Hörmətli Adnan Oktarın 13 avqust 2015 tarixli söhbətindən əhəmiyyətli başlıqlar
ucgen

Hörmətli Adnan Oktarın 13 avqust 2015 tarixli söhbətindən əhəmiyyətli başlıqlar

1953

A9 TV, 13 Avqust 2015

 

(CHP ilə Ağ Partiya arasındakı koalisiya görüşməsinin sonuncusu bu gün keçirildi. Görüşmə sonrasında hörmətli Davutoğlu, CHP ilə koalisiya qurulmayacağını açıqladı.  Hörmətli Qılıçdaroğlu da: "Bir seçki hökuməti təklifi gəlmişdir. Üç aylıq bir müddət içərsində müəyyən mövzular edək, gündəmimizi formalaşdıraq. Üç ay içərisində bunları etdikdən sonra seçkiyə gedək" deyildi.

Seçkidə eyni şey olar, bir şey dəyişməz. Nə məqsədlə söyləyirlər bilmirəm, elə bir şey olmaz. Çünki başçılıq sistemi təhlükəsi davam edir. Başçılıq sistemini də Tayyib müəllim açıq şəkildə söyləyir. İmtina etmədikləri müddətcə xalqdakı çaxnaşma davam edəcək. Xalqın böyük hissəsində ciddi bir çaxnaşma var. Çünki başçılıq, Türkiyənin bölünməsi deməkdir.  Buna görə, bu iddia ortadan qalxmadan bir nəticə olmaz. Bu sözü geri alacaqlar. Dəqiq və açıq olaraq Tayyib müəllimdən eşidəcəyik. Baş nazir də açıqlayacaq. Dəqiqləşəcək. O zaman da xalqdakı çaxnaşma aradan qalxar. O biri cür, Türkiyəni göz görə-görə federasiyaya aparmış olacağıq. Belə bir şey olmaz.

 PKK-ya qarşı mübarizədə, xalqa, PKK-nın güclü olduğu təəssüratı verilir. Dövlətin gücü tam hiss edilməlidir ki, xalq dövlətə tam güvənsin

PKK-ya edilən əməliyyatlarda da hal-hazırda güclü kimi göstərilir. Çünki adamlar davamlı bir şey edir, əsgərlərimizi şəhid edir. "Ürəklər dağlanıldı, fəryadlar göylərə çıxdı" deyir. PKK da biz buradayıq, gücümüzü də görürsünüz, deyir. Hökumətin PKK-nı qanun hüquqla silindr kimi əzdiyinə dair bir görünüş meydana gəlməsi lazımdır ki, xalq hökumətə bu istiqamətdə güvənsin. Bu olmadıqdan sonra, bu hadisələr həmişə -necə ki, deyirlər, müddət soyuducuda, əgər istəyirsinizsə soyuducudan çıxaraq, təzə-təzə yeyərsiniz- olacaq.

PKK-ya qarşı biz zəfər gözləyirik. PKK hədislərdə ifadə edilmiş bir dəccal ordusudur

