Yer üzündəki hər insanın özünə görə doğru və səhvləri vardır. Hər birinin doğrularını təsbit etmədəki qaynağı isə fərqlidir. Kimi oxuduğu bir kitabı, kimi ətrafında gördüyü bir insanı, kimi bir siyasətçini, kimi isə bir filosofu özünə rəhbər edər. Halbuki ən doğru və insanı qurtuluşa qovuşduracaq tək yol Allahın insanlar üçün təyin etdiyi dindir. Və bu yolda insanın tək hədəfi Allahın məmnuniyyətini, rəhmətini və Cənnətini qazanmaqdır. Digər yollar, insanlara nə qədər bəzəkli, cazibədar kimi görünsə də, bu, aldadıcıdır. Hamısı insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək bir çöküşə, ümidsizliyə, bədbəxtliyə və acı bir əzaba sürüyər.
Kimlərin doğru yola çatdırıldıqları isə Quranda bildirilən sirlərdir. Bunlara uyanlar, Allahın doğru yoluna çatdıraraq, Cənnətində qonaq etdiyi qullardır.
Qəti məlumat ilə iman etmək
Hər şeydən əvvəl adamın doğru yola çatdırılması üçün iman etməsi lazımdır. Əgər bir insan göylərin, yerin və ikisi arasındakıların tək sahibi və yaradıcısının Allah olduğuna və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğuna iman edib, həyatı boyunca Allahın rizasını axtarsa, Allah onu doğru yola çatdırar. Allaha, axirətə və Qurana imanın isə qəti bir iman olması lazımdır. Bəzi insanlar, hər nə qədər iman etdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik vardır. Belə insanlar, inkarçılarla birlikdə olduqlarında onların təsirinə girib din əxlaqını yaşamaqda asanlıqla zəiflik göstərə bilməkdə, Allaha və dinə qarşı bir rəftar sərgiləyə bilirlər. Halbuki Allahın doğru yola çatdırdığı qullarının imanı qəti və şübhəsizdir:
Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. (Həcc surəsi / 54)
Tam bir təslimiyyətlə Allaha yönəlmək
İman edənlərin tam bir təslimiyyətlə Allaha yönəlmələri, Allaha ürəkləri arxayın olaraq bağlanmaları da doğru yola çatdırılmanın sirridir. Allaha iman edən və axirətdən qorxan bir möminin dünyaya meyilli bir ehtirası yoxdur. Tək məqsədi Allahı razı etməkdir. Bu səbəblə, bir mömin hər davranışında Allaha yönələr, Allahın özünü sınadığını bilərək, hər hadisədə Allahın özü üçün yazdığı qədərə tabe olar. Allah Özünə təslim olanların doğru yola çatdırılacağını bu şəkildə bildirmişdir:
Allahın ayələri sizə oxunurkən və Onun elçisi içinizdəykən necə olur ki inkar edirsiniz? Kim Allahdan möhkəm yapışsa, artıq o, əlbəttə, doğru yola çatdırılmışdır. (Ali İmran surəsi, 101)
O: "Dini doğru tutun (qoruyub saxlayın) və onda ayrılığa düşməyin" deyə dindən Nuha vəsiyyət etdiyini və sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya vəsiyyət etdiyimizi sizin üçün də qanuni etdi (bir şəriət etdi). Sənin onları çağırdığın şey, müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni seçər və içdən Özünə yönələni hidayətə çatdırar. (Şura surəsi, 13)
Verilən öyüdləri yerinə yetirmək
Allahın doğru yola çatdırılmaq istəyən qullarına bir başqa əmri isə bu şəkildədir:
... Onlar, özlərinə verilən öyüdü yerinə yetirsəydilər, bu, şübhəsiz, onlar üçün xeyirli və daha möhkəm olardı. Biz də onlara, o zaman yanımızdan böyük bir əcr verərdik. Və onları mütləq doğru yola yönəldib-çatdırardıq. (Nisa surəsi, 66-68)
Allahdan qorxan möminlər həmişə səhvlərindən təmizlənmək və Allahın ən çox razı olacağı əxlaqa çatmaq üçün çalışarlar. Ancaq, əlbəttə, səhvlərdən sürətlə təmizlənmək və doğru yola çatdırılmaq üçün adamın təvazökar olması lazımdır. Təvazökar və təmizlənməyi istəyən bir insan başda Allahın əmrlərini tam olaraq yerinə yetirər. Ayrıca saleh möminlər bir-birlərinin vəliləridir. Bir-birlərinə yaxşılığı əmr edər, pislikdən məhrum edərlər. Bu səbəblə, möminlərin bir-birilərinə verdiyi nəsihətlərə qarşı da təvazökar olması, bir səhvi mömin bir qardaşının özünə söyləməsinin axirəti üçün böyük bir nemət olduğunu bilərək söz dinləməsi lazımdır. Özünə verilən öyüdlərə əməl edən bir insan sürətlə səhvlərindən təmizlənəcək və Allahın ayədə bildirdiyi kimi, doğru yola çatacaq. Allah şeytana uymaqdan çəkinən, özünü Qurana və gözəl əxlaqa çağıran kəslərə tabe olan qullarına belə müjdə verir:
Tağuta qulluq etməkdən çəkinən və Allaha içdən yönələnlər isə; onlar üçün bir müjdə vardır, elə isə qullarıma müjdə ver. Ki onlar, sözü eşidərlər və ən gözəlinə uyarlar. Məhz onlar Allahın hidayətə çatdırdığı kəslərdir və onlar, təmiz ağıl sahibləridir. (Zumər surəsi, 17-18)