HƏDİSDƏ BİLDİRİLƏN AXIRZAMAN MÖCÜZƏLƏRİNDƏN BİRİ BU İL REALLAŞDI
İKİ MİN İLDƏN BİR OLAN, BİR GÖY HADİSƏSİ: BETHLEHEM ULDUZUNUN GÖRÜNMƏSİ
“Mehdinin zühurundan əvvəl şərqdən bir ulduz çıxar və ayın işıq verdiyi kimi işıq verər. Daha sonra iki ucu haradasa birləşənə qədər sallanar. Göydə bir rəng meydana gələr və işıq hər iki üfüqünə də yayılar”. (Nuaym ibn Hammad, Kitabül-Fitən, Mehdi və Axırzaman hissəsi)
Peyğəmbər əfəndimiz (s.ə.v), Mehdi (ə.s) dövründə Bethlehem ulduzunun çıxacağını söyləyir. 2000 ildə bir çıxır. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s)-ın çıxacağını söyləyir, onsuz da rəvayətlərdə və o dövrdə ikinci min ili vurğulayacaq şəkildə Bethlehem ulduzunun Mehdi (ə.s) dövründə çıxacağını söyləyir. Bethlehem ulduzu Venera və Yupiter planetlərinin dünyadan görülə biləcək şəkildə yaxınlaşmasıyla olur. Əslində bu bir ulduz deyil, iki böyük ulduzun - bu kometa deyil - Venera və Yupiterin, yəni iki böyük planetin dünyadan görülə biləcək şəkildə bir-birlərinə yaxınlaşması nəticəsində yaranan bir görünüşdür. Əvvəl iki ayrı parça kimi görünür sonra bu birləşir. Bu yaxınlarda qəzetlərdə yazdı, “Bethlehem ulduzu çıxdı” deyə. Peyğəmbərimiz (s.ə.v), Mehdi (ə.s)-ın çıxış müjdəsi budur deyir. Çıxış əlamətidir deyir. Hz. İsa (ə.s) doğulduğunda, bir də indi çıxmış. Peyğəmbərimiz (s.ə.v)-in bir möcüzəsi daha. Kitabül-Fitəndə yazır. Səhih hədis kitabıdır. İncildə də var.