Adnan Oktarın 1 may 2011 A9 Tv, Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şuəra surəsi. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. "Ta, Sin, Mim. Bunlar, açıq-aşkar olan Kitabın ayələridir." "Quran açıq-aşkardır" deyir Allah, aydın olmayan bir istiqaməti yoxdur, səhihdir. "Onlar mömin olmayacaqlar deyə az qala özünü həlak edəcəksən (elə mi?)" Allah hidayət vermir onlara, Peyğəmbərimiz (s.ə.v) də onların halına çox kədərlənir. Allah o mövzuda Peyğəmbərimiz (s.ə.v)-in diqqətini çəkir; kədərlənməyi buraxmasını, əksi vəziyyətdə özünü həlak edəcəyini, bu mövzuda bir ayə olaraq endirmişdir. "Diləsək" deyir Allah, "onların üzərinə göydən bir ayə (möcüzə) endirərik, ona boyunları əyilmiş qalarlar" deyir Allah. Əbcədi 2022-dir, hz. İsa Məsih (ə.s)-ın eniş tarixini verir, inşaAllah. Bax, deyir ki; "Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik." "Göydən endirərik" deyir. Tam 2022. "Ona boyunları əyilmiş qalarlar." Hz. İsa Məsih (ə.s)-ın enişiylə bütün dünya müsəlman olur. Çünki Peyğəmbərimiz (s.ə.v)-in zamanında insanlar müsəlman olmur; izah edir, izah edir olmur, izah edir, izah edir olmur. Az insan olur, o bölgədə oldu yalnız, çox yayılmadı. Peyğəmbərimiz (s.ə.v) də buna çox kədərlənir. Baxın, nə deyir Allah? "Onlar mömin olmayacaqlar deyə az qala özünü həlak edəcəksən (elə mi?)" Çünki qədərində yoxdur, Peyğəmbərimiz (s.ə.v)-in zamanında İslamın dünyaya hakimiyyəti yoxdur, qədərində yoxdur. Nə vaxt var? Hz. İsa Məsih (ə.s)-ın zamanında var, Axırzamanda var. Davam edir Allah; "Diləsək" deyir, "Mənim istəməyimlə olar" deyir Allah; "Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik." 2022 tarixini verir. "Ona boyunları əyilmiş qalar." İslam bütün dünyaya İslam hakim olacaq bu dövrdə, Quran ayəsi var.