Hz. İsa (ə.s) deyir ki; “mənim buyruğum budur sizə” deyir. “Mənim sizi sevdiyim kimi bir-birinizi sevin” deyir. Çünki sevgidə nümunə olur özü, çox coşğulu bir sevgisi var. “Mən necə sevirəmsə bir-birinizi də elə sevin” deyir. Tələbələrinə deyir ki, “çıxarın corablarınızı” deyir. Tas götürür, su gətirir, isti su, ayaqlarını yumağa başlayır. Heyrətlənirlər tələbələri. “Məndən nümunə götürün, bir-birinizə qarşı belə təvazökar davranın” deyir. “Bir-birinizi sevin, qoruyun” deyir. Onun üçün papa da gəlir, xalqın ayaqlarını yuyar. O, İncildə keçən bir hökmdür. Hz. İsa (ə.s) durduğu yerdə elə etməmişdir. Tək-tək tələbələrinin hamısının ayaqlarını yumuş. Bax, ulul əzm bir peyğəmbər, göstərdiyi təvazökarlığa bax. “Qürur edəcək bir şey yoxdur” demiş.
Peyğəmbərimiz (s.ə.v) deyir: “Hz. Mehdi (ə.s.) Tövrat, Zəbur, və İncilin içindən pozulmamış hissələrini kitab əhlinə oxuyacaq”. “Hz. Mehdi (ə.s) zühur etdiyində Tövrat, İncil və Zəburdan hissələr oxuyacaq, bundan sonra Tövrat, İncil və Zəbur əhli dinləyəcəklər və deyəcəklər ki; “bunlar hz. Nuh (ə.s)-dan bizə gələn və kitablarımızdakı pozulmamış hissələrdir. Bunlar bizim indiyə qədər oxuduqlarımızdan daha yaxşıdır” deyəcəklər” deyir. Bihar’ul Envar. Min illik bir əsərdir. 51, 52 və 53
“Hz. Mehdi (ə.s) görünər”, yəni zahir olar, “ortaya çıxdığında izah etdiyi xüsusları musəvilər ilə Tövratın əsasına görə müzakirə edəcək.” Bax, mənim dediklərim doğru deyəcək, musəvilərlə müzakirə edəcək deyir, “və dəlil gətirəcək. Bunun nəticəsində musəvilərin böyük bir qismi İslamı qəbul edəcək.” Quranda buna işarə edir. Amma nə vaxt müzakirə edir? Hz. Mehdi (ə.s) zahir olduğunda. İzah etdiyi xüsusları musəvilər deyir ki, yaxşı, Tövratı tətbiq edək, amma bunlar, bu qisimlər xurafatdır. Bunlar bir gerçək deyir. Ravvinlərə bu mövzuları izah edib, dəlil gətirərək razı salır. Tövratın açıq hökmlərini qəbul etdirir, səhv qisimlərindən də döndərir. Böyük bir qismi o zaman İslamı qəbul edir. Nə deyir? “La İlahə İllaAllah Muhammədən Rəsulullah İsa Musa rəsulAllah” deyir. Yəni hz. İsa (ə.s)-ı da qəbul edəcəklər. Amma peyğəmbər olaraq, haşa Allah olaraq deyil. Xristianlıq aləmi də, elə İsa Rəsulullah" deyəcəklər, inşaAllah. Çünki doğrusu budur. Hz. İsa (ə.s) onsuz da İncildə, “Allahımız Tək Allah” deyir. Sən necə söyləyirsən onu? Necə Tanrı deyirsən? Necə ilahdır deyirsən? Haşa, hz. İsa (ə.s)-ın Allah olduğunu necə iddia edirsən. “Mən, Allaha yalvarıram” deyir, yalvarıram deyir, siz də Allaha dua edin deyir. Allahımız təkdir deyir. Birdir, sən nə deyirsən? İsa Allahdır deyirsən. Elə olarmı?