Ayrılıqların səbəbi yola gedə bilməməkdir. Sevgi yox olduqda yaşamaq əzmi də yox olub gedir. Bu həqiqət təkcə evliliklərə yox, bütün münasibətlərə aid edilir. Sevgi yox olduqda, insanlar bir-biri ilə yola gedə bilmədikdə xalqlar ölkələrdən, ölkələr birliklərdən ayrılmağa başlayır.
Şotlandiyada referendum oldu, amma arxasında önəmli bir iz buraxdı. Ölkə Birləşmiş Krallıqdan ayrılmadı bəlkə, amma ayrılıq bir dəfə dilə gətirildisə, sevgi bitib deməkdir. Bu əslində təkcə Birləşmiş Krallıqda deyil, Avropa Birliyində və üzv dövlətlərdə bir müddətdir ki, hiss edilirdi. Məlum olduğu kimi, Almaniya, Fransa kimi ölkələr bəzi digər üzv ölkələri Avro bölgəsinin «zəif bəndi» olaraq görməyə başlamış, cənubi Avropa öz içində bir bütün halına gəlməyə niyyət etmiş və Avropa Birliyinə yük olan Yunanıstan və cənubi Kipr üçün müxtəlif təcrid üsulları düşünülməyə başlanmışdı. Eyni dövrdə Avropa parlamenti seçkiləri immiqrantlara və «zəif bəndlərə» dözümü olmayan bir qisim solçu və irqçi partiyaları önə çıxarmışdı. Avropa Birliyində sevgisizliyin və gücsüzləşmənin nişanələri əslində bu seçkilər nəticəsində üzə çıxmışdı.
Bütün bunları isə Avropa Birliyi ölkələri arasındakı hadisələr izlədi. Belə ki, Şotlandiya referendumu bir çoxlarına cəsarət verdi. İspaniyada Katalanlar, Belçikada Flemenklər, Birləşmiş Krallıqda Uels, Fransada Korsika, İtaliyada Siciliya və Sardinya kimi bölgələr müstəqillik modasının arxasınca düşdülər. “Müstəqillik” siyasətə tanış kəlmə olsa da, bir ölkədən qopmaq, ayrılıq deməkdir. Ayrılıq varsa, sevgisizlik də var.
Avropada ölkələr və xalqlar arasında sevgisizliyin hakim olmasının ən önəmli səbəblərindən biri, şübhəsiz ki, maddi mənfəət siyasətinin birliyin önünə keçməsi oldu. Gəliri yüksək Almaniya, Fransa, Hollandiya kimi ölkələrin bir növ Franco-German hakimiyyət siyasəti və birliyin iqtisadi böhran yaşayan üzvlərini sanki bir yük olaraq görmə düşüncəsi parçalanmaya gətirib çıxardı. Lakin bu mənfəət həsrəti bu günlərdə Avropa Birliyinin iqtisadiyyatı güclü ölkələrini də vurdu. Bu səbəbdın «The Economist» jurnalı son sayında Avropa iqtisadiyyatını “yüksək dərəcədə xəstə” olaraq dəyərləndirdi.
Bu dəyərləndirməyə görə, bəziləri Yaponiya və Çin iqtisadiyyatındakı durğunluğun üzərində durarkən, jurnal əsl durğunluğun Avro bölgəsində olduğunu bildirir. Buna görə Almaniyanın iqtisadi böyüməsi azalır, qiymətlər səkkiz Avropa ölkəsində düşür, bölgə son altı il içində üçüncü dəfə durğunluğq yaşayır, İtaliya və İspaniyada gənc işsizlik nisbəti 40%-i keçir.
Mövzu iqtisadiyyat, mövzunu araşdıran iqtisadiyyat jurnalı olduğu zaman Dünya Bankının bonus alması, infrastruktur xərclərinin artırılması kimi radikal tədbirlər həll yolu olaraq təqdim edilmişdi. Halbuki məlumdur ki, böhranlar güvənsizlik şəraitində artır. Belə dövrlərdə şəxslər də, investorlar da alqı-satqı etmir, investisiya qoymur, sadəcə əllərindəki pulu qoruyurlar. Böhrana görə pul qorunur, nəticədə böhran daha da artır.
Avro bölgəsi getdikcə daha böyük güvənsizlik şəraitinə sürüklənən bir bölgədir. Qərbi Afrika Ebola təhlükəsinə görə Avropa üçün ticarət zonası olmaqdan çıxmış, Ukrayna böhranına görə Rusiya ilə münasibətlər ciddi zərbə almış, Yaxın Şərqin kilid bölgələrindən Avro bölgəsinə neft və qaz nəqli dayanmışdır. Bütün bunlar baş verərkən Avropa ölkələri İŞİD-ə qarşı koalisiya çərçivəsində ən böyük xərclərini silaha yönəldiblər. Təkcə bir hava bombardmanının dəyəri 4,5-9 milyon dollar, atılan bir «Tomaqavk» raketinin dəyəri 1 milyon dollardır. Bəzi insanlar müharibə sektorunun canlanmasını mənfəət qapısı kimi dəyərləndirə bilər. Halbuki dünyada nizamın dəyişməsi və gözlənilməyən fəlakətlərin gözlənilməyən anlarda baş verməsi ölkələrin iqtisadiyyatını bərpaedilməz hala gətirmişdir. Amma daha da önəmlisi, üzərində günəş batmayan köklü ölkələr parçalanmağa başlayır.
Bu mənzərə qarşısında Avropa əsas olaraq sevgisizliklə mübarizə aparmalıdır. İrq, nəsil, millət eqoizminin və vəhşi kapitalizmlə birlikdə gələn mənfəətçiliyin qızışması sevgini yox etmişdir. Bunun nəticəsində də dünya nizamlarında söz sahibi olan güclü ölkələr dünya problemlərini həll edə bilməz vəziyyətə gəliblər. Radikal təşkilatlara qarşı maarifləndirmə yerinə silaha sarılmaları, Ebola kimi xəstəliklərə qarşı alınacaq tədbirlərdə “bizə aid deyil” deyib gecikmələri, məcburi köçkün probleminə göz yummaları bunun ən böyük təzahürlərindən biridir. Avropanın problemi qiymətli kağızlar, istiqrazlar, səhmlər deyil, sadəcə sevgisizlikdir.
Biz daima birlik tərəfdarıyıq. Avropa İttifaqı bir çox ölkəni əhatə edən nəhəng, müasir və demokratik bir birlik olduğuna görə çox dəyərlidir. Bu birlik böyüməli, güclənməli, təkcə özünü inkişaf etdirən deyil, dünya problemlərini həll edə bilən böyük qardaş olmalıdır. Bunu da qeyd edək ki, Avropa ölkələrinin iqtisadiyyatlarının zəifləməyə doğru getməsi istədiyimiz bir şey deyil. Heç bir ölkə bir başqa ölkənin dağılması ilə güclənə bilməz. Güclənmək birlikdə olmalıdır. Dolayısilə bu yazıdakı məqsəd Avro bölgəsi ölkələrinin mövcud vəziyyətini göstərməkdən çox, əsl səbəbə diqqəti çəkmək və bu ölkələri doğru həll yoluna aparmaqdır.
Unudulmamalıdır ki, xalqlar bədbəxt olduqlarında ölkələr demokratiyadan iqtisadiyyata qədər daima keşməkeşli bir mərhələyə qədəm qoyurlar. Bu sıxıntının bitməsi sadəcə xalqları xoşbəxt edə bilməklə mümkün olur. Lakin xalqı daima öz vətəndaşından, qohumundan ayrılmaq istəyən bir millətin içində, deməli, həqiqətən də bu sevgisizliyi qızışdıran bəzi şeylər var. Qeyd edilən ölkələr xalqın yaşadığı bu sevgisizliyin səbəbini öz siyasətlərində, öz təhsillərində, digər millətlərə münasibətində axtarmaq məcburiyyətindədirlər. Şiddəti şiddətlə həll etmək istəyən, təhsil sistemində “güclü zəifi əzər” kimi vicdandan uzaq və bütövlükdə materialist bir zehniyyətin təlqinini verən, irq və nəsil eqoizmini təşviq etməkdə problem görməyən bir siyasət xalqın üzərində nifrət toxumlarını labüd edəcək. Nifrət edən bir millət pulunu qoruyar, yoxsul və möhtacdan uzaqlaşar, daima bölünüb parçalanmaq istəyər. Hər hansı bir ölkənin iqtisadiyyatının həmin cəmiyyətin psixologiyasının təzahürü olduğu unudulmamalıdır. Dolayısilə Avro bölgəsində problem iqtisadiyyatda deyil, xalqın psixologiyasındadır.
Adnan Oktarın «Arab News»da yayımlanan məqaləsi: