A9 TV, 1 aprel 2018
Allahın ixtisaslı münafiqləri yaratması müsəlmanlar üçün nemətdir. Bu qədər xaraktersiz, bu qədər şərəfsiz, çaqqal xarakteri daşıyan cəmiyyət mikrobu kimi məxluqların müsəlmanlarla məşğul olması müsəlmanlar üçün şərəfdir
Allahın bizim dostlar qrupumuzu xüsusi qoruduğu çox açıq müəyyən olur. Çünki bu qədər düşməni olan birlik normalda qala bilməz. Əksinə son dərəcə sağlam, gümrah və sürətlə inkişaf edən, mükəmməlləşən müqəddəs birlik halında. Bizim əksiyimiz münafiqimizin az olması idi, olmaması idi. O əlbəttə ki, irəlidə açıqlaya bilməyəcəyimiz bir vəziyyət meydana gətirərdi. Münafiqimiz olmasa insanlarda şübhə meydana gətirər. Yəni bu necə haqq birlikdir ki, heç münafiqləri yoxdur, necə haqq birlikdir ki, bunlarla küfr məşğul olmamış, münafiqlər məşğul olmamış, zalımlar, qəddarlar, əxlaqsız insanlar bu kəslərə qarşı hücuma keçməmiş, bir əlləri yağda bir əlləri balda yaşamışlar deyə şübhəyə düşərdilər. Allah əsrin ixtisaslı münafiqlərini yaratdı. Normalda olmaz. Məsələn, bu qədər alçaq, cəmiyyətin bu qədər yox saydığı çaqqallarından meydana gəlmiş münafiq birliyi. Yenə də məsələn, universitet məzunu olar, amma beyni getmişdir, şeytanlıq edər, amma bunlar elə deyil. Adamlarda heç oxuma-yazma yoxdur, zır cahildirlər. Adam bıçaqlamış, oğurluq etmiş, qəsb etmiş, pislik etmiş, homoseksual, şərəfsiz, namussuzlardan ibarət olan bir birlikdir. Həya hissi heç yox, utanma hissi tamamilə getmiş. Bunlara qatılan qadınlar da ağla sığmaz həyasız olur. Məsələn, insanın iradəsi yoxdur, qeyri ixtiyari utanma hissi olar. Qatildə belə utanma hissi olar, oğruda belə utanma hissi olar, bunlarda o da yoxdur. Ağla sığmaz üzsüz və arsızdırlar. Bir möcüzə olduğu müəyyəndir. Nə faydası olur görürsünüz. Burada neçə adam idi? Üç-beş cavan vardı, bax salona sığmırsınız, maşaAllah. Zəif olanları çox canlandırar, zəif bitkiyə çox təsir edər, inkişaf etdirər. Güclü olanı daha əzmli hala gətirər. Yaradıcı gücünü, müəllif gücünü artırar, inşaAllah. Təbliğ qabiliyyətini artırar. Mövcud savab gücünü çox artırar, məsələn, bir savab qazanırsa 400-500 savab qazanar, o dərəcə. Durduq yerə savab artımına səbəb olar.
Bir də münafiqin yaxşı bir xüsusiyyəti kanalizasiya təmizləyən maşın vəzifəsidir. Harada çürümüş, köhnəlmiş, bitmiş, ayağı səndələmiş, pislik münafiq varsa kanalizasiya təmizləyən maşın borusuna alar çəkər öz murdar mədələrinə endirərlər. O pislik anbarı, kanalizasiya təmizləyən maşının anbarı beləcə dolar, möminlər təmizlənmiş, tahir olmuş olar, münafiqlər yaxşıca kirlərinə kir qatmış olarlar. Yəni dünyanın ən qatı psixopatlarını, ən xaraktersiz adamlarını bir araya gətirmiş olurlar. Əlbəttə ki, bu da onları çox yorur. O qədər xaraktersizlə yaşamaq insanı mənəvi cəhətdən çox çökdürər. İnsanın beyni uyuşar, ağlı gedər. Taqətləri olmur, taqətləri çatmır. Ağla sığmaz çöküş meydana gəlir. Hamısı bir-birinin xaraktersiz, əxlaqsız olduqlarından əmindirlər, yəni o əminlik, xaraktersizlikdən qaynaqlanan iyrənc mühit onları sanki cəhənnəm həyatına sövq edir. Və o da onların bünyəsinin qaldıra bilməyəcəyi vəziyyət meydana gətirir. Ona görə də çökürlər. Onun üçün münafiqlər ümumiyyətlə həmişə erkən ölərlər. Möminlərin ömrü çox uzun olar, imandan qaynaqlanar. Amma münafiqlər o çürüməyə dözə bilməzlər. Möminlə müqayisə etsən ən az 20 il fərq vardır. Yəni münafiqlərin çökmə sürəti 20 il daha irəlidir. Məsələn, mömin 40 yaşındadırsa münafiq 60 yaşında olar, ikisi də eyni 40 yaşındadır, amma münafiq 60 yaşında hökmündə olar. Onlarda çürümə və pozulma çox şiddətlidir. Münafiqlərdə ağılsızlıq da çox şiddətlidir. Möminin malı-mülkü münafiq sayəsində artar.
