ALLAH SEVDİKLƏRİNDƏN SONSUZA QƏDƏR AYRILMAQ İSTƏMİR
Bax, nə deyir, “Cənnət və cəhənnəm onsuz da uzaqda deyil” deyir, Allah, “yaxınlaşdırılmışdır” deyir. Həmişə pərdələrdən bəhs edir; “pərdə qaldırılmışdır” Aləmləri qəti olaraq açıqlayır Allah, çox başa düşülən tərzdə. Allah sərbəst ağlımızla, sərbəst kimi görünən ağlımızla Özünü sevməyimizi istəyir. “Cənnətdə sizə təcəlli edəcəyəm” deyir Allah, “sonsuza qədər də sizi yaşadacağam” deyir. Onsuz sevən sevdiyindən sonsuza qədər ayrılmaq istəməz. ALLAH SEVDİKLƏRİNDƏN SONSUZA QƏDƏR AYRILMAQ İSTƏMİR. MƏSƏLƏN, MEHDİSİNDƏN, İSA MƏSİHDƏN, MÖMİNLƏRDƏN SONSUZA QƏDƏR AYRILMAQ İSTƏMİR. “ONLAR MƏNİ SEVİR, MƏN DƏ ONLARI SEVİRƏM” DEYİR ALLAH.
HÖRMƏTLİ ADNAN OKTARIN MÜMİN SURƏSİ VƏ QAMƏR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
(Mümin surəsi, 49)
Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”
Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın; Bax, “Rəbbinizə” yəni Rəbbimizə demir, “Rəbbinizə dua edin.” bircə gün əzabımızı yüngülləşdirsin." “Bir gün dincələk, əzabsız bir gün olsun. Məsələn, həftədə bir gün dincələk” deyirlər. (Mələklər:) "Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?" dedilər. Onlar, bəli deyirlər. "Elə isə özünüz yalvarın" deyirlər. Yəni, normalı da odur onsuz, özü dua etməlidir.
(Mümin surəsi, 50)
Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!” – deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!” – deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir.
(Mələklər:) "“Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!”dediler. Məsələn, bax, Mehdi (ə.s)-ı soruşacaq Allah onlara; “Sizə izah etmədi mi darvinizmin-materializmin etibarsızlığını?” “İzah etdi.” “Eşitdiniz hər yerdə, oxudunuz, araşdırdınız. Allahın varlığının dəlillərini də gördünüz. Bəs nə idi qənaətiniz?” “Qənaətimiz gəlmişdi” deyəcəklər. “Bəs nə üçün qəbul etmədiniz?” Qürurdan, təkəbbürdən. Nə qədər çəkdi bu qürurunuz? İllərlə çəkdi. Bu bir günah. (Mələklər:) "Bu halda siz dua edin" dedilər. Onlar deyirlər ki, mələklərə: “Bizim üçün dua edin” deyirlər. Halbuki, deyir Allah, kafirlərin duası, çıxılmaz vəziyyətdə olmaqdan başqası deyildir. Kafirliyi orada da davam edir. Artıq ağlın ixtiyarı qalxmış, cənnət, cəhənnəm; daha hələ də yenə kafir. Orada bir şey edildiyini zənn edir. Və müvəqqəti olaraq orada olduğu qənaətində. Məsələn, 1 milyon il keçir, baş yenə qəbul etmir, yenə çıxacağını zənn edir. Allaha dua etmir bax, “Allahına dua et” deyir, “Rəbbinə dua et” deyir. Azğınlığa bax, özəl yaradılmış varlıqlar.
(Mümin surəsi, 51)
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.
Allah, "Dünyada da, axirətdə də kömək edəcəyəm" deyir. Axirətdə möminlər düşünürlər; Bax, "Biz nə edərik, bəs o mühitdə"? Allah deyir ki, bax, yanında şahid; Onun köməkçisi var. Sürücüsü var xüsusi. Qarşılarında nur var, sağında nur var. Və onlara daim təhlükəsizlik və "Salam" ifadəsi verilir. Lakin buna baxmayaraq içlərində yenə bir çəkinmə olur, "Görəsən nə olacaq"? Deyə. Allah, "Qüvvətlə ümid edirlər" deyir. Amma əmin deyil bax. Ancaq cənnətə girəndə ürəyi açılır. Bax, insan yaradılışı orada da o təsirini davam etdirir.
