İnkarçıların və möminlərin ölüm şəkilləri bir-birindən fərqlidir
ucgen

İnkarçıların və möminlərin ölüm şəkilləri bir-birindən fərqlidir

1001

Ölümlə əlaqədar bir çox insanın bilmədiyi bir sirri Allah Quranda xəbər verir. Bu sirr, insanın gerçək ölüm şəklinin, yəni ölüm anında gördüklərinin, kənardan digər insanların gördükləri ilə eyni olmadığıdır. Allah, ölüm anındakı insanın ətrafındakıların şahid olduqlarından fərqli hadisələri yaşadığını ayələrdə belə bildirər:

Hələ can boğaza gəlib dayandığında, siz (yalnız) baxıb-dayanarsınız. Biz ona sizdən daha yaxınıq; ancaq görməzsiniz. (Vaqiə surəsi, 83-85)

Allahın ölüm anıyla əlaqədar bildirdiyi bir başqa sirr isə insanların görə bilmədikləri bu anlarda inkarçıların çox böyük bir qorxu və iztirab yaşadıqlarıdır. Allah bunu ayələrində belə bildirər:

Allaha qarşı yalan uydurub böhtan atan və ya özünə heç bir şey vəhy olunmamışkən "mənə də vəhy gəldi" deyən və "Allahın endirdiyinin bir bənzərini də mən endirəcəyəm" deyəndən daha zalım kimdir? Sən bu zalımları, ölümün "şiddətli sarsıntıları" əsnasında mələklərin əllərini uzadaraq onlara: "Canlarınızı çıxarın, bu gün Allaha qarşı haqsız olanı söylədiyiniz və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla qarşılıq görəcəksiniz" dediklərini bir görəydin... (Ənam surəsi, 93)

Onların malları və övladları səni qibtə etdirməsin; Allah bunlarla, ancaq onları dünyada əzablandırmaq və canlarının onlar inkar içindəykən çətinlik içində çıxmasını istəyir. (Tövbə surəsi, 85)

Allahın Quranda bildirdiyi bu sirrə görə, inkar edən bir insan yatağında hüzur içində ölmüş kimi görünə bilər. Ölümü əsnasında heç bir acı çəkmədiyi, çətinlik yaşamadığı, yavaşca gözlərini bağladığı zənn edilə bilər. Halbuki, Allah inkarçının ölümünün böyük iztirablar və çətinliklər içində olduğunu bildirməkdədir. Ölüm mələklərinin inkarçıların canlarını alış şəkilləri isə ayələrdə belə bildirilər:

Elə isə mələklər, üzlərinə və arxalarına vura-vura canlarını aldıqları zaman necə olacaq? Həqiqətən, onlar Allahı qəzəbləndirən şeyə uydular və Onu razı salacaq şeyləri çirkin qarşıladılar; buna görə (Allah,) əməllərini boşa çıxardı. (Məhəmməd surəsi, 27-28)

Mələkləri, onların üzlərinə və arxalarına vuraraq: "Yandırıcı əzabı dadın" deyə o inkar edənlərin canlarını alarkən görməlisən. Bu, əllərinizin qazandıqlarına görədir. Yoxsa, şübhəsiz, Allah qullara zülm edən deyil. (Ənfal surəsi, 50-51)

İnkarçıların bu çətin ölümlərinin əksinə möminlərin ölümləri çox asandır. Məsələn, inkarçıların tam əksinə, peyğəmbərlə birlikdə döyüşə çıxan və döyüşdə xəncərlənərək öldürülən bir mömin, əslində çox dinc və qorxu duymadığı bir ölüm anı yaşayar. Allahın ayəsində bildirdiyi kimi, onların canları yumşaq çəkilib alınacaq və onlar mələklər tərəfindən salam və müjdə ilə qarşılanacaqlar. Allah möminlərin ölümlərinin necə olacağını ayələrində belə bildirmişdir:

Ki mələklər, gözəlliklə canlarını aldıqlarında: "Salam sizə" deyərlər. "Etdiklərinizin qarşılığında cənnətə girin". (Nəhl surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo