CƏNNƏTİN VƏ CƏHƏNNƏMİN YARADILIŞ MƏQSƏDİ DƏ SEVGİDİR
Allah sevgini sevir. Kainatı sevgi üçün yaradır. Şəxsən Allah özü sevir sevgini. Cənnətin və cəhənnəmin yaradılış məqsədi də sevgidir. Cəhənnəmin yaradılış məqsədi də sevgidir. Yəni, cəhənnəm sevginin qiymətini bildirmək üçün yaradılır. Müqayisə etmək üçün yaradılır. Çünki sevgi öz-özünə formalaşan bir şey deyil. Allah onu bir sənət ilə, elm ilə əldə edir. Sevgi öz-özünə formalaşa bilməz. Allah onu, yəni, sevgini min bir cür sənət üzərində əks etdirib. Onun üzərində qurulur sevgi və beləliklə, dünyanın ən möcüzəvi gücü yaranır. Kainatın ən gözəl gücü meydana gəlmiş olur. Sevgi gücü.