PKK xəstəliyini, Rəsulullah Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl hədisdə bildirmiş. Nuaym ibn Hammad, Əl fitənində, 971 nömrəli hədis; Kabdan belə rəvayət edildi: "Rəsulullah fərman etdi; "Şam nahiyələrinin" Şamın ətrafı. "...Bir az kənarında, Firat ətrafında" yer çox dəqiqdir. Tam PKK-nın olduğu yer. "...Böyük bir ordu toplanar," silahlı bir soyğunçu dəstəsi, ordu deyir. "...Mal üstündə döyüşərlər". Allah üçün deyil, mal üçün. Yəni bunların münafiq və küfr içində olan bir birlik olduğunu bu ifadədən anlayırıq. Çünki müsəlman Allah üçün döyüşər. Bir quldur birliyi olduğu aydın olur. Materialist olduqları aydın olur. Peyğəmbərimiz (s.ə.v) bunu xüsusilə vurğulamış. Hamısında Allah üçün döyüşərlər deyir, amma burada mal üçün döyüşərlər deyir. Materialist və quldur qrupu olduğu aydın olur. "...Mal üstündə döyüşərlər". Çünki quldur mal üzərinə döyüşər. "Hər bir doqquz adamdan yeddisi öldürülər". Bu dəhşətli dərəcədə qan axacağına dair bir ifadədir. Yəni davamlı cinayətlər işlənər. "Ramazan ayında eşidilən, şiddətli gurultulu dağılma və qorxudan sonra...". Ramazan ayında Kobanidə çox böyük bir partlayış oldu və oradakı insanlarda dəhşətli bir qorxu yaratdı. İnsanlar qaçdılar. Türkiyəyə sığındılar və eyni dövrdə Ramazan ayında böyük partlayış oldu. "Üç bayrağın ayrılmasından sonradır". PKK Türkiyədəki qolu, Suriya quruluşu YPG, PKK-nın İraq quruluşu yenə PKK-dır. Amma hamısı PKK. Üç qrup halında döyüşəcəklər, deyir. Çünki İranda bir şey edə bilmirlər. Bu bir möcüzədir. "Onlardan hər biri ayrı bir mülkü (idarəni) özləri üçün istəyər," deyir. YPG ayrı bir quruluş, Türkiyədəki PKK ayrı bir quruluş, Suriyadakı ayrı bir quruluş, hər biri ayrıdır, deyir. "İçlərində Abdullah adında bir adam vardır". Bu gün demək olar ki, bir çox internet saytında gördüm. Amma qürurlarına ağır gəldiyi üçün demirlər, bu bir möcüzədir. "Adnan Oktar bir möcüzəni açıqladı" desələr yer-yerindən oynayacaq. Onun üçün belə qəribə bir şey deyilmiş kimi izah etmək istəmişlər, amma heyran olduqlarını, qutularda əsas xəbərlərin içinə qoymalarından anlayırıq. Sən bu qədər əhəmiyyətsiz görsən onu əsas xəbər edərsənmi? Bu qədər adam əlaqə göstərərmi? Demək ki, çox mühüm görmüsən, amma qürurundan ötəri, eqoizmindən ötəri qəribə bir şeymiş kimi izah edirsən. Əcaib bir söz eşitmiş kimi izah edirsən. Bu peyğəmbər hədisidir. Peyğəmbərimiz (s.ə.v), PKK-nın başında duran adamın adının  "Abdullah" olduğunu söyləyir. Dəqiq adını söyləyir .

(Xarici işlər Naziri Mevlud Çavuşoğlu, "PYD-yə qarşı xüsusi bir əməliyyatımız olmayacaq" dedi. Ancaq bu PYD-nin etdiklərini təsdiqləyirik mənasını vermir. PYD, İŞİD ilə zidd düşdüyü üçün dəstək gördü. Ancaq PYD Suriyada sülh üçün mübarizə aparan bir ünsür deyil. Son zamanlarda PKK-nın Türkiyədəki terror hücumlarından PYD-nin də narahat olduğunu eşidirik" dedi.)

Narahat olursa PKK-nın əmrində olmaz. Adam həm PKK-nın əmrində olacaq, həm də PKK-dan narahat olacaq. Bu necə olur? Öcalanın plakatı ilə PKK bayrağıyla silahlı mübarizə edirlər, türkmənləri, ərəbləri şəhid edirlər, koordinat göstərib  müsəlmanları amerikalılara bombalatdırırlar. Və orada namərdlik edirlər. Namərdcə müsəlmanların şəhid olması üçün müxbirlik vəzifəsi alıb, Amerikan imperialistləriylə alçaqca və namərdcə əməkdaşlıq edirlər. Müsəlmanları, günahsız uşaqları, gənc qadınları, yaşlı insanları, qaçacaq yeri olmayan insanları hədəf göstərirlər. Burada toplanmış vəziyyətdə İŞİD var deyirlər. IŞİD orada toplanarmı? Binanın içində gözləyirlər, deyir. Nə qədər çirkin yalandır. İŞİD  torpaq altında yer qazıyır. Adam sənə hədəf olarmı? Bizim hədəfimiz birbaşa PKK və PYD-dir. Adı əhəmiyyətli deyil, PJAK-dır. Hamısı PKK-nın dəyişik adlarını almış halıdır. Bu səbəbdən bizim İŞİD-lə bir işimiz olmaz, İŞİD, Türkiyə üçün bir təhlükə deyil, hədəf də deyil. Adamlar onsuz da biz sizi hədəf olaraq görmürük, sizə düşmən deyilik deyirlər. Sizlərlə döyüşməyə niyyətimiz yoxdur deyir. Bütün bunlara baxmayaraq biz İŞİD-lə  döyüşəcəyik, mübarizə edəcəyik demək çox yanlış bir sözdür. Əgər bunun nəticəsində orada müsəlmanlar şəhid olsa, müsəlmanın qanı bunu edənlərin əlinə bulaşmış olacaq. Və çox böyük bir günahdır. Bir insanı səbəbsiz yerə şəhid etmək, bir cana qarşılıq olmadan şəhid etmək bütün insanlığı öldürmək kimidir. Və qarşılığı sonsuz cəhənnəmdir. IŞİD-lə bizim nə işimiz olar? Amma PKK ilə biz bir döyüş içindəyik. Bunlar hər gün əsgərimizi, polisimizi şəhid edirlər. Hər yerdən şəhid xəbərləri gəlir. Təsislərimizi (quruluş) havaya uçururlar, dövləti, hökuməti təhdid edirlər, yol kəsirlər, insan qaçırırlar. Düşmən açıqca göründüyü halda bunu anlamazlıqdan gəlmənin nə mənası var? PKK bərabərdir PYD olduğunu da hər kəs bilir. PYD təhlükə deyilsə, o zaman PKK da təhlükə deyil.

