TAHA SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
9. “Musanın əhvalatı sənə gəlib çatdımı?” Allah mühüm mövzularda əvvəlcə mövzunu sual şəklində xatırladır. Kəhf mövzusunda da bu var. Xızır (ə.s) hekayəsində də bu diqqəti çəkir. Zülqərneyndə. Deməli əhəmiyyətli bir şeydir. Gəlməmiş. Gəlmədiyinə görə qeyb xəbəridir. Qeybdən məlumat gəlir.
10. “O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim,” Atəş o dövrdə bir nemətdir. Atəşi mühafizə etmək üçün köz aparırlar ora-bura, sonra onu alovlandırıb istifadə edirlər. “ya da odun yanında bir bələdçi tapdım!”
11. “Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa!”
12. “Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart.” Bölgə tamamilə elektriklənmişdir. Rəhmani elektrik. Bədəninə keçməsi üçün, çünki ayaqqabısı o elektriki təcrid edir. Həm də nəzakət olaraq. “Çünki sən müqəddəs Tuva vadisindəsən!” Deməli, Tuvada bir şey var. “Müqəddəs vadi” deyir Allah, hələ də bu keçərlidir. O bölgədə, müqəddəs vadi Tuvada bir şey olduğu aydın olur. Ya bir şey saxlanır, ya da bir şey var.
13. “Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!” Hz. Musa (ə.s)-a ilk dəfə vəhy gəlir.
14. “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!” Bütün haqq dinlərdə namaz fərzdir. Musəvilikdə də namazın fərz olduğunu görürük. Hər musəvi namaz qılmaqla mükəlləfdir. Tövratda da namaz xeyli açıq izah edilir. Musəvilərin böyük bir qismi də namaz qılır, filmini də göstərmişdik. 5 min il əvvəl də var, hz. İbrahim (ə.s) dövründə də eyni namaz var. Musəvilər namazı tərk etməklə günaha girirlər. Xristianlar da elə, Allah ayədə “çənələrinin üstünə səcdəyə gedərlər” deyir. Səcdəyə gedəcəklər, namaz qılacaqlar.
15. “Həmin Saat hökmən gələcək!” 15-ci ayə. Hicri 1400-cü illər bitdi, hicri 1400-cü il ilə 1500-cü ilin arasındayıq. “Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.” Yəni qiyamətin xəbərini.
16. “Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!” Öz nəfsinə uyan şeytani təsir etmə gücünə sahibdir. İnsanlar müsəlmanlara uymaq deyil, nəfsinə tabe olana daha çox hörmət etmə meylindədir. Məsələn, küfrə daha çox hörmət etmək, dindən uzaq olana daha çox hörmət etmək, ondan bir şəkildə qorxmaq, hamısı deyil, amma insanların xeyli bir hissəsi belədir. Ona görə küfr onsuz da daha aktiv, daha güclü olur. Darvinizmi dəstəkləyirlər, Darvinizm açıq-aşkar Allahı inkar edən bir sistem, amma hörmət etdikləri üçün bu cəfəngiyatı qəbul edirlər. Küfrə şüuraltında bilmədən hörmət edirlər. Halbuki böyük təhqirdir. Darvinizm insanın ağılıyla lağ edən bir sistemdir. Amma şüuraltında küfrə hörmət etdiyi üçün, bilmədiyi üçün açıq-aşkar hər dövlət darvinizmi dəstəkləyir.
(Taha surəsi, 51) “Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”” O da insanların meymundan gəldiyinə inanır, qəribə varlıqlar olduğuna inanır, ona görə də; “Bəs əvvəlki nəsillərin halı necə olacaq?” deyir.
(Taha surəsi, 52) “Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”” Təbii ki, qədəri nəzərdə tutur, amma hər zaman insanlar insan olaraq qalmışdır, ona işarə edir.
(Taha surəsi, 53) “O, yer üzünü sizin üçün beşik etmiş,” Yeri sizin üçün “Mehdi” etdi. Ayədəki beşik odur.
(Taha surəsi, 55) “Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.” Dünyadakı torpaqdan yaratdıq, çevirəcəyik və ondan geri çıxaracağıq deyir. Yəni yaradılış dünyada olur. Dünya torpağı üzərində olur.
(Taha surəsi, 61) “Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.” Dənizdə o kökdən quruma olmadan əvvəl bunu söyləyir. Əvvəlcədən bildirir.
(Taha surəsi, 69) “Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun.” Ayədə həmişə “sağ əlindəki” deyir. Daim sağ əlində tutur. Sol əlindəkini demir, sağ əlindəkini deyir.
(Taha surəsi, 80) “Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə sağ tərəfinizdəki dağın yanına gəlməyiniz üçün vədə verdik.” Bax, diqqət yetir, yenə sağ tərəfinizdə. Əsa sağ əlində. “Sizə göydən manna və bildirçin endirdik.”
(Taha surəsi, 94) “Harun dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma.” “Ey anamın oğlu!” deməsi, ürəyini yumşaltmaq üçün söyləyir.
(Taha surəsi, 97) “Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!” – deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.” Musa (ə.s) onu da, qızılı manna halına gətirir, ağ toz halına gətirir. Fironun sarayında manna elmini öyrənmiş. Qızıl toz halına gətirilib dənizə sovrularmı? Qızıl odla reaksiyaya girir, ağ toz halına gəlir. Yəni əriyən toz halına gəlir. Manna etdiyi.
QƏSAS SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
1. “Ta. Sin. Mim.” T-S-M.
5. “Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək,” Dünya hakimiyyəti.
