"O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm … " (Ali İmran surəsi, 55)
Ayə qiyamətin son vaxtına qədər İslamiyyətin hakim olacağına işarə edir. Bu vəziyyət hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) zamanında olacaq.
Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!. " (Zuxruf surəsi, 61)
Hz. İsa (ə.s)-ın gəlişi və hz. Mehdi (ə.s)-ın çıxışı qiyamət əlamətidir. Hz. İsa (ə.s)-ın gəlişinin qiyamət əlaməti olduğu ayədə açıq şəkildə ifadə edilir.
“Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır " (Nisa surəsi, 159)
Hz. İsa (ə.s.) gəldikdə kitab əhlindən hər kəs ona iman edəcək və ona iman etmiş olaraq öləcək. Bu səbəbdən bu vəziyyət İslamın dünya hakimiyyətinə işarə edir. Müsəlmanlar onsuz da hz. İsa (ə.s)-a peyğəmbər olaraq iman edir və sevirlər.