Başçılıq sistemi böyük bir təhlükədir. Başçılıq sistemi göz görə-görə açıqca, Türkiyənin federasiya ilə idarə edilməsini qəbul etmək deməkdir. Belə bir şey olmaz.

 

CHP PKK-ya qarşı qərarlılığını daha dəqiq vurğulamalıdır

CHP-nin istədikləri arasında muhafizənin aradan qalxması da varmış. Nə qədər də səhv bir şeydir. CHP üçün nə qədər yararsız bir vəziyyətdir. Bu CHP-ni çökdürəcək bir şeydir. Mühafizənin aradan qalxmasını istəyən kimdir? Abdullah Öcalan. CHP də istəyir, bu oldumu indi? Mühafizəçilik əksinə gücləndirilib, artırılması lazım olan bir sistemdir. Niyə aradan qalxsın? Xalqa da dolanışıq qaynağıdır.Oradakı qardaşlarımız kasıbdır. Maaş alırlar, uşağına baxır, çox da gözəl olur.

 

(Hörmətli Bağçalı "Ağ Partiya ilə CHP milləti xəyal qırıqlığına uğratmışdır. Bizim şərtlərimiz baqi qalması qeydiylə Ağ Partiya ilə görüşməyə hazırıq" dedi. Hörmətli Davutoğlu da MHPdən görüşmə tələb etdi.)

Yəni məncə yaxşı olar, xeyirli olar. CHP-nin üslubu heç xoş deyil; “Mühafizəçiliyin aradan qalxması”. PKK-nın aradan qalxması ilə əlaqədar şərt qoyur. Mühafizəçiliyin qalxması ilə əlaqədar niyə şərt qoyursan? Hökumətə de: "Hökumətə gəldiyimizdə PKK-nı qırxacağıq, əsaslı bir mübarizə verəcəyik. Belə bir şərtimiz var, qəbul edirsinizmi?". Mühafizəçiliyin sənə nə zərəri var ki, aradan qaldırırsan?

 

Hörmətli Adnan Oktar PKK-ya və Abdullah Öcalana İşarə edən hədisi açıqlayır

Abdullah Öcalanın bir şəbəkə meydana gətirəcəyi, bunun üç ad altında, yəni üç bayraq altında müsəlmanlara hücum edəcəyi hədislərdə ifadə edilmişdir. Materialist və maddəçi olacaqları, terrorist olacaqları, çox qan axıdacaqları, 9 adamdan 7 adamı deyərək -bu  hədislərdəki bir vurğu şəklidir- azğın olacaqları, Allah üçün deyil də maddə üçün döyüşəcəkləri, yəni materialist olacaqları, mənfəətpərəst və soyğunçu olacaqları ifadə edilmişdir. Hədisdə : "Və ordu şəklində silahlıdırlar, başlarında da Abdullah deyə biri vardır." deyir. İnternet saytları da sanki çox qəribə bir şeymiş kimi yaxud səhv bir şeymiş kimi, əslində doğru olduğunu anlamış, ana xəbərə qoymuş, amma bir qisim insanlardan da çəkindiyi üçün, bir az da qürur etdiyi üçün, yəni "siz nəyə xidmət etdiyinizin fərqindəsinizmi? Müsəlmanlara, İslama xidmət edirsiniz" kimi solçuların reaksiyalarından çəkindiyi üçün qəribə bir hadisəymiş kimi özlərincə bir üslub inkişaf etdirmişlər. Deyək ki, çəkindikləri üçün etdilər, amma hər vəziyyətdə böyük bir xidmət etdilər. Hal-hazırda bunu eşitməyən yoxdur. Bu bir möcüzə və hər kəs eşitdi.

 

PKK kürd, müsəlman düşmənidir

Mən daha əvvəl Bərzaninin yaxşı qorunmasını söyləmişdim, bax qohumlarından birini vurmuşlar. Böyük bir sevinclə izah edirlər. "Bərzaniyə yaxın hər kəsin sonu belə olacaq" deyir. Halbuki Bərzaninin yaxını olan bir insan varsa, burada polis tərəfindən qorunma altına alınması lazım deyilmi? Bir də təhlükənin nə qədər şiddətli olduğunu göstərir. Bunlar kürd düşməni, müsəlman düşmənidir. İnsanlar PKK-nın alçaq istiqamətini hələ təzə anlayırlar.

 

("Biz Mehdini gözləyərkən bütün peyğəmbərlərin müjdələdiyi, Allahın hz İbrahim (ə.s)-a vəd etdiyi, Allahın ən çox sevdiyi qulunumu gözləyirik? Yəni dünya tarixinin ən böyük hadisəsini gözləyirik?" sualına cavab olaraq)

Şiə hədislərində bu tərz izahlar var. Amma Peyğəmbərimiz (s.ə.v) "Mehdi üçün" səhabədən üstündür deyir. Yəni artıq oradan anlayın. Hətta bir çox peyğəmbərdən də üstündür deyir.

 

Hz. Mehdi (ə.s)-a beyət edilməsi haqqında hədis izahı

Hz. Mehdi (ə.s) o dövrün müsəlmanlarına deyir: "Təəssüf sizə, nə qədər çox qan tökdünüz". Beyət etməyə gəlirlər. "Təəssüf sizə" deyir. Yəni terroru dayandırın deyir. "Nə qədər çox qan tökdünüz"; qan tökməyi dayandırın deyir.

Məsələn, onlar alışmışlar, deyirlər ki: "Əgər başımıza keçməsən, bizim beyətimizi qəbul etməsən sənin başını kəsərik" deyirlər. Alışmış baş kəsməyə, hz. Mehdi (ə.s)-a da "sənin də başını kəsərik" deyirlər. "Başımıza keçib bizə imam olmağın lazımdır" deyirlər. Mənim qənaətimə görə, hər halda hz. Mehdi (ə.s) bunları o istiqamətdə danlayır. Sonra da  bu təsirli olmayınca deyirlər ki -çünki iki hədis var- ikincisində deyirlər ki:  "bütün müsəlmanların qanları axır, o zaman hamısının qanı sənin boynuna olsun" deyirlər. Çünki bu qanı dayandıracaq adam sənsən deyirlər. Əgər bu vəzifəni qəbul etməsən onların qanı sənin boynuna olsun deyirlər.  Hz.Mehdi (ə.s) bu sözdən sonra beyəti qəbul edər deyir. Siz belə bir şey gördünüzmü? "Başı kəsərik yoxsa elə olar, belə olar, bizə başçı olacaqsan. Biz sənə beyət edəcəyik, xəlifə olacaqsan. Əgər qəbul etməsən başını kəsərik". Mən ilk dəfə eşidirəm. Bax o dövrün nə qədər qəribə olduğunu göstərir. Hz. Mehdi (ə.s), başı kəsərik deyincə etibar etmir. Amma bütün müsəlmanların axan qanı boynuna olsun deyincə onu haqlı sayır. O zaman qəbul edir.

 

Son dövrdə çoxlu sayda hz. Mehdi (ə.s)-ın çıxış əlaməti reallaşdı; Betlehem ulduzu, Məkkədəki Saat qülləsi və tunellər

Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) dövründə Betlehem ulduzunun görüləcəyini söyləyir. Betlehem ulduzu yeni görüldü. 2000 ildə bir olur. Bir hz. İsa (ə.s)-ın doğumunda oldu, bir də hz. Mehdi (ə.s)-ın çıxışında. Peyğəmbərimiz (s.ə.v) hz.Mehdi (ə.s)-ın çıxış əlaməti olduğunu deyir. Hz. Mehdi (ə.s)-ı müjdələyən 3 kometa var. Sonuncusu Betlehem. O da oldu. Bu çox böyük bir möcüzədir.

