ALLAHIN “ŞILTAQLIQ” DEYƏ BİR ŞEY YARATMASI MÖCÜZƏDİR
(Ənfal surəsi, 47) “Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün” Rifahın insanları şıltaqlaşdırması və azdırması heyrət vericidir. Nəticədə bir qab yemək yeyir, amma adam azır və qəribə bir şəkildə şıltaqlaşır. İnsanın rifahdan şıltaqlaşması və azması möcüzədir. Məsələn, normal bir insan ikən dəliyə dönür, şıltaqlaşır və rifahdan azır. Peyğəmbərimiz (s.ə.v) zamanında Allah deyir: “Onların sənə düşmən olmasının səbəbi sənin onları zəngin hala gətirməyindir” -deyir. Yəni onlara gözəl baxmağın, gözəl imkanlar verməyin, zəngin yaşatmağındır. Ona görə belə şıltaqlaşıb azırlar, deyir. Bu ayədə də rifahdan şıltaqlaşıb azar deyir Allah; “təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan”. Bir də insanlara belə, özünü göstərmək. Halbuki özünü göstərdiyin də öləcək, sən də öləcəksən. Özünü göstərdiyin nədir? Bir neçə paltar, bir neçə bijüteriya, bəlkə bir avtomobil, bəlkə bir telefon, bu kimi şeylər. Qardaşım məzara girdiyində hamısını buraxırsan. Yəni Iphone-nun da, kompüterin də qalır masanın üstündə, sən torpağın altında olursan. Yalnız bir kəfən. Allahın şıltaqlıq deyə bir şey yaratması bir möcüzədir. Bir də azma. Məsələn, normal insan ikən təkəbbürlənərək yeni bir xarakter göstərir. Nə oldu deyirlər məsələn, o şıltaqlaşdı deyir. “Bayaqkı adam bu deyildimi?” deyirsən. Bəli bu idi. Ağlı başında normal bir adam idi. Amma indi şıltaqlaşdı, deyir. Bir də azır, daha irəliləmiş forması. Arxasından nə edir? Özünü insanlara göstərir.
Şıltaqlaşma, azma və insanlara özünü göstərmə bir-biri ilə əlaqəlidir. Məzlum insanlara poza verir. Sən də məzlumsan, insanlar da məzlumdur. Ölüb gedəcəksən. Ağılını başına al. Nəticədə ətdən, sümükdən meydana gəlmisən. Paltar geysən nə olacaq? Kompüterin olsa nə olacaq? Telefonun olsa nə olacaq? Ət, sümük olduğun üçün ölürsən, məzarın altına qoyurlar, parça-parça olub çürüyəcəksən. Niyə təkəbbürlənirsən? Niyə azırsan? Niyə özünü göstərirsən?
Bunlar, belə tiplər Allahın yolundan getməyə maneə olarlar deyir Allah. Məsələn, müsəlmanların təbliğ etməsinə mane olar, danışmasına mane olar, İslamın yayılmasına mane olar, müsəlmanlara pis nümunə olarlar. Allahın hökmlərini tapdalayaraq pis nümunə olarlar.
Amma deyir: “Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir”. (Ənfal surəsi, 47) Yəni hər təfərrüatı, ən xırdalığına qədər, şıltaqlaşması, azması, özünü göstərməsi; hamısını Mən yaradıram, Mənim idarəmdədir deyir Allah. Çünki təkəbbürlənib azdığında adam zənn edir ki, Allahdan müstəqil, ayrı bir güc olaraq edir. Onu Allahdan müstəqil edə bilməz. Allah hamısı Mənim əhatəm altındadır deyir. Hər tərəfdən. Mənim məlumatım daxilindədir deyir.