PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN QURMUŞ OLDUĞU TƏHLÜKƏSİZLİK VƏ KƏŞFİYYAT SİSTEMİ
Peyğəmbərimiz (s.ə.v) o cihad dövründə, fəaliyyət dövründə, səhabələrini hər zaman təmkinli olmaları, ağızlarının möhkəm olması üçün tənbeh edərmiş. Özü də fəaliyyətlərini həmişə gizli şəkildə icra edərmiş.
Peyğəmbərimiz (s.ə.v) özünə düşmən qəbilələrdən müsəlmanlığı seçən bəzi kəslərin dini inanclarını gizli tutmasını istəyərmiş. “Yəni müsəlman olduğunu hiss etdirmə” deyərmiş. Əgər zalım bir qövm içindən gəldisə, çünki ondan sonra geri dönəcəyi üçün “Əsla hiss etdirmə” deyərmiş.
Peyğəmbərimiz (s.ə.v) əleyhinə göstərilən fəaliyyətləri, xəyanətləri, hücum hazırlıqlarını, düşmən qərargahındakı əsgər sayını bu şəkildə öyrənə bilirmiş. Yəni o, müsəlman olanlar heç bildirmir. Öz qövmlərinə qayıdırlar. Oradakı bütün məlumatı Peyğəmbərimiz (s.ə.v)-ə bildirirmişlər. Halal olsun onlara da maşaAllah.
Peyğəmbərimiz (s.ə.v)-in səhabələrində gizli müsəlmanlardan ibarət olan bir birlik varmış. Heç biri müsəlman olduğunu hiss etdirmir. Yəni o dövrün milli kəşfiyyatı kimi. Kəşfiyyatla vəzifəlidirlər. Yəni xristiandırsa, onların içində xristian kimi görünür. Orada keşiş cübbəsi geyir, özünü hiss etdirmir.
“Hz. Məhəmməd (s.ə.v)-in əmisi Abbas Əbdülmüttəlib müsəlmanlığı qəbul etdi, ancaq bunu gizlətdi. Bunu hz. Məhəmməd istədi”. Gizləməsini. “Çünki istədi ki, Məkkənin zəngin bir taciri olan əmisi Abbas Məkkədə nələrin baş verdiyini özünə çatdırsın”.
“Hz. Məhəmməd (s.ə.v)-in kəşfiyyat üsullarından biri də təqib idi”. Yəni texniki təqib. “Bunun üçün ən güvəndiyi səhabə Buseybəsəni vəzifələndirdi. Buseybəsənin vəzifəsi tacir Əbu Sufyanın karvanını izləyib müşahidə etmək idi”. Peyğəmbərimiz (s.ə.v)-ə bildirirmiş. Yəni müdhiş bir kəşfiyyat fəaliyyəti. O dövrün mükəmməl kəşfiyyatını qurmuş.
“Gizlilik və sirr saxlama mövzusunda hz. Məhəmməd (s.ə.v) çox diqqətcil idi.
Hz. Məhəmməd (s.ə.v) dostun kim, düşmənin kim olduğunu bilmək üçün paroldan istifadə edilməsini təklif etdi”. Uhud döyüşündə paroldan istifadə edilmişdir.
“Həmçinin ətrafı müşahidə etmək üçün patrullar çıxarılmasını da hz. Məhəmməd (s.ə.v) əmr etdi. Bu sayədə düşmənə göndərilən ərzaq və sursatları ələ keçərdi”. Peyğəmbərimiz (s.ə.v) ələ keçirir.
“Həmçinin ani düşmən hücumlarına qarşı keşik sistemini də hz. Məhəmməd (s.ə.v) gətirdi”.
“Hz. Məhəmməd kəşfiyyat məlumatlarını tam kəşfiyyatçılar vasitəsilə əldə etmədi. Bəzən düşmən qüvvələrinin əsgərləri qaçırılıb sorğulanaraq məlumatlar toplandı”. Bu şəkildə məlumat toplanırmış. Onlar da izah edirmiş. “Bu şəkildə, məsələn, Xeybərdəki qalalardan birinin altında gizli keçid olduğu öyrənildi”. O sorğulama nəticəsində öyrənildi.
Yaxşı kəşfiyyatçıları Peyğəmbərimiz (s.ə.v) mükafatlandırırmış. Bol qənimətdən onlara paylayırmış. Bacarıqlı kəşfiyyatçılara paylayırmış.
“Hz. Məhəmmədin kəşfiyyat üçün vəzifələndirdiyi Huzeyfə Yəmən, vəzifələndirildiyi gecə vaxtı soyuq bir havada sanki hamamda imiş kimi tərlədiyini izah etdi”. Hadisənin şiddətindən. Yəni riskli bir vəzifə olduğu üçün.
“İlk müsəlman şəhid kəşfiyyatçı isə Hubeyb Adiy Ənsarı oldu. Hz. Məhəmmədin bu şəhid kəşfiyyatçısı Məkkədə tutuldu və dərhal boynu vurularaq öldürüldü”. O şəkildə şəhid etmişlər. Kəşfiyyatçılar, bizim də məsələn, MİT mənsubu, bəzən orada-burada tutulur. Səssiz-sədasız şəhid edirlər. Canlarım mənim, heç, cənazə namazları belə bəzən arxalarından qılınır. Səssiz-sədasız elə cənazələri qaldırılır.
“Və bütün bunlardan əlavə hz. Məhəmməd (s.ə.v)-in ən əhəmiyyətli xüsusiyyəti gələn məlumatları analiz edə bilmək üçün müşavirə etməsi idi.
“Hz. Məhəmməd (s.ə.v) özünə müxalif olanların belə fikirlərini dinlədi”. Yəni düşmən olanları, müxalif olanları belə sorğulayıb, “sizlər nə düşünürsünüz?” deyə fikirlərini öyrənərmiş. Müşavirə nəticəsində verilən qərarlara olduğu kimi əməl edilərmiş: “Müşavirə nəticəsində verilən qərarlara olduğu kimi əməl etdi”.
“Bütün bunların nəticəsində on illik iqtidarı boyunca Ərəb yarımadasına hakim oldu”. Peyğəmbərimiz (s.ə.v).
PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN VƏFATINDAN SONRA MÜBARƏK CƏSƏDİNİN YUYULUB KƏFƏNLƏNMƏSİ
“Rəsulullah əfəndimizin cənazəsi, vəfat etdiyi gündən sonra, çərşənbə axşamı yuyuldu və kəfənləndi. Qüsul (yuma) işinə şəxsən həzrəti Əli, həzrəti Abbas və həzrəti Abbasın oğulları Fəzl və Kusem də kömək etdilər. Peyğəmbər əfəndimiz köynəyi üzərində olduğu halda üç dəfə yuyulub, üç qat yeni ağ kəfənə sarıldı. Bundan sonra mübarək cəsədi sidr üstünə qoyulub, qoyulduğu otağın qapısı Əshabı kirama açıldı”. Peyğəmbərimiz (s.ə.v)-in köynəyini çıxartmadılar, “köynəyi üzərində olduğu halda üç dəfə yuyuldu”. Üç qat ağ kəfənlə sarılmış. “Mübarək cəsədini qəbirə Əli, Fadl, Üsamə və Əbdürrəhman ibn Avf rədiyallahu ənhim endirdi”.
Hz. Əbu Bəkirin göstərdiyi gözəllikləri izah edəcəyəm, lakin millət dözə bilməz, cəzbəyə gələr. Ona görə izah etməyəcəyəm. Həqiqətən bir çox insan qaldıra bilməz. Rəftarı şahanədir. Yalnız birini söyləyim, Peyğəmbərimiz (s.ə.v)-i bazusundan öpmüş. Bir dənəsini söyləyirəm inşaAllah, vəfatında. Üstündəki örtüyü qaldırıb bazusunu öpmüş.
Çox gözəl komplimentlər söyləyirmiş. Alınından öpmüş maşaAllah. Amma hər səfərində bir kompliment. Naaşı şərifi Peyğəmbərimiz (s.ə.v)-in.
“Anam, atam sənə fəda olsun! İkinci bir ölüm dadmayacaqsan”. Alınından öpdükdən sonra hz. Əbu Bəkir (ə.s) demiş, maşaAllah. Təkrar alınından öpüb, “Ah Safi” -deyir, maşaAllah, çox gözəl.
Peyğəmbərimiz (s.ə.v)-in son sözü “Rəfiq-i Alaya Ya Rəb”. İki əlini qaldırmış, bir əlini deyil. “Rəfiq-i Alaya” -deyir, sonra əlləri düşür. Vəfat anını bilməsi də möcüzədir.
PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN VƏHY HALLARI
Hz. Ömər də, “Rəsulullah (ə.s)-ə vəhy endirilərkən, başının yanından arı uğultusuna bənzəyən bir səs eşidildiyini” söyləyir.
Abdullah ibn Əmr ibn Ãs: “Ya Rəsulullah! Vəhyin gəlişini sezərsənmi?” deyə soruşduqda, Peyğəmbərimiz (ə.s): “Bəli! Səsi eşidər və susayaram” demiş. Əvvəlcə arı uğultusu kimi bir səs gəlir.
“Mənə heç vaxt bu tərzdə vəhy olunmamışdır ki, ruhumun alınırmış olduğunu sanmış olmayım!” Yəni başqa bir ölçüyə keçdiyi üçün ruhunun alındığını hiss edir. Onsuz da çox ciddi bir dəyişiklik meydana gəlir, ondan sonra vəhy gəlir. Peyğəmbərimiz (s.ə.v)-in ruhun alınmış kimi dediyi odur. Yəni Allah bir başqa ölçüyə keçirir.
Zeyd ibn Sabit deyir: “Rəsulullah (ə.s)-ın yanında otururdum. Elə bu an, vəhy durğunluğu gəlib, Rəsulullah (ə.s) huşsuzlaşdı. Özünün dizi, mənim dizimin üzərinə düşdü” -deyir. Vəhydən sonra huşunu itirir. Yəni əldən düşür.
Sonra, üzərindən vəhy halı gedincə: “Yaz ey Zeyd!” buyurdu. Dərhal, bir kürək sümüyünün üzərinə, yazdım. Vəhyi.
Rəsulullah (ə.s)-i vəhy durğunluğu və huşsuzluğu təkrar bürüdü. Yenidən vəhy gəlir. Rəsulullah (ə.s)-ın dizi, mənim dizimin üzərinə düşdü” -deyir. Amma dizi müdhiş ağır idi, deyir. Üzərinə gəldiyində. Yəni ayağım əziləcək sandım. O qədər şiddətli bir ağırlıq hiss etdim, deyir. O vəhyin meydana gətirdiyi təzyiq.
Əshabı kiramdan bəzilərinin görüb izah etdiklərinə görə; vəhyin enişi əsnasında Peyğəmbərimiz (ə.s)-a ağır bir sıxıntı gələr;
Üzü, gül kimi olar. Yəni üzü qızarır.
Gözlərini yumar;
Başını önünə əyərdi.
Yanındakılar da, başlarını önlərinə əyərdilər.
Peyğəmbərimiz (ə.s), o hallarında, tez-tez nəfəs alıb verməyə başlayırmış. Normal nəfəs almaqdan fərqli, çox tez-tez nəfəs alıb verməyə başlayır və üzü qızarır.
Soyuq gündə belə, alnından inci dənələri kimi tərlər tökülərdi” -deyir. Vəhyin ağırlığından.
Vəhy halı sona çatana qədər, heç bir səhabə, başlarını qaldırıb Peyğəmbərimiz (ə.s)-ın üzünə baxmırmış”. Hörmətdən. Onsuz da, ümumiyyətlə üzünü tül ilə örtürlər. Vəhy halı keçənə qədər.
Peyğəmbərimiz (ə.s)-in bəşəriyyət sifət və surətindən soyunub, sıyrılıb, mələk sifət və surətinə bürünərək vəhyini Cəbrayıl (ə.s)-dan alırdı” -deyir. “Ruhum çıxdı zənn edirəm” -deyir. O mələk sifətinə keçir. Yəni maddə olmaqdan çıxır. Yalnız bu halda ikən Peyğəmbərimiz (s.ə.v) çox çətinlik çəkirmiş. Yaxud da görüşə bilmək üçün mələk, insan surətinə girir. O asan. Onda peyğəmbər üçün bir çətinlik olmur. Dihyə surətində gəlir. Səhabələr tanımırlar. Üstü-başı olduqca düzgün, nəzakətli. Peyğəmbərimiz (s.ə.v) sorğulayır; bir şey soruşur “doğru söylədin” -deyir. Bir şey soruşur “doğru söylədin” -deyir. “Ya Rəsulullah bu necə olur?” -deyirlər. “Qardaşım Cəbrayıl (ə.s) idi” -deyir. maşaAllah.
(Müzzəmmil surəsi, 5), “Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik”. Ayəsində də bu ifadə edilir. Ona işarə edir. Ayə onsuz da açıq-aşkar söyləyir.
Yenə Zeyd ibn Sabit belə demişdir: “Mən, Rəsulullah Əfəndimizin hüzurunda vəhy yazırdım, vəhy gəldiyi zaman Rəsulullahı şiddətli bir sarsıntı örtər və gicgahları inci dənələri kimi tər tökərdi. Sonra vəhy kəsilər, Rəsulullah da açılardı. Rəsulullah söyləyər, mən də yazardım. Peyğəmbərimiz (s.ə.v) açılınca söyləməyə başlayır.
Peyğəmbərimiz (s.ə.v) vəhy gəlmədən əvvəl, bəzən zınqırov səsi kimi eşidirdim deyir. Elə bir səs gəlirdi deyir. Sonra o bədən sarsıntısı keçir. Peyğəmbərimiz (s.ə.v) sabitləşir. “Mənə deyiləni də eynilə zəbt edərəm” -deyir. Peyğəmbərimiz (s.ə.v) hər dəfə vəfat edəcəyini zənn edirmiş.
Peyğəmbərimiz (s.ə.v)-ə dəvəsinin üstündəykən vəhy gəlmiş.
Əhməd və Beyhakinin Aişədən rəvayəti belədir:
Rəsulullah əfəndimizə vəhy gəldiyi zaman, üzərinə mindikləri dəvəsi vəhyin ağırlığı səbəbiylə yerə çökərdi. Peyğəmbərimiz də gicgahlarından şıpır-şıpır tər tökərdi. Soyuq bir gün olsa belə”.
İbn Sadın Devsli Əbu Ərvadan rəvayəti də belədir:
“Peyğəmbər əfəndimizə vəhy gəldiyi zaman gördüm, özü dəvənin üzərində idi. Vəhyin ağırlığı səbəbiylə dəvəsi sağa sola yırğalanır və ön ayaqlarını ata bilmirdi. Bəzən dözə bilməyib yerə çökdüyü, bəzən də ön ayaqlarını yerə diriyərək dayandığı olurdu. Peyğəmbərimizin də gicgahlarından tər tökülürdü”.
Buxari, Müslim və Əbu Nuaym, Yala ibn Ümeyyədən rəvayət edirlər. O belə demişdir:
Peyğəmbər əfəndimizə vəhy gəldiyi əsnada yaxşıca özünə baxdım. Onun şiddətli bir xırıltı çıxardığını, gözlərinin və gicgahlarının yaxşıca qızarmış olduğunu gördüm.
Əhməd, Təbərani, Beyhaki və Əbu Nuaym Əsma binti Yeziddən rəvayət edirlər. O, demişdir: “Rəsulullah dəvəsi üzərində otururdu və dəvənin yəhərindən mən tuturdum. Nazil olan surənin ağırlığından, az qala dəvənin ön ayaqları qırılacaqdı”.
Peyğəmbərimiz (s.ə.v) təkrar etmək istəyir, belə huşsuz haldaykən bir daha söyləyir ki, yaddaşında qalsın. Çünki olduqca uzun olur. Məsələn surə, uzun surələr enir. Quranda çox uzun surələr var, bilirsiniz. Unutmasından narahat olduğu üçün təkrarlamaq istəyir. Bax o zaman ayə gəlir,
(Qiyamət surəsi, 16), “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!” Allah dilini tərpətmə deyir.
(Qiyamət surəsi, 17), “Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. Yəni Allah, sənin narahat olmağına ehtiyac yoxdur deyir.
(Qiyamət surəsi, 18), “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə”. Müqabələ ona görə edilir. Müsəlmanlar müqabələ edirlər ha, bax oradan gəlir.
Mələyin əsli surətində görünərək, Allahın rəsuluna vəhy gətirməsi iki dəfə olur. Birincisi; Peyğəmbərliyinin başlanğıcında olur. Peyğəmbərimiz (s.ə.v) hadisənin şiddətindən huşunu itirdi, bilirsiniz. Bütün üfüqü örtdüyünü görür. Ayədə də var;
(Nəcm surəsi, 7), “O, ən uca üfüqdə idi”.
(Nəcm surəsi, 8), “Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi” -deyir. İlk dəfə huşunu itirir. Sonra qaçaraq xanımının yanına gəlir. “Üstümü örtün” -deyir.
(Nəcm surəsi, 13), “Onu bir daha öz sürətində enərkən gördü”. Bu da ikincisi. İki ayədə açıqlanır.
Yuxu halındaykən də vəhy gəlir bəzən. Bəzən ürəyinə endirilir. İçdən bir səs olaraq gəlir. Yəni içdən, güclü bir səs olaraq eşidir.