Hörmətli Adnan Oktarın yeni şərhləri (22 Oktyabr 2015; 21:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (22 Oktyabr 2015; 21:00)

1506

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN HƏYATI HAQQINDA YENİ ŞƏRHLƏR

Peyğəmbərimiz (s.ə.v), hz. Əli (ə.s)-ın yaşı az olmasına baxmayaraq, Yəmənə qazı hakim olaraq göndərdi, bilirsiniz. “Ya Rəsulullah, mən qazılıq edilməsini bilmirəm” deyir, Peyğəmbərimiz (s.ə.v)-ə çox şirin. Peyğəmbərimiz (s.ə.v) o böyük əlini -böyük ovuclu idi- sinəsinə qoyur, hz. Əli (ə.s)-ın, “Ya Rəbb bunun qəlbinə doğru şeyləri bildir, həmişə doğru söyləməyi nəsib et” deyir. Mükəmməl qazılıq edib ondan sonra, dərhal hökm verərmiş, heç tərəddüd etməzmiş.

Peyğəmbərimiz (s.ə.v); “Şübhəsiz Allah Təala inəyin otu yeyərkən ağzında o tərəf-bu tərəfə çevirdiyi kimi sözü ağzında o tərəf-bu tərəfə çevirərək lüğət parçalayan kişiləri sevməz” deyir. Var elə tiplər “əə” filan deyə danışırlar. Peyğəmbərimiz (s.ə.v)-də isə üslub mükəmməldir. Tirmizidə var, Əbu Davudda var.

“Gözəl danışır dedirtmək üçün uzun-uzun danışanlar, sözünü bəyəndirmək üçün ağzını şişirdə-şişirdə söz deyənlər, çoxbilmişlik etmək üçün lüğət parçalayanlar isə, ən sevmədiyim və qiyamət günü mənə uzaq məsafədə olacaq şəxslərdir” deyir, Peyğəmbərimiz (s.ə.v). Heç xoşu gəlmir Peyğəmbərimiz (s.ə.v)-in. O qədər çox ki, elə ədəbiyyat danışanlar. Səmimi olmalarını istəyir Peyğəmbərimiz (s.ə.v). Çox təəccüblüdür, Peyğəmbərimiz (s.ə.v)-in belə  bir şey şərh etməsi.

MaşaAllah. O bütləri qırmaq üçün, yüksək Kəbənin içindəki bütləri, ora çatmaq üçün bir pillə lazım idi. Hz. Əli (ə.s) əyilir, “Ya Rəsulullah çıx belimə də, ordan siz çıxarsınız” deyir. Peyğəmbərimiz (s.ə.v) də deyir ki, “Sən peyğəmbər əzəmətini daşıya bilməzsən, Ya Əli” deyir, “Sən mənim belimə çıx” deyir, maşaAllah. Hər xatirəsi gözəldir Rəsulullah (s.ə.v)-in, maşaAllah.

Vəfat edəndə, canlarım mənim, əcaib narahat olurlar. Rəsulullah (s.ə.v) vəfat edəndə “Hz. Ömər (ə.s) özünü itirdi” deyirlər, “kimsə mənə belə bir şey deməsin” deyirmiş “vəfat etdiyini söyləməsin, söyləsə əgər nə olacağını bilirsiniz” deyirmiş. Sevgisindən dəlilik keçirdi sanki deyirlər. Gəzirmiş beləcə küçələrdə, “kimsə mənə belə bir şey deməsin” deyirmiş, dünya şirini, maşaAllah. Onun üçün Peyğəmbərimiz (s.ə.v); hz. Əbu Bəkr (ə.s)-i sağına, hz. Ömər (ə.s)-i soluna dəfn etmək üçün qəbir qazdırmışdır. Amma, orada geniş bir yer də açdırıb, hz. İsa Məsih (ə.s)-ın basdırılması üçün.

Əzrayıl (ə.s) deyir ki, “istəyirsənsə bir müddət daha yaşa” deyir Peyğəmbərimiz (s.ə.v)-ə, çox varlı və firəvan bir həyat ilə yaşa, sonra canını alım” deyir, “Allahın izni ilə” deyir “və yaxud istəyirsənsə, dərhal səni Allaha aparım” deyir. “Dərhal gedək” deyir. “İstəyirsənsə davam edə bilərsən” deyir, 63 yaşında çünki. “Mən dərhal gedim” deyir. Çünki bir şey yoxdur dünyada. Onu, səhabələrdən əbədi məzarlarının yanında olan Əbu Üveyhibə söyləyir. Cəbrayıl (ə.s)-la olan söhbətini ona söyləyir, o da səhabələrə izah edir sonra.

PAYLAŞIN
logo
logo
logo
logo
logo