Adnan Oktarın 21 noyabr 2009-cu il tarixli Kral Qaradəniz və Kanal Urfa müsahibəsindən
Adnan Oktar: “Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk”. Bu ayənin əbcədi əsrimizə işarə edir. Bununla yanaşı Mehdiyə də işarə edir. Çünki Kəhf surəsi Mehdi ilə əlaqəli bir surədir. Peyğəmbərimiz axırzamanda Əshabu-Kəhfin Mehdinin köməkçiləri olduğunu bildirmişdir. Bu nə deməkdir? Kəhf surəsi və Mehdi iç-içədir. “Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər”. Bu da kimdir? İddia edilən Ergenekon Təşkilatı, yəni dəccaliyət. “Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. Rəbbinin ayələri yadına salınarkən ...”. Məsələn, biz də, ayələri xatırladırıq. “Onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər?” Üz döndərir məsələn, izah edirsən, amma dinləmək istəmir. Öz işinə baxmaq istəyir. “Əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər?” Məsələn, yaxşılıqlar da etmiş, amma onları da unutmuş, gözəl ibadətləri olmuş, gözəl hərəkətləri olmuş onlardan da imtina etmiş. “Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik”. Bu mütəşabeh deyil. Allah bu insanları anlamayacaq, qavramayacaq şəkildə yaradır. Yəni "ölüdürlər" deyir. Allah: "Siz onu diri zənn edərsiniz" deyir. Allah onsuz da mövzuya açıqlıq gətirir, yəni bunlar yeriyən ölüdürlər. “Qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər”. Bax Allah, "heç vaxt" deyir. Yəni sonsuza qədər belə yaradılmış, xüsusi yaradılmış. “Qulaqlarına da tıxac vurduq” -deyir. Qulağı xüsusilə bağlanılmış, dinləmir, anlamır. “Rəbbin Bağışlayandır, mərhəmət sahibidir”. Bəli, müsəlmanlar elə olacaqlar, Allahın əxlaqıyla əxlaqlanacaqlar, bağışlayıcı olacaqlar, gözəl əxlaqlı olacaqlar.