ƏHZAB SURƏSİNİN 32-Cİ AYƏSİNDƏ KİMLƏRƏ XİTAB EDİLİR?
“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın”.
“Ey Peyğəmbərin zövcələri”, Ey mömin və müminat (mömin qadınlar) demir. Xüsusilə, sadəcə Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına xitab edir. “Siz hər hansı bir qadın kimi deyilsiniz”. Bu nə deməkdir? Demək ki, digər qadınlar rahatdır. Onlar bu hökm içərisində deyil. Onlar üçün bu cür bir hökm qadağan edilməmişdir. Bu qadağa ayəsi deyil ki, mömin qadınlar üçün, əksinə azadlıq ayəsidir. Rüsxət ayəsidir burada. Burada bunu başa düşə bilməyəcək nə var? Buradakı hökm mömin qadınların azadlığını, hürriyətini vurğulayır. Peyğəmbər xanımlarının nəzarət altında olmaları ilə bağlı bir hökm vardır burada. O da fitnə çıxmaması və qəlblərin Peyğəmbər (s.ə.v)-ə qarşı hörmətdə güclü olması üçün.
BƏDİÜZZAMAN HƏZRƏTLƏRİNİN 21-Cİ LEMADAN QARDAŞLIQ İLƏ BAĞLI SÖZLƏRİ
“Amma peşəmiz qardaşlıqdır. Qardaş qardaşa lider ola bilməz, mürşid vəziyətini göstərə bilməz. Qardaşlıqdakı məqam genişdir. Qibtə etmək bir-birini sıxışdırmağa səbəb ola bilməz”. (İyirmi birinci Lema)
Bediüzzaman deyir ki: “Amma peşəmiz qardaşlıqdır”. Baxın, diqqət edin, “Qardaş qardaşa lider ola bilməz” yəni, üstünlük, atalıq göstərə bilməz deyir. “Mürşid vəziyətini göstərə bilməz”. Bax, özü üçün söyləyir bunu Bədiüzzaman. “Qardaşlıqdakı məqam genişdir. Qibtə etmək bir-birini sıxışdırmağa səbəb ola bilməz”. Yəni, kimsə bu cür üstünlük iddiası ilə, böyüklük iddiası ilə ortaya çıxmasın. Qibtə etməyə də səbəb olacaq şəkildə bir davranışa gərək yoxdur, deyir Bədiüzzaman.
HÖRMƏTLİ ADNAN OKTARIN, QURANIN KİFAYƏT ETMƏSİ İLƏ ƏLAQƏLİ AYƏ İZAHLARI
(Ənkəbut surəsi, 51)
“Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır”.
Bax, Allah: “Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?” Nə deyir mövhumatçı yoldaş? “Kifayət etmir” -deyir. “Quran kifayət etməz” -deyir. Allah nə deyir bax, “Onlara oxunan Kitabı sənə nazil etməyimiz …” Quranı sənə göndərmiş olmağımız, “onlar üçün kifayət deyilmi?” -deyir Allah. Adam, “Kifayət etməz” -deyir. “Bir Quran qədər daha olmalıdır” -deyir. Qurandakı halallar, haramlar kifayət deyilmi? Deyirsən. “Olarmı, çox azdır onlar” -deyir. Hətta mən birisinə demişdim. “O zaman din çox asan olar” -deyir. “Olarmı elə şey” -deyir. “Din deyə bir şey qalmaz onda, din çox asan olar” -deyir. “O cür din olarmı?” -deyir. Bu cür dəli, bu cür ruhu örtülüb insanların, Allah verməsin.
(Ənam surəsi, 38)
“Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar”.
Allah: “Biz Kitabda” Quranda, “heç bir şeyi”, amma bax heç bir şeyi, “nəzərdən qaçırmadıq”. (“nöqsan qoymadıq”) Möhvumatçılardan soruşursan, “Quranla hərəkət etsən din qalmaz qardaşım” -deyir. “İslam qalmaz” -deyir. “Olar mı elə şey” -deyir. “Nöqsan nə kəlimədir, ucu-bucağı yoxdur, çox şey əksikdir Quranda” -deyir. “Quranda çox az məlumat vardır” -deyir. “Haradan tapacağıq digərini?” -deyirsən. “Bizim kitablarda var” -deyir. Yəni, yalan, uydurma kitablarında varmış.
(Əraf surəsi, 32)
“De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya (iman edənlərə), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik”.