(Mümin surəsi, 52)
O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir.
Biri deyir ki, “Nə var?” deyir, dinsiz olmasında. Dinsiz olmaq ilə qalmır, ayrıca zalım olur. Öz bəhanələrinin heç bir fayda verməyəcəyi gün. Lağ edirlər insanlara bu dünyada, haşa orada da elə edəcəyini zənn edir. “Heç bir xeyir verməz” deyir Allah. Bəhanə çoxdur bilirsiniz insanlarda. “lənət də onlarındır, yurdun ən pisi də” Allah bir yurd olaraq söyləyir. Yəni, yenə orada cəhənnəm evləri də var. Cəhənnəm məhəllələri var. Amma, “Ən pisidir” deyir Allah.
(Mümin surəsi, 55)
Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə.
“Sən səbir et” deyir Allah. Həqiqətən, Allahın vədi haqdır. Allahın vədinə həmişə güvənmək lazımdır. Allah deyirsə “İttihad-ı İslamı quracağam” tamam, haqdır, gözləyirik. Mehdi mövzusu da haqdır. Günahın üçün bağışlanma dilə; Əfv dilə. Onda bərəkət var, gözəllik var. Allah bütün müsəlmanların, hamımızın günahlarını əfv etsin. Axşam və səhər Rəbbini həmd ilə təsbih et. Əlhəmdülillah. Əlhəmdülillah. Əlhəmdülillah. Hər zaman Allaha həmd edirik. Nə gözəl sağlıq səhhət verir, gözəllik yaxşılıq verir, bərəkət verir. Əslində qarışıq bir şey yox; Allah, “Mənə həmd edin, dost olun, dostca gözəlcə yaşayın” deyir. Amma tale bu; mütləq savaşlar da olacaq. Çünki savaş olmasa sülhün ləzzətini ala bilmir insanlar.
(Mümin surəsi, 57)
Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir.
“İnsan yaratmaq Mənim üçün çox asan” deyir Allah. Məsələn, güzgüyə baxırlar, çoxlu güzgülər var, laylı; bir anda yüzlərlə insan yaranır orda. Allah istəsə onlara dərhal ruh verib canlı hala gətirə bilər, eyni insandan.
(Mümin surəsi, 60)
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Yəni, Allah mütləq cavab verir dua ediləndə. Dua çox zəruri bir şeydir, amma, insanlar tam qavramırlar duanı. Dedim, boşa getdi kimi düşünür. Halbuki, hər bir dua Allah Qatında ibadət olaraq onsuz da qəbul edilir. Yəni, namaz kimidir dua. O da bir ibadətdir. O ibadət hesab edilir Allah tərəfindən. Amma, dua nəticəsində məsələn, birisi deyir ki; "Ya rəbb, mənə hidayət ver" deyir. Allah ona hidayət verir. "Ya rəbb, imanımı dərinləşdir" deyir. İmanını dərinləşdirir. Bunlar ən zəruri məsələlərdir. Deyir ki, məsələn, "Mənə ev ver". İmanını möhkəmləndirmədikdən sonra ev versə, nə olar? Evin içində məzara girmiş kimi boğularsan. Məhv olar, çətinlik çəkərsən. "Ya Rəbb, məni evləndir" deyir. Evlənərsən qadın başına bəla olar. Tam mənası ilə bəla olar. Diksinərsən. O səni sevməz, sən onu sevməzsən. Amma, dua etsən Allah ərinə də nur verər, sənə də nur verər. Rahatlıq olar.
Məsələn, dua edir öz ölkəsi qurtulur. Səmimi bir insanın duası ilə iri ölkə qurtulur. Səmimi, xalis bir müsəlman. Bir nəfər müsəlman öz məmləkəti üçün dua edəndə böyük məmləkət qurtulur. İnsanların xəbəri belə olmur. Onun vəsiləsi ilə qurtulurlar. Onlar təsadüf nəticəsində qurtulduğunu zənn edir. Halbuki, onun vəsiləsi ilə qurtulurlar.
