Bəzi insanlar başqalarından daha üstün xüsusiyyətlərə sahibdirlər. Onları görənlər bu insanlara dərin hörmət edər və heyranlıq bəsləyərlər. Ancaq bu heyranlıqlarının qaynağı üzərində düşünməzlər. Kənardan baxan insanlar da bu şəxsin təbiətən bu cür üstün vəsflərə sahib olduğunu zənn edərlər. Xarakterinin, ya da fitrətinin belə olduğunu, buna görə də bəyənildiklərini düşünərlər. Halbuki bu insanın ən əhəmiyyətli vəsflərindən biri ağıllı olmasıdır. Sahib olduqları üstünlüklər ağılla düşünüb hərəkət etmələrindən irəli gəlir.
İnsanların bir qismi bu insanların əxlaqındakı gözəlliklərdən istifadə etmək lazım gələndə məmnuniyyətlə qəbul edərlər. Amma eyni gözəlliklərin özlərində olması üçün ağılla düşünməyə çalışmazlar. Bunu çox çətin iş kimi görər, daha çox ağıllı insanları təqlid etməyə çalışarlar. Quranda bu insanların vəziyyəti “… Onların çoxu isə anlamır” (Maidə surəsi, 103) ayəsi ilə xəbər verilmişdir.
Ancaq təqlid etmək onlara nə istədikləri nəticəni verər, nə də ətrafdakı insanların xoşuna gələr. Hazıra nazir, əzbərçi, ağıldan uzaq olan bu model, əksinə çox vaxt insanlar üzərində pis təsir yaradar. Ağlından istifadə etməyən, sadəcə ağıllıları təqlid edən insanın sözləri ətrafda gözlənilən təsiri yaratmaz. Hətta hipnoz təsiri meydana gətirərək çox maraqlı mövzuda belə dinləyənlərin keyləşməsinə və diqqətlərinin dağılmasına səbəb olar. Eyni şəkildə təqlid olunan hərəkətlər də qarşı tərəfdə narahatçılığa səbəb olur. Ağıllı olmayıb bu stili mənimsəyən insanların nəzərə almadıqları mövzu isə ağlın insanlar üçün çox böyük nemət və komfort olmasıdır. Ağıllı olmaq insana zövq verir. İnsan ağlından istifadə etdikcə həyatının hər sahəsində ən gözəl həyat formasını əldə etmiş olur. Dünyadakı bütün nemətlərdən böyük zövq alır. Hər şeyi ən qısa zamanda həll edir. Əxlaqını və xarakterini mükəmməl səviyyəyə çatdırır. Hər xüsusiyyəti ilə ətrafda mütləq bir rəğbət və heyranlıq oyandırır. Hər sözü fərqli, orijinal, təsirli, hikmətli və insanlara fayda verəcək şəkildədir. Hərəkətlərində və sözlərində narahatçılığa səbəb olan heç nəyə rast gəlmək mümkün olmaz. Hər sözünün ətrafda meydana gətirəcəyi təsiri və bunların risklərini ən yaxşı şəkildə hesablayaraq danışar. Hamının sevgisini, hörmətini, yaxınlığını, dostluğunu, güvənini qazanar. Özü də sevgini, hörməti, dostluğu ən mükəmməl şəkildə yaşaya biləcək dərinlik qazanar.
Əlbəttə ki, hamı ağıllı ola bilməz. Ağıl ancaq imanla əlaqədardır. İnsan Allah’ı nə qədər çox sevirsə, Allah’dan nə qədər çox qorxursa, Allah’ın əmrlərini dünyadakı hər şeydən nə qədər üstün tutursa, Allah ona o nisbətdə ağıl, səmimiyyət və şüur açıqlığı verər.
Buna görə də, bu imani gerçəyi bilən insanlar təqlid etmək əvəzinə ağıllı insan olmağa çalışmalı və bunun üçün ciddi cəhd etməlidirlər. Bunun dünyadakı ən böyük nemətlərdən biri olduğunu başa düşmək çox əhəmiyyətlidir. Ağıllı insan ilə ağıllı olmayıb, sadəcə ağlı təqlid edən insanın həyatı arasında çox böyük fərq var. Ancaq ağlını istifadə etməyən bir insan, əslində, necə böyük neməti itirdiyinin şüurunda deyil. Ancaq ağıllı insanlar bu insanların itkisini başa düşəcək şüura sahibdirlər.
Buna görə də, hər bir insan ağlından az istifadə etdiyini düşünməli və ağlından daha çox istifadə etməyə çalışmalıdır. İnsan Allah’a qarşı dürüst və səmimi olsa, Allah ona hər an, hər hadisədə nə edəcəyini, ən ağıllı sözləri, ən ağıllı rəftarları ilham edər. Kim Allah’a qarşı çox səmimi olsa, Allah onu çox ağıllı edər. Allah Quranda bu həqiqəti insanlara bu cür bildirmişdir:
Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)