Sovet İttifaqının Əfqanıstanı işğal etdiyi dövrdə ABŞ «Yaşıl kəmər» siyasətini tətbiq etməyə başladı. Bu siyasətə görə, Yaxın Şərqdə kommunizmə və SSRİ-yə qarşı İslamdan istifadə etmək əsas idi. Bu istiqamətdə ABŞ Yaxın Şərqdə İslami inkişafı nəzarət altına alaraq və ya provakasiya edərək SSRİ-nin təsiri ilə meydana gələn kommunizmin bölgə ölkələrinə yayılmasının qarşısını almağa çalışırdı. (1)
Bu siyasətin tələbi olaraq ABŞ Əfqanıstanda işğalçı sovet əsgərlərinə qarşı döyüşən qiyamçılara (mücahidlərə) dəstək verdi. Bu dəstəyi alanların ən diqqət çəkən isimlərindən biri də Üsamə bin Laden idi. Üsamə bin Laden 1979-1989 illərdə Əfqanıstan sovet işğalı altında olarkən Əfqanıstana getmiş və sovetlərə qarşı döyüşmüşdü.
O dövrdə ABŞ-a görə, qiyamçılar kommunistlərlə ABŞ-ın mənfəəti üçün döyüşən partizanlar idi. İşğalçı sovetlərə görə isə qiyamçılar terroristlər idi. Bu gün qiyamçılar Əfqanıstanda döyüşməyə davam edir, ancaq indi ABŞ-a görə, onlar terroristdir.
ABŞ dərin dövlətinin keçmişdəki ən sadiq döyüşçüsü kimi qəbul edilən Üsamə bin
Ladenin başqa bir ölkənin ərazisində həyata keçirilən gizli əməliyyatla öldürülməsində isə heç bir tərəddüd olmadı.
ABŞ-ın bir vaxtlar münasibətlərinin çox yaxşı olduğu, sonradan əsas düşmən elan etdiyi liderlərə bir digər nümunə isə Panamanın keçmiş rəhbəri Manuel Noryeqa idi.
Noryeqa karyerasına ABŞ-da aldığı “psixoloji müharibə” təhsili ilə başlamış, bundan sonra da Panama gizli kəşfiyyatı G2-nin rəhbəri olmuşdu. ABŞ-ın dəstəyi ilə Panamanın başına keçən Noryeqa Amerika üçün o qədər önəmli idi ki, prezident Buş ilə təkbətək yeməyə belə qəbul edilmişdi. Lakin daha sonra Vaşinqtonun məmnun olmadığı işlərinə görə Noryeqa 1989-cu ildə ABŞ-ın Panamaya müdaxiləsi ilə devrildi. Noryeqa artıq ABŞ-ın sadiq mütəffiqi deyil, «narkotika qaçaqmalçısı və demokratiya düşməni diktator idi». (2)
Belə strateji dalğalanmalara Amerika tarixində rast gəlmək mümkündür. Bunun son nümunəsi hazırda Yaxın Şərqdə baş verir. Koreya və Vyetnamda kommunizmə qarşı mübarizə aparmış Amerika ordusu hazırda kommunist terror təşkilatı olan PKK-nın Suriyadakı qolu olan PYD və onun silahlı qanadı YPG-ni dəstəkləməklə məşğuldur. Bəs kimə qarşı? Əfqanıstanda kommunistlərə qarşı dəstəklədiyi qiyamçılarla eyni çizgidə olan İŞİD-ə qarşı.
ABŞ-ın xarici işlər nazirliyinin nümayəndəsi Con Kibri 27 iyul 2015-ci ildə Vaşinqtondakı mətbuat konfransında “(YPG) Hazırda onsuzda koalisiya qüvvələrinin hava dəstəyini alır” deyərək Amerika ilə bölgədəki kommunist kürdlər arasındakı əməkdaşlığı rəsmi olaraq təsdiqləmiş oldu. (3)
ABŞ-ın keçmişdə etdiklərini nəzərə aldıqda YPG-yə verilən bu dəstəyin müəyyən məqsədlərə çatıqda kəsiləcəyi düşünülə bilər. Hətta YPG-nin Amerika dərin dövləti tərəfindən aradan qaldırıla biləcəyini söyləmək də mümkündür.
ABŞ keçmişdə Məsud Bərzaninin atasına İraqa qarşı üsyan etməsi üçün dəstək vermiş, lakin sonradan bu dəstəyi geri çəkmişdi. İraqlı diktator Səddam Hüseyn İslam inqilabı olduğu zaman İrana qarşı dəstəklənmiş və İranın zəiflədilib nəzarət altında saxlanması üçün istifadə edilmişdi. Küveytin işğalından sonra ABŞ Səddamın da eynilə Noryeqa kimi qan içən diktator olduğunu "xatırladı" və onu da hərbi əməliyyatla devirdi.
Bütün bunları nəzərə aldıqda, YPG-nin də ABŞ dərin dövlətinin "istifadə et, sonra at" strategiyasının məhsulu olduğu görünür. Diqqət edilməli olan əsas məsələ ABŞ dərin dövlətinin YPG-ni istifadə etməyə niyə ehtiyac duyduğu və bu vəziyyətin nələrə yol aça biləcəyidir.
Amerika Yaxın Şərqdəki problemləri bir-birindən müstəqil olaraq ələ alır və problemlərin həllinin "müharibədə" olduğunu düşünür. Ancaq ortaya çıxan mənzərə Amerikanın yanaşmasının o qədər də doğru olmadığını ortaya qyur. Belə ki, problemlər həll edilmək əvəzinə getdikcə daha da artır.
ABŞ kommunizmə qarşı Latın Amerika diktatorlarını və radikal İslami ünsürləri dəstəklədi. Sonradan diktatorları hədəf aldığı mərhələyə keçdi. Yaxın Şərqdə Səddam hədəf alındıqda Fellucədə, Əbu Qərib həbsxanasında və Quantanamoda baş verənlər İraqdakı xalqı radikal islamçılara çevirdi, Bəəs əsgərlərini bunların dəstəkçisi halına gətirdi. İraq daxili işlər nazirliyinin məlumatlarına görə, İŞİD-in yüksək rütbəli 6 komandiri Amerika əsgərləri tərəfindən həbs edilmiş Bəəs əsgərləri idi. (4)
ABŞ dərin gücləri indi isə kommunist YPG partizanlarını radikal ünsürlərə qarşı cəbhəyə salır. Terrora qarşı müharibə siyasəti Amerikanı sürətlə dalana sürükləyir. İndi də bu siyasətin bir parçası olan YPG-ni dəstəklədiyi üçün müttəfiqi Türkiyəni itirmək riski ilə üz-üzədir.
ABŞ Yaxın Şərqdə çıxılmaz vəziyyətə düşmüş təəssüratı yaradır. Kommunizmin və İslam fanatikliyinin təkcə ABŞ üçün deyil, bütün dünya üçün təhlükə olduğu bir gerçəkdir. Ancaq bu təhlükəni aradan qaldırmağın yolu hər yerə bomba yağdırmaq deyil. Kommunizmə qarşı ən effektiv mübarizə yolu onun materialist iddialarına elmi cavab verməkdir. Fanatik İslam anlayışına qarşı isə bu anlayışın müdafiə etdiyi dəyərlərin Quran ilə uyğun gəlmədiyinin çatdırılmasıdır. Bunu edə biləcək müsəlman qrupların təşviq edilməsi, istər Avropa və Amerika, istərsə də Yaxın Şərqi rahatladacaq. Əgər ABŞ bunları nəzərə almayıb öz siyasətində israr edərsə, öhdəsindən gələ bilməyəcəyi qədər böyük problemlərlə qarşı-qarşıya qalacaq.
İstinadlar:
http://www.hurriyet.com.tr/english/opinion/10809118.asp
http://www.theguardian.com/world/2010/apr/27/manuel-noriega-us-friend-foe
http://www.hurriyet.com.tr/dunya/29679825.asp
http://www.haber7.com/ortadogu/haber/1127896-iste-isidin-lider-kadrosu
Adnan Oktarın «Diplomacy Pakistan»da dərc edilən məqaləsi :