Peyğəmbərimiz (s.ə.v), Məkkədə binalar, uzun göydələnlər tikiləcək deyir. Axırzamanda, hz. Mehdi (ə.s) dövründə binaların boyu göydələnlər şəklində dağlara çatar. Dağlar tunellərlə sanki dəlik-deşik olar. Avtomobillər tunellərdən çay kimi axar. Avtomobillərə, həqiqətən, uzaqdan baxdığında çay axışına bənzəyir elə deyilmi? Çay kimi axar deyir. Və saatın kölgəsi möminlərin üstünə düşər deyir. Böyük bir saat qülləsi tikildi. Onsuz da adı saatdır. Görürsünüz, kölgəsi möminlərin üstünə düşmüş. Dağlardan daha yüksək göydələnlər. Eynisiylə olmuş. Eyni şəkildə tunellər açılmış. Bir də o qədər çox ki, həm yerin altında, həm yerə yaxın. Bu da böyük bir möcüzədir. Peyğəmbərimiz (s.ə.v) bunun hz. Mehdi (ə.s) dövründə olacağını deyir. Müəllimlərdən səs yox, Mehdi əleyhdarlarından səs yoxdur.

 

Axırzamana istiqamətli hədis şərhləri: "Mehdi şam vaxtında möminlərə xitab edər, insanlar onu ovuclarında görərlər"

Hz. Mehdi (ə.s) gecələri şam vaxtında möminlərə xitab edər. Şamda millət yatar. Amma Mehdi şamda xitab edər. Və insanlar onu əlində görər, hz. Mehdi (ə.s)-ı əlində görərlər. Ovuclarına baxarlar, orada görərlər. İnsanlar da zənn edir ki, normal ovucunun dərisinə baxınca görər. Halbuki nəzərdə tutulan telefonlardır. Çünki oturduğu yerdə, ayağını uzatmış haldaykən Mehdini dinləyər və üzünü görər deyir. Bax ayağını uzatmış haldaykən. Hz. Mehdi (ə.s)-ın yanında ayaq uzadılarmı? Ki bu çox keçmiş, 1200 illik hədislərdir. Ayağını uzatmış istirahət edərkən hz. Mehdi (ə.s)-ın üzünü görər, səsini eşidər deyir. Ovucuna baxar, ovucunda da görər deyir. Gecələri şamda xitab edər deyir. Dizinin üstündə də görər deyir. Bu qədər açıqdır.

 

Peyğəmbərimiz (s.ə.v)-ın Miracda hz. Mehdi (ə.s)-ı görməsini və Allahın hz. Mehdi (ə.s)-a olan sevgisini bildirən hədis şərhi

Peyğəmbərimiz (s.ə.v) miracda hz. İsa Məsih (ə.s)-ı öz boyutunda gördü. Sonra başqa bir mövqeyə, başqa boyuta keçdi, orada imamları gördü. Yəni öz nəvələrini, övladlarını. Amma birinin üzü çox parlayır, çox nurlu idi. Peyğəmbərimiz (s.ə.v) Allahdan soruşur, "Ya Rəbbi, bu qədər üzü parlayan, bu qədər işıqlı, nurlu olan bu şəxs kimdir" deyir. O, Mehdi deyir. "Mən onu sevirəm, sən də onu sev" deyir. Allah yenə Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir;  "Mən onu sevirəm, sən də onu sev" deyir, "onu sevəni Mən də sevirəm" deyir. Allah: "Onlar imamlardır, bu da Qaim olan Mehdidir" deyir.

"Halalımı halal edəcək, haramımı isə haram edəcək, düşmənlərimdən intiqam alacaq" deyir. Bax Allah düşmənlərindən deyir. Necə intiqam alar? Elmlə, mədəniyyətlə. Hal-hazırda Allaha düşmənçilik necə olur? Allahı inkar edərək olur. Allahı inkar etmədə sistem darvinizmdir. Hz. Mehdi (ə.s) nə edəcək? Darvinizmi ortadan qaldıracaq.

