Hər dörd İncildə Hz. İsanın guya çarmıxa çəkilməsi ilə bağlı təzadlı iddiaların təsviri
ucgen

Hər dörd İncildə Hz. İsanın guya çarmıxa çəkilməsi ilə bağlı təzadlı iddiaların təsviri

2060

Xristian inancında hz. İsanın (əs) çarmıxa çəkilərək öldüyünə və sonra yenidən diriləcəyinə inanırlar. Halbuki Quranda göstərildiyi kimi, hz. İsa (əs) çarmıxa çəkilməyib, yəni öldürülməyib. O, diri olaraq Allah Dərgahına alınıb və axırzamanda yenidən geri göndəriləcək (Mövzuya dair izahlarımızı  buradan oxuya bilərsiniz). Hal-hazırda Xristian aləmində hz. İsanın (əs) çarmıxa çəkildiyinə inanmalarının səbəbi İncildə bəhs edilən bəzi bölmələrdir.

Lakin bu bölmələrdəki ifadələr yuxarıda da qeyd etdiyimiz kimi, hz. İsadan (əs) sonra III əsrdən etibarən İncilə əlavə edilmişdir. Əlavə olunmuş bu ifadələr də bir- biriləri ilə ciddi ziddiyət təşkil edir.

Mövzumuzla bağlı bu ziddiyətli ifadələrdən biri belədir :

Hz. İsanın  (əs) çarmıxa çəkilməsi ilə bağlı İncildəki təzadlar (və ya ziddiyətli ifadələr)

Xaçı kim daşıdı :

Mark 15:21, Matta 27:32 və Luka 23:26 –da xaçı Kirenalı Şimonun daşıdığı bildirilib :

Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.

Yəhyanın (Yuhanna) İncilində isə xaçı İsanın (əs) özü daşıdığı bildirilir :

Əsgərlər də Onu götürüb apardı. İsa çarmıxını Özü daşıyaraq Kəllə (ibranicə Qolqota) adlanan yerə çıxdı.(Yəhya 19:17) (O vaxt İsa öz çarmıxını daşıyaraq, ibranicə Qolqota adlanan, Kəllə yeri deyilən yerə çıxdı)

Hz. İsanı xəbər verən münafiq çarmıxa çəkilərək, Allah tərəfindən hz. İsaya bənzədildiyi üçün hz. İsa öldü düşüncəsi ortaya çıxmışdır.

Adnan Oktarın 30 avqust 2010-cu il tarixli HarunYahya.TV müsahibəsindən

Çarmıxa çəkilən quldurlar (oğrular):

Mark 15:27-28, Matta 27:44, Luka 23:39-42 fəsillərində, İsanın guya iki quldur (oğru) ilə birlikdə çarmıxa çəkildiyi deyilir. Romalılar oğruları heç vaxt çarmıxa çəkmirdilər. Bu da deyilən fikirlə ziddiyyət təşkil edir.

Onunla birlikdə iki qulduru da çarmıxa çəkdilər. Onlardan biri İsanın sağında, o biri isə solunda idi. [Müqəddəs Yazılarda yazılan yerinə yetdi: "Qanunsuzlara tay tutuldu". (Mark 15:27-28)

İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu söyürdülər. (Matta 27:44)

Hz. İsanın (əs) guya çarmıxa çəkilmə vaxtı ilə bağlı təzadlı məlumatlar :

Matta 27:45-46, Luka 23:44-46, Yəhya 19:14-15 İncillərindəki fəsillərdə hz. İsanın (əs) guya çarmıxa çəkilməsi saat on ikidən üçə qədər olan vaxt ərzində baş verib, Markos 15:25 – də saatın doqquz olduğu deyilir.

Gündüz altıncı saata yaxın günəş qaraldı və doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. Məbədin pərdəsi ortadan yarıldı. İsa uca səslə nida edərək dedi: "Ey Rəbbim! Ruhumu Sənin əlinə verirəm". İsa bunu deyib axır nəfəsini verdi.(Luka 23:44-46)

Üçüncü saat idi, İsanı çarmıxa çəkdilər. (Mark 15:25)

Hz. İsanın (əs) guya işlətdiyi sözlər :

Hz. İsa guya çarmıxa çəkilərkən işlətdiyi son sözlər, yenə də, hər bir 4 İncildə fəqrli qələmə verilib. Mark 15:34-37 ilə Matta 27:46-50 fəsillərində, hz. İsanın (əs) son sözləri belə olub:

Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: "Elohi, Elohi, lema şavaqtani?" Bunun mə'nası belədir: "Ey Allahım, Allahım, niyə Məni tərk etdin?"(Mark 15:34)

Luka İncilində hz. İsanın (əs) sözləri daha fərqli ifadə edilmişdir :

İsa uca səslə nida edərək dedi: "Allahım! Ruhumu Sənin əlinə verirəm". İsa bunu deyib axır nəfəsini verdi. (Luka 23:46)

Yəhyanın İncilində isə bu ifadələr tamamilə fərqlidir :

İsa şərabı daddı. Sonra "tamam oldu" dedi və başını əyib can verdi.(Yəhya 19:30)

Hz. İsa (əs) guya şərab içir, yoxsa sirkə:

Fəsillərdə hz. İsanın guya çarmıxa çəkilmədən öncə nə isə içdiyi iddia edilir. Fəqət bu iddia Markın İncilində şərab olaraq, Matta, Luka və Yəhyanınkında isə sirkə olaraq ifadə edilir :

Ona mirra (ağrı kəsən dərman) ilə qarışdırılmış şərab vermək istədilər, amma O imtina etdi. (Mark 15:23)

Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, sirkəyə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. (Matta 27:48)

Əsgərlər də yaxınlaşıb Onu lağa qoydu. Ona sirkə təqdim edib, belə dedilər: "Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!" (Luka 23:36-37)

Orada sirkə ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri sirkəyə batıraraq mərzə budağına taxıb, İsanın ağzına yaxınlaşdırdılar. İsa şərabı daddı. Sonra "tamam oldu" dedi və başını əyib can verdi. (Yəhya 19:29-30)

Hz. İsanın (əs) guya dəfni zamanı zəlzələ baş verir :

Bu fikir Matta İncilində ifadə olunur :

O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə (Qüdsə) girdilər və bir çox insana göründülər. (Matta 27:51-53)

Mark, Luka və Yəhyanın İncilində hz. İsanın  guya dəfn edilməsinə dair  bir çox ifadələr yer alır. Lakin  bunların heç birində əgər baş veribsə, unudulması mümkün olmayan belə ağır zəlzələ haqqında heç bir məlumat yoxdur.

Hz. İsanın (əs) guya dəfn olunmasından sonra baş verən hadisələr:

Hz. İsanın (əs) guya dəfnindən sonra baş verən hadisələr hər 4 İncildə də müxtəlif təsvir edilir:

O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi.Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə(Qüdsə) girdilər və bir çox insana göründülər. (Matta 27:51-53)

Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.Qəbrə girib sağ tərəfdə ağ libas geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər. (Mark 16:4-5)

Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər, amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. Onlar buna təəccüblənərkən parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. (Luka 24:2-4)

Peterlə o biri şagird bayıra çıxıb məqbərəyə tərəf getdi. İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca məqbərəyə o çatdı. Əyilib içəri baxdı və kətan bezlərin yana salındığını gördü, ancaq içəri girmədi. O vaxt onun ardınca Şimon Peter də gəlib məqbərəyə girdi. O, yana salınmış kətan bezləri və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Onda məqbərənin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. (Yəhya 20:3-8)

Hz. İsanın yanına aparıldığı şəxsin məqamının fərqli olması:

Mark 14:53, Matta 26:57 və Luka 22:54 İncillərində hz. İsanın (əs) yanına aparıldığı şəxs baş kahin Qayafa olarak geçir, Yəhya İncilində baş kahinin qayınatası Xanan olaraq qeyd olunub:

İsanı baş kahinin yanına gətirdilər. (Mark 14:53)

İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər.(Matta 26:57)

İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan ardınca gedirdi. (Luka 22:54)

Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. (Yəhya 18:13)

Hz.İsanın guya ittihamlara görə mühakimə olunması:

Hər bir 4 İncildə hz. İsanın (əs) ittiham edilməsi ilə bağlı fikirlər bir-birilə tamamilə ziddiyyət təşkil edir.

Yəhya İncilinə görə hz. İsanı sadəcə baş kahin ittiham edir:

Beləcə Komandir ilə alay və Yəhudi başçılarının keşikçiləri İsanı tutub əl-qolunu bağladılar. Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. Bu həmin Qayafa idi ki, "bir adamın xalq uğrunda həlak olması daha yaxşıdır" deyə Yəhudi başçılarına məsləhət vermişdi… O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. (Yəhya 18:12-14,19)

Mark, Luka və Matta İncilinə görə, hz. İsa (əs) Ağsaqqllar Şurası (Baş Məclis) tərəfindən ittiham olunur:

Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. Onlar dedilər: "Əgər Sən Məsihsənsə, bizə de". O onlara dedi: "Əgər sizə desəm, inanmazsınız. (Luka 22:66-67)

İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı … Başçı kahinlər və Ali Şuranın hamısı İsanı ölüm cəzasına məhkum etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər. Çoxları Onun əleyhinə yalan ifadə verdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi. (Mark 14:53-56)

İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı. Peter uzaqdan baş kahinin evinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib nəzarətçilərlə birgə oturdu. Başçı kahinlər və Ali Şuranın hamısı İsanı ölüm cəzasına məhkum etmək üçün Onun əleyhinə ifadə verməyə yalançı şahid axtarırdılar. (Matta 26:57-59)

Hz. İsa guya Hirodes tərəfindən də ittiham edilib :

Luka İncilində guya hz.İsa (əs) Hirod tərəfindən də ittiham edilib:

Pilat Qalileya barədə eşidərək soruşdu: "Məgər bu Adam Qalileyalıdır?" İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi.Çünki o günlərdə Hirod da Yerusəlimdə idi. Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında çox şeylər eşitmişdi və Onu çoxdan görmək istəyirdi. Ondan bir mö’cüzə görməyi umurdu. Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi.Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdi. Hirod öz əsgərləri ilə Onu təhqir edib lağa qoydu. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. Əvvəl bir-birinə düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdılar. (Luka 23:6-12)

Matta, Mark və Yəhya İncillərində isə Hirodun sorğulması haqda heç bir məlumat yoxdur.

Bəhs etdiyimiz təzadlı ifadələrdən də görünür ki, İsanın (əs) çarmıxa  çəkilməsi haqqında deyilənlər tamamilə yalnışdır. Uca Allah Quranda hz. İsanın (əs) çarmıxa çəkilməsi  və öldürülməsi kimi bir vəziyyətin olmadığını bildirir. Əksinə inkarçıların belə olduğunu zənnetdiklərini bildirir. Rəbbimiz Quranda hz. İsayla (əs) əlaqədar bu iddiaların əsassız olduğunu, münafiq və inkarçıların hz. İsaya (əs) yönəlmiş hiylələrinin boşa çıxdığını və hz. İsanın (əs) göyə-Allah Dərgahına - alındığını xəbər verir. İncilin fəsillərindəki təzadları Quran işığında qiymətləndirsək, bu ciddi təzada dərhal aydınlıq gələr. Belə ki, hz. İsanın (əs) çarmıxda öldüyü haqqında yazılanlar, digər doğru olmayan fikirlər kimi İncilə sonradan və xüsusi məqsədlə daxil edilmiş yalnış inancdır.


1-http://www.examiner.com/catholic-in-albuquerque/the-last-days-with-jesus-who-is-barabbas-part-2-http://www.2think.org/hii/bible_cr.shtml

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr