İranın nüvə razılaşması: diplomatikanın zəfəri
ucgen

İranın nüvə razılaşması: diplomatikanın zəfəri

1043

Son vaxtlar yaxşı xəbərlər eşitmək çox çətinləşib. Bölgəmizdə və dünyada nələr baş verdiyini öyrənmək üçün televizoru və ya radionu açdığımız zaman tək eşitdiyimiz qan tökmə, qəzalar, sui-qəsdlər, intiharlar və müsəlmanlara edilən zülmlə bağlı xəbərlərdir. Dünya ilə bağlı yaxşı bir şey eşitməyə həsrət qalmışdıq.

 

Nəhayət 14 iyulda bir çox insanın həsrətlə gözlədiyi gözəl xəbər gəldi: İranın nüvə razılığı. İran uzun müddətdir danışıqlar apardığı razılaşmanı «altılıq» ölkələri (BMT Təhlükəsizlik Şurası və Almaniya) ilə imzaladı.

 

Bu hadisə İran başda olmaqla dünyanın bir çox ölkəsində böyük sevinclə qarşılandı. İranlılar sevinclərini göstərmək üçün küçələrə axışdılar. Hər kəs sanksiyalarsız daha gözəl gələcəklərinin olacağına ümid edir. Ölkələr problemləri diplomatika əvəzinə silahlarla həll etdikləri bu günlərdə bu razılıqdan diplomatikanın zəfəri kimi bəhs edilir.

İranın nüvə proqramı necə başladı

Əminəm ki, bir çoxunuz İranın nüvə proqramının əsaslarının ilk olaraq 1957-ci ildə Amerika Prezidenti Eyzenhauer tərəfindən yaradılan «Sülh Atomları» layihəsi ilə atıldığını bilmirsiniz.

Maraqlıdır ki, İranı proqrama başlamaq üçün cəsarətləndirən ölkə Amerika olmasına baxmayaraq, danışıqlar başlayana qədər proqramı illərlə əngəlləməyə çalışan da yenə Amerika idi.

1957-ci ildə Amerika hökuməti ilə nüvə proqramı imzalandıqdan sonra ilk reaktor 1967-ci ildə dövriyyə gəldi və İran növbəti il «Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Haqqında Müqavilə»nin bir tərəfi oldu.

İran fəaliyyətlərini 1979-cu il inqilabında da davam etdirdi və bu vəziyyət İran və Amerika arasında əməkdaşlığı sona çatdırdı.

2003-cü ildə İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) uran zənginləşdirmə obyektlərini və təsdiq edilmiş əlavə protokolları müvəqqəti dayandıracağını bildirdi. Bu, İran sərhədləri daxilində yerləşən nüvə təsisatlarında MAQATE-nin daha geniş yoxlama səlahiyyətinə malik olması mənasına gəlirdi.

Ancaq Beynəlxalq Atom Enerjisi Qurumu (MAQATE) nüvə proqramının yalnız sülh məqsədi ilə istifadə ediləcəyini təsdiq etməyin mümkün olmadığını israr etdi. Bu da Qərb ölkələrinin İrana uran zənginləşdirmə fəaliyyətini dayandırması məsələsində təzyiq etmələrinə səbəb oldu.

Nəticədə müqavilə İran prezidenti Mahmud Əhmədinejadın dövründə 2005-ci ildə ləğv edildi. Sonradan İranla bu proqramla bağlı əməkdaşlıq etmək istəyən Rusiya oldu və dərhal həmin il iki ölkə arasında İran-İraq müharibəsində ziyan görən Bushehr Nüvə Stansiyasının bərpası və yenidən istifadə olunması ilə bağlı müqavilə imzalandı.

Bunun ardından Amerika və Avropa İran xalqı üzərində getdikcə artan sanksiyalar tətbiq etməyə başladı. Baş nazirimiz cənab Davudoğlu o dövrlərdə xarici işlər naziri vəzifəsində işləyirdi. İran və Qərb dünyasını nüvə proqramı ilə bağlı qarşılıqlı olaraq uzlaşdırmaq üçün Brazilya ilə bir təşəbbüs başlatdı.

2010-cu ildə «Viyana qrupu»nun rədd etməsi ilə bu təşəbbüs nəticələnməsə də, Türkiyə hər şeyə baxmayaraq, keçən il İran və «altılıq» ölkələrinin İstanbulda danışıq masasına oturmasını təşkil etdi.

Türkiyə və İran mədəni olaraq bir çox ortaq dəyərə malik, bir-birinə qarşılıqlı hörmət edən iki ölkədir. Bu səbəbdən Türkiyə hər zaman İranın çətin vaxtlarında yanında olmuşdur.

İranın uğurunu göstərən, əlbəttə ki, yalnız müqavilənin imzalanmış olması deyil. Prezident Obama ilə aparılan danışıqların hər bir mərhələsi, bütün tərəflər üçün diplomatiya baxımından böyük bir nailiyyət oldu.

İranın xarici işlər naziri Cavad Zərifin layihənin memarı olduğunu və İran xalqının daha yaxşı gələcək ümid edə bilməsi üçün böyük səy göstərdiyini demək tam yerində olacaq. Səbirli, anlayışlı və mərhəmətli idi. Ən önəmlisi isə qətiyyətli idi. Xalqına inandı və bunu təmin edənin xalqının əzmi olduğunu dedi.

Bu yeni müqavilə Türkiyəyə və regiona nə verəcək

Türkiyə İran və Qərb dünyası arasında imzalanan müqavilədən çox məmnundur. İranın güclü müttəfiqi və köhnə dostu olaraq Türkiyə İran dövlətinə qarşı tətbiq olunan sərt sanksiyalar məsələsində hər zaman olduqca həssas davrandı və heç vaxt heç birində iştirak etmədi.

Türkiyə sanksiyaların insanlar üzərində psixoloji olduğu kimi, siyasi, sosioloji və iqtisadi ziyanlarının da olduğunun fərqindədir. Bir dövləti bir şey etməyə məcbur edərək xalqını cəzalandırmaq doğru deyil. Sənaye təsisatlarının bacalar üçün xarici filtrlərdən istifadə etməməsi nəticəsində yaranan hava kirliliyinə görə bir ölkənin insanlarının təmiz hava ala bilməməsi doğru deyil.

Türkiyə və İran arasında çox geniş miqyaslı ticarət əlaqəsi var. Türkiyə istehlak etdiyi yağın əksəriyyətini və böyük miqdarda qazı İrandan alır.

 

Çətin vaxtlardakı dəstəyi və dostluğu Türkiyə heç vaxt unutmayacaq. Maliyyə naziri Mehmet Şimşək və Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız müqavilə ilə bağlı məmnuniyyətlərini dilə gətirdilər və bu müqavilənin qarşılıqlı münasibətlərimiz baxımından faydalı olacağını və birlikdə apardığımız layihələrin böyüməsinə kömək edəcəyini bildirdilər.

 

Yaxın Şərqə sülh gətirəcək bir birliyin yaradılması

 

İranın beynəlxalq sistemə yenidən qoşulması regionda rəqabəti artıracaq. Ancaq bu, bəzi jurnalistlərin iddia etdiyi kimi, Türkiyə üzərində mənfi təsirə səbəb olacaq bir şey deyil. Türkiyə İrana olan bağlılığını həm qardaş, həm də qonşu ölkə olaraq sübut edib. Hər iki ölkə də mövcud layihələrini həyata keçirərkən qarşılıqlı əlaqələrini gücləndirəcək əməkdaşlıqlar üçün yeni yollar axtaracaqlar.

 

Türkiyə İran dövlətinə qarşı səmimi sevgi bəsləyir və insanları ilə güclü bağlılığı var. Bu sevgi iqtisadiyyat və ya geosiyasətlə ölçülə bilməz. Hər iki ölkə də Yaxın Şərqi dünyanın ən sülh dolu bölgəsi halına gətirəcək imana sahibdir. Bu iki ölkənin dostluq və sevgi ilə birlikdə həll edə bilməyəcəyi heç bir problem yoxdur.

 

Adnan Oktarın «Tehran Times»da dərc edilən məqaləsi:

http://www.tehrantimes.com/index_View.asp?code=248355

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr