A9 TV, 24 avqust 2015

 

Bəlanın, anarxiyanın tək səbəbi Allaha Həmd edilməməsidir

Allah ayədə “əgər şükür etsəniz, sizə olan nemətimi artıraram”. (İbrahim surəsi, 7) deyir. Təəccüblüdür, insanların böyük əksəriyyəti Allaha həmd etmək istəmir. Allah da bu dəfə neməti artırmır, bəlanı artırır. Nemət gəlmir, yağış kimi bəla gəlir. Həmd edilməyəndə bəla yağır. Görəsən, bu bəla haradan gəldi, niyə çatışmazlıq oldu, deyirlər? Yunanıstanda, orada-burada iqtisadi böhranlar. Bəlanın, anarxiyanın tək səbəbi Allaha həmd edilməməsidir. Ağrıların, çəkilən çətinliklərin tək səbəbi budur. Bütün dünyada. Allah siz Məni unutsanız, Mən də sizi unudaram, deyir.

“Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. (Nəml surəsi, 14)'' deyir, inşaAllah.

İnsanın Allahı unutması o qədər anormal bir şeydir ki. Necə edirlər? Bu necə bir ağıldır? Necə bir vicdan, necə bir qorxusuzluqdur? Təbii olaraq, insan Allahdan xeyli qorxur. Necə qorxmurlar?

(Artvində bu gün sel və sürüşmə fəlakəti oldu. Səkkiz vətəndaşımız həyatını itirdi. İki adam da itkin düşmüşdür.)

Yağış yağan yerlər, dərələr, buralarda şəhər salınarkən selə qarşı çox əsaslı, qəti tədbir görülməsi lazımdır. Su iki metr yüksəlincə evləri yuyursa, belə olmaz. Su beş metr belə artsa, evi yuyub aparmamalıdır. Evlər buna görə qurulmalıdır. Ortadan çay keçir, aydındır ki, o daşacaq.

 

(Hakkaridə yolda quraşdırılan partlayıcının hərbi maşın keçərkən partladılması nəticəsində iki əsgər şəhid oldu. Üç əsgər yaralandı.)

2-ə qarşı ən az 200 adamı həbs etmələri lazımdır. Ən az 200. Nəfəs aldırılmaması lazımdır. Bu aralar həbslər artırıldı. On minlərlə həbs edilməsi lazımdır. Yəni on-on beş min həbs edilməsi lazımdır. Belə bir şeydə PKK-nın gücü çox zəifləyər.  Bu azğınlığı, ərköyünlüyü də qalmaz. Həbs çox qorxudar.

 

Bəzi ənənəçilər etdikləri əlavələrlə dini çətinləşdirərək insanları dindən soyudurlar

Allah insanın ruhunda ritmə qarşı bir meyil yaratmışdır. Bəzi ənənəçi qardaşlarımız boş yerə özlərinə əziyyət edirlər. Allahın hüzuruna gedincə; "Ya Rəbbim, mən sənin üçün özümə bu qədər əziyyət çəkdirdim,  özümə bu qədər işgəncə etdim, bu qədər canımı yandırdım, bunu Sənin razılığın üçün etdim. Cənnətinə getmək üçün etdim!" Bu ağıllı hərəkətdirmi? Sən Allahın halalını-haram et. Özünü süründür, əz. Bütün nemətləri yox et. Başqalarına da qadağan et. İslamı cəhənnəm halına gətir. İslamdan bütün milləti soyut. İslamın hakimiyyətinə mane ol. Ondan sonra da Allaha qarşı çox gözəl bir xidmət etdiyini düşünərək, öyünə-öyünə axirətdə savab gözlə.

Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!” – demələrindən başqa bir bəhanələri qalmayacaq. (Ənam surəsi, 23)  Son sözləri budur. Cəhənnəmə süründürülüb aparılarkən "biz müşriklərdən deyildik" deyirlər. İslamı məhv etmisən. Nə etdiyini anlamırsanmı? Görə bilmirsənmi?

İslam cənnətdir, gözəllikdir, sevgidir, sülhdür, qardaşlıqdır, nəzakətdir, sənətdir, xoşluqdur, hər şeyin ən gözəli, ən keyfiyyətlisi, ən ağıllısıdır. İslam aləmini məhv etməyin nə mənası var? Yaxşılıq edirik, deyirlər. Harada əziyyət varsa, onu edirlər. Namazı belə əziyyətə çevirmişlər. Qılır, qılır,qılır, bir daha qılır. Borcları qılır. Qəzaları qılır. Qardaşım, nə edirsən? Səhərdən axşama qədər namaz qılırsan. İslamı yay, insanlara faydalı ol. Ac insanlar var, onları doyur. Elm, mədəniyyət dalınca get, sənət dalınca get. Allahın istədiyi qədər ibadət et. Öz-özünə iş çıxarma. Uydurma ibadət olmaz. Allah səndən elə bir şey istəmir ki. Allah səndən dünyanı gözəlləşdirməyini istəyir. Allah "çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa surəsi, 103) deyir. Vaxtlı! Allah öz başından yüzlərlə namaz çıxart demir. Bir dəstəmaz tərifləri var, 370 səhifə. Allah Quranda bir sətirlə açıqlayır, insaflı ol. 370 səhifə dəstəmaz açıqlanarmı?

Hz. İsa (ə.s) gəldikdə çox müasir olacaq

Çox Avropasayağı, çox keyfiyyətli bir cavan olaraq gələcək.  Hz.İsa (ə.s) çox nümunəvi bir cavandır. Allah qatına alınmamışdan əvvəl də elə idi, gəldiyində də eynilə elə olacaq.

 

Hədisdə bildirildiyinə görə, hz. Mehdi (ə.s) dağları dümdüz edər və onları yollara çevirər

Abdullah min Ömər nəql edər: Rəsulullah (s.ə.v) fərman buyurdu; "Mehdi Şərqdən zühur edəcək". Yəni "Şərqdə fəaliyyət edəcək" deyir. "Əgər dağlar onunla qarşılaşsa, "hz. Mehdi (ə.s) ilə qarşılaşsa, "o Mehdi, dağları yox edər, dümdüz edər və onları yollara çevirər".

 İbn Hammad 1-ci cild, səh-372, səh-407,  Beyanul Şefi səh-513,  Ukdul Dayanar səh-127 Kavlul Müxtəsər səh-15, İhkakul Haqq 29-cu cild səh-222.

 Məşhur bir hədisdir.

Asfalt edəcək deyir.  Deməli, sahibini gözləyir. Bu fəaliyyəti Şərqdə edəcək, deyir. Çox açıqdır, elə deyilmi?

 

İsa Məsih ilk gəldiyində üzərində orijinal paltarı olacaq. Üstündəki də, ayaqqabıları da. Lakin ömür boyu bu paltardan istifadə etməyəcək. O an üçün. Əlbəttə ki, tələbələri paltarını dəyişdirəcək. Bəyənəcəyi, xoşuna gələn bir çox paltarı olacaq. O paltar bizə bir xatirə olaraq saxlanacaq. Bəlkə, hz. Mehdi (ə.s) onu özündən sonra xəlifəsi olaraq elan edərkən, o paltarı geyinə bilər. Yəni uğurlu olması üçün. Həmişə geyinmək üçün deyil. Yəni insanların  görməsi üçün. Yoxsa o paltar saxlanacaq.

Peyğəmbərimiz (s.ə.v) İsa Məsih üçün vəfat etdiyində mənim yanıma basdırılsın, deyir. Bilirsiniz, Rəsulullah (s.ə.v)-in qəbrinin yan tərəfi  bir boşluqdur, xüsusi olaraq buraxılmışdır. Allah ömrünü uzun etsin, cənazə namazı qılınacaq, kəfənlənəcək, oraya basdırılacaq. Amma qiyamət anında da ilk qalxan hz. İsa (ə.s) və hz. Məhəmməd (s.ə.v) olacaq. Peyğəmbərimiz (s.ə.v) "birlikdə qalxacağıq" deyir. Sonra digər insanlar. Hz. İsa Məsih (ə.s) köynək, mavi cins, çox keyfiyyətli gözəl bir ayaqqabı, gözəl bir corab, gözəl bir kəmərdən istifadə edən cavandır və yaraşıqlıdır. O dövrdə ondan daha yaraşıqlı kimsə  yoxdur. Son dərəcə cazibədar və ondan daha müasiri də yoxdur. Ondan daha mədəni olanı da yoxdur. Kim 12 dil bilər?

Mehdi (ə.s) və İsa (ə.s) məbəd təpəsinə birlikdə çıxırlar. Yenə oradan birlikdə enəcəklər. Yəhudilər, xristianlar, müsəlmanlar. Peyğəmbərimiz (s.ə.v) açıq-aydın  "toplanarlar" deyir. Yəhudilər şeypur çalacaqlar. O məşhur şofar şeypurlarını çalacaqlar. Həmişə zəng çalacaq. Həmişə azan oxunacaq. Bu, hz. İsa (ə.s)-ın əlamətidir. İsa (ə.s)-ın zühurunda kəsilməz zəng, kəsilməz azan, kəsilməz boru. İzdiham olacaq. Əlbəttə, onu görüncə hər kəsin qənaəti gələcək. Yəhudilər də ona tabe olurlar. İsa Məsih (ə.s)-a bütün xristianlar iman edəcək, bütün yəhudilər iman edəcəklər.

Hz. İsa Məsih (ə.s) çox təvazökardır, eqoist deyil, zarafatcıl, şirin, gözəl xasiyyətli bir insandır. Xoş söhbət bir insandır. Çox yaraşıqlıdır. Baxan heyran olacaq. Nəzakətliliyinə, keyfiyyətinə, nəzakətinə. Oturub-qalxması, yeməsi, içməsi, hər şeyi çox nəzakətlidir. Çox nəzakətlidir.

 

Hər şeyi yaradan Allahdır

Allah texnologiyanı vəsilə edir. Bu səsin belə düz meydana gəlməsinin heç bir məntiqi yoxdur. Televiziyada görünüşün meydana gəlməsinin. Səbəb olunca hər kəs normal qarşılayır. Hamısı əslində möcüzədir. Bunlar cənnətdə olan xüsusiyyətlərdir. Cənnətdə daşlardan, ağaclardan da musiqi səsi gəlir. Amma burada naqilli olunca çox normal görürsən. Cənnətdə kabelsiz olunca onu da normal görəcəyik. Məsələn, bu ekranda belə görüntü meydana gəlir çox normal qarşılayırıq. Biz axirətdə cəhənnəmi cənnətdən görəcəyik, inşaAllah. Səbəb olunca hər şey normal qarşılanır. Məsələn, ayran gəlir. Halbuki ayran möcüzə olaraq yaradılır. Allah qatında yaradılır; amma fabrikdən gəlir, inək sağılır, min bir müxtəlif məntiq. Səbəblər zənciri olduğu üçün bizə məqbul gəlir. Cənnətdə elə deyil. Ürəyin istədiyində ayran içərsən. O anda yaradılar. Məsələn, krantdan su axır. Normal halda su betonun içində axır; amma səbəbi olduğu üçün;  anbardan boruyla gəlir deyildiyi üçün çox məqbul görünür. Cənnətdə elə deyil. İstədiyin yerdə dərhal su axar. Əlini vurarsan ağacdan axar. İstədiyin kimi əlini, üzünü də yuyarsan. Nə istəyirsən edər, içərsən də... Süd də axar, nə istəyirsənsə axar. Səbəb dünyanı əhatə edincə insanlar səbəbin içində boğulmuş vəziyyətdədirlər. Bir az düşünsələr, çox möhtəşəm bir səbəb zənciri var. Məsələn, soyuducu. Allah soyudur; amma səbəb olduğu üçün çox məqbul görürük. Əslində möcüzə olaraq olur.

 

PKK-nı ən çox narahat edən həbsdir. Cəmil Bayık şərhində həbslərdən narahat olduğunu dilə gətirmişdir. Çünki iflic edir. Hərəkət qabiliyyətini sıfıra endirir.

Əsgərə 7.65 mm-lik silah verilirmiş, PKK-da 9 mm-lik və 1500 metr mənzilli silahlar var. Bizim əsgərə verilən də 600 metr mənzillidir. Bu ağlasığmaz bir hadisədir. Bunu məclisdə sual təklifi olaraq versinlər. Ona görə uşaqlar çölə çıxa bilmir. Güllə atsa da onsuz adam güllə dəyməyəcəyindən əmin olduğu üçün çəkindirici təsiri yoxdur. Bunun üçün adamlar qorxusuzdurlar. Onların hər atdığı güllə əsgərə dəyir, bizim əsgərin atdığı heç bir güllənin onlara dəyməyəcəyi bilinir. Bunun məclisdə araşdırılmalı bir mövzu olduğu aydındır. Belə şey olmaz. Bunun çəkindirici tərəfi olmaz.  

 

Ayələrdə bildirilən Cənnət gözəllikləri

Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab. (Saffat surəsi, 46) Heç bilmədiyimiz bir içkidir.

O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar. (Saffat surəsi, 47) Yəni baş ağrısı verən, ağılı narahat edən nə ruhi, nə bədəni heç bir narahatlıq yoxdur. Baş ağrısı, narahatlıq, yorğunluq… heç biri yoxdur. İçkinin təsiriylə də özlərini itirmək deyə bir şey olmur.

Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır. (Saffat surəsi, 48) Buradan aydın olur ki, gözəl baxış yalnız iman əhlinə məxsus xüsusi bir gücdür. Yəni gözəl baxa bilirsə, ağıllı deməkdir. Axmaqca baxırsa imanında, ağlında bir pozğunluq var, deməkdir. Quranın izah etdiyi budur.

Özü də qorunub saxlanılmış yumurta kimi hurilər (Saffat surəsi, 49) Yəni oval və gözəl xətlərinə diqqət çəkilir, düzlüyünə diqqət çəkilir. Burada qadınlar gözəlləşmək üçün min bir əziyyət çəkərlər. Sırf qadın dərisini düzəltmək üçün minlərlə vəsait var. Yüz minlərlə həkim-dermatoloq bu işlə məşğul olur. Amma cənnətdə o tip kosmetik məhsullar yoxdur. Çünki ehtiyac yoxdur. Çünki dəri gözəldir. Heç bir şəkildə pozulmur.

....qapıları onlar üçün açılmış Ədn bağları. (Sad surəsi, 50)

Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. (Sad surəsi, 51) Söykənib uzanmaq dünyadakı instinktdən qaynaqlanır. Yoxsa cənnətdə söykənib uzanmağa ehtiyac yoxdur. Çünki yorğun deyil. Yuxuya ehtiyacı yoxdur. Amma istəsə, orada yatar.

Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir. (Sad surəsi, 54). Məsələn, indi ayran içdik, dərhal bitdi. Daha çox da içə bilmərik. Amma cənnətdə elə deyil. Adam içir, içir, yenə içir… heç bir şey olmaz. Çünki mədəsi yoxdur. İç orqanları yoxdur. Amma küfrün mədəsi və iç orqanları var. Murdar şeylər yeyirlər və  bu dəfə onun ağrısını çəkirlər.

Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır. (Rəhman surəsi, 56). Mömin qadın özünü təcrid edir. Kimsəyə toxunmağa icazə vermir. O, onda bir güc və gözəllik olaraq təzahür edir. Məsələn, hər kəsin toxunduğu bir qadın gözəl olmur. Pozulur. Toxunmaq korlayır.

"Orada baxışlarını yalnız yoldaşlarına dikmiş qadınlar vardır". Qadının baxışını yoldaşına dikməsi kişi üçün də, qadın üçün də nemətdir. Başqa cür olduğunda ikisi üçün də əzabdır. O sədaqətdə Allah bir dərinlik meydana gətirir. O dağıldığında dərinlik itir.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 57) Yalan sayanlar olur, Allah onlara söyləyir.

Onlar sanki yaqut və mərcandırlar. (Rəhman surəsi, 58). Yəni ləl-cəvahirat parlaqlığında, ləl-cəvahirat düzlüyündə. Çox güman ki, makiyajlarında da elə ləl-cəvahiratlar var.

Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik. (Tur surəsi, 22)

Her yerdə qızartmalar, ətlər. İnsanlar ilk dəfə orada ət yeyəcəklər. Deyəcəklər ki "biz heç ət yeməmişik". "Kabab olar" "quşlar" deyir. İlk dəfə orada o ləzzəti dadacaqlar.

Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar. (Tur surəsi, 24) Xidmət edən insanlar, insanların xoşuna gəlir. Əslində heç ehtiyacı yoxdur. Özü istəsə, hamısı gəlir. Amma gözəl bir insan xidmət etdikdə o insanın xoşuna gələr. Çox tərbiyəli, gözəl geyinmiş xidmətçilər xidmət edirlər. Xoşuna gəldiyi üçün özü edə biləcəkkən onlara etdirir.

Və "tərtəmiz, tərtəmiz" deyir. Hər yer elədir. Cənnətdə toz, çirk yoxdur.

"Toz parçası" deyirik, amma mikroskopda toz parçasını böyüdürük gəmi kimi bir şeydir. Bir də toz parçasının içindəki canlılardan bir soruş baxaq o necə bir şeydir.

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq. (Naziat surəsi, 40- 41) Allahı sevsə, Allahı qavrasa, anlasa, nəfsinin murdar hərəkətlərindən imtina etsə  (nəfsin murdar hərəkətləri diksindirici olur, yəni əxlaqsızlıq etməsi) Allah "cənnətə qoyacağam" deyir.

və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir. (Təkvir surəsi, 13-14) İnsan cənnətə getmir, cənnət ona gəlir. "Cənnət yaxınlaşdırılmışdır", deyir. Buradan da anlayırıq ki, cənnət dərhal burnumuzun dibindədir. Pərdə deyilməyəcək bir pərdə ilə ayrılır. Cəhənnəm də elədir, cənnət də elədir. Cəhənnəm əhlini dərhal çəkərlər, cənnət əhli də dərhal cənnətə keçər. Amma o vaxt ölümdən sonrakı mərhələlər də göstərilir.

Taxtlar üzərində baxıb-seyr edirlər. (Mutəffifin surəsi, 23) Seyr etmək cənnətdə əhəmiyyətli bir nemətdir. Mənzərəni seyr edər, küfrün halını seyr edər.

"İçində əbədi qalacaqları -yəni sonsuza qədər qalacaqları- altından çaylar axan cənnətlərdir". Cənnətdə hər evin altından çay axır. Gözə xoş gəlsin deyə.

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124). Allah "Mən bütün təfərrüatları bilirəm" deyir, "ən kiçik bir narahatlıq hiss etməyəcəksiniz", deyir.

(Ankara Respublika Baş prokurorluğu PKK-nın aralarında Qarailan, Bayık kimi 52 baş idarəçisi haqqında həbs tələbiylə həbs qərarı çıxardı. 52 şübhəlinin yerinin müəyyənləşdirilməsi üçün Təhlükəsizlik Nazirliyinə yazı yazan baş prokurorluq, idarəçilər haqqında qırmızı bülleten çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edəcək. Ankara Baş prokurorluğunun icra etdiyi istintaqda PKK-nın son bir aydır etdiyi hərəkətlərdən də məsul olacağı öyrənildi. Terror təşkilatı PKK-nın idarəçisi mövqeyindəki 52 ad haqqında qırmızı bülleten çıxarılsa belə, Avropa ölkələri PKK-lıları təslim etmir. Daha əvvəlki illərdə haqqında qırmızı bülleten çıxarılan 650 terror təşkilatı üzvü Avropa ölkələri tərəfindən qaytarılmadı.)

Müsəlman dindar biri olsa, Avropa dərhal qaytarar, amma PKK-lı olunca qaytarmır. Müsəlman olanda dərhal qaytarırlar. Yaxşı mənim anlamadığım budur ki, bu adamlara indiyə qədər niyə qırmızı bülleten çıxarılmadı? Niyə həbs qərarı verilmədi? Bunlar illərdən bəri cinayət törədir, açıq-aydın cinayət görürlər. Hər kəs də bilir, özləri də cinayət etdiklərini söyləyirlər və bir terror təşkilatını idarə edirlər, təşviq edirlər, təşkilatlandırırlar. Yaxşı bunlara çoxdan iddia açmaq lazım deyildimi? Burada bir qəribəlik var, amma anlaya bilmirəm. Yaxşı, qanun hüquq nə deyirsə hörmətimiz var, 4-5 ay əvvəl etdikləri nə olacaq? Onlar əfv olur? Onlara bir açıqlama gətirsinlər.

 

Türkiyənin ən böyük məsələsi PKK-dır

PKK-ya qarşı millətin müqavimətini də qırırlar. Deyirlər ki; "adamlar silahları betona basdıracaqlar, hamısı silahını götürüb gedəcək". Amma əsgərlərimizi şəhid etməyə və silahlanmağa davam edirlər. Və Cənub-Şərq sərhədimizdə qısa müddətdə bir neçə ayın içərisində, başdan-başa çox böyük bir dövlət qurdular. IŞİD-I geri çəkdilər, o boşluğa olduğu kimi Stalinist, kommunist PKK-nı doldurdular. Onsuz da Cənub-Şərq  hamısı onların idarəsindədir, hər gün əsgər şəhid edirlər; "Hörmətli vətəndaşlar, Türkiyənin ən böyük məsələsi IŞİD-dir" deyir. "Ağır toplarla, obüslərlə IŞİD-ə hücum edəcəyik, təyyarə ilə də hücum edəcəyik, birlikdə IŞİD-ə hücum edək, mövzu budur" deyirlər. Yəni qısacası, PKK deyə bir mövzu yoxdur, deyirlər. Mən anlamadım necə ağıldır.