RƏVAYƏTDƏ MEHDİ (Ə.S)-IN ATASININ ADININ BİR PEYĞƏMBƏR ADI OLACAĞI BİLDİRİLMİŞDİR
İbn Talha hz. Mehdi (ə.s)-ın atasının adıyla əlaqədar bu şərhi edir: Mehdinin atasının adı Peyğəmbərimiz (s.ə.v)-in atasının adıyla eyni deyil. Bunu, bu şəkildə anlaya bilərik; ərəb dilində ata sözü, babaya işarə edərək, hörmət mənasında istifadə edilir. Bunu Qurandan da anlaya bilərik. Məsələn, Həcc surəsi 78-ci ayədə Allah bu şəkildə bildirir: “Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı.” Yəni İbrahim atanız, yəni müsəlmanların atası olaraq söyləyir. Hz. Mehdi (ə.s)-ın atasının adı da atasının adına uyacaq deyir. Rəvayətdə hz. Mehdi (ə.s)-ın atasının adı bir peyğəmbərin adı olacaq deyir. Yəni İbrahim, İshaq, yaxud Yaqub, bu kimi bir ad olacaq deyir. Məqbuldur.
TÖVRAT VƏ İNCİLƏ HAMININ QARŞI OLDUĞUNU ZƏNN EDİRLƏR. TÖVRAT VƏ İNCİLİN QURANA UYĞUN HİSSƏLƏRİ KEÇƏRLİDİR
“Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. “(Maidə surəsi, 46) O dövrdə eyni Tövrat idi. İsa (ə.s) nəyi edir? Təxrib olan yerləri qaldırır. Amma Tövratın digər qisimləri keçərlidir. Bax, “Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.” (Maidə surəsi, 46) “Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər.” (Maidə surəsi, 47) Bax, “Qoy İncil əhli Allahın onda”, yəni İncildə endirdikləriylə hökm etsinlər. Sən deyirsən ki, “İncil etibarsızdır”. Allah hökm etsinlər deyir. İndi sən səhv yoldasan. Quran ilə danışmırsan. Mən Quranla danışıram. Bax, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir.” (Maidə surəsi, 47) Allah nə deyir? Bax, “…öyüd-nəsihət olan İncili verdik.” (Maidə surəsi, 46) “Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər.” (Maidə surəsi, 47) Bitdi. Yəni Qurana uyğun olmayan yerlər etibarsızdır. Qurana uyğun İncilin bütün hökmləri keçərlidir. Tövratın da bütün hökmləri keçərlidir. Quran ilə ziddiyyət təşkil edən yerləri keçərli olmaz. Məsələn, Allah deyir ki, şeytanda Allaha sığınaram. “And olsun” deyir Allah. And içir. “Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki,” yəni Tövratdan sonra Zəburda da: “yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.” (Ənbiya surəsi, 105) Bəli. Nədir? Bax ayədə nə deyir? “yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.” (Ənbiya surəsi, 105) Açıb baxırıq. Var. Tövratda və Zəburda Moşiyah, Mehdi (ə.s) zamanında Moşiyah, Mehdi (ə.s) vəsiləsiylə müsəlmanlar dünyaya hakim olacaqlar” deyir Allah. Amma bax, Mehdi (ə.s) vəsiləsiylə olacaq” deyir. Harada yazır? Zəburda. Harada yazır? Tövratda. Allah nə deyir? Tövrata və Zəbura baxın, deyir. Orada bir dünya hakimiyyətindən bəhs edirəm, deyir. Bax, yer üzünə Mənim əməlisaleh qullarım. Səmimi qulları kimmiş? Baxırıq Tövratda; Mehdi (ə.s) və tələbələri. Onların vəsiləsiylə dünyaya hakim olacağam, deyir. Sən etibarsızdır deyirsən. Ayə gətir, deyirəm. Ayə yox. Mən ayə gətirirəm. Olmaz. Bax, “Sən onları Qurana çağırdığın zaman onlar səni atalarına, böyüklərinə, alimlərinə çağırarlar” deyir. “Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?” deyir Allah. Adam da deyir ki, “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” Elə isə çirkin bir cəsarət göstərsən, qarşılığını da görərsən. Olmaz. “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin ardınca gedərlər.” (Əraf surəsi, 157) Nə imiş? Yanlarındakı Tövratda, deyir. Peyğəmbər (s.ə.v) zamanındakı Tövratda və İncildə. Paran dağlarında zühur etdilər, deyir. Paran dağları. Bu on minlər? Kim? Müsəlmanlar, başqa heç kim yoxdur. Ora bomboş. Oradan başqa gəlib-gedən olmamış.
HZ. ƏLİ (R.Ə), HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏ BAŞ VERƏCƏK HADİSƏLƏRDƏN BƏHS EDİR
Əmirəl möminin Əli kərrəməllahu vəchə, Əli Heydər Murtuza, Kamil ibn Ziyada belə buyurdu: “Axırzamanda bağça və köşklərin hər birində”, yəni evlərdə “bir lampa, bir şam olar” deyir, “və bir ayna olar.” Şamlı ayna olar. Şamla aynanın birlikdə olduğu bir şey olar deyir. “Adam bu qurğuya baxdığında, buna baxdığında uzaq və yaxın hər şeyi görər” deyir. Bax, televizoru necə izah etmiş? Aynalı bir lampa bax, ayna var, yəni işığı var və eyni zamanda aynadır. Görünüşü əks etdirən bir ayna. İşıqlı, görünüşü əks etdirən bir aynadan bəhs edir və “bağçalarda, köşklərdə, evlərdə olar. İnsanlar da uzaqdakı, yaxındakı hər şeyi orada görərlər” deyir. Dəqiq televizorun tərifi deyilmi? (Tabatabai Mehdinin zühurunun 250 əlaməti, səhifə 227, 145-ci hədis) Televizora baxırıq indi, ayna kimi bütün görünüşləri əks etdirir. Görünüşü əks etdirən bir cisim, əks etdirici bu. İşıqlıdırmı? İşıqlıdır. Ayna xüsusiyyəti varmı? Var. Uzaqdakı və yaxındakı hər şeyi göstərirmi? Göstərir. Nə vaxt? Hz. Mehdi (ə.s) dövründə. Hz. Əli (r.ə), hz. Mehdi (ə.s) dövründə baş verəcək hadisələrdən bəhs edir.