"Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddəsdir!" "...Sizin bilmədiyiniz daha neçə-neçə şeyləri də yaradır"("Nəhl" surəsi, 16/8)
Yuxarıdakı ayələrdə Quranın göndərildiyi dövrdə insanların bilmədiyi həyatların olmasına işarə edilir. İnsan gözünün görə bilmədiyi xırdalıqda olan yeni canlılar mikroskopun kəşfi ilə üzə çıxarıldı. Beləliklə, Quranda diqqət edilən bu canlıların mövcudluğu haqqında insanlar məlumat əldə etməyə başladılar. Adi gözlə görünməyən və ümumiyyətlə, bir hüceyrədən ibarət mikroorqanizmlərin mövcudluğuna işarə edən başqa ayələr isə belədir:
"...Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!"("Səba" surəsi, 34/3)
"...Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!"("Yunis" surəsi, 10/61)
Yer üzünün hər yanına yayılan bu gizli dünyanın mənsubları, yəni mikroorqanizmlər Yer üzündəki heyvanlardan 20 dəfə çoxdur. Gözlə görünməyəcək qədər kiçik olan bu mikroorqanizmlər aləmi bakteriyalardan, viruslardan, göbələklərdən, su yosunlarından və silklərdən ibarətdir. Bu mikrocanlılar Yer üzündəki həyat nizamının əhəmiyyətli bir ünsürüdür. Məsələn, Yerdə həyatın olmasını təmin edən əsas üzvlərdən biri olan azot dövranı bakteriyalar tərəfindən təşkil edilir. Bitkilərin torpaqdakı mineralları ala bilməsini təmin edən ən mühüm ünsür kök göbələkləridir. Özündə nitrat ehtiva edən tərəvəz və ya ət kimi qidalardan zəhərlənməyimizin qarşısını isə dilimizdə olan bakteriyalar alır. Həmçinin bəzi bakteriyalar dünyada həyatın davam etməsinin əsas şərti olan fotosintez etmək qabiliyyətinə malikdir və bu vəzifəni bitkilərlə bölüşürlər. Bəzi növ mikroorqanizmlər üzvi maddələri parçalayaraq qidaları bitkilərin istifadə edə biləcəyi hala gətirir. Aydın olduğu kimi, haqqında yalnız texniki vasitələrin köməyi ilə məlumat verə biləcəyimiz bu kiçik canlıların insan həyatının davam etməsində rolu danılmaz amillərdir. Əsrlərlə əvvəl gözlə gördüyümüz aləmlərdən başqa canlılar olacağına Quranda diqqət çəkilməsi, şübhəsiz ki, Quranın başqa bir möcüzəsidir (ətraflı məlumat almaq üçün bax: Harun Yəhya, «Mikrodünya möcüzəsi»).