RNT dünyası tezisi, həyatın başlanğıcı mövzusundakı bütün təcrübələrin müvəffəqiyyətsiz olması üzərinə darvinistlər tərəfindən çarəsizlikdən ortaya atılmış saxta qurtarıcı tezisdir. Lakin hüceyrə kompleksliyindən və elmdən anlayan hər kəs, hələ daha zülalları meydana gətirə bilməmiş darvinistlərin belə bir iddia ilə ortaya çıxmalarını tamamilə məntiqsiz görür. Hələ həyatın başlanğıcı üçün iddia etdikləri ilk xəyali hüceyrənin tək bir zülalı ortada yoxkən, darvinistlər bütün işi fövqəladə kompleksliyi ilə RNT-nin reallaşdırdığını iddia edərlər. RNT-nin necə ortaya çıxdığı mövzusunda isə hər zamanki kimi susqundurlar.
- RNT dünyası tezisinə görə, xəyali şəkildə təsadüfən meydana gələn RNT molekulu bir şəkildə zülalları çıxarmış, sonra bu zülal məlumatlarını ikinci molekulda saxlama ehtiyacı ortaya çıxdığından DNT təsadüfən meydana gəlmişdir. Təxəyyülü olduqca geniş olan darvinistlər, hələ laboratoriyalarda bir dənə peptid bağı meydana gətirməyə çalışarkən, bu inanılmaz və qeyri-mümkün ssenarini etinasızcasına insanlara izah edib böyük kütləni aldatmağı məqsəd qoyurlar.
- Hələ RNT-nin tək bir nukleotidinin necə meydana gəldiyini açıqlaya bilməyən darvinistlər üçün fövqəladə kompleksliyi ilə RNT, darvinizm üçün çox böyük çıxılmaz vəziyyətdir.
- Qeyri-mümkün olan bir şeyin reallaşdığını və təsadüfən meydana gəldiyini fərz etsək belə, bütün bu mexanizmin fəaliyyəti üçün yenə zülalların varlığı şərtdir. Yəni RNT zülallar olmadan funksiyasını yerinə yetirib zülal çıxarmağa cəhd edə bilməz. Eynilə zülallar kimi RNT və DNT-nin var ola bilməsi və işləyə bilməsi üçün, bütün zülalları və digər orqanoidləri ilə hüceyrənin tam təşəkküllü olaraq var olması şərtdir.
- Bu mövzuyla əlaqədar ikinci böyük yalan isə RNT-nin funksiyası ilə əlaqədar iddialardır. RNT-də zülalın yalnız quruluşuyla əlaqədar məlumat mövcuddur. RNT, zülalı çıxaracaq mexanizmə sahib deyil.
- Zülal, hüceyrə içindəki son dərəcə kompleks əməliyyatlar nəticəsində bir çox fermentin köməyiylə ribosom adı verilən orqanoiddə çıxarılar. Ribosom isə yenə zülallardan meydana gəlmiş kompleks hüceyrə orqanoididir. Bu səbəbdən bu vəziyyət, ribosomun da, burada vəzifə yerinə yetirən zülalların da, DNT-in də RNT-nin də eyni anda təsadüfən meydana gəlməsi kimi imkan xarici fərziyyəni özü ilə gətirəcək.
- Bir çox elm adamı tərəfindən utancla xatırlanan RNT dünyası tezisi, canlıların başlanğıcı mövzusunda bu qədər çarəsiz vəziyyətdə olan darvinistlərin müdafiə etdiyi ən məntiqsiz tezislərdən biridir. Bu cür məntiqsiz bir iddianın söz arasında gündəmə gətirilib çox əhəmiyyətli elmi dəlilmiş kimi təqdim edilməsi darvinist demaqoqluğun bir parçasıdır.
-
Stanli Millerin və Frensis Krikin iş yoldaşı olan San Diyeqo Kaliforniya Universitetindən məşhur təkamülçü Dr. Lesli Orqel, “həyatın RNT dünyası ilə başlaya bilməsi” ehtimalı üçün “ssenari” ifadəsindən istifadə edir. Orqel, bu RNT-nin hansı xüsusiyyətlərə sahib olması lazım olduğunu və bunun qeyri-mümkünlüyünü, “American Scientist”in oktyabr 1994 sayındakı “The Origin of Life on the Earth” başlıqlı məqalədə belə ifadə edir:
Bu ssenarinin meydana gəlməsi üçün, primitiv dünyadakı RNT-nin bu gün mövcud olmayan iki xüsusiyyətinin olması lazımdır: Zülalların köməyi olmadan özünü nüsxələyə bilmə xüsusiyyəti və zülal sintezinin hər mərhələsini reallaşdıra bilmə xüsusiyyəti. (Leslie E. Orgel, “The Origin of Life on the Earth”, Scientific American, oktyabr 1994, cild 271, səh. 78)
Əlbəttə belə bir RNT-nin varlığı mümkün deyil.