Bədiüzzaman, Mehdinin ən başdakı, ən təcili, ən böyük vəzifəsi Darvinizmi, materializmi yox etməkdir deyir. "Hər şeydən əvvəl fəlsəfə və maddiyyun və tabiyyun taunu bəşər içində intişar etməsiylə" deyir. İlk başda edəcəyi şey Darvinizmi, materializmi ortadan qaldırmaqdır. "Bunun üçün şəxsən özünün vaxtı və halı icazə verməz" deyir. "Tələbələrindən bir qrup ona bu mövzuda köməkçi olacaq" deyir. "O da bu imkanıyla və daha əvvəlki alimlərin məlumatlarından istifadə edərək darmadağın edəcək" deyir. Bədiüzzaman, Mehdi darvinizmi dağıdarkən müsəlman alim köməyi ilə demir, müsəlman alimlərdən istifadə edəcək demir. Daha əvvəlki taifənin hazır bir qisim əsərlərindən də istifadə edərək bu fitnəni (darvinizmi, materializmi) tamamilə ortadan qaldıracaq deyir. Sonra ikinci, üçüncü vəzifələrinə keçir.

Peyğəmbərimiz (s.ə.v) miracda həm nəvələrini görmək istəyir, həm də çox irəlidə çıxacağı üçün hz. Mehdi (ə.s)-ı. Allah bir müjdə, sevinc olaraq deyir ki: "Ey Məhəmməd, onları görmək istərsənmi?". Peyğəmbərimiz (səv) sevinclə: "İstəyirəm, Ya Rəbbim" deyir. Allah: "Elə isə bir az irəli gəl" deyir. "Bir az irəliləyincə Əli ibn Əbu Talibi gördüm" deyir. Sonra hz. Həsən (r.ə) və hz. Hüseyn (r.ə); nəvələri. "Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd və Həsən ibn Əli və Hüccət Qaim Mehdini gördüm" deyir, maşaAllah. Peyğəmbərimiz (s.ə.v): "Hz. Mehdi (ə.s) onların içində parlayan ulduz kimi idi" deyir. Allahdan soruşur, "Ya Rəbbi, kimdir bunlar?". Çünki tərtəmiz parlayırlar, amma biri daha çox parlayır. Yəni görünə bilməyəcək dərəcədə parlayırlar. "Onlar imamlardır, bu da Qaim (qıyam edici) Mehdidir. Halalımı halal edəcək, haramımı isə haram edəcək. Düşmənlərimdən intiqam alacaq. Allah: "Ey Məhəmməd! Onu sev, çünki mən onu sevirəm. Onu sevəni də sevirəm" deyir. (Məhəmməd ibn İbrahim, Gaybeti Numanı, səh-97.)

 

Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ı miracda görmüş və bütün fiziki xüsusiyyətlərini təfərrüatla izah etmişdir

Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ı miracda görmüş. Sonra Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-a çox diqqətlə baxır. "Sağ qıçında xal vardı". "Kürəyində də xal vardı". "Burnu kiçik idi, ortası azacıq dik idi" deyir. Diqqətə bax, peyğəmbərlik yaddaşı, peyğəmbər hifzini görürsənmi? MaşaAllah. "Saqqalı qısa, düz və tənzimlənilmişdi" deyir. "Yanlardan incə, çox incə, altdan da toplu şəkildə" deyir. Bax Peyğəmbərimiz (s.ə.v) gicgah arasına qədər diqqət yetirmiş; "Saqqalıyla qulağının arası dümağ və çox parlaq idi" deyir. "Üzü də çox parlaq idi" deyir. "Saqqalı çox düz və gözəl idi" deyir. "Saçları, saqqalı qara idi" deyir.

"Geniş bədənli. Boydan boya geniş idi" deyir. Məsələn hz. İsa (ə.s)-da elə deyil, hz. İsa (ə.s)-ın beli incədir. Amma Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s)-ın bud nahiyəsi də geniş idi deyir. Boydan boya bir genişlikdən bəhs edir. Həm də peyğəmbər ciddi bir genişlik olmasa onu söyləməz. Diqqət çəkəcək bir genişlik var, onu söyləyir.

Peyğəmbərimiz Mehdi (ə.s) haqqında: "Orta boylu, gözləri yaşıl idi" deyir. Gözlərinə də diqqət yetirmiş. "Əlləri parlaq, çox gözəl idi". Əllərinə, hər şeyinə diqqət yetirmiş. Addımları çölə doğru idi deyir. Mehdi (ə.s) oralarda gəzişmiş. Çölə doğru addım atırdı deyir. Bəzən danışarkən çətinlik çəkdiyi olur, sağ əlini sol dizinə vurur deyir. Yəni bədənində hər hansı bir hərəkət etmək nəzərdə tutulur. Burada peyğəmbərlik diqqəti çox möhtəşəmdir. Məsələn, alını bir az içəri doğru batıqdır deyir. Yəni dümdüz deyil, bir az batıqdır deyir. Burnunda da bir az diklik vardı deyir. Burun az dik və kiçik idi deyir. Ağızı çox gözəl idi deyir. Təfərrüatlara bax. Çiyinləri geniş idi deyir. Alnının ortasında bir iz gördüm, kiçik bir yara izi . Diqqətə bax. Çox yaxından baxmış. Və alnındakı qaş çatma xətti tək idi deyir. İnsanların  çoxunda iki xətlidir, amma onda tək idi deyir. Ortada, tək idi deyir. Allah birə işarə edən bir şeydir bu.

Peyğəmbərimiz (s.ə.v) bütün həyatı əzbərdən söyləyir. Onsuz da Peyğəmbərimiz (s.ə.v) çox sevdiyi üçün, səhabə də çox sevir, hər gün Mehdini soruşurlar. Onun üçün minlərlə hədis var. Fəthullah müəllim qanuna aid mövzularda bu qədər hədis yoxdur deyir. Namaza, oruca, zəkata aid mövzularda bu qədər çox rəvayət yoxdur deyir. Su kimi əzbərləmişlər.

 

Hz. Mehdi (ə.s) ilə əlaqədar hədislərin böyük bir qismini o dövrdə hz. Əli (r.ə)-ın təqibçiləri olan şiələr mühafizə etmişdir

12 imama düşmənlikdən sonra, hz. Həsən (r.ə)-ı, hz. Hüseyn (r.ə)-ı şəhid etdikdən sonra azğın xaricilər tərəfindən dəlicəsinə bir Mehdi düşmənliyi başlamış. Hədisləri yox etməyə çalışmışlar. O zaman məhz hz. Əli (r.ə)-ın şiəsi, halal olsun onlara. Şiəlik oradan gəlir, dostları, sevənləri bütün bu hədisləri saxlamışlar. Həm hz. Əli (r.ə)-ın mübarək qəbrini saxladılar, həm də bütün hədisləri yazılı olaraq saxladılar. Çox sonra, yaxın zamanlarda tapıldı. Hələ də tapılmağa davam edir. Amma təbii ki, imamlar əzbərdən, qulaqdan qulağa nəql etmişlər.

Şiələrin o istiqaməti çox mükəmməldir. Hz. Mehdi (ə.s)-ı dəlicəsinə bir sevgi ilə sevərlər. Halal olsun, o istiqamətiylə çox sevib təqdir edirəm. Bax minlərlə hədisi mühafizə etmişlər. Sünnilər o qədər mühafizə edə bilməmiş. Bir neçə yüz hədis mühafizə edə bilmişlər. Amma şiələr Mehdi ilə əlaqədar minlərlə hədisi mühafizə etmişlər. Hər mövzusuyla əlaqədar hədis var, ucu bucağı yox.

Mehdi (ə.s) qaşı qövslüdür, yəni qaşı gözündən bir az yuxarıdır deyir. Bunlar gözəl təfərrüatlardır. Biraz qıyıqgözlüdür deyir. Görürsənmi? Peyğəmbərlik diqqətinə bax, peyğəmbər diqqətinə bax və peyğəmbər yaddaşına bax. Bir insan bir insana baxdığında nə qədər şeyə diqqət edə bilər? "Yanağında xal vardır" deyir. "Dişləri parlaq, düzdür" deyir.

 

Hz. Əli (r.ə)-ın şiəsi yəni təqibçiləri hz. Mehdi (ə.s)-in də təqibçisidir

Şiə demək təqibçi deməkdir. Hz. Əli (r.ə)-ın şiəsi, yəni təqibçiləri. Eyni zamanda bütün şiələr hz. Mehdi (ə.s)-ın də şiəsidir, təqibçisidir. Hz. Mehdi (ə.s) dedinmi onlar sevgidən sanki dəli olarlar. Şiə o cəhətdən çox gözəldir, yəni şəxsiyyəti, sevgi anlayışı, sədaqəti mükəmməldir. Ona görə Allah onlara güc, qüvvət verir, məsələn İrana imkan verir, dinclik verir. Bu məhz mehdilik bərəkətiylə olur, inşaAllah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo