HÖRMƏTLİ ADNAN OKTARIN NƏFS İLƏ ƏLAQƏDAR ŞƏRHLƏRİ
Maidə surəsi, 80-ci ayə.
"Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir. (Buna görə də) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar."
"Onların çoxunun kafirlərlə dostluq etdiyini görürsən." Yəni Allahı inkar edənlərlə. "Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir." Nə təqdim edir? Nəfs. Nəfsə insanlar əhəmiyyət vermirlər. Halbuki nəfs, insanın içinə qoyulmuş xüsusi bir gücdür. Mənfi bir gücdür. Allah göstərməsin, insanı dəli edər, cinayətə sövq edə bilər, intihara sövq edə bilər, bütün bu fəlakətlər, bəlalar həmişə nəfsin təsiriylə olar. Heç bir şey olmayacağını zənn edir. Olar, səni alıb sürüyər, boğar nəfs.
Yusif surəsi, 53-cü ayə
"Mən nəfsimi (özümü) təmizə çıxarmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
"Mən nəfsimi təmizə çıxarmıram." Nəfsə haqq qazandırmaq olmaz. Nəfz, təmizə çıxarılmaz. "Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər." Yəni pisliyi əmr edən bir güc insanın ruhunda kəsilməz, aktiv olaraq hərəkət edər.
Şəms surəsi, 7-ci ayə
"And olsun nəfsə, onu yaradana və ona (nizamla) biçim verənə."
"Nəfsə"-nəfsi Allah yaradır "və ona (nizamla) biçim verənə."
Allah nəfsə bir biçim (forma) verir, nizam verir. İndi o nizamı açıqlayır Allah:
Şəms surəsi, 8-ci ayə
"Sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun)"
Diqqət edin, əvvəl nəfsə təcavüzkar, anormal yanlış duyğuları verir Allah, amma ondan qorunacaq yolları da Quran yolu ilə göstərir. İmtahanın sistemi onsuz da bunun üstünə oturur. Allahın razılığının ən çoxunu axtararaq, həmişə nəfsi olduqca təhlükəli görüb, olduqca ayıq və diqqətli olmaq lazımdır. Hər şeydə Allahın razılığının ən çoxu nədirsə, onu axtaracağıq.
Nisa surəsi, 128-ci ayə
"Doğrusu, nəfslər qısqanclığa və eqoist ehtiraslara hazırdır. Əgər yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır."
Nəfslər isə “qısqanclığa və eqoist ehtiraslara” meyilli yaradılmışdır. Qısqanclıq və eqoistlik "xüsusi olaraq yaratdım" deyir Allah. Bu qısqanclıq və eqoistlik nəticəsində nəfs, anormal hərəkətlər etdirir vücuda. Heç bir şey olmayacağını zənn edir. Amma olar, olur da. Çökdürür insanı. Bu intihar edənlərin tətikləyici gücü, nəfsdir. Onları dəli edib intihara aparar. Cinayət də nəfsə uyğun gəldiyi üçün işləyir.
Muminun surəsi, 106-cı ayə
"Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq."
Beləcə, nəfsi onu bədbəxt edir, pessimist olmağa, kədərlənməyə, bütün insanları pis görməyə, özünü pis görməyə vadar edir. Sonunda da intihar edirlər. Sevgisizliyə, şəfqətsizliyə sövq edir. İmanlı bir insan, Allahın verdiyi məlumatla ona müqavimət göstərir. Çünki Allah həmişə vəhy edir. Doğrusunu vəhy edir. "Nəfsi nizamla yaratdım." "Həm doğrunu, həm əyrini bilmə gücüylə yaratdım"-deyir Allah. "Siz doğruya, vicdanınıza uymalısınız" -deyir Allah. "Qurana tabe olaraq, səmimiyyətlə itaət etməlisiniz."
Qiyamət surəsi, 14-15-ci ayələr
Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir, üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da."
Bəhanəsini də, nəfsinin ikinci mənfi qismi ona təqdim edir. Ümumiyyətlə, o bəhanəyə də insanlar inanır. Hətta cinayət işləyir "peşman deyiləm" deyir. Nəfsinin mənfi olan qismi ona o məlumatı verir. Onun isə daxilində elə bir güc olduğundan xəbəri belə olmur. Özünün etdiyini zənn edir. Halbuki, nəfsini idarə altına alsa xan kimi, kral kimi yaşayacaqdır. Çox rahatlayar.
Bəqərə surəsi, 109-cu ayə
"(Ey möminlər!) Kitab əhlindən bir çoxu, həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istəyərlər…"
Baxır ki, İslam dini xristianlıqdan mükəmməldir, cənnət, cəhənnəm hər şey mükəmməldir, ibadətlər mükəmməldir, Allah haqqında izahat mükəmməldir və bu da acıqlarına gəlir, bu səfər müsəlmanı müsəlmanlıqdan çıxartmağa çalışır. Niyə? Nəfslərini bürüyən qısqanclıqdan ötrü. Musəvi baxır, müsəlmanlıq mükəmməldir, Tövratda tapa bilmədiyi hər cür mükəmməlliyi tapmışdır. Qüsursuz bir izahat var. Qəlbində heç bir sıxıntı yoxdur, hər şey mükəmməldir, düzdür. Acığına gəlir. Əlbəttə, Quran bunu hamısı üçün demir. Bir qisim xristianlar və bir qisim musəvilər üçün deyir. Həsəd və qısqanclıq hissinə qapılaraq bunu edirlər.
Qiyamət surəsi, 14-cü ayə
Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir. Yəni öz nəfsinə qarşı bir məlumatı var. "Ona qarşı nə edəcəyini bilər"-deyir Allah.
Nisa surəsi, 63-cü ayə
Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.
Onlara nəfslərinə bağlı açıq və təsiredici söz söylə. Nəfsi dərhal razı salmaq olmur. Ona görə açıq və təsiredici deyilməlidir. Həm Qurana əsaslanan, həm səmimi, həm tam qavrayacağı şəkildə məlumat vermək lazımdır. İçindəki düşməni fərq edə bilmir. Halbuki, hər cür mənfi məlumatla təchiz edilmişdir nəfs. Bilmədiyi üçün ona qapılır. Bütün rüsvayçılıqların mənşəyində bu vardır.
Müddəsir surəsi, 38-ci ayə
Hər bir kəs qazandığının girovuna çevrilir!
İnsanlara girov olaraq verilir, nəfs. Keçici bir müddətə.
İsra surəsi, 14-cü ayə
"Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər!”
Çünki nəfsə iki cür məlumat verilmişdir, həm mənfi, həm müsbət məlumat. Bu müsbət məlumat axirətdə dövrəyə girər. "Doğrusunu mən sənə dedim, izah etdim"-deyər. O günü xatırladır ona. "Doğru məlumat gəlmiş, amma uymadın"-deyir. "Səhv olan məlumata uydun. Səhv olduğunu bildiyin halda."
Ali imran surəsi, 30-cu ayə
"O gün ki, hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır…"
Məsələn, xeyir etdikləri də yanında olur, amma nəfsinə uyub mənfi qisminə uyduqlarını gördüyündə ondan da uzaq qalmaq istəyər, onu görmək istəməz. Amma yaxşı işlərini görmək istəyər. Halbuki istəsə də edilməz.