Qədim Yunanıstan Qərb mədəniyyətinin beşiyi kimi qəbul edildiyindən daima yüksək qiymətləndirilir. 2500 il əvvəl qurulmasına baxmayaraq, bu gün hələ də xüsusilə sənətkarlıq, memarlıq və estetika olmaqla bir çox yöndən dünyanı cəlb etməyə davam edir. Bir zamanlar Qərbin doğulduğu yer olan ölkənin müflis olmaq üzrə olduğunu görmək çətindir. Yunanıstan bu gün önəmli bir qərarın astanasındadır. Ya borcları ilə bağlı razılıq əldə edəcək və avrozonada qalacaq, ya da əvvəlki pul vahidi olan drahmiyə geri qayıdacaq. Bu qeyri-müəyyənlik xalq arasında haqlı olaraq qorxu yaradır və avronun orijinal pul vahidi ilə dəyişməsi ehtimalı insanların mümkün devalivasiya qorxusu ilə banklara axışıb avro hesablarını çıxarmalarına səbəb olur. Nəticə etibarilə təkcə keçən həftə yunan banklarından təqribən dörd milyard avro pul çıxarıldı.
Yunanıstanda iqtisadi böhran necə başladı?
2008-ci ildə Amerikada «Lehman Brothers» şirkəti müflis olduqdan sonra başlayan iqtisadi böhran Avropa ölkələrinə təsir etməyə başladı. Yunanıstan onlardan təkcə biri idi. Ümumi Daxili Məhsul nisbətinə görə 180%-lik borc və 10%-lik büdcə kəsiri ilə ölkə avrozonanın ən kasıb ölkəsidir. Son yeddi ildə yunan iqtisadiyyatı ancaq zəiflədi. İqtisadiyyatı əvvəlki halına geri qaytarmaq üçün Yunanıstan Trokyaya borc pul almaq üçün müraciət etdi. Nəticədə bu Yunanıstanda kəmər sıxma tədbirlərinə səbəb oldu. Zibillikdən yemək yeyən evsizlərə, elektrik enerjisi olmayan evlərə, çörək almaq üçün pul tapmayan işsizlərə və tibbi xidmətdən məhrum olan xəstələrin sayının artmasına şahid olduq. 2015-ci ilin əvvəllərində baş tutan seçkilərdə yunan xalqı dəyişiklik ümidi ilə səslərini verdilər. Solçu Syriza partiyasının gənc lideri Aleksis Tsipras ölkənin bitmək bilməyən ƏDV-lərdən və digər maaş azlığından sıxıntı çəkmələrinə göz yummayacağına dair söz verdi. Həmçinin ölkəni böyük qənaət tədbirlərindən çıxarmaq üçün danışıqlar aparacaqdı. Bu onun Baş nazir seçilməsinin ən önəmli səbəbi idi. Baş nazir Tsipras və maliyyə naziri Yanis Varoufakis Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa İttifaqı ilə ölkəni əvvəlki halına qaytarmaq üçün bir çox görüşlər keçirdi, ancaq bunların heç biri müsbət nəticə vermədi. Dolayısilə Yunanıstanın qarşı-qarşıya olduğu məsələləri həll etmək üçün Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu ilə kritik danışıqlar aparılır.
Yunanıstan avrozonadan çıxarsa, nə baş verəcək ?
Bu gün Yunanıstan diqqət mərkəzindədi. İnsanlar təsvişlə alınacaq qərarı gözləyir. İki güclü Avropa ölkəsi Almaniya və Fransa Yunanıstanın avrozonadan ayrılacağı təqdirdə bunun ortaq pul vahidi üzərində ard-arda gələn dağıdıcı təsirləri olacağına inanırlar. Yunanıstanın avrozonadan ayrılması şübhəsiz ki, Avropa İttifaqı üzv dövlətlərin iqtisadiyyatının gözlənilməyən risklərlə qarşılasmasına səbəb olacaq. Ona görə Avropa özünü Yunanıstanı xilas etməyə məcbur hiss edir. Bu təkcə iqtisadi problem olaraq qəbul edilməməlidir. Çünki bu eyni zamanda siyasi, geo-siyasi və tarixi bir məsələdir. Həm də iqtisadi tənəzzülün astanasındakı tək ölkə Yunanıstan deyil. Bu cür qərar digər Avropa İttifaqı üzv dövlətlərin problemlərini də pisləşdirə bilər. Görünüşə görə, son günlərdə mərkəz sağdan mərkəz sola qədər bütün çevrələrdə Avropa İttifaqından ayrılmaq yeni dəbdir. Məsələn, İngiltərə, Finlandiya və İtaliyadakı bəzi müxalifət partiyaları, Fransada Marine Le Pennin Milli Cəphə Partiyası avro ilə bağlı şübhəlidir və birlikdən ayrılma istəklərini də açıq şəkildə göstərdilər. Bu çətin qərarı əsas yunan xalqı alacaq. Bu kənardan müdaxilə ilə yox, onların öz qərarı olmalıdır.
Avropa ölkələri bu ayrılığın eyni zamanda Yunanıstanı Rusiyaya yaxınlaşdıracağından narahatdırlar və bu Yunanıstanın Avropa İttifaqı tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaları rədd etmə səsi verməsinə səbəb ola bilər. Yunanıstan və Rusiyanın yaxınlığının yeni bir şey olmadığını söyləməyə ehtiyac yoxdur. Aralarında min illik bağlılıq var. Ortodoks xristianlıq çərçivəsində mədəni bağlılıqları var və Salonikidən yunanlı qardaşlar Kiril və Metodius tərəfindən yazılan eyni kiril əlifbasını istifadə edirlər. Bu iki köklü ölkə arasındakı bağlılığı nəzərə almamaq olmaz.
«Türk axını» boru xətti layihəsi Yunanıstana nə qazandıracaq?
Rusiya qazının Türkiyə və Yunanıstan üzərindən Avropanın cənubuna nəql edilməsi planlaşdırılan bu yeni boru xətti layihəsində konkret addımlar atılmağa başlandı. Keçən həftə Türkiyə axın boru xəttini Türkiyə/Yunanıstan sərhədi üzərindən uzatmaq üçün Rusiya və Yunanıstan tərəfindən müqavilə imzalandı. Yunanıstan bu yeni imzalanan layihəni Rusiya Dövlət İnkişaf Bankının maliyyələşdirəcəyini təsdiqlədi. Bu layihənin, indiyə kimi aralarında istənilən səviyyədə ticarət münasibəti olmayan Türkiyə və Yunanıstanı bir-birinə yaxınlaşdırmaq kimi, Yunanıstan iqtisadiyyatı üçün bir çox müsbət təsiri olacaq. Keçmişdə bəzi siyasi çəkişmələr yaşanmış olsa da, hər kəs yunan və türk xalqı arasında çox yaxşı münasibətlər olduğunu bilir. Ortaq tarixi olan iki xalq hər zaman bir-birini sevmiş və əhəmiyyət vermişdir.
Bundan başqa dünyada ən çox qaçqına ev sahibliyi edən Türkiyə ölkə üzərindəki iqtisadi təsirləri və ya yükü düşünmədən ehtiyac içində olanlara göstərdiyi şəfqəti hərəkətləri ilə sübut etmişdir. Bunu görmək xüsusilə mənəvi dəstəyə ehtiyacı olan yunan xalqını rahatladacaq və iqtisadi yardımdan əlavə insanların sevincini geri gətirəcək. Oxşar şəkildə Türkiyə və Rusiyanın qarşılıqlı sevgi, hörmət və dəstək çərçivəsində çox güclü əlaqələri var ki, bu onları yeni sektorlarda birgə əməkdaşlıq etməyə daha istəkli hala gətirir. Ümid edirik ki, Türkiyə, Rusiya və Yunanıstan arasında geniş əlaqələr yaradılması təkcə iqtisadi olaraq deyil, erməni və kipr problemi daxil olmaqla regionun qarşı-qarşıya olduğu daha bir çox həll edilməmiş problem üçün həll yolları gətirəcəkdir. Bu həmin dövlətlər üçün səmərəli nəticələr verəcək və regiona sülh gətirəcək. Unudulmamalıdır ki, mənfəət üzərində qurulan dövlət siyasətləri hər zaman hüsranla nəticələnir. Əksinə istər öz birliyindən, istər başqa anlaşmalardan olsun hər kəsi qucaqlamaq və iqtisadi böhran dövrlərində ilk əziyyət çəkən hər zaman onlar olduğu üçün insanların ehtiyaclarına öncəlik vermək ən doğru olandır.
Adnan Oktarın «Pravda.ru»da dərc olunan məqaləsi:
http://english.pravda.ru/world/europe/23-06-2015/131064-greece_eurozone-0/