ADNAN OKTARIN AMERİKANIN RADIO AMERICA
GORDON LIDDY SHOW VERİLİŞINƏ VERDİYİ MÜSAHİBƏSİNDƏN
(18 İyun, 2009)
GORDON LIDDY: Bəli, hal-hazırda Türkiyədən Adnan Oktar bizimlədir. Adnan Oktarla müsəlman türk alim və tərcüməçi vasitəsilə əlaqə qurulacaq. Cənab Oktar verilişimizə xoş gəlmisiniz.
ADNAN OKTAR: Xoş gördük, təşəkkür edirəm.
GORDON LIDDY: Çox yaxşı. Cənab Oktar, İranda baş verənlərlə bağlı müşahidələriniz məni çox maraqlandırır. Siz müsəlmansınız və iranlılar da müsəlmandırlar və məlumdur ki, çox gərgindirlər. Sizin fikriniz nədir?
ADNAN OKTAR:Təbii ki, hər şeydə bir xeyir vardır. Heyrətlənmirəm olanlara, çünki axırzamanda olacaq hadisələrdir. Hz. İsa və hz.Mehdinin zühurundan əvvəl bu hadisələrin olması labüddür. Lakin İranda baş tutan seçkilərin demokratik olduğuna inanıram. Qarşı tərəfin reaksiyasının səhv olduğunu düşünürəm. Əgər səsvermədə səhv varsa, bu təkrar keçirilər. Lakin küçələrə çıxıb, yumruq böyüklüyündə daş atmaq, hadisə törətmək çox anormaldır. Heç demokratik davranış deyil. Bunun daha çox marksistlərə xas davranış tərzi olduğunu düşünürəm. Bu tip hadisələr maoçulara və İrandakı kommunist dərin dövlətinə daha doğmadır. Bunların bir qismi cinayət aləmindən, bir qismi heroin mafiyası nümayəndələrindən, bir qismi də həqiqətən bu məsələdə səmimi şəkildə qəzəbli olan, lakin qəzəbini səhv üsullarla tətbiq edən şəxslərdir.
GORDON LIDDY: Cənab Oktar, sizin vətəniniz Türkiyədir və Atatürk dövründən dünyəvi dövlət sayılır və görünür bu sistem olduqca yaxşı işləyir. Din azadlığı var. Müsəlman və eyni zamanda dünyəvi… və bunlar siyasi sülh şəraitində yaşayırlar kimi görünür. İranda isə dini avtokratiya mövcuddur. Sizcə, baş verən hadisələr hakim cərəyanın təsiri ilə bağlı olan bir şeydirmi? Dünyəvi idarə sisteminin yerinə, dini idarətmənin mövcud olmasıdırmı bütün məsələ?
ADNAN OKTAR: Dünyəvilik, bəli… Çox önəmli bir xüsusdur. İslamiyyətdə dünyəvilik onun öz içində olan bir məsələdir. Lakin dünyəviliyin tətbiq edilmədiyi bir yerdə, təbii ki, münafiq və səmimiyyətsiz insanlar yetişər. Səmimi olmayan mühit formalaşar. Ona görə səmimi bir mühitin meydana gəlməsi üçün dünyəviliyin dəqiqliklə tətbiq olunması çox əhəmiyyətlidir. Lakin bu dinsizlik demək deyil, yəni dinin və dindarların haqqını tam müdafiə edən dünyəvilik anlayışıdır. Bu şəkildə dünyəviliyi olmayan hər ölkənin qüsurları var deyə düşünürəm. Lakin İran konstitusiyası Mehdi zühur edənə qədər etibarlıdır. Yəni konstitusiyanın 1-ci maddəsində də Mehdi haqqında qeyd olunub. Onlar bizim konstitusiyamız Mehdi zühur edənə qədər qüvvədədir deyirlər. Bu səbəbdən İran biz mükəmməlik demirlər. Biz Mehdi zühur edənə qədər bu sistemi davam etdirəcəyik deyirlər. Mehdi zühur etdiyi zaman belə hallar olmayacaq. Heç bir sıxıntı olmayacaq. Mehdinin zühurunda hər şey həll olacaq, inşaAllah.
GORDON LIDDY: Çox yaxşı, xahiş edirik, bizim adımızdan Adnan Oktara təşəkkür edin. Zamanınız bitdi, amma verlişimizdə iştirak etdiyiniz üçün çox minnətdarıq.
ADNAN OKTAR: Təşəkkür edirəm.
GORDON LIDDY: Çox təşəkkür edirəm…