ŞƏHİDLƏRİN OLDUĞU ALƏMDƏ FASİLƏSİZ SEVİNC VAR, QORXU VƏ QƏM-QÜSSƏ YOXDUR
Ali imran surəsi 169, 170. Şeytandan Allaha sığınaram: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər, onlara Rəbbi yanında ruzi verilir”. (Ali İmran surəsi, 169) Məsələn yemək də, yeyirlər. “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir”, yəni fasiləsiz sevinc var və qəm-qüssə yoxdur. “... arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. (Ali İmran surəsi, 170) Dünyadan fərqli olaraq orada qorxu yoxdur.
Məsələn, qəm hissi də, yoxdur. O aləmin xüsusiyyətində, kədərlənmək, qəmlənmək hissi yoxdur. Məsələn, hz. İsa Məsih (ə.s)-ın olduğu aləm də elədir. Mələklərlə birlikdə hz. İsa Məsih (ə.s) namaz qılır. Allah “ondan uzaqlaşmazlar” –deyir. “Məsih və itaətkar mələklər, yaxınlaşdırılmış mələklər Allaha ibadət etməkdən uzaqlaşmazlar, yəni onu qürur hesab edərlər, gözəllik bilərlər”-deyir. Baxın, bu, məhz hz. İsa Məsih (ə.s) üçün deyilir.
Çünki, “Peyğəmbərimiz (s.ə.v) mələklərlə namaz qılırdı” demir Allah. Yalnız hz. İsa Məsih (ə.s) üçün var namaz qılmaq. Çünki namaz vəfat edəndə keçərsiz olur, şəriətlə məsul olmursan, amma hz. İsa (ə.s) şəriətlə məsuldur. Yəni namaz qılmaqla mükəlləfdir. Halbuki vəfat etmişdir “teveffeni” Allah Qatına alınmışdır. Amma fiziki cəhətdən də ölmədiyi üçün, bədəni qaldığı üçün şəriətlə mükəlləf olur. Orada mələklərlə birlikdə namaz qılır.