Elmi dəlillər əksini ortaya qoysa da eyni iddialar bəzi darvinistlər tərəfindən təkrar-təkrar gündəmə gətirilir. Darvinizmi yaşatmaq adına istifadə edilən üsullardan biri də budur. Belə ki, illər ərzində baş verən elmi irəliləyişlər darvinist dairələri, istəmədən də olsa, zülal və DNT molekullarının təsadüfən əmələ gəlməsinin mümkünsüzlüyü həqiqətini qəbul etməyə vadar etdi. Belə bir proses hüceyrə və lazımi zülallar eyni anda mövcud olmadan mümkün deyildi.
Bu vəziyyətdə edilməli olan elmi həqiqətləri qəbul edib darvinizmin əsassızlığını elan etməkdir halbuki, tam əksinə, darvinistlər son bir ümidlə əsassızlığı illər əvvəl ortaya qoyulmuş olan “RNT dünyası” fərziyyəsini yenidən gündəmə gətirmişlər. Bu məqalədə sözügedən fərziyyənin əsassızlığı bir daha xatırladılacaq və RNT haqqında çox əhəmiyyətli məlumatlara yer veriləcəkdir.
“RNT dünyası” fərziyyəsi nədir?
70-ci illərdə ibtidai dünya atmosferinin tərkibindəki qazların amin turşu sintezini mümkünsüz olduğunun başa düşülməsi, kimyəvi təkamül nəzəriyyəsi üçün böyük bir zərbə oldu. Miller, Faks (Fox), Penepruma (Ponnamperuma) kimi təkamülçülərin illər boyu apardığı “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum oldu. Bu səbəblə 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində, ilk əvvəl zülalların deyil, zülalların məlumatını daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.
1986-cı ildə Harvardlı kimyaçı Uolter Qilbert (Walter Gilbert) tərəfindən ortaya atılan bu ssenariyə görə, “Bundan milyardlarla il əvvəl, hər necəsə öz-özünü kopyalaya bilən bir RNT molekulu təsadüfən özü-özünə yaranmışdı. Sonra bu RNT molekulu ətraf mühit şərtlərinin təsiri ilə birdən-birə zülallar istehsal etməyə başlamışdı. Daha sonra məlumatları ikinci bir maddədə saxlamaq ehtiyacı doğmuş və bu ssenariyə görə hər necəsə DNT molekulu ortaya çıxmışdı”.
Hər bir mərhələsi ayrıca mümkünsüzlüklər zənciri olan bu ssenari, həyatın başlanğıcına açıqlama vermək əvəzinə, problemi daha da böyütmüşdür. Konkret elmi həqiqətlər, həyatın təsadüflərlə meydana çıxması iddiasının yeni bir versiyası olan “RNT dünyası” iddiasının qətiyyən mümkünsüz bir nağıl olduğunu ortaya qoymuşdur.
Elmi dəlillərə baxmayaraq “RNT dünyası” çırpınışları ilə təkamül sübut oluna bilməz
“RNT Dünyası” iddiası dövrümüzdə son bir çırpınış olaraq dəstəklənir və bu mövzu ilə bağlı bir çox məqalə dərc olunur. Bunlardan 23 iyun 2016-cı il tarixində Hornin (Horning) və Goys (Joyce) tərəfindən nəşr olunan bir məqalə [1], ibtidai şəraitdə RNT molekullarının öz-özünü kopyalaya bildiyi iddiasında olduğu üçün təkamülçülər arasında olduqca maraq görmüşdür.
Halbuki məqalədə yer alan təcrübə yalnız hazır RNT, hazır ribosom və hazır katalizatorların varlığında RNT-lərin çoxala bildiyini göstərmişdir. Bu çoxalma isə olduqca məhdud və problemlidir. Məqalədə funksional bir RNT-nin yoxdan var olması heç bir şəkildə açıqlanmamışdır. Qaldı ki, bir RNT molekulunun hüceyrə xarici şəraitdə saxlanması mümkün deyil. Günəş işığı, temperatur, kimyəvi reaksiyalar və digər müxtəlif enerji mənbələri molekulların dərhal pozulmasına səbəb olur.
RNT-lər də eynilə zülallar kimi 2 və 3 ölçülü quruluşa bükülürlər. Sadəcə düzgün quruluşa bükülən RNT-lər funksionaldır və bu quruluşlarına ancaq ribosom və zülalların varlığında qovuşa bilirlər. Hornin (Horning) və Goys (Joyce) sözügedən təcrübələrində RNT əsaslı bir ribosom düzəldərək bəzi oliqonukleotidləri, yəni hazır RNT-nin təməl maddələrini birləşdirəcək bir formaya salmışdırlar. Bu genetik mühəndislik sayəsində yenə şəraitə hazır olaraq buraxılan oliqonukleotidlərin müxtəlif kimyəvi sürətləndiricilərin (katalizatorlar) köməyi ilə birləşdiyi və çoxaldığı müşahidə olunmuşdur. Ancaq ortaya çox qısa zəncirli, fəaliyyətsiz və ölçüsüz RNT-lər çıxmışdır.
Hornin (Horning) və Goysun (Joyce) məqalədə özlərinin də etiraf etdikləri kimi “prosesin kompleks oliqonukleotidlər tələb etməsi ribosomların yalnız özlərini kopyalaya bilməsini təmin etmiş, ancaq əlavə və ya funksional RNT-lər ortaya qoyması mümkün olmamışdır”.
Əvvəla bu təcrübəyə kənardan müdaxilə edilmiş və bir molekulyar kopyalanmanın həyata keçməsi üçün lazımlı bütün digər elementlər laboratoriya şəraitində təmin edilmişdir. Digər bir sözlə təcrübə aparanlar təcrübə şəraitinə uyğunlaşdırılmış bir RNT zavodu yerləşdirmiş və bu zavoda ehtiyac duyduğu bütün xammalı təmin etmişlər. Habelə təcrübə nəticənin istədikləri kimi çıxması üçün dəfələrlə sınaqlar apararaq xüsusi bir RNT molekulu seçmişlər. Halbuki, RNT-lərin həqiqi istehsalı prosesində nə bir RNT zavodu, nə bu zavodda işlənəcək xammallar, nə də istehsala nümunə ola biləcək hazır və seçilmiş bir RNT var.
Təcrübə üçün lazımlı bütün xammalların əvvəlcədən təmin olunması ilə bağlı kimyaçı və molekulyar genetik Stiven Benner da “təcrübənin doğru belə olsa, çoxalmağa imkan verən kimyəvi mühitin gerçək şəraitlə üst-üstə düşmədiyini, A, G, C və U-ların (nukletodidlərin yəni RNT xammallarının) necə ortaya çıxdığını və bir araya gəldiyini açıqlamadığını, funksional RNT-lərin necə ortaya çıxdığının hələ də qeyri-müəyyən” [2] olduğunu söyləmişdir.
Bu təcrübədəki RNT zavodu yəni düzəldilmiş ribosom içərisində zülal olmayan xüsusiyyətdə bir ribosomdur. Buna şüurlu olaraq təhrif edilmiş bir ribosom da demək olar. Ribosom normalda müxtəlif zülallardan və ribosom-RNT-si (rRNT) molekullarından meydana gəlir. Vəzifələri hüceyrə içində özlərinə çatan mesajçı RNT-lərin daşıdığı RNT və zülal məlumatlarını istifadə edilə bilən məhsullara çevirməkdir. Sadə bir ribosom ən az iki ribosom-RNT-si (rRNT) ehtiva edir. Nümunə olaraq bunlardan biri olan “23S” molekulu 2906 hərf uzunluğunda, bir başqası (28S) 5070 hərf uzunluğunda, digərləri isə ən azı 120 hərf uzunluğundadır. Bu hərf uzunluqları ribosomu təşkil edən RNT-lərin olduqca mürəkkəb olduğunu göstərən əlamətlərdir. Sözügedən təcrübədə kopyalanan RNT isə yalnızca 15 hərf uzunluğundadır.
RNT başqa bir RNT olmadan sintez oluna bilməz, bu da Yaradılışı sübut edir
RNT istehsalını təmin edəcək şərait üçün təcrübədə əldə edilən nəticədən çox daha mürəkkəb molekullar istifadə etdikdən sonra eyni ssenarinin nəzarətsiz bir şəraitdə işləyə biləcəyini iddia etmək yalnız bir yalandan ibarətdir. Bu təcrübə əslində, bir RNT-nin başqa bir RNT olmadan sintezlənə bilməyəcəyini isbat etmişdir. RNT onun istehsalını təmin edəcək ilk RNT molekulları və digər lazımlı zülal və bütün hüceyrə sistemləri ilə bir anda ortaya çıxmış olmalıdır.
Bu səbəbdən “RNT dünyası” iddiasını dəstəkləməyə çalışan bu təcrübə, üslubu etibarilə dəfələrlə çürüdülən Miller təcrübəsinə olduqca oxşarlıq göstərir. Miller təcrübəsi xüsusi hazırlanmış bir şəraitdə zülalların guya öz-özünə əmələ gəldiyini göstərməyə çalışmış və təkamülçü iddialar baxımından uğursuz olmuşdur. Çünki təcrübə, aminturşuların yalnız bütün şərtləri xüsusi olaraq tənzimlənmiş bir laboratoriya şəraitində, şüurlu müdaxilələrlə əldə oluna biləcəyini göstərmişdir. Bütün bunların bizi gətirdiyi nəticə aydındır: canlılığı ortaya çıxaran güc, şüursuz təsadüflər deyil, “Yaradılışdır”.
Təkrar-təkrar gündəmə gətirilən “RNT dünyası” təcrübəsi də RNT-lərin sintezlənə bilməsi üçün başqa RNT molekullarına ehtiyac olduğunu, buna görə də təkamül prosesinin heç vaxt baş vermədiyini və hər şeyin Allah tərəfindən qüsursuz şəkildə yaradıldığını bir daha sübut etmişdir.
[1] http://www.pnas.org/content/113/35/9786
[2] http://www.sciencemag.org/news/2016/05/rna-world-inches-closer-explaining-origins-life