6. “Yer üzündə onlara hökmranlıq bəxş edək,” Dünya hakimiyyəti.
8. “Fironun ailəsi onu tapıb götürdülər ki, axırda onlara düşmən və başlarına bəla olsun.” Sahibsiz görürlər, diqqət yetirin. Hər ifadəyə diqqət yetirin.
12. “Daha öncə Biz ona öz anasından başqa bütün süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik. Musanın bacısı dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”” O kiçik canıyla, süd ana gətirirlər, heç bir şəkildə içmir. Kiçikkən xeyli sağlam, xeyli şəkər, acdığı halda başqa süd ana gətirirlər, onu da içmir. Bir başqa süd ana gətirirlər, onunkunu da içmir. Allah vəhy etmiş, daha uşaqkən, içmir. Ən sonda məcbur olurlar öz anasını gətirirlər, onunkunu içir. Təbii öz anası olduğunu bilmirlər.
20. “Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər.” ” Qaçaraq gələn adama diqqət çəkirəm. Hər yerdə Xızır (ə.s) qarşısına çıxır, lakin hz. Musa (ə.s) bilmir. Dövlətin içində zadəganlarla danışır. Yəni dərin dövlətin içində. Hz. Xızır dərin dövlətin mühüm bir işçisidir. “Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!” Dərin dövlət ölüm əmri verir, o ölüm əmri onun yanında verilir, yəni o qədər dərin dövlətlə iç-içə olan bir varlıqdır.
23. “O, Mədyən sularına gəlib çatanda quyunun başında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: “Sizə nə olub?” – dedi. Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır”.” dedilər.
24. “Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyirə ehtiyacım var!””
25. “Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. Musa onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!”” O quyuda çobanlar suyu aldıqdan sonra çox ağır, böyük bir daşı suyun üstünə qoyurlar, başqasının sudan istifadə etməsinə maneə olurlar. Hz. Musa (ə.s) da adamlar oradaykən daşı qucaqlayır, on çobanın güclə daşıyıb qoya bildiyi daşı, götürüb kənara qoyur. O xanımlar da onu görür. Hz. Musa (ə.s)-ın möcüzəsi. Xanımların da diqqətini çəkir onsuz da, “çox qüvvətli” deyirlər. Həm vicdanlı, həm gözəl əxlaqlı, amma “qüvvətli” deyir, çünki gördü.
33. “Musa dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr.” Döymələrindən, yaralamalarından deyil, birbaşa öldürmələrindən qorxuram deyir.
35. “Allah dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.” Musa (ə.s)-a tabe olanlar. Musa (ə.s)-ın hökmləri Quranda var, biz o hökmlərə tabe oluruq, eyni zamanda musəviyik, oradakı hökmlərə tabe olmağımız üçün. Məhəmmədi olan musəviyik.
37. “”Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbər gətirdiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir.” Kimə aid olacaq? Mehdi (ə.s)-a aid olur. Fironun bu qədər yersiz, qürursuz olmasının səbəbi də odur. “Sən dövlətə hakim olacaqsan” deyir. Halbuki, Musa (ə.s), “Məni burax buradakı möminlərlə mən gedim” deyir, sadəcə. “Yox sən dünya hakimi olmaq istəyirsən” deyir. “Dövlətə hakim olmaq istəyirsən” deyir, çünki Tövratda mehdiyyətlə əlaqədar hissələri gördüyü üçün hz. Musa (ə.s)-dan şübhələnir.
44. “Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən dağın qərb tərəfində deyildin. Sən buna şahid olanlardan da deyildin.” Bu səfər də peyğəmbərə “qərb tərəfində deyildin” deyir.
45. “Lakin Biz Musadan sonra neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk.” Qeyb xəbəri. Kimsənin bilmədiyi məlumatlar.
48. “Bizim tərəfimizdən onlara haqq gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar demişdilər: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!” Həmçinin demişdilər: “Biz heç birinə inanmırıq!”” Hələ də bu belədir. İsraildə iman edənlərin sayı 30%-dir. Çox aşağı, Avropaya görə, dünyaya görə ən aşağıdır. Bu xarakterləri yenə davam edir.
49. “De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir Kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabe olum!””
50. “Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar.” Başqa haqq kitab yox, mütləq bir haqq kitab olmalıdır. Peyğəmbərimiz (s.ə.v) də, “Varsa elə bir haqq kitab gətirin görüm” deyir. Heç bir zaman olmamışdır. Qurandan başqa hələ də, indi də yoxdur.
53. “Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” – deyirlər.” Musəvilərin də müsəlman olduqları aydın olmuş olur.
58. “Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik.” İndi İslam aləmində bu fəlakətləri görürsünüz, Allahın bu vədini görürsünüz. “Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı.” Məsələn, Kobanidə kommunistlər, Allahsız, kitabsızlar azıb qudurmuşdular, Allah yerlə bir etdi. Oradakı möminləri qurtardı, hicrət edib xilas oldular, amma oradakı bütün kommunist, Allahsız, kitabsız qövmü Allah həlak etdi. Allahdan gələn fəlakəti düşünmürlər.
59. “Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi.” Şam, Bağdad hər yer. “Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.” Bir şəhər məhv olursa, xalqı zülm edir ki, məhv edirəm deyir Allah. Hər yerdə İslam aləminə aid böyük şəhərlər bu ayənin hökmü olaraq yerlə bir olur, görürsünüz.
60. “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər başa düşmürsünüz?” Ağıllanmamaqda qətiyyətlidirlər.