(Hulusi Akar paşamızla birlikdə Hataya gedən dövlət başçısı Ərdoğan, Oğulpınar sərhəd polis bölməsini ziyarət etdi. Dövlət başçısı Ərdoğanın ziyarəti əsnasında əsgəri kamuflyaj geyməsi diqqət çəkdi.)
Tayyib hocam, o da kimdir deyirəm, maşaAllah. Çox yaxşı olmuş. Tayyib hocam fövqəladədir, maşaAllah. Həqiqətən mən Baş Qərargah başçısı zənn etdim. Çox yaxşı olmuş. Amma Tayyib hocama hər halda marşal rütbəsi yaraşır, mən ona yozdum. Açıq-aşkar marşal, əlbəttə meydan müharibəsi qazandı. Hulusi Paşa da əslində o da marşaldır. Meydan müharibəsi qazanan generallar bilirsiniz qanuna görə marşal hökmündədirlər. Əslində Tayyib hocam da baş komandirdir, baş komandir Hulusi paşadan üstündür. O zaman o da marşal olmuş olur. Qanun tətbiq olunsun. Tayyib hocamda marşal medalını görəcəm, marşal paltarı da istəyirik. Hulusi Paşamda da istəyirik marşal paltarını. Marşalımız yoxdur. Afrin, böyük Afrini aldıq. Afrin həmişə meydan müharibələrinin olduğu yerdir, çox şəhid verdik, çox qazimiz var, meydan müharibəsi oldu. Marşallıq artıq haqdır. Tayyib hocamı marşal paltarıyla görəcəm, inşaAllah.
(Aralarında Ajda Pekkan, Şafak Sezer, Seda Sayan, Deniz Seki, Emel Müftüoğlu, Mustafa Sandal və Fikret Ormanın da olduğu sənətçi və idmançılar Zeytun Budağı hərəkatına dəstək vermək üçün dövlət başçısı Ərdoğan ilə birlikdə Hataya gəldilər.)
Tayyib hocama yaraşmış, sən bir dayan baxaq. Müəzzəm olmuş Tayyib hocam. İlk dəfə görürəm. Ülgüc kimi olmuş, şahanə olmuş. Tayyib hocam məncə heç çıxarma üstündən. Həqiqətən, davamlı durdun üstündə. Şahanə olmuş, çox yaxşı olmuş. Tayyib hocam böyük qələbə qazanacaq Allahualəm, durduq yerə o paltarı geyməz. Yaxşı olmuş, bu yığıncaq da yaxşı olmuş. Bu qədər çalışqan bir insanın üstünə getmək nə qədər ayıbdır. Necə vicdandır bunu anlamıram. Gecəsi yox gündüzü yox. Oradan-oraya qaçır, oradan-oraya qaçır, ona cavab verir, buna cavab verir, çox yorucu həyatdır və xeyli də şövqlüdür. Yazıq-günah, əksinə dua edərək, təqdir edərək, köməkçi olaraq yolunu açmaq lazımdır. Sən etmirsənsə, ya sən et ya edənin qarşısında dayanma. Niyə ayağına dolanırsan? O zaman sən gəl et deyirik, “mən edə bilmərəm” deyir. Yaxşı istədiyin biri, bildiyin biri varsa onu gətir deyirik, “elə biri də yoxdur” deyir. Burax Tayyib hocamız etsin, ona da icazə vermirsiniz. O zaman nə istəyirsən?
Gözəl söz ürəyi fərahlandırır. Müsəlman əşyanın, sözünün, insanın, mənzərənin ən gözəliylə yaşamaq istəyər. Gözəl söz insanın ağlını açar
Möminlər gözəl sözü eşidirlər və o gözəl sözə uyurlar. Bütün həyatları elədir. Gözəl söz söyləmək, gözəl söz eşitməkdir. Cənnət də elədir, həmişə gözəl söz var. Çünki pis söz çox iztirab verər. Gözəli də ürəyi açar, fərahlandırar, sevgi üçