3 ildir ki, Suriyada davam edən vətəndaş müharibəsində təxminən 130 min nəfər həyatını itirib. Yaralılar, məhbuslar, evlərini tərk etmək məcburiyyətində qalanlar və qaçqınlar da bu siyahıya əlavə edildikdə ölkədəki dəhşət daha aydın nəzərə çarpar.
Suriyada şəhərlər yerlə yeksan edilir, ölkə xarabalığa çevrilib. Yaşayış məntəqələrində həyat izi yoxdur, şəhərlər böyük qəbiristanlığı xatırladır. Lakin Əsəd hələ də bu boş torpaqların (demək olar ki, mövcud olmayan Suriya dövlətinin) qondarma prezidenti, qondarma lideri olmaq üçün mübarizə aparır.
Qaçqınlar üzrə BMT Ali Komissiyası Suriyanı hal-hazırda dünyada məcburi miqrasiyanın ən çox məruz qaldığı ölkə adlandırmışdır. Bu insanların əksəriyyətinin elektrikə, suya və dərmana ehtiyacı var. 2011-ci ilin mart ayından, yəni vətəndaş müharibəsinin başladığı gündən bu yana evlərini tərk etmək məcburiyyətində qalan Suriya vətəndaşlarının sayı 8,5 milyondan çoxdur. 6,5 milyon nəfər isə təhlükəsizliklərini təmin etmək üçün ölkəni tərk edib. 2,5 milyon insan isə vətəndaş müharibəsinin olduğu bölgədə yaşayır. 2,2 milyon insan isə qonşu ölkələrə - Türkiyə, İordaniya, Livan və İraqa köçüb. Ölkənin yarısına humanitar yardım çatmır.
UNICEF-in verdiyi statistik məlumatlardan zülmün şiddəti daha aydın görünür. Suriyada köməyə möhtac olanların yarısı 18 yaşdan kiçik olan uşaqlardır. 5 yaşdan kiçik 500 mindən çox uşaq isə kömək gözləyir. Ölkəni tərk etmək məcburiyyətində qalanların yarısı uşaqlardır. BMT-nin Uşaq Fondu Suriyada infrastruktur və ictimai yerlərin sistematik hücuma məruz qaldığını və xəstəxanalar, səhiyyə mərkəzləri, təhsil sisteminin tənəzzülə uğradığını xəbər verir. “Medair Corc Mekhasi” İsveç Yardım Agentliyi keçən il Livan Beqaa vadisində yerləşdirilən qaçqın düşərgələrində qurulan çadırlara suların dolduğunu, uşaqların isə suyun içində yatdıqlarını, bunun da uşaqlarda ciddi xəstəliklərə gətirib çıxardığını söylədi.
BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı mövcud böhranla bağlı heç bir qətnamə qəbul etməyib. Türkiyənin Xarici İşlər naziri A. Davudoğlu Brookings İnstitutunda çıxış edib və BMT-də Suriyanın kimyəvi silahları ilə əlaqədar qətnaməyə bu ölkədə yaşanan fəlakətlə bağlı bir bənd saldıra bilmədiklərini ifadə edib. A.Davudoğlu Bosniya və Hersoqovinanın Xarici İşlər naziri Zlatko Laqumciya ilə birlikdə “The Washington Post” üçün qələmə aldığı məqaləsində də "BMT Təhlükəsizlik Şurası bu cür qətliam yaşanarkən nə qədər başqa tərəfə baxmağa davam edəcək? Şamdakı rejim nəticəsində hər ay təxminən 5 min suriyalı həyatını itirərkən beynəlxalq cəmiyyət nə qədər geridə dayanacaq? Dünya Bosniya Hersoqovinada olduğu kimi, yenə də BMT Baş katibinin bu fəlakət qarşısında heç bir müdaxilə edilmədiyi üçün üzr istəməsinimi gözləyir?" sözlərinə yer vermişdi. Keçmişdə Ruanda və Srebrenitsa qətliamında olduğu kimi, bu gün də bütün dünya liderlərinin gözü qarşısında bir daha günahsız insanlar qətl olunur. Yaşanan zülmün böyüklüyunu anlamaq üçün müqayisə etmək əhəmiyyətlidir.
Suriya üçün yeganə həll yolu İslam Birliyindədir
Qərb dünyası yalnız kimyəvi silahdan və ya nüvə silahından istifadə edildikdə müdaxilə edir, adi silah növlərindən istifadə edildikdə isə səssiz qalır. Qərb dünyasını idarə etmək istəyən bəzi strukturların "Müsəlmanlar arasında heç bir tərəfin qazanmayacağı qarşıdurmalar dəstəklənməlidir" dedikləri halda, məsələnin həllini başqa yerdə axtarmaq sadəcə zaman itkisi olacaqdır.
Suriyadakı zülmə (vətəndaş müharibəsinə) qarşı effektiv həll yolu İslam ölkələrinin birləşməsindədir. Biz birlik olmadıqca, İslam dünyasının üzərinə hər gün yeni əzablar gəlməyə davam edəcək.
İslam ölkələri hər problemə sürətlə müdaxilə edən İslam Birliyinə çevrildiyi an Yaxın Şərqdə vətəndaş müharibəsi və qarşıdurmanın tərəfdarları geriyə çəkiləcəklər. 1,6 milyard müsəlmanın dəstəyi ilə sülh və yaxşılığı əmr edəcək bu böyük güc, təbii ki, Suriyada da böyük söz sahibi olacaq. Həmçinin təhlükəsizliyin təmin edilməsi ilə Əsədə və müxalif qruplara qarşı olan bu birlik, həm də onlara güvənlik gətirəcək, hər iki tərəfin də geri çəkilməsini təmin edəcək.
Suriya məsələsi haqqında beynəlxalq danışıqlar aparılarkən, eyni zamanda vətəndaş müharibəsi hələ də davam etdiyi üçün əhalinin ölkədən çıxarılması böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən, bütün bölgə ölkələri mütləq qaçqınları qəbul etməkdə qərarlı olmalı və bu vəzifəni yerinə yetirən ölkələrə maliyyə yardımı göstərilməlidir. Suriyada təhlükəsizlik bərpa olunana qədər qardaşlarımızın təhlükəsizliyi və insan hüquqları üçün bütün İslam ölkələri səfərbər olmalıdır. Quranda qardaşının nəfsini öz nəfsindən üstün tutma anlayışı mövcuddur. Mühacirlər Mədinəyə hicrət etdikləri zaman Ənsar onları qonaq etmək üçün yarışmışdı. Biz də səhabənin bu gözəl əxlaqını yaşatmalı, üzərimizə düşən vəzifəni yerinə yetirməliyik.
Adnan Oktarın Your Middle East'da nəşr olunan yazısı:
http://www.yourmiddleeast.com/opinion/islamic-unity-key-to-solving-syrias-war_20770