(Mümin surəsi, 61)
Gecəni rahatlanmanız üçün yaradan, gündüzü ruzi qazanmanız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir.
“Gecəni rahatlanmanız üçün yaradan,” Gecə yatmaq həqiqətən daha sakitdir, rahatlıqdır. Gündüz daha çətindir yuxuya getmək. Gecə beşik kimidir. “gündüzü ruzi qazanmanız üçün işıqlı edən Allahdır.” Xüsusi olaraq yaradılır, pərdəni örtən kimi Allah bir örtür, hər yer qaranlıq olur. İşıq yandıran kimi Allah bir işıq yandırır, hər yan aydınlıq olur. Günəşi də insan çox məqbul görür. Deyir ki, “Orada yanır bir şey.”
(Mümin surəsi, 65)
O, Hayy (diri) olandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
O, Hayy (diri) olandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Yəni vasitəçiyə ehtiyac yoxdur. Məhz şeyx vasitəsilə, başqa bir şey vasitəsilə deyil; "Birbaşa Allaha dua edin" deyir Allah ayədə. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! əlhəmdülillah. Bax, Allah həmişə həmd istəyir. "Həmd etsəm nə olar"? Deyir. Xəbərin belə olmadan bərəkət gəlir. Məsələn, üstünə gələcək bəla gedər. Mal gələr, pul gələr, imkan gələr, başına aydınlıq gələr. Qəlbinə rahatlıq gələr. Üzərində depressiya olmaz. Ailənə bəla gəlməz. Sevdiklərinə bəla gəlməz. Bax, bir tək mömini qorumur Allah, onun sevdiklərini də qoruyur. Sevdiklərini də bəladan qoruyur. "Həmd nəyə yarayır"? deyir. Ucu-bucağı yoxdur. Ən başda Allahın rizası. Allah, bax, həm o şəxsi qoruyur, həm də sevdiklərini qoruyur. Həm də onun sevdiyi nə varsa, onları da qoruyur. MaşaAllah.
(Qamər surəsi, 29)
Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
Ayağına qılınc vurur dəvənin. Məhz bax, heyvanlara qarşı edilən zülmdən Allah inciyir. Məsələn, burada bəlanın gəlməsinin səbəbi, bu heyvana edilən zülm; Yəni, insana yox, heyvana edilən zülm. Heyvana edilən zülm üzündən oranı həlak edir Allah. Heyvana edilən zülm insana edilən zülm kimidir. Eyni hökmü tətbiq edir Allah, heyvana edilən zülmdə. Ayağından biçmək; Heyvan qan rəvan içində qalır, devrilir. Dəvə çox gözəl, şirin bir heyvandır. Vəhşi insan, halal olan yol var, heyvana belə bir əziyyət işləməyin üçün səbəb nədir? Heyvan çırpınır qan rəvan içərisində. Yeriyə bilmir də. Ağzı yox, dili yox heyvanın. Özünü izah edəcək bir halı da yox.
(Qamər surəsi, 30-31)
Görəydin Mənim əzabım və qorxutmağım necə oldu! Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
Fövqəladə bir fəlakət göndərir, Allah. Amma, atom bombasına bənzər bir şeydən bəhs edir burada. Yəni, o dövrdə də daha sadə, daha asan üsulla aparılan, maddənin bir başqa maddələrlə qarışması ilə meydana gələn atom bombasına bənzər bir partlayış ola bilir. Bir şey var, yəni, bunun məlumatı var o zamankı insanlarda. Allah onları vəsilə edir.
(Qamər surəsi, 32)
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Mövhumatçılardan bunu soruşmaq lazımdır. Allah, "asanlaşdırdım" deyir, "Çox asan" deyir. Azərbaycan dilinə də çevrilib. Adamın birisi deyir ki, yazmış; "Qırx il keçsə başa düşə bilmərik" deyir. Allah deyir ki, "Müşriklər anlaya bilməz Quranı" deyir. Adamın birisi deyir ki, "Biz başa düşə bilmərik, qırx il keçsə də başa düşə bilmərik" deyir. Məhz bax, Allahın dediyinin eynilə açıqlamasıdır.
