ona tabe olan insanlar üzərində səmimiyyət və ağıl artımı olacaq. Hz. Mehdi (ə.s.) insanların əxlaq və şəxs olaraq yetkinləşmələrinə vəsilə olacaq, bu inkişaf nəticəsində isə insanların Allahın ayələrini anlama gücləri və anlayışları açılacaq.