A9 TV, 16 iyun 2016
(Hadımköydə narkotik satıcılarını təslim almağa gedən polis qruplarına pompalı tüfənglə atəş açıldı. Hadisədə rayon polis rəisi yaralandı və Ayhan Ölçer adlı polis məmuru şəhid oldu.)
Bu üzündəki nura bax, maşaAllah. Allah onu oradan şəhadət aləminə çağırmışdır. Allah övladlarına, anasına, atasına, sevdiklərinə, yoldaşına səbirli olmağı nəsib etsin. Allah şəhadətini qəbul etsin. Nurunu sonsuza qədər parlatsın. Polis belə psixopatları almağa gedərkən, təbii ki, bir igidlik ruhu var, daha rahat hərəkət edirlər, bunlar çox təhlükəli tiplərdir. Ağıllı-başlı bir vətəndaşı almağa gedər kimi gedilərsə, belə olmaz.
Sevgi əksikliyi dünyadakı ən böyük fəlakətlərdən biridir. Savaşlar iqtisadi böhran kimi böyük bəladır
Sevgi əskikliyi dünyada ən böyük fəlakətdir. Sevgisizlik iqtisadi böhran, müharibələr kimi çox böyük bəladır. Dünyanı bürüyən ən böyük fəlakətdir. Gənclərin əksəriyyəti sevgisizdir, üslubları, danışıqları bunu göstərir. Mən çölə çıxıram, heç kim kimsənin üzünə baxmır, nadirən baxır. Bəzən bazarlara gedirəm, gənclər onları sevdiyimi bildikləri üçün həddən çox “Hocam, birlikdə şəkil çəkdirək, necəsiniz, nə edirsiniz?” deyirlər. Gənclər həmişə belə müasir, yüksək keyfiyyətlidir. Sevgiləri çox artıb. Çünki sevgini axtarırlar.
Münafiqlərlə bağlı açıqlamalar
Münafiq İslamdan, haşa Allahdan, peyğəmbərdən utanır, özünü uca görür. Hər əsrin dərin dövlətini ilah kimi görür. Münafiqlə məşğul olmaq şahmat oyunu kimidir. Çox diqqətli olmaq lazımdır. Yəni şeytanla şahmat oyunu oynamaq kimidir. Şeytanın zəkası, aktyorluğu da məlumdur. Şeytan bu cür əqrəb kimidir. Münafiq də əqrəb kimidir. Yəni münafiq şeytandan daha üstündür. Çünki şeytan ancaq beyinə təsir edə bilir, ancaq münafiqin fiziki müdaxilə imkanı da vardır. Yəni fəaldır. O bir əqrəb kimi müsəlmanı zəhərləyəcəyi anı gözləyər. Ona görə münafiqə qarşı çox ayıq, ən kiçik hərəkətini belə izlər kimi davranışda olmaq lazımdır. Münafiq qəfil hücum edər və zəhərini axıda bilər. Xəstə olduğu, şeytanın ruhunu daşıdığı, şeytana çevrildiyi üçün var gücü ilə əxlaqsızlığı, alçaqlığı, pisliyi icra edən kimi səbirsiz bir gözləmə ərəfəsindədir. Ona görə də münafiqə qarşı bütün müsəlmanların çox diqqətli olması lazımdır. Hökumət də çox diqqətli olmalıdır. Tayyib hoca, baş nazir də çox diqqət etməlidir. Yəni, mən deyim, hökumətin ən böyük problemi münafiqlərdir. İslam aləminin də ən böyük problemi münafiqlərdir.
Münafiq uğur qazanır kimi görünür, amma uğuru həmişə məğlubiyyətdir, pərişanlıqdır. Diqqətlə baxdıqda həmişə məğlubiyyət və pərişanlıqdır. Allah onu qədərində həmişə məğlub olmağa görə yaratmışdır. Münafiq də o məğlubiyyətin qanununu bilmədiyi üçün çırpınır, yəni cəhənnəm əhli necə çırpınır, qaçmağa, oyun oynamağa çalışır, hər dəfə alçalır, rüsvay olur, cəhənnəm əhli kimi dəhşətli bir çarpışmadadır. Ancaq müsəlman əqrəbə diqqət etdiyi kimi münafiqə də çox diqqət etməlidir. Əqrəbin haradan necə sancacağı, necə zəhərləyəcəyi məlum deyil, elə deyil? Ona görə çox ehtiyatlı olmaq lazımdır. Çox diqqətli olmağa baxmayaraq münafiq hücum edər, ancaq həmlələri boş və etibarsızdır.
Münafiq həmişə bir gün müsəlmanların dağılacağının, məğlubiyyətə uğrayacağının planını qurar. Amma əksinə müvəffəqiyyət xəbərləri gəldikcə münafiq üstünə duz tökülmüş soxulcan kimi qıvranmağa başlayır, çox canı yanır. Müsəlmanın gücü, müvəffəqiyyəti, sağlamlığı, səhhəti, aktivliyi, şöhrəti çox iztirab verir, yəni münafiqi yandırır.
Münafiq yalnız özünü ön planda görür, özünün ucaldılmağını və mərkəzdə ancaq özünün olmağını istəyər. Rəsulullah (s.ə.v)-in dövründə münafiqlərin rəftarı belə idi. Məsələn, vəhy katibi kimi yanına gəlir ancaq tək məqsədi əxlaqsızlıq və alçaqlıq etmək idi. Öz aləmində Peyğəmbər (s.ə.v)-də səhv axtarırdı. Ona görə aylarla, illərlə Peyğəmbərin yanında qalır, vəhy katibliyi də edir, söhbət də edirdi. Zahirən baxan, ayədə deyildiyi kimi “danışanda sözlərinə qulaq asırsan”. Yəni özünü məqbul biri kimi göstərir. Ancaq peyğəmbərə dəhşətli dərəcədə həsəd aparır. Müvəffəqiyyətli möminlərə qarşı da böyük həsəd aparırlar. Hz. Əli (ə.s)-ı şəhid etmələrinin səbəbi münafiqlərin Hz. Əli (ə.s)-ın müvəffəqiyyətini qısqanmaları olmuşdur. Çünki özləri ön plana keçmək istədilər. Hz. Həsən (r.ə)-i, hz. Hüseyn (r.ə)-i və hz. Osman (r.ə)-i şəhid etmələrinin səbəbi də eynidir. Yəni Səhabəyi-Qüzini şəhid etmələrinin səbəbi həsəddir, özlərini ön plana çıxarmaqdır. Özləri ön plana çıxdılar ancaq həlak oldular. Allah tək-tək həlak etdi.
Münafiq digər möminlərin və imamın müvəffəqiyyətinə dözə bilmir. Onun ən çox canını yandıran hadisə budur. Birincisi imamın, peyğəmbərin müvəffəqiyyəti, ikincisi peyğəmbərə yaxın olan insanların müvəffəqiyyəti çox iztirab çəkdirir. Məsələn, hz. Əli (ə.s)-ın Peyğəmbərimizin (s.ə.v)-in vəfatından sonra şəhid etdilər. Çünki onun sevildiyini bilirdilər, dözə bilmədilər. Özləri ön planda olmaq istəyirlər. Ona görə bir möminin müvəffəqiyyətini gördükdə münafiq dəhşət əzab çəkir, yəni bir insanın dözə biləcəyi kimi əzab deyil. Lakin münafiqdə heyvani müqaviməti vardır, bədən müqaviməti. Allah əzab çəkməsi üçün onu yaradır, yəni ağrıya müqavimətlidir. Çox şiddətli əzab çəkir ancaq dirənir, münafiqin dözümü güclüdür.
(Ərdoğanın Rusiyaya yazdığı məktubdan sonra Putin, “Biz də Türkiyə ilə yenidən yaxşı əlaqələr qurmaq istəyirik. Ancaq gözlədiyimiz izahat hələ gəlməyib” cavabını verdi. Bu ilk yumşaldıcı siqnal oldu. Ardınca da prezident Ərdoğan bir jest daha etdi və Rusiya səfiri Andrey Karlovu bu axşam iftara dəvət etdi.)
