MÜNAFİQLƏR YALAN DƏLİL GƏTİRƏRLƏR. HZ. YUSİFİN QARDAŞLARI DA ATALARINA ÜSTÜNƏ QAN SÜRTÜLMÜŞ KÖYNƏK GƏTİRMİŞDİLƏR
Yusuf surəsi 18, “Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər”. Məsələn bu da bir münafiq hərəkətidir.Yalan dəlil gətirməkdə münafiqlərin tayı-bərabəri yoxdur. Dəliliklərinə baxın. Adam öldürürlər. Əbdüləzizi də rahatlıqla şəhid etdilər və qanlı köynək gətirdilər. Cinayətə meyllidilər, görürsünüzmü? Cinayət törətməkdən qorxmamaq münafiqlərin xüsusiyyətlərindəndir.
“Yaqub dedi: “Xeyr,” - peyğəmbər bəsirətli olduğu üçün – “sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir”. Müsəlman əxlaqını görürsünüzmü? “Söylədiklərinizin müqabilində” -dərhal yalan danışdıqlarını başa düşür- “Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 18)
“Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəldilər”. (Yusif surəsi, 16) Allah buna ayrı bir ayə ayırır. Yəni münafiqlər ağlamadan necə istifadə edirlər. “... dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik”“. Bu tam münafiq ağılsızlığı və saxtakarlığıdır. Guya aldatdıqlarını zənn edirlər. Bir də “yarışmaq üçün getmişdik” -deyirlər. Həmişə bunlar yarışırlar. Münafiqin ruhunda, həmişə belə birinci olmaq, insanlarla mübahisə etmək, yarışmaq, önə keçmək düşüncəsi vardır. Həmişə qürurlanmaq dərdində olduğu üçün, bu da, ayədə qeyd edilir.
“Yusifi də, əşyalarımızın yanında qoymuşduq”. Müsəlmanlardan istifadə etmək fikirlərinə də burada diqqət çəkir. Özləri yarışır, onu isə, öz malını qorumaq, öz əşyasını qorumaq üçün istifadə etmək istəyirlər. Amma ona güvənirlər. Bu barədə inanır ona. “Canavar da onu yedi”. Rüsvayçılığa baxın. İfadənin, yalanın axmaqlığına baxın. Tam münafiq yalanıdır. Çox pis yalandır. “Canavar da onu yedi” -deyirlər. Qorxmazlığı görürsüz?
Bir də, münafiq cəsarəti vardır. Münafiqlərdə belə dəli cəsarət vardır. Yalan danışmaqdan utanmazlar. “Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. (Yusif surəsi, 17) Şüuraltı hazırlıq aparır. Bu səfər də, müsəlmanı dürüst olmamaqla günahlandırır. “Mən doğru danışsam da, sən onsuz da inanmazsan. Mən izah etsəm də, olmayacaq onsuz da. Sənin onsuz da ön mühakimən var. Mən nə etsəm bir şey dəyişməz”. Bu, münafiq üslubudur.
“ƏHD SANDIĞI” İNSANLARIN İMANININ ARTMASI ÜÇÜN SON BİR HƏDİYYƏDİR, QURANDA BƏHS OLUNAN BİR NEMƏTDİR
“Əhd sandığı” Allahın dünyaya son hədiyyəsidir. İnsanların imanının artması üçün, həyəcanlarının (şövqlərinin) artması üçün, əminliklərinin yüksək olması üçün son hədiyyədir. Quranda xüsusi ilə bəhs olunan bir nemətdir. Çünki təəcübləndiricidir. İçində 3500 illik manna var. Yəni mannanın necə düzəldilməsinə baxa bilərlər. Molekul quruluşunu da, qədimiliyini də araşdıra bilərlər. Hz. Yusuf (ə.s)-ın köynəyi olacaq içində. Saymaqla bitməz, içi doludur.
Hz. Süleyman (ə.s)-ın üzüyü də var. Çox həyəcan vericidir. Çox danışmaq istəmirəm, amma Kəbənin altında da xəzinə var. Ona da, ayrıca araşdırılıb baxılacaq. Kəbənin binasının tam altındadır. Hədislərdə keçir bu barədə. Hətta, hz. Ömər (r.ə), Əli (r.ə) icazə vermir. Bunu Peyğəmbərimiz (s.ə.v) bildirir və Mehdi (ə.s) dövründə açılacağını deyir. Çox qədimdir, hz. İbrahim (ə.s)-ın dövründən qalma əlamətlər, nemətlər, gözəlliklər var. İnsanlar çox təəcüblənəcəklər.
Heç bilinməyən şeylər var. Əslində, Allah heç bir yerin açılmasına icazə vermədi. Nə piramidlərin içinə baxıldı, nə də Nəmrudun məzarı açıldı. Nəmrudun məzarı onsuz da, eyni zamanda mason məbədidir. Amma daşlarla örtülüdür. Eyni şəkildə, Təbəriyə gölünün dibində saxlanılan xəzinə də daşlarla örtülüdür. Hz. Süleyman (ə.s)-ın sandığının orada olduğunu düşünürük. Üstünə daş yığılıb. Baxın, heç bir hökumət, heç kim “gəlin bunu açaq” demir, deyə bilmir. Niyə? Çünki Mehdi (ə.s)-i gözləyir. Yəni, Mehdi (ə.s) olmasa onlar qiyamətlə birlikdə dağılıb gedəcək.
Amma tabutu-səkinə o qədər də asanlıqla tapılmaya bilər. Bu, bir az vaxt alacaq. Yəni, 2019-cu ildə gözləməyin. Yəni 2030-cu illərdə tapıla bilər. Hətta, 2033-cü ildə də tapıla bilər. Tabutu-səkinə, Quranda ayədə keçir, hz. Süleyman (ə.s)-ın sandığıdır. Bəqərə surəsi, 248-ci ayədə Allah belə buyurur: “Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik və asayiş vardır”. Baxın, bu çox böyük bir möcüzədir. Quran bir möcüzədən bəhs edir.
Tabutu gətirərlər, Tabutu-səkinəni, qapağı açılanda əsəbi olan adamın əsəbləri möcüzəvi olaraq sakitləşər, adamın üzərinə ağlasığmaz fərahlıq çökər. Bu, tabutu-səkinənin xüsusiyyətidir. İnsanlar bunu görəcək. Ona görə üstü örtülür. Həmişə örtülü saxlanılır, açıq saxlanılmaz. Açılanda dərhal bir rahatlıq və təhlükəsizlik hissi gəlir. Bu, möcüzədir. Həqiqətən əməli olaraq baş verər. Həm də, “Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır”. Musa (ə.s)-dən qalanlar nədir?
Əsasının parçası, lövhə, manna. Diqqət edin, Allah deyir: “Onu mələklər gətirəcək”. Yəni necə insanların yanında mələk varsa onun da, yanında mələklər var. “Əgər siz möminsinizsə,” -yəni iman edirsinizsə, səmimisinizsə- “bu sizin üçün bir dəlildir”. Bu, nəyin dəlilidir, nəyi sübut edir? Mehdiyyəti, İslam Birliyini və Allahın vədinin haqq olduğunu sübut edir. “Dəlil vardır” görəcəksiniz mənasını verir. “Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir” Əbcədi neçədir? 2033. Ayə açıqdır.