Allah deyir ki, “De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti”” Bəzək əşyaları; sırğalar, kosmetik vasitələr, hər şey, inci, muncuq ağlınıza nə gəlirsə; paltarlar, saç boyası hər şey “zinət” bəzək “və təmiz ruziləri kim haram etmişdir?" Kim? Möhvumatçılar, müşriklər. Bax, “Allahın öz qulları üçün üzə çıxartdığı” -deyir. Məsələn, yerdən çıxartdığı; sürmə yerdən çıxan material ilə hazırlanır, dodaq boyası da elədir. Sırğa, ağlınıza gələn hər şey, boyunbağı, qolbaqlar-zinət deyir. Çünki bax, “zinət və təmiz ruziləri”. Qidaların da bir çoxu haramdır bilirsiniz, möhvumatçılar çoxunu haram ediblər. O haram, bu haram, bu haram, bu haram... Möhvumatçılar. “De: “Bunlar dünya həyatında hamıya (iman edənlərə) məxsusdur””. Adam iman etmədiyi üçün, “Mənim üçün deyil” -deyir. Allah, “İman edənlər üçündür” -deyir. Bu nemətlər, bu zinət əşyaları, bu geyimlər hər cür nemət. Sizə göndərdiyim, bəzək olaraq bəyəndiyiniz, sizi gözəl göstərən hər şey. Mən göndərdim. “… dünya həyatında” Cənnət üçün demir. Bax, “dünya həyatında” dünya həyatının bütünündə “iman edənlər üçündür, qiyamət günü isə yalnız möminlərindir”. Allah o zaman: “Küfrə vermərəm” -deyir, “Sadəcə möminlərin olacaq” -deyir. “Biz dərk edən adamlar üçün ayələri belə izah edirik” -deyir Allah. “Dərk edən adamlar üçün”. Möhvumatçılar başa düşür mü? Başa düşmür. Dərk edən nədir? Müsəlmanlar dərk edir.
(Əraf surəsi, 33)
De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur."
Allah deyir ki, “haqqında heç bir dəlil nazil etmədiyi” yəni, Quranda ayə olmayan “şeyi” hər hansı bir şeyi “Ona şərik qoşmağınızı” “Allah dedi”, “Allah haram buyurmuşdur” şəklində. “… və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. Adam axşama qədər haram sayır. Gülməyi də haram edir. Əlbəttə, mən onlara xurafatçı, möhvumatçı demirəm, amma məlumatsız olduqlarından “Gülmək də qadağadır” -deyir. Başqa? “Yerdə oturmalısan” -deyir. Stulda da otura bilməzsən. Başqa? “Diş fırçası istifadə edə bilməzsən” -deyir. Başqa? “Qadınlarla danışa bilməzsən, qadınlar çölə çıxa bilməz”. “Qadınlar necə insandır?” deyirik. “Nə cür danışıqdır bu, insan deyirsən” -deyir. “Yarım, yarımçıq” -deyir, “Kişi insandır” -deyir. “Qadınlara necə insan deyə bilərsən?” -deyir. “O yarımdır, yarımçıqdır” -deyir. “Yarımçıq məxluqdur” (haşa), “Yarımçıq varlıq” (haşa).
(Maidə surəsi, 87)
“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah, həddi aşanları sevmir”.
“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri”. Hər cür bəzək əşyası olsun, yemək olsun, gülmək olsun, əylənmək olsun, musiqi olsun. “… təmiz ruziləri haram etməyin”. “Çünki Allah: haram etsəm Quranda yazaram” -deyir. “Quranla sizə bildirərəm, öz-özünüzə haram çıxartmayın”. Peyğəmbər dedi, o dedi, bu dedi, filankəs hoca dedi şəklində olmaz. (Haşa) “Peyğəmbərə də böhtan atmayın” -deyir Allah. “Təmiz ruziləri haram etməyin və həddi aşmayın”. Deyir Allah. Bu, həddi aşmaqdır.
(Muminun surəsi, 70)
“Yaxud: "O cinlidir?"- Deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır”.
“Xeyr, o elçi onlara haqqı gətirmişdir”. Deyir Peyğəmbər (s.ə.v) üçün. Şeytandan Allaha sığınıram. “Lakin onların çoxu” xurafatçılar. “Lakin onların çoxu haqqı xoşlamır”. Məsələn, gülməyi xoşlamır. Qadının şərəfli bir varlıq olduğunu söyləməyi, nəcib bir varlıq olduğunu söyləməyi, mükəmməl bir insan olduğunu söyləməyi xoşlamır.
(Yunis surəsi, 15)
“Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”.