(Qamər surəsi, 34-35)
Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik – Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
Təəccüblüdür, bu tip hadisələrdə yaxşıları Allah xüsusi olaraq ayrı tutur. Yəni, elə bir insan varsa təbliğ edən, İslamı izah edən insan, onları ayırır, Allah. Kütləvi fəlakətlərdə onlara bir şey olmur adətən, Allahın diləməsi.
(Qamər surəsi, 38)
Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
Səhər vaxtı onların ən narahat olduqları vaxtdır. Tam keyf çəkdikləri an olduğu üçün Allah ümumi olaraq səhər vaxtı vurur.
(Qamər surəsi, 42)
...Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
Həmişə dünya tarixində zalımlar mütləq məğlub olurlar. Məsələn, indi də dünyada yenə zalımlar hücumdadırlar. Halbuki, mütləq məğlub olmağa məhkumdurlar. Bu qanunu bilmir zalımlar, bilsələr heç əvvəldən girməzlər. Yəni, zalım olub davam edən olmur; Ya mütləq dağıdılır, çox qısa çəkir zalım. Təxminən qırx il falan. Sonra Allah pozulma başladır, sonra təpələrinin üstünə yerə onları tikir.
(Qamər surəsi, 43)
Sizin kafirləriniz onlardan yaxşıdır mı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
Adamın biri, məsələn, "Yox, Firona niyə oxşadırsan adamın birini?" deyir. Allah deyir ki, bax, "Daha mı xeyirli onlar" deyir. Yəni, kafirin daha xeyirlisi olmaz deyir Allah. O da kafir, bu da kafir. Küfr içindədirsə, səmimiyyətsizdirsə, zalımdırsa, qəddardırsa, amansızdırsa eyni hökmdədir. Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir? deyir Allah. Onun üçün Allahın hökmü olmalıdır.
(Qamər surəsi, 44)
Biz bir-biriylə yardımlaşıb qisasını alan bir zümrəyik mi deyirlər?
Bax, həmişə qisas alma, asma, kəsmə, zülm. Allah bunu istəmir.
(Qamər surəsi, 45)
Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır. Çox qısa çəkir. Məsələn, Suriyada mütləq məğlub ediləcəklər görəcəksiniz. Misirdə mütləq məğlub ediləcəklər. Amma, bax, mövhumatçılar da məğlub ediləcək yalnız. Haqq olan, Qurana tam tabe olanlar qalib gələcəklər nəticədə. Mövhumatçı olan iqtidarda da daya bilməz, mütləq yıxılar mövhumatçı. Ancaq mehdiyyət yolunda olan iqtidar ayaqda qala bilər. Allah elə yaradır. O bir asanlıq. Məsələn, mehdiyyətə tabe olursa bir iqtidar, mümkün deyil devrilməsi. Qiyamətə yaxın dövrlərə qədər davam edir. Ondan sonra pozular, amma, mehdiyyət yolundadırsa pozulması mümkün deyil.
Amma bu aralar qiyamət yaxın olduğu üçün dünyada bəzi iqtidarlar tez dağılacaqlar, bəzi hökumətlər tez dağılacaqlar, yəni daha sürətli olacaq. Çünki Allah mehdiyyətin bir an əvvəl hakim olmasını istəyir, vaxt qısa olduğu üçün. Allahın istifadə etdiyi cəmiyyətlər var, gizli cəmiyyətlər. Onlar da bu tapşırığı almış vəziyyətdədirlər. İlluminati kimi, masonluq kimi, Məbəd Cəngavərləri kimi sistemlərdə qısa müddətdə mehdiyyət tərzi İslamın hakimiyyəti, şirk sistemlərinin də dağılması… Şirk sistemlərinin dağılması üçün bu gizli cəmiyyətlər də bu dəqiqə yardımçı olurlar, bunu açıq deyim. Mehdiyyət yolunda olan sistemin də hakim olması üçün də var gücləri ilə dəstək olurlar. Bunları zamanla daha aydın görəcəyik, inşaAllah.