Tayyib bəy çox dəliqanlıdır, səmimidir. Lakin Tayyib bəyə, “üzr istəmə, üzr istəmək sənə yaraşmaz” deyirlər. Səni ucaldır, gözəl əxlaqını, nəzakətini göstərir. Üzr istəmək müsəlman əlamətidir. Bizim adət-ənənəmiz, ədəb-ərkan qaydalarımız üzrlə iç-içədir. Üzr istəmək ən gözəl nəzakət qaydalarından biridir, alicənablıqdır. Rus pilotu Türkiyənin hava sahəsini pozmuşdur. Həmişə qanun pozulmaları baş verir. Ancaq kimsə onu vurub və rus pilotu öldürmüşdür. Bu rus millətinə, Rusiya hökumətinə qarşı edilmiş hərəkətdir. Buna görə də, təbii ki, onlar bundan narahat olmuşlar. İndi bu incikliyi ən gözəl ortadan qaldıran şey nədir? Birincisi bu hadisədən məyus olduğunu söyləmək, bunu söylədi. İkincisi üzr istəməkdir.
Münafiq müsəlmanların müvəffəqiyyətindən narahat olur
Münafiq peyğəmbərin müvəffəqiyyətlərindən məhv olan varlıqdır. Ağlasığmaz iztirab çəkər. Bir də münafiqin peyğəmbərin sevdiklərinə qarşı böyük nifrəti vardır. Hz. Əliyə (ə.s) dəhşətli dərəcədə nifrət edirdilər. Peyğəmbərimizi (s.ə.v) çox sevdiklərini bildikləri üçün münafiqlər hz. Həsənə (ə.s), hz. Hüseynə (ə.s) və əhli-beytə dəhşətli dərəcədə nifrət edirdilər.
Baxın, Yusif qissəsində də diqqət etsəniz Hz. Yusifə (ə.s) atasının sevgisi, Hz. İsrailin (ə.s) sevgisi onlara çox ağır gəlirdi. Münafiqin ən böyük xəstəliyi budur. Başqa birinin təriflənməsi, dəyər verilməsi, sevilməsi münafiqi məhv edər. Bu bir möcüzədir. Ağlasığmaz əzab çəkər. Həmişə özü ön planda olmaq istəyər. Bunlar Quranda Yusif qissəsində bəhs edilən, hədislərdə və tarixdə də gördüyümüz münafiq fəaliyyətləridir.
Münafiqun surəsi 1-ci ayədə: “Münafiqlər sənin” peyğəmbərin “yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” deyirlər.” Yəni peyğəmbəri tərifləyirlər. “Sən çox uğurlu bir insansan, peyğəmbərsən, çox ağıllısan, gözəl xidmətlər edirsən” deyirlər. Bu münafiqin taktikasıdır, yanaşma strategiyasıdır. Halbuki çox kinlidirlər, çox nifrət edirlər. “Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.” Söylədiklərinin heç birinə inanmırlar deyir Allah. Yəni, çox alçaqca, nifrət və kinlə yanına gedirlər. Ancaq bu tip sözlər danışıqları ancaq yanında rahat edə bilmək, rahat əlaqə qura bilmək üçündür. Ona görə sözlərinə inanma deyir Allah.