Bax, möhvumatçılar nə deyirlər? “Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman” Quran, sadəcə Quran oxunduqda “Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər” -möhvumatçılar- “deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!”” Əlavələr et, yeni halallar və haramlar gətir. Məsələn, biz gülməyi haram etmək istəyirik, deyir. Quranda bunu tapa bilmirik, deyir. O zaman sən söylə, bir şey söylə, bu haram olsun. “Biz gülmək istəmirik” -deyir. Müşriklər gülməzlər, onlarda vardır. Onlar çuval geyər, toza-torpağa bürünərlər. Özlərinə əzab-əziyyət verərlər. Müşriklər kimi olmaq istəyirlər. Bax, "Bundan başqa bir Quran gətir”. Yeni bir Quran. Adamlar deyirlər, “Bir Quran qədər bizə verildi” -deyirlər. Onsuz da açıq-aşkar söyləyir. Bax, “Quran və bir Quran qədər bizə verildi” -deyir. İstəyirsiniz mənbəyini göstərim. “… və ya onu dəyişdir!” Yeni-yeni halallar, yeni-yeni haramlar qoy. Dinin hökmlərini dəyişdir. Yeni məhzəb ictihadları et. Yeni inanclar gətir. Peyğəmbərimiz (s.ə.v) etməyincə, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra etdilər. Çünki peyğəmbərə etdirə bilmədilər onu.
(Furqan surəsi, 30)
“Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək”.
Allah Rəsulullaha şikayət bildirtdirir. Deyir ki, Peyğəmbər (s.ə.v): “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” Peyğəmbərimiz (s.ə.v) hz.Mehdi (ə.s)-ın dövrünü görərək bunu söyləyir. Axırzamanı görərək söyləyir. Peyğəmbərimiz (s.ə.v)-in möcüzəsidir bu. Çünki öz zamanında Quran çox güclü yaşanırdı, çox dəqiq yaşanırdı. Bu cür bir hökm yox idi, bu cür bir şey yox idi. Bu Axırzamana baxır əsasən. O dövrə də işari mənası ilə baxmaqla bərabər əsl Axırzamana baxır ikinci dərəcədə.
(Rum surəsi, 32)
“O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir”.
Allah deyir; “O kəslərdən ki, öz dinini bölüb” məzhəblərə ayırmış “firqələrə ayrıldılar” təriqətlərə, camaatlara bölünmüşlər. “Hər firqə öz təriqətini üstün bilib sevinir”. “Firqəyi naciyəyik biz, qurtulan qrupuq, əsl qrupuq, ən mükəmməl qrup bizik. Məhz firqəyi naciyə deyiləndə o qurtulan qrupuq”. Allah: “Bunu müşriklər edər” -deyir. Baxırıq, qardaşlarımızın bir hissəsi hiss etmədən şirkə düşüblər və ayədə xitab edilənlər olublar, xəbərləri də yoxdur, Allah əsirgəsin.
(Şura surəsi, 13)
“Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər”.
“Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi” -deyir. Məsələn, Qurana çağırırıq. Hz. Mehdi (ə.s)-a da bu cür deyəcəklər. Onlara ağır gələcək. Hz. Mehdi (ə.s)-a xitab edən bir ayədir eyni zamanda bax, “Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi”. Asan olan, nur olan İslam dini; sevgi dini, barış dini olan İslam müşriklərə ağır gəlir. Onlar qan, irin istəyir, dəhşət istəyir, çətinlik istəyir, əzab istəyir, keyfiyyətsizlik istəyir, çürüntülük istəyir. Bax, “Sənin dəvət etdiyin tövhid” sənin dediyi Peyğəmbərimiz (s.ə.v)-ə söyləyir Allah. “Sənin dəvət etdiyin tövhid” Nəyə çağırır Peyğəmbərimiz (s.ə.v)? Nura, işığa, barışa, qardaşlığa, sevgiyə, dostluğa, ədalətə çağırır. “Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi”. Sıxıntıya düşür adam. Çünki pisliyə, rəzilliyə öyrəşiblər. “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” -deyir Allah. Nə deyir Allah? “Onda bölünüb firqə-firqə olmayın!” Məzhəblərə ayrılmayın, camaatlara ayrılmayın, qruplara ayrılmayın. Haram buyurub. Allahın bu əmrlərini məhz hz.Mehdi (ə.s) yerinə yetirəcək. Dində ayrılığa düşməyi aradan qaldıracaq. Hz. Mehdi (ə.s)-ın özlərini çağırdığı şey, müşriklərə ağır gələcək. Mehdi (ə.s)-ı günahlandıracaqlar, şirk ilə, azğınlıq ilə, mürtəd olmaq ilə günahlandıracaqlar. Amma hz. Mehdi (ə.s) qalib gələcək, inşaAllah.