Ebola virusu Qərbə daha etik olmağı öyrətdi
ucgen

Ebola virusu Qərbə daha etik olmağı öyrətdi

1310

Bu il BMT-nin Baş Assambleyasının 69-cu sessiyası dünyanın ən həssas bölgələrindən biri olan Qərbi Afrikada sürətlə yayılan Ebola virusunun kölgəsində toplandı.

25 sentyabrda baş tutan Baş Assambleyada ABŞ-ın prezidenti Barak Obamanın müzakirə etdiyi mövzulardan biri də Ebola idi. Obama belə yüksək səviyyəli bir görüşdə «regional və qlobal təhlükəsizlik üçün getdikcə artan təhlükə» olduğunu söyləyərək xəstəliyin önəminə diqqət çəkdi. Obama Baş Assambleyada əvvəlki gün söylədiyi nitqində bunları vurğuladı:

"Acı həqiqət budur ki, Qərbi Afrikada Ebola artıq epidemiyadır. Nəzarətsiz şəkildə yayılmağa davam edir, getdikcə pisləşir, sürətlə artmağa davam edir".

Digər tərəfdən, Müqəddəs Pyotr Meydanındakı həftəlik söhbətinin sonunda Papa Fransisk Afrikada yayılan Ebola epidemiyasından əziyyət çəkən insanlara görə narahat olduğunu bildirdi. Beləliklə, 24 saat içində çox yüksək səviyyəli bir görüşdə ikinci dəfə epidemiyadan bəhs edilmiş oldu.

Papa Fransisk nitqində "beynəlxalq cəmiyyətin qardaşlarımızın əziyyətlərini yüngülləşdirmək üçün lazım olan köməyi əsirgəməyəcəyini ümid edirəm" deyə vurğuladı.

Dünya liderlərinin xəstəliyin önəminə diqqət çəkmələrinə baxmayaraq, indiyə qədər təhlükəyə qarşı çox laqeyd davranıldığı görünür. Məsələn, bir epidemiya zamanı xəstəliyin təcili olaraq və bütövlükdə aradan qaldırılmasının vacibliyi prinsipi belə bir önəmli epidemiyada göz ardı edildi.

2013-cü ilin dekabr ayında Qvineyada bir neçə nəfərin yoluxması ilə başlayan xəstəlik 6 ay içində sürətlə yayılaraq 5800 nəfərə yoluxdu. Bunun  səbəbi Ümumdünya Səhiyyə Təşkilatının da hesabatlarına görə yerli səhiyyə işçilərinin Qərbdəki xəstəlik önləmə tədbirlərindən məhrum olmaları, vəziyyəti düzgün şəkildə qiymətləndirə bilməmələri və əsas karantin qaydalarını tətbiq etməmələridir.

Xəstəliyə Nəzarət və Önləmə Mərkəzi tərəfindən 23 sentyabrda yayımlanan son hesabata görə ən pis halda tənzimləyici təsirli metodlar olmadan xəstəlik yayılmağa davam etsə, Liberiya və Syerra-Leonedə 30 sentyabra qədər 21.000 nəfərin Ebolo virusuna yoluxduğu insan sayı 20 yanvarda 1.4 milyona çata bilər.

Obamanın xüsusi köməkçilərindən və Milli Təhlükəsizlik Agentliyinin əvvəlki rəhbərlərindən biri olan Giyl Smis (Gayle Smith) laqeydlik haqqında bunları dedi:

"Bəlkə də ən vacibi odur ki, bir epidemik xəstəlik olan Ebolanın bu səviyyəyə gəlməsinin səbəbi olduqca yetərsiz və gecikmiş qlobal reaksiyadır".

Bu düşündürücü tablonun ortasında sentyabr ayının üçüncü həftəsində təşkil edilən Ümumdünya Səhiyyə Təşkilatı Fövqəladə Hallar Komitəsinin ikinci iclasından sonra nəşr olunan məlumatda belə deyilir:

"Komitə beynəlxalq səyahət və ya ticarəti məhdudlaşdıran ümumi bir qadağanın qoyulmamasının, karantinin təkcə ölümcül Ebola virusunun geniş yayılmış bölgələrində vacib  sayıla biləcəyini təkrarlayır".

Komitə bu təklifinə səbəb olaraq xəstəlikdən əziyyət çəkən insanlara informasiya, zəruri xidmətlər və ərzaq təmin etməyin vacibliyini qeyd edib.

Ancaq belə bir yanaşma böyük xəta olar. Əvvəla, bunun qəti şəkildə xəstəliyin kökünün kəsilməsinə heç bir təsiri yoxdur. Digər hər hansı bir xəstəlik və epidemiyada olduğu kimi, məcburi izolyasiya, başqa sözlə, karantin sağlam əhalinin xəstəliklə təmas etməsinin qarşısını almada vacib bir tədbirdir. Həmçinin karantin sadəcə müalicə müəssisələrində xəstəliklə təmas edən insanlarla məhdudlaşmayıb, beynəlxalq səviyyədə olmalı və xəstəliyin olduğu hər ölkə ilə dəniz, quru və hava yolu ilə əlaqə kəsilməlidir. Dövrümüzdə sürətli səyahət vasitələri dünyanın digər ucundakı ölkələrə xəstəliyi yaymaqda önəmli amildir.

Rəhbərlik tərəfindən nailiyyət olaraq xarakterizə edilən və daha sonra üç bölgəyə yayılan Syerra-Leonedə tətbiq edilən üç günlük ciddi qayda əslində bu metodun işləyə biləcəyini və uğurunu göstərmişdir. Küçəyə çıxmaq qadağası əsnasında xəstəlik səbəbindən həyatını itirən təxminən 100 nəfər və xəstəliyə yoluxmuş 56 nəfər insan müəyyən edilmiş və bu əsnada bölgəyə girən və xəstələrlə əlaqə quranların təqdim etdiyi zəruri xidmətlər sayəsində çətinlik olmamışdır.

Milli səviyyədə belə bir izolyasiyanın tətbiq edilməsi xəstəliyin yayılmasının qarşısını almaq cəhdlərini daha təsirli edəcək. Bu səbəbdən xəstəliyin təsir etdiyi ölkələrdə sərbəst nəqliyyatda giriş-çıxış qəti şəkildə olmamalıdır.

Digər tərəfdən, qərbli səhiyyə təşkilatlarının problemi müəyyən etməkdə aciz qalmalarının etik olmayan bir yönü də var: təsirli peyvənd istehsalında motivasiya əskikliyi.

İngiltərə İctimai Səhiyyə Fakültəsinin rəhbəri və İngiltərənin tanınmış  həkimlərindən professor Con Əştin (John Ashton) «The İndependent»ə verdiyi açıqlamada bu məsələni çox açıq şəkildə ortaya qoyur. [1]:

"Qərbin dərman firmaları peyvənd istehsal etməyə çalışmadılar, çünki virus yalnız afrikalılara təsir edirdi. Qərbin ölümcül virusa sanki Londonun ən zəngin mühitini ələ keçirmiş kimi müdaxilə etməsi lazımdır. Yalnız Syerra-Leone, Qvineya və Liberiyanı deyil.

Ancaq hazırda 30 sentyabrdan etibarən ABŞ torpaqlarında ilk Ebola virusunun yayılması ilə birlikdə dərman firmaları laqeydliklərini bir kənara buraxıb təcili şəkildə peyvənd və mümkün müalicələr inkişaf etdirməyə cəhd edirlər. Ebola virusuna yoluxmuş xəstənin hər hansı bir bir simptom olmadan ABŞ-a gəldiyi və doqquz gün keçdikdən sonra Ebola diaqnozu qoyularaq təcrid edildiyi bildirilmişdir. Bu vəziyyət həyəcan siqnalının çalmasına səbəb olmuş və təcili olaraq müalicə metodunun inkişaf etdirilməsinin vacibliyini ortaya qoymuşdur.

Xəstəliyin bir çox dünya lideri tərəfindən aylar sonra ifadə edilməsinə baxmayaraq, artıq beynəlxalq təhdidə çevrildiyinə heç bir şübhə yoxdur. İndi Qərbin bu epidemiyadan ibrət alaraq gələcəkdə qarşılaşılan bənzər vəziyyətlərdə bəşəriyyət üçün bir faciəyə çevrilməzdən əvvəl daha etik və daha məsuliyyətlə davranması zamanıdır.

[1] http://www.independent.co.uk/news/world/africa/west-accused-of-tardiness-over-ebola-outbreak-9644671.html

Cənab Adnan Oktarın «Voix Magazine»də nəşr olunan məqaləsi :

http://voixmag.com/the-ebola mihrak--öğrettiği--batı-to-hareket-daha-ethically/ 

http://voixmag.com/the-ebola-outbreak-has-taught-the-west-to-act-more-ethically/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr