Hörmətli Adnan Oktarın yeni şərhləri (16 may 2013; 22:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (16 may 2013; 22:00)

726

Mehdiyyətt, haşa özünü tanımayan bir neçə adamın bir yerə yığılmağı və İslam aləmini idarə etməyi deyil. MEHDİYYƏT AĞILLI MÜSƏLMANLARLA, AĞILLI XRISTIANLARIN, SƏMIMI XRISTIANLARIN BIRLIKDƏ DÜNYAYA SEVGI, SÜLH VƏ QARDAŞLIQ TƏQDIM ETMƏLƏRIDIR. Siyasət deyil, burada siyasət yoxdur.

MEHDİ (Ə.S) TƏKBAŞINA HƏRƏKƏT EDƏN BİR İNSAN DEYİL. Yüzlərlə xristian ruhani, yüzlərlə müsəlman, dəyərli alimlərlə ittifaq quraraq hərəkət edən bir insandır. HƏYATI ŞƏFFAF, DANIŞIQLARI ŞƏFFAF, AÇIQ, AYDIN VƏ YAXŞI NİYYƏTLİ, ÇOX DƏQİQDİR.

MEHDİ (Ə.S) GÖZƏLLİK MÜTƏXƏSSİSİDİR. Bunu da xristianlarla birlikdə edər. Yəni Mehdi (ə.s) bunu gizli, qapaqlı bir otaqda etməz. MEHDİ (Ə.S)-IN HƏYATI AÇIQ-AŞKARDIR. YÜZLƏRLƏ, MİNLƏRLƏ, DİNDAR XRİSTİAN MƏSLƏHƏTÇİLƏRİ VARDIR. Birlikdə sağlam fikirlə, mehribanlıqla, dostluqla, ən yaxşını araşdıraraq, ən gözəlini araşdıraraq iş görər, ən gözəlinin mütəxəssisidir Mehdi (ə.s). Ən gözəl nədirsə, Allahın rizasına ən uyğun nədirsə, onu araşdırarlar, onu tətbiq edərlər və tövsiyə edərlər. Mehdiyətin mənşəyi, ruhu, əsli budur.

 

HÖRMƏTLİ ADNAN OKTARIN YUSİF SURƏSİNDƏN AYƏ İZAHLARI

 
 

Yusif surəsi, 54-cü ayə

 

“Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi”.

Ağıllı bir insanın xüsusiyyəti nədir? Etibarlı olmağıdır. İlk növbədə nə deyir? “Etibarlı insansan” -deyir. İnsanların ilk növbədə ehtiyac duyduğu şey, etibarlı olmaqdır. Etibarlı olunca idarəçi olmalıdır. Deməli, yanımızda müsəlmanlar ağıllı fəaliyyət göstərsələr dövlət rəhbərliyində də idarəçilikdə çox gözəl xidmətləri olar. Quran buna işarə edir.

 

 

Yusif surəsi, 55-ci ayə

 

 “O dedi: “Bu yerin xəzinələrini (qorumağı) mənə tapşır. Çünki mən qoruyanam, (bu işi) bilənəm”.

“O dedi: “Bu yerin xəzinələrini (qorumağı) mənə tapşır”. Sərmayəyə hakim olan, dövlətə hakim olar. Dünyanın hər yerində belədir. Sərmayəyə hakim olmaq, ardından dövlətə hakim olmağı gətirər. Bütün dünyadakı sistem hal-hazırda belədir. “Çünki mən qoruyanam, (bu işi) bilənəm”. Müsəlmanın daha bir xüsusiyyətidir. Etibarlı, sonra, nə xüsusiyyəti gəlir? Qoruyucu xüsusiyyəti gəlir. Nəyi qoruyur? Hər kəsi, hər şeyi. Canlıları, bitkiləri, insanları hər şeyi. “...(Bu işi) bilənəm”-yəni rəhbərlik işlərini bilənəm. Deməli, müsəlman məlumatlı, mədəni və alim, hər şeyi bilən olar. “Bir biləndən soruşun” deyərlər, bilən olar.

 

Yusif surəsi, 56-cı ayə

“Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik”.

“O, istədiyi yerdə qala bilərdi”. O qədər etibarlı idi ki, gedib bir yerdə qala bilərdi, sonra başqa yerə gedib orada da qala bilərdi. Bir çox yerə gedib, qala bilərdi. Bu, bir gözəllikdir. İnsanın bir çox məkana (yerə) getməyi, bir çox yerdə qonaq olmağı bir gözəllikdir. “Biz istədiyimizə mərhəmətimizi nəsib edirik ...” Allah, Mehdi (ə.s)-a rəhmətini diləyir, ona verir. Allah, hz. Yusuf (ə.s)-a diləyir, ona verir. “Və yaxşı iş görənlərin mükafatını əsirgəmirik”. Əbcədi-1998-ci il tarixini verir. Əgər “yaxşılıq edirsə, gözəl əxlaqlıdırsa, ağıllıdırsa mütləq ona bir gözəllik nəsib edərəm”-deyir Allah.

 

 

Yusif surəsi, 59-cu ayə

“(Yusuf) onların ərzaq yüklərini hazırlayarkən dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən qonaqpərvərlərin ən yaxşısıyam?”

“(Yusuf) onların ərzaq yüklərini hazırlayarkən dedi: “Atabir qardaşınızı yanıma gətirin!” Bunun bir hikməti var. Onu da sonra danışarıq. “Məgər görmürsünüz ki, mən ölçüyə tam riayət edirəm”. Müsəlmanın rəftarı necə olmalıdır? Dürüst olmalı, hər şeydə ölçünü tam tutmalıdır. Danışıqda, üslubda, vaxtını ayırmaqda, ticarətdə, hər şeydə ölçünü tam tutmalıdır. “Və mən qonaqpərvərlərin ən yaxşısıyam?” Hz.İbrahim (ə.s)-ın xüsusiyyəti nə idi? Qonaqpərvər, qonağı gözəl qarşılamaq, insan sevgisiylə dolu olmaq. Bir qonaq gələndə comərd davranar, yedirər, içirər, gəzdirər, hədiyyə verər. Hz. İbrahim (ə.s) xasiyyətlidir. Görürsünüz, Yusif (ə.s) da, elədir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr