İNSAN AĞLI 100 MÖCÜZƏNİ EYNİ ANDA DÜŞÜNƏ BİLSƏ MƏNƏVİ CƏHƏTDƏN SANKİ SƏRXOŞ OLAR. ALLAHIN SƏNƏTİ ÇOX SARSIDICI VƏ ÇOX SEVİNDİRİCİDİR
Əlbəttə insanın beyni Allah tərəfindən müəyyən bir tutuma görə yaradılmışdır. Əgər beynimiz, bütün möcüzələr olmasa da, fərz edək yüz möcüzəni eyni vaxtda düşünə bilsə, mənəvi cəhətdən sanki sərxoş olarıq. Amma insanın ən zəif yeri unutqalıqdır deyilir. Allahın bizə verdiyi bir xüsusiyyət də, insanın çox tez unutmağıdır, yəni insanın unutqan olmasıdır. Unutmasaq, Allahın sənətləri çox sarsıdıcı və çox sevindiricidir.
Məsələn, yolda gəlirəm, yol boyunca pişiklər olur, həmişə belə isti asfalta uzanıb yatırlar, çox rahatdırlar. O seçdikləri yerlər əslində ən məqsədəuyğun yeyərlərdir. Yəni günəşin ən yaxşı düşdüyü sahə, ən quru, onları narahat etməyən yerlərdir. “Orada yaşıllıqlar var, otların içinə yatsa idi, görəsən niyə yatmırlar?”-dedim. Həqiqətən otun içində yatmırlar, orada nəmlik olur, böcək filan olur, yəni quru yerləri daha çox seçirlər, çox ağıllıdırlar. Onların seçdikləri yerlər insan üçün də, əslində ən yaxşı yerlər olar. İnsanların yaşamağı üçün də, ən yaxşı yerlərdir.
Onlar riskli yerləri dərhal təsbit edərlər. Məsələn, riskli bir yeməyi yeməzlər, pis bir yemək olanda yemirlər. İsti olanda da heç vaxt yaxınlaşmırlar, soyuq olanda da yaxınlaşmırlar, zəhərlidirsə dərhal hiss edər, ona da yaxın gəlməz. Əgər toksik və yaxud xarab bir yeməkdirsə yaxın durmaz. Halbuki, şüuru bağlı heyvandır.
HÜCEYRƏDƏ MÖHTƏŞƏM XÜSUSİYYƏTLƏR VAR, AMMA İNSANLARIN ÇOXU ÇOX AZ DÜŞÜNƏ BİLİR. İNSAN ƏN ÇOX BİR VƏ YA İKİ MÖVZUNU AĞILINDA SAXLAYA BİLƏR
Hüceyrədə çox möhtəşəm xüsusiyyətlər var. Amma insan hüceyrə haqqında nə qədər düşünə bilər? Yalnız bir, iki və yaxud üç mövzunu başa düşər, eyni vaxtda yaddaşında saxlaya bilər, yəni çox çətindir. Hüceyrənin bu qədər möcüzəvi olması dinsizliyə çox böyük zərbə oldu. Darvinistləri xeyli əziyyətə saldı. Hüceyrənin içi sanki ucsuz-bucaqsız bir kainatdır. Hüceyrəni su dolu bir kisə zənn edirdilər, sadə bir şey zənn edirdilər. Buna görə canlıların quruluşunu da çox sadə hesab edirdilər.
Əslində, darvinizm çox sadə düşünməyə əsaslanan bir sistemdir, yəni darvinizmdə dərin düşünmək yoxdur. Amma əlbəttə adamlar darvinist olduqları üçün onlara həmişə başqoşmaq, onlardan təsirlənmək müsəlmana yaraşmaz. Çünki Allah, onu xüsusi yaradır. Bu, taleni bilməmək mənasını verir. Lakin əlbəttə Allahdan, sənətini daha çox bilməyi istəyərik. Yaddaşımızda daha çox saxlamaq istəyərik. Bir də, Allahdan heyrətlənmək istəyərik. Heyrətlənmək hissi qapalıdırsa bu çox təhlükəlidir, yəni təəcüblənmək və heyrətlənmək. Çünki bir insan, normal görürsə bunda demək ki, bir qəribəlik var.