Cənnət hüzur yeridir, inşaAllah. Sıxılma, qorxu, gərginlik, qısqanclıq, həsədlik yoxdur. Cənnətdə yalnız Allah sevgisi var, coşğu var, yoldaşlıq var, ALLAHI YAXŞI TƏQDİR ETMƏ VARDIR. ÇOX GÖZƏL TƏQDİR EDİLƏR. Məsələn, şirniyyat yeyər, dünya ilə müqayisə edəcəyi üçün “Oh, Əlhəmdülillah, nə gözəl yaratdın, Ya Rəbbim” deyər. Meyvə yeyər, Allaha şükr edər. Xanımıyla bərabərdir, Allaha şükr edər. Allahın gözəlliyinə, təcəllisinə doymaz. Heyvanları sevər. Quşlar, sincablar, toyuqlar, keçilər, quzular hamısı var, cənnət xüsusi olaraq yaradılmışdır. Dinozavrlar, cənnət dinozavrları, inşaAllah. Belinə minər istədiyi kimi gəzər. Çünki bax, Allah “İstədiyiniz hər şey” deyir.
CƏNNƏTDƏ YÜNGÜL BİR KÖLGƏ OLARAQ AXŞAM YARADILIR, YÜNGÜL KÖLGƏ YARANIR, “AXŞAM OLDU” DEYİLİR. SONRA İŞIQ YENƏ BİR AZ DAHA ARTIR, “SƏHƏR OLDU” DEYİLİR. CƏNNƏTİN GECƏSİ-GÜNDÜZÜ ELƏDİR.
Müsəlmanların canı çox gözəl alınır, salamla, sevgiylə. Heyətlə gəlirlər. Müsəlmanın canı alınarkən çox hörmət göstərilir. Məhəbbətlə alınar. Mömin də cənnətə gedəcəyini o gözəl sözlərdən, gözəl sevgidən anlayar. ƏZRAİL (Ə.S) MÖMİNƏ QARŞI ÇOX SEVGİ DOLUDUR, AŞİQDİR, SEVGİYLƏ YAXINLAŞAR. HƏMİŞƏ SEVDİKLƏRİ YANINDA OLAR. ƏZRAİL (Ə.S) O MƏHƏBBƏTİ GÖRMƏSİ ÜÇÜN YANINA TANIŞLARIYLA GƏLİR. O NARAHAT OLMASIN DEYƏ, O ADAMIN SEVDİKLƏRİYLƏ BİRLİKDƏ GƏLİR. “Onsuz da sevdiklərim yanımdadır” deyir, narahat olacağı bir şey yoxdur. Qorxmasın, narahat olmasın. Allah “xoşluqla canını alaram” -deyir. Sevdiklərinin yanında olması çox gözəldir. Çünki Əzrail (ə.s)-ı ilk dəfə görür, amma tanışlarını tanıyır bilir, daha əvvəldən tanıyırlar. Onlarla qucaqlaşır. “Gəlin, birlikdə gedək”. O qədər, inşaAllah. MÖMİNİN İMTAHANI ÇOX GÖZƏLDİR, FƏRAHLIQDIR, HƏMİŞƏ CƏSARƏTLƏNDİRMƏYƏ İSTİQAMƏTLİDİR. HƏMİŞƏ GÖZƏLLİKLƏRİ SAYILAR. “Bunu etmisən” “Bəli, etdim” -deyir. “Bunu etmisən, sədəqə vermisən”. “Doğrudur”. “Namaz qılmısan”. “Doğrudur”. “Zəkat vermisən”. “Doğrudur”. MaşaAllah, hamısını tək-tək söyləyir. Bu gözəlliyi Allah yalnız möminlərə verir.
Tövbə surəsi, 87-ci ayə
(Döyüşdən) Geri qalanlarla birlikdə olmağı seçdilər. Onların ürəkləri möhürlənilmişdir. Buna görə qavrayıb-anlamazlar.
“Geri qalanlarla birlikdə olmağı seçdilər”. Allah passivliyi bəyənmir. Bəzi insanlar passiv qalınca, laqeyd qalınca yaxşı bir şey etdiklərini zənn edirlər. Halbuki, çox böyük savab itirmiş olurlar. Böyük bir gözəllik itirmiş olurlar. Ondan soruşsan, o çox məqsədəuyğun olduğunu zənn edər. Halbuki, zərərdir, çox böyük zərərdir. Həyat qısadır, vaxtı yaxşı qiymətləndirmək lazımdır. Zaman mühəndisi olacaqsan. 10 saniyəni, 30 saniyəni, 1 dəqiqəni belə çox yaxşı qiymətləndirmək lazımdır. Qızılla məşğul olanlar qızılın tozunu belə zay etməzlər. Zaman qızıldan qiymətlidir.