Dua Allahın Rəhman və Rəhim isminin çox üstün təcəllisi, möminlərə böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Yeganə dost və vəli kimi Ona təslim olduğunu, yalnız Ondan mədət umup Ondan kömək istədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha üz tutacaqları halda, bunun üçün vaxt müəyyən etmiş və ya araya vasitəçilər qoymuşlar.
Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir: "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (Zümər surəsi, 3)
Allaha dua etmək üçün müxtəlif vasitəçilər lazım olduğunu deyən insanlar, əslində dini çətin göstərərək insanları doğru yoldan azdırırlar. Çünki "İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq" (Qaf surəsi, 16) ayəsində bildirildiyi kimi, insana ən yaxın daima Allahdır. Yəni insan istədiyi zaman Allaha yönələ, dua ilə kömək istəyə bilər. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz səmimi qəlblə dua edən qullarının duasına cavab verəndir. İnsan Allahın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki ancaq Allahın varlığının fərqində olan insan duanın mənasını və əhəmiyyətini dərk edir. Duanın xüsusiyyəti Allahla qulu arasında səmimi əlaqə qurmasıdır.
İnsan bütün çətinliklərini, istəklərini Allaha açar, Ona yalvarar. Allah da qulunun istəyinə cavab verər, duasını qarşılıqsız buraxmaz. Dua etmək üçün xüsusi vaxta, xüsusi dua formalarına ehtiyac yoxdur. Hər an, hər dəqiqə və hər yerdə Allaha dua edilə bilər. İnsan bir yerə gedərkən, pilləkəndən düşərkən, alış-veriş edərkən, yemək hazırlayarkən, televizor seyr edərkən, liftdə, bir yerdə gözləyərkən, gecə yatdığı zaman, səhər qalxdıqda, nahar edərkən, avtomobil sürərkən bir sözlə hər yerdə və hər zaman Allaha dua edərək, Allaha istədiklərini bildirə bilər.
Bunun üçün ağlından keçirməsi belə kifayətdir. Çünki Allah insanın qəlbində gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır. Mömin, Allahın onu eşitdiyini, gördüyünü, düşüncələrini bildiyini bilərək dua edər. Bu səbəbdən mömin içindən keçirdiyi bir anlıq bir fikri də Rəbbimizin bildiyini bilərək bu əhəmiyyətli ibadəti yer, zaman ayırd etmədən istədiyi şəkildə edə bilər. Belə mühüm bir ibadətdə Allahın verdiyi asanlıq mömin üçün lütfdür.
Dua dedikdə insanın ağlına Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını istəməsi, dilə gətirməsi gəlir. Bunun üçün duada Allaha qarşı səmimi üslub olmalıdır.
Dua zamanı əhəmiyyətli olan insanın o andakı ruh halı, içindəki niyyəti, səmimiyyətidir.
Dua mömin üçün çox böyük nemətdir. Mömin etdiyi hər işdə Allaha üz tutar. Allaha yalvara-yalvara dua edər. Ən çətin şərtlərdə belə imanlı insan heç vaxt ümidsizliyə qapılmadan, Allahdan güc, qüvvət və səbir diləyər. Allahın hər zaman hər şeyin ən xeyirlisini yaratdığını bilərək ümidlə və qorxuyla yalnız Allaha yalvarar.
Allahdan istədiyi hər şeyin ən xeyirli şəkildə nəticələnəcəyini bilər. Bütün güc Allahın əlindədir. Bir şeyin olub-olmaması yalnız Allahın istəyinə bağlıdır. Mömin bunu bilərək Rəbbinə dua etdiyi təqdirdə, Allah o insanın duasını ən xeyirli və ən gözəl şəkildə qəbul edər. Rəhman və Rəhim olan Allah ehtiyac içində olan insanların daim Özünə üz tutduqları təqdirdə işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:
"Onlar özlərinin xoşlamadıqları (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar". (Nəml surəsi, 62)
Adnan Oktarın «Gulf Today»də dərc edilən məqaləsi:
http://gulftoday.ae/portal/b0a87dec-2d11-463f-81c1-aaa009200e48.aspx