Nisa surəsi 81-ci ayədə münafiqlər peyğəmbərin yanına gəldikdə: “İtaət edirik!” deyərlər. Yəni “dediklərin doğru, gözəl, qəbul edirik.” “Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər” Münafiq bir kənara çəkilərək, tək qalıb qaranlıqlarda o fitnəsini, əxlaqsızlığını gücləndirir. Haraya xəbər gedəcəksə çatdırır. Yaxud necə bir hiylə quracaqsa o şeytanı dərinliyi əldə etməyə çalışır. Amma baxın münafiqlər olmasa bunları bilə bilmərik. Məsələn, Rəsulullah (s.ə.v)-ın dövründə Allah münafiqləri yazmış, tarixini də yazmış oradan çox yaxşı bilirik. “Allah onların gecələr nə etdiklərini yazır.” Bu nə deməkdir? Allah, “Mən lap başdan yaratdım” deyir. “Və bütün hərəkətlərini görürəm” deyir. Münafiqin ən çəkindiyi şey də təsbit edilməsidir, yəni başa düşülməsidir. “Onlardan üz döndər” yəni qəlbən, danışıq üslubu ilə deyil ürəkdən üz çevirir. Çünki münafiq çox şər məxluqdur. Dediyim kimi, şahmat oyunu kimi, şeytanla şahmat oynamaq kimi çox diqqətli oynamaq lazımdır. Əqrəb kimi hər an hücumdadır. Hər an hər şeyi edə bilər. Məsələn, sənin doğru bir sözünü dərhal əsassız edə bilər. Məsələn Hz. Yusif (ə.s)-a atası təriflər edir, sevir, onu dərhal kin və nifrət səbəbi edə bilir. Məsələn, münafiqin bir hücumu budur. Və öldürməyə qərar verir. Baxın qardaşına bu qədər nifrət edir. Görürsünüz münafiqin kinini? Münafiqin nifrətinin şiddətinə baxın. “...Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər” Allah “Səni burada imtahan edirəm” deyir. Yəni münafiqə “qəzəblənmə, kinlənmə, narahat da olma, səni onun üstünə hakim edəcəyik, sən onunla sanki meymun kimi oynayacaqsan” deyir Allah. “Yetər ki, təvəkküllü ol, Quranın ipinə möhkəm sarıl, diqqətli hərəkət et.”
Ali İmran surəsi 119-cu ayə: “Bax, siz o kəslər ki, onlara məhəbbət bəsləyir,” Məsələn, bilməyən müsəlman sevir, məlumatı yoxdur. Amma bilən təbii başa düşür, bilməyən müsəlman da tanımadığı üçün sevir. Məsələn, təbii ki, münafiqliyini görən bilir də, amma xaricdən bilməyən bilməz. Məsələn, vəhy katibini çox sevirlər. Peyğəmbərimiz (s.ə.v)-in vəhy katibidir deyə. Amma Rəsulullah (s.ə.v) başa düşür, hiss edir amma onu açıqca aşkar etmir, yalnız diqqətli olur. Təbii ki, Allahın bildirməsi ilə. “Siz (nazil olan) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” deyirlər...” Yalandır. Müsəlmana nifrət, münafiqin birinci xüsusiyyətidir. Münafiq ağıl xəstəsidir. “...təklikdə qalanda isə sizə qarşı qəzəbdən...”, peyğəmbərə və peyğəmbərin sevdiklərinə “barmaqlarının ucunu gəmirirlər.” Yəni ağlasığmaz kin və nifrət bəsləyərlər. Ancaq baxın, Allahın verdiyi əzaba baxın, həm daxilən, ruhən əzab çəkir, bir də barmaq ucunu gəmirir, təbii ki, insanı çox incidir və ondan çox şiddətli əzab çəkirlər deyir Allah, münafiqin xüsusiyyətidir. “De: “Qəzəbinizdən ölün!” Deməli kin və qəzəb münafiqi çökdürür, məhv edir. Münafiq çox qorxar. Ayədə deyir “Onlardan hər biri min il ömür sürməsini istəyər.” Ölmək, yaşlanmaq münafiqin ən böyük qorxusudur. Baxın, “Qəzəbinizdən ölün.” Allah kin və qəzəbə görə öldürəcəyini deyir Quranda. “Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.” Gizli qalır münafiqlər. Allah diləsə bunu mömin görə bilər.
