HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHLARI
“Peyğəmbərimiz (s.ə.v.) dedi: “Mənim qardaşlarım (Axırzamanda gələcək olan Mehdinin səhabələri), məni görməmiş mənə inananlardır. Onların güclü bir imanı və inancı vardır. Ədalətli olan və ədalətli olmayan mövzularda sınanıldıqlarında çox diqqətli olarlar. Qurana və Əhli Beytə sadiq qalarlar. Cəsarətləri dəmir kimidir. Hər birində 40 döyüşçünün gücü vardır. Tək gücləri fiziki qüvvətləri deyil. Mənəvi cəhətdən də güclü və dözümlüdürlər. Hər biri özünü digərinin yanında görər”.
MaşaAllah. Yəni insana ədalətli kimi də görünə bilər, ədalətli deyilmiş kimi də görünə bilər amma mömin, mütləq Allaha təslim olmalı, ürəyində ən kiçik büdrəmə duymadan Rəbbinin hökmünə razı olmalıdır, inşaAllah. Bax bu, çox mənalıdır, bədənlə də güclü olduqlarını deyir Peyğəmbərimiz (s.ə.v). Deməli pəhlivan kimidirlər maşaAllah. Amma ruhən də elmlə, iman cəhətdən də çox güclü olduqlarını deyir. Deməli həm ruh həm bədən gücü Mehdi (ə.s) tələbələrinə Allah tərəfindən lütf edilmişdir, maaşAllah.
“Mehdi (ə.s)-dan əvvəlki dövrün çətinliyi elə davam edəcək ki, insanlar ümidlərini kəsəcəklər. Pis fikirlərlə rahatlayıb, fərəhlənməyə çalışacaqlar. O vaxt Allah onlara, nəslimin təmiz olanları, zərrə qədər belə çirklənməmiş saf və ədalətli olan yaxşıları arasından hz. Mehdi (ə.s)-ı göndərəcək”.
Bax, pis fikirlərdə imişlər. Yəni darvinizm, materializm, kommunizm, faşizm kimi pis fikirlərin inkişaf edəcəyini deyir. Ümidini itirincə nə olar? Gedib kommunist olar. Ümidini itirər, gedər faşist olar. İnancını itirər, darvinist-materialist olar. Onunla rahatlanmağa çalışar, amma rahatlamayıb iztirab atəşinin içərisinə düşər.
Hədisin ardında: “Allah Mehdi (ə.s) vasitəsiylə dini, Quranı, İslamı və xalqını sevdirəcək, çoxtanrıçılığı (bütpərəstliyi) gözdən salacaq. Mehdi hər vaxt Allahdan qorxacaq və mənə qarşı olan davranışı heç vaxt qürurlu olmayacaq”.
Diqqət edin, Quranı, dini deyilir. Deməli Mehdi (ə.s) yalnız Qurana görə hərəkət edəcək. Xalqı, insanları sevəcək, insanların bir-birini sevməsini təmin edəcək. İnsanların Quranı sevməsini təmin edəcək, amma yalnız Quranı. Bütpərəstlik nədir? Darvinist-materialist düşüncədir. Çünki bütə inanır. “Atom etdi”-deyirlər. “Atomun gözü yoxdur, necə göz düzəldər?” deyirsən. “Edər, atom ucadır”-deyir. “Atom görməz, kordur” deyirsən. “Onlar elə ilahlardır ki, bir yerdə, göz yaratdılar”-deyirlər. İzah etdikləri Şumerlərin, bütpərəstlərin də danışmayacağı qədər qəribə və yanlışdır. İnanılacaq kimi deyil.
HÖRMƏTLİ ADNAN OKTARIN ZUXRUF SURƏSİNDƏN AYƏ İZAHI
Zuxruf surəsi, 63-cü ayə
“İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allahdan qorxun və mənə itaət edin!””
“İsa” Məsih İbni Məryəm, “aydın dəlillərlə gəldiyi zaman…” -yəni Allahın hökmləriylə gəldiyi zaman- “dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm)””. Deməli ixtilafa düşür insanlar. Məhz Quranın hökmü də ixtilafa düşülən, səhv bilinən şeyləri düzəldir. Yoxsa haşa, “Quranın hökmü gəlir, Allah bəyənmir, bir daha dəyişdirir, bəyənmir, bir daha dəyişdirir....” Belə bir şey yoxdur. Hökm gələr vəssalam.
Adamlar zənn edir ki, haşa, Allah hökmü göndərər, sonra bəyənməz, başqa bir hökm göndərər. Belə bir şey yoxdur. Allahın hökmü niyə qalxsın? Hamısı etibarlıdır, Quranda etibarlı olmayan heç bir hökm yoxdur. Bu inanılacaq kimi deyil. Bu necə bir cəsarətdir?
“Keçmiş şəriətlərdə unudulan hökmləri” -deyir Allah. Yəni, “yenidən xatırladaram və yaxud daha xeyirlisini göndərərəm”. Ayənin izahı budur. O dövrdə olan döyüşlərdə də Allah, həmişə həll yolu göstərir. Çünki adamlar çox vəhşi, mərhəmətsiz və qəddar idilər. Gecə hücumlar edirdilər, müsəlmanları qılıncdan keçirirdlər. Allah onlara qarşı nə etməli olduqlarını Peyğəmbər (s.ə.v)-a bildirirdi. Peyğəmbərimiz (s.ə.v.) ya özü qərar verməli idi ya da Allah bildirəcəkdi. Öz qərar verdiyini də Allah bildirər, amma bir də vəhylə bildirmək vardır. Vəhylə bildirdiyində könlü daha rahat olurdu. Çünki vəhy dəqiqdir. “Nə edim görəsən?” deməzdi. Məsələn, Peyğəmbərimiz (s.ə.v) səhər “görəsən nə edim” deyə fikirləşərdi. Ayə enərdi, “belə edəcəksən”-deyilərdi və onu edərdi. Oradakı ayə, o döyüşə aid olurdu. Amma bəziləri, “bunu mən, hər yerdə tətbiq edəcəyəm”-deyirlər.