Hicri 1300-cü illərin ən böyük mücəddidi Bədiüzzaman Səid Nursi Risaleyi Nurda 1956-cı il tarixinin üzərində xüsusilə dayanmışdır. 1956-cı ildə baş verən hadisələri nəzərdən keçirdikdə, Səid Nursinin xüsusilə bu ilə diqqət çəkməsi çox heyrətamizdir.
Risaleyi Nur tələbəsi Əhməd Feyzi Qul 1950-ci ildə yazdığı "Maidət-ül Quran və Hazinət-ül Bürhan" adlı əsərində bəzi ayələrin əbcəd dəyərlərini hesablamışdır. Bu əsər Bədiüzzaman Səid Nursi tərəfindən qəbul edilərək "Tilsimlər Məcmuəsi"nin sonuna əlavə etmişdir. Bu əsərdə əbcəd dəyəri olaraq Miladi 1956-cı ili verən ayə Taha surəsinin 68-ci ayəsidir.
Qorxma, qalib gələn mütləq sən olacaqsan! (Taha surəsi, 68)
Bu ayədə olan "mütləq sənsən" ifadəsinin əbcəd dəyəri Miladi 1956-cı ildir.
1956-cı il çox əhəmiyyətli tarixdir. Bədiüzzaman Səid Nursi də, Əhməd Feyzi Qul da bu tarixin cox mühüm olduğunu qeyd etmişlər. Bədiüzzaman Səid Nursi 1956-cı ilə işarə edən başqa ayənin şərhini "Əmirdağ Lahikası" adlı əsərində bu şəkildə bildirmişdir:
Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. (Nisa surəsi, 145)
... Əgər şəddə iki nun sayılsa, oxunmayan həmzələr və (yə) də sayılsa 1376 (1956-1957) edərək, bu zülmətlı nifaqın (dinsizlik və zülmə əsaslanan, ikiüzlü münafiqanə sistemin) sükut mərtəbəsinə (susma, sona çatma dərəcəsinə)...
(Emirdağ Lahikası (1), Məktub nömrə: 15)
Bədiüzzaman buradakı "bu zülmətlı nifaqın sükut mərtəbəsinə" sözləri ilə 1956-cı ilin zalım küfr sisteminin, münafiqliyin, Darvinist-materialist sistemin çöküşünün miladi başlanğıcı olduğunu bildirir. Həqiqətən 1956-cı ildən sonra İslam aləmində böyük bir irəliləyiş görülmüşdür.
Quranda "1956-cı ilin" əbcədini verən başqa ayə isə Ali İmran surəsinin 81-ci ayəsidir.
Bir zaman Allah peyğəmbərlərdən: "Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz"– deyə əhd almış və: "Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?"– demişdi. Onlar: "Razıyıq!"– demişdilər. (Allah da): "Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam"– demişdir. (Ali İmran surəsi, 81)
Bu ayədə olan "...özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə..." sözlərinin əbcədi "1956-cı ili" verir. Belə ki, Risaleyi Nurlara tətbiq olunan qadağanın qaldırılması da bu tarixdə olmuşdur. 1956-cı il Risaleyi Nur baxımından çox əhəmiyyətli bir il olmuşdur. Bu ilə qədər Risaleyi Nur saxlamaq, oxumaq, paylamaq qadağan edilmiş, Nur risalələri haqqında 1500-ə qədər ittiham irəli sürülmüşdür. 1956-cı ildə isə 8 ildir Afyonda davam edən məhkəmənin bitməsi ilə bu mövzuda baş verən böyük hüquq mübarizəsi də sona çatmış və Risalələrin heç bir cinayət ünsürü olmayan imani əsərlər olduğu, məhkəmə hüzurunda qərara alınmışdır. Afyon Məhkəməsi 1956-cı ildə Dəyanət İşləri üzrə Müşavirə təşkilatı bütün Risaleyi Nur külliyyatını bir-bir araşdıraraq hər bir risalə haqqında müsbət və faydalı Quran təfsiri olduğu haqqında hesabat təqdim etmiş, Nur risalələrinin sərbəstliyinə və qaytarmasına qərar vermiş və beləliklə, Risaleyi Nurların nəşr olunmasına icazə verilmişdir.
Bədiüzzaman Səid Nursi Risalələrdə 1956-cı ilə xüsusilə vurğulamasının əhəmiyyəti 1956-cı ildə Türkiyədə və dünyada baş verən böyük və əhəmiyyətli hadisələrə baxdığımızda da açıqca ortaya çıxır.
1956 tarixində reallaşan böyük vəəhəmiyyətli hadisələr bunlardır:
1956-cı il 3 yanvar
Sudan müstəqil bir respublika olduğunu elan etdi.
1956-cı il 20 mart
Tunis Fransadan ayrılaraq müstəqilliyinə qovuşdu.
1956-cı il 23 mart
Pakistan dünyanın ilk İslami Respublikası oldu.
1956-cı il 7 aprel
Fas müstəqilliyini elan etdi.
1956-cı il
Orta məktəblərdə din dərsi oxudulmağa başlanmışdır.