Münafiqun surəsi 4-cü ayə: “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir” Yəni məsələn, möminlər hündür, baxımlı, gözəl yaxud yaraşıqlı yaxud gözəl geyimlidir, müsəlman bilmədiyi üçün bəyənir. “Danışanda onların dediklərinə qulaq asırsan.” Məsələn, çoxbilmişlik, lovğalıq edir, ancaq müsəlman onu başa düşə bilmir. Müsəlmanların içində olduğu üçün başa düşə bilmir, onun danışıqlarını dinləyir. Halbuki danışıqları həmişə fitnə-fəsad olur. Amma başa düşə bilmədiyi üçün “hər halda mən anlamıram” deyir. “Halbuki, onlar (divara) söykədilmiş dirəklər kimidirlər.” Odun kimi, içi boş odun kimidirlər, yəni ölü kimi bir məxluqdur. Şeytan içinə girməsi ilə şeytanın hakim olduğu ölü varlıqdır. Yəni ruha sahib deyil, şeytan hakimdir. Şeytan ruhuna mayalandırmış, içinə girmişdir. “Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar.” Məsələn hər danışığı, fərz edək ki, bir şey izah edirsən “tamam mənim əleyhimə danışırsan” deyir. Və yaxud biri bir şey söyləyir “mənim əleyhimədir” deyir. Məsələn, bir yaxşılıq edirsən onu da əleyhinə zənn edir. İslamdan Qurandan bəhs edirsən, kompliment deyirsən, bir yerdə məsələn təbliğ fəaliyyəti edirsən, kitab nəşr edirsən əleyhinə zənn edir. “Onlar düşməndirlər,” deyir Allah, yəni müsəlmanın düşmənidirlər, “aldanmayın” deyir Allah. “..Sən onlardan çəkin!” Yəni çox diqqətli ol. Çəkinmə odur. Sanki şahmat oyunu kimi, yaxud bir əqrəblə qarşı-qarşıya gəlmiş kimi çox diqqətli olun. Çünki nə zaman zəhərini axıdacağı məlum deyil. “Allah onları məhv etsin” deyir Allah. Mömin də möminlərə hidayət istəyəcək, bütün insanlara hidayət istəyəcək, amma hidayət vermədiyi münafiqləri Allahın məhv etməsini istəyəcəkdir. Biz də Allahdan münafiqləri məhv etməsini istəyirik. Rəbbimizdən bütün insanlığa hidayət verməsini, amma hidayət vermədiyi münafiqləri məhv etməsini istəyirik. “Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər!” deyir Allah. Çünki münafiq ani oynaqdır. Məsələn, burada normal danışarkən birdən it kimi hürər. Hürərkən birdən insana çevrilər, insana çevrilirkən birdən əqrəbə çevrilər, əqrəbə bənzəyərkən birdən buqələmun kimi şəklini dəyişər, hər rəngə girər. Tam tipik şeytan obrazıdır. Onun üçün Allah, “necə də haqdan döndərilirlər?” deyir. Yəni dondan dona girirlər deyir Allah.
Münafiq Quranı, Allahın hökmlərini dinləməyə dözə bilməz. Allah bunu xüsusilə bildirmişdir
Münafiq Quranı dinləməyə dözə bilməz, ayədə vardır. Allahın hökmlərini dinləməyə dözə bilməz. Təbii ki, biz bunları izah edərkən kimə izah edirik? Müsəlmanlara, iman gətirənlərə izah edirik. Münafiq onsuz da bu mövzulardan heç təsirlənməz, yalnız kinini, qəzəbini artırar, başqa heç nə olmaz. Möminin könlünü açar, fərəhlənər, qəlbində olan xəstəlikləri aradan qalxar, ruhuna güc-qüvvət gələr, daxili aydınlanar, bərəkət, dərinlik qazanar, Allaha yaxınlığı artar. Cəhənnəmə gedəcəksə, cəhənnəmə getməkdən azad olar. Dəlalətə düşəcəksə, dəlalətə düşməkdən azad olar. Münafiq əlamətlərini yaxşı qavrayan və üzərinə qəbul edən mömin bərəkətə, fərahlığa, asanlığa qovuşar, qurtuluşa çatar. Amma qəbul etməyən, özünü ucaldan onsuz da klassik münafiqdir. O, ondan istifadə edə bilməz. Bunu biz izah edərkən özümüzə, möminlərə, xüsusilə təqvalı möminlərə izah edirik ki, ruhlarında kir-pas, bu cür anormallıqlar varsa dərhal düzəltsinlər, bu xəstəlikdən xilas olsunlar.
