ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (19 YANVAR 2011)
ADNAN OKTAR: Bismillah. Nəml surəsi, 48-ci ayə, şeytandan Allaha sığınıram. "Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər." Bədiüzzaman da Mehdi (ə.s) haqqında belə deyir: "Doqquz düşmən tayfasının, Allah təala onu doqquz cəbhəsinə göndərmişdir. İnşaAllah yarım əsr sonra (2000-ci ildən sonra) onları darmadağın edəcək." O dediyi tarix miladi 2000-ci illərə işarə edir. "Doqquz düşmən tayfasının, doqquz cəbhəsinə göndərmiş, onları yarım əsr sonra darmadağın edəcək"-deyir. "Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər." Dəccaliyyət açıq nizam qurar, Mehdiyyət də onların fərqində olmadıqları bir nizamdır, Allahın qurduğu əks nizamdır və Allah da onların nizamlarını darmadağın edər. "Bax gör onların hiylələrinin aqibəti necə oldu”-nə hala gəldiklərini deyir Allah. "Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. İman gətirib Allahdan qorxanları isə xilas etdik."-Deyir Allah. "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz?"-deyir Allah, Nəml surəsi, 62-ci ayədə. Bu, adamın Allah ilə yanaşı başqa ilaha inanmağı, xurafatlara uymağı, “mənə də vəhy gəlir” deməyi, deyil? Adam Allaha şərik qoşmuş olur haşa. Xurafata, uydurmalara uyarsa, Quranın xaricinə çıxar, inşaAllah. "Dedi ki:" Həmd olsun Allaha! Salam olsun Onun seçdiyi qullarına. Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?" –Nəml surəsi, 59-cu ayə. Allaha qarşı ortaq qoşduqları necə olur? Filan adama vəhy gəldiyini deyir. Bu Allaha şərik qoşmaqdır. Yaxud xurafatlar ortaya çıxardır. Haradan çıxartdın, deyirsən. Çıxardırıq, deyir. Allaha qarşı, Allahın hökmlərinə qarşı, Quranın hökmlərinə qarşı, xurafat ilə cavab verir. Allah Quranda belə qüsurları bildirir, inşaAllah.