İran və Türkiyə: regionu formalaşdıracaq ortaq miras
İki dost ölkə olan İran və Türkiyə təkcə qonşu deyil, eyni zamanda regionun siyasi xəritəsini formalaşdıran iki min illik mirası paylaşan güclu dövlətlərdir. Hər ikisi də regiondakı müharibələri dayandırıb sülhü təmin etmə potensialına malikdir. Hər iki millətin də buradakı məsuliyyəti regional sülh və əmin-amanlığı təmin etmək üçün əməkdaşlıq etmək və qarşılıqlı fikir mübadiləsi aparmaqdır.
Əslində İran və Türkiyə arasında dünyada heç bir qonşu ölkənin sahib olmadığı ortaq xüsusiyyətlər var. Bu vəziyyət Yaxın Şərqdə sabitliyi təmin etmək üçün iki ölkənin gücünü birləşdirməsini də asanlaşdırır.
İran və Türkiyə Qəsri-Şirin sülh müqaviləsi ilə müəyyən edilən, regionda 400 ildir ki demək olar ki, dəyişməyən vahid sərhəddi bölüşür. İki ölkə arasındakı münasibətlər onuncu əsrə qədər gedib çıxır. Səlcuqluların həmin tarixdə bölgəyə köç etməsi İranda xeyli sayda türkün yaşamasına səbəb olmuşdur. Bu səbəbdən də həm türkcədə, həm də farscada xeyli ortaq söz var. Dərin köklərlə bir-birinə bağlı olan bu iki ölkənin arasındakı yaxınlıq təkcə ədəbiyyatla məhdud olmamış, eyni zamanda sənət, elm və dövlət idarəçiliyini də əhatə etmişdir. Aralarında meydana gələn mədəni əlaqələr və ortaq din anlayışı əsası iqtisadiyyat və siyasət üzərində qurulmuş əlaqələrdən daha güclüdür. Yaxşı qonşu ailənin bir üzvü kimidir və bu vəziyyət insanlığın həvəslə gözlədiyi güvən mühitinin yaranmasına yol açacaq.
İnsanlar ancaq özlərini güvəndə hiss etdiklərində psixoloji olaraq tətmin olur və bu səbəbdən enerji, iqtisadiyyat, elm və ticarət kimi sahələrdə də özlərini güvənli və rahat hiss edirlər.
Bu mənada da Türkiyə və İran enerji, beynəlxalq ticarət, elm, texnologiya, turizm və daha bir çox sahədə bir-birinə bağlıdır. Bəzi fərqlər olsa da, qarşılıqlı dialoqla bunları necə idarə edəcəklərini yaxşı bilərlər. Məsələn, Suriyada hal-hazırda davam edən müharibə ilə bağlı fikirlər bir-birinə zidd olsa da, iki ölkənin də iqtisadi münasibətləri ziyan görməyib.
Bunlara əlavə olaraq hər iki ölkədə də bir-birindən fərqli məzhəblər yaşayır və regionda davam edən məzhəb müharibələri onları bir-birindən ayrı salır. Ancaq aralarındakı qardaşlığın və əməkdaşlığın bu tip fərqliliklərdən kənarda olduğunu və güclü köklərə əsaslandığını bilirlər. Çox açıqdır ki, «altılıq» ölkələrinin İranla imzaladığı nüvə razılaşması enerji və xarici ticarət sahəsində Türkiyə ilə daha yaxşı münasibətlər qurmasına səbəb olacaq.
Dövlət rəsmilərinin qarşılıqlı şəkildə həyata keçirdikləri ziyarətlər bu uzun müddətli əlaqəni daha da inkişaf etdirməyə nə qədər istəkli olduqlarının göstəricisidir. Hər iki ölkə də sadə münasibətləri olan qonşu ölkələr deyil. Açıq şəkildə görünməlidir ki, İran və Türkiyə eyni ailənin üzvü kimi bir çox ortaq cəhətləri olan ölkələrdir. Ortaq mədəni keçmişi paylaşarkən ilk mədəniyyət müqaviləsini 1959-cu ildə imzalayıblar. 1966-cı ildə qüvvəyə minən bu müqavilənin nəticəsində iki ölkənin də bir-birilə qurduqları mədəni münasibətlər o tarixdən etibarən çox inkişaf etmişdir. Yenə bu müqaviləyə əsasən, bir çox ortaq təşəbbüslə mədəni, dostluq və təhsillə bağlı qurumlar təsis edilmişdir.
Ailə və İctimai Siyasət naziri vəzifəsini tamamlayan Qaziantep Büyükşehir bələdiyyə sədri Fatma Şahinin İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti xanım Şəhindoxt Molaverdiyi ziyarəti qarşılıqlı münasibətlərimizi zənginləşdirmək və sahib olduğumuz bütün qaynaqlarımızı istifadə etmək üçün atılan önəmli addımdır. Şahin, qadın siyasətçi olaraq təzyiq görən qadınların və uşaqların vəziyyətinə toxunmuş və bu ərazidə sülh və sabitliyin təmin edilə bilməsi üçün anaların üzərinə böyük məsuliyyət düşdüyünü bu sözlərlə ifadə etmişdir: “Biz ilk öncə ana olaraq edəcəyimiz layihələrlə müharibələri belə dayandıra bilərik. Regionun İran və Türkiyənin dostluq və birliyinə möhtac olduğu bir dövrdən keçirik. Əməkdaşlığımız və bərabərliyimiz təkcə regiona yox, bütün dünyaya nümunə olmalıdır”.
Molaverdi də Şahinin bu açıqlamasına qoşulduğunu bildirərək içində olduğumuz bu dövrdə İran və Türkiyə arasında qurulacaq yaxın əlaqə və birliyin əhəmiyyətinə və vacibliyinə toxundu. Molaverdi prezident Ərdoğanın Tehrana ziyarəti əsnasında qadın, ailə və sosial məsələlərlə bağlı imzalanan protokolu xatırladaraq bu uğura nail olmaq üçün çox səy göstəməyin də vacib olduğunu bildirdi. İranın Ankaradakı səfiri Əli Rıza Bikdeli isə hər iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini bu sözlərlə açıqladı: “Osmanlı dövrünün başlamasından sonra İran və Türkiyə nə vaxt ki, yan-yana oldular, hər iki tərəf də bu vəziyyətdən qazanclı çıxdı. Nə vaxtı ki, bir-birindən ayrı düşdülər, o zaman da özlərinə düşmən qazandılar”.
Birləşmək hər zaman güclü olmaq və sülh içində yaşamaq üçün imkan verir. Bir-birindən ayrılmaq və beləliklə aradakı fərqlilikləri bəhanə etmək isə hər zaman iztirabla nəticələnir. İran və Türkiyə regionun güclü ölkələridir və lazımi vaxtlarda təzyiq altında olan qadınlar və uşaqlar üçün hərəkətə keçərək bölgəyə sülh gətirməyə qadirdirlər. Bir-birindən qırılmaz insani bağlantıda olmaq belə regiondakı siyasi problemlərin aradan qaldırılmasına dəstək olacaq. Beləliklə, münasibətlərimizin inkişafı təkcə hər iki ölkənin vətəndaşlarının xeyrinə olmayacaq, bütün məzlum insanların həsrətini çəkdikləri sülhü təmin edəcək.
Adnan Oktarın «Iran Daily»də dərc edilən məqaləsi:
http://newspaper.iran-daily.com/Newspaper/Page/5166/2/41623/0