(Reuters agentliyi Türkiyənin Əsəd mövzusunda yumşalma ola biləcəyini yazdı. Bundan əlavə Türkiyənin Suriyanın şimalında bir kürd bölgəsi qurulmasının qarşısını alması məsələsində Bəşər Əsədin mövqeyinə görə münasibətini yumşalda biləcəyindən danışdı.)
Qardaşım, qarışıq danışmağa ehtiyac yoxdur. Türkiyə Suriyanın bütövlüyünü qorumaqla mükəlləfdir. Bəşər Əsəd və ya digər məsələlər deyil, Suriya xalqı kimi seçirsə, məsələ odur. Bəşər Əsədlə nə əlaqə? Xalqdan soruşarsan, kimi istəyirsə onu gətirsin. İkincisi, Türkiyə cənub-şərqində bir homoseksual quruluşu, kommunist-stalinist PKK quruluşu, Türkiyəyə düşmən, azğın bir dövlətin orada meydana gəlməsini təbii ki qəbul etməyəcəkdir. Amma qonşuluğunda istərsə ilan olsun o bizi maraqlandırmaz. Qarşısını almağa çalışırıq, bu ayrı məsələdir. Amma biz öz içimizdə ilana əsla icazə vermərik. Yoxsa bizim daha əvvəlki dövrlərdən xatırladığımız kimi Rusiya soyuq müharibə dövründə kommunist Rusiya idi. Münasibəti xeyli aqressiv idi. Suriya, İraq kommunist idi. Albaniya və s. hər tərəfimiz kommunistlərlə əhatələnmişdi. Amma Türkiyə dimdik ayaqda idi, heç bir yolla da heç nədən təsirlənmədi. Yenə təsirlənmərik. Amma təbii ki tədbirimizi alırıq, bu ayrı məsələdir.
Ramazan səbəbi ilə iftar və sahurla əlaqədar lağ və zarafatlar etmək çirkin davranışdır
Ramazanla bağlı sahur və iftarla əlaqədar pis-pis zarafatlar, pis-pis karikaturalar edirlər. Çox nalayiq, hörmətsiz üslubdan istifadə edirlər. Etdikləri günahdır. Pis hərəkətdir. Lağ edəcəklərsə, zarafat edəcəklərsə, özləri ilə bağlı etsinlər. İftarla, sahurla, orucla bağlı çirkin karikaturalar, lətifələr müsəlmana yaraşmaz. Bunlardan çəkinməlidirlər.
(New Yorkda iki yüzdən artıq müsəlman bir araya toplaşaraq Orlando hücumunun qurbanları üçün namaz qıldı, dua etdi. “Huffington Post”un xəbərinə görə iki yüzdən artıq müsəlman fərqli iftar dəvətlərində toplaşaraq ölən homoseksuallara birlik mesajı verdi.)
Baxın müsəlmanlığın pərişanlığını görürsünüzmü? İraqda, Suriyada şəhid olan müsəlmanlar üçün belə bir şey etmirlər. Amma qorxu bəlasına görə, homoseksual hücumundan qorxduqlarına görə, İngiltərə dərin dövlətinin hücumlarından qorxduqlarına görə orada oturub onların ruhuna Fatihə oxuyurlar, Quran oxuyurlar. Onların heç biri Qurana, İslama inanmır. Dənizdə şəhid olan müsəlmanlar üçün, hava bombardmanı hücumları nəticəsində ölən, şəhid olan möminlər üçün oxumurlar. İraqda, Suriyada milyonlarla müsəlman şəhid edildi, onlar üçün cənazə namazı qılmır, onların günahlarının bağışlanması üçün nə bir dua, nə bir ayə, hər hansı bir ibadətdə etmirlər. Amma baxın mövzu homoseksual olduqda qorxudan İngiltərə dərin dövlətinin edəcəyi pisliklərdən qorxduqları üçün onlara dua edirlər, onlara Quran qiraəti edirlər. Onların lehinə öz ağıllarına görə bir şeylər edirlər. Bax bu müsəlmanların pərişan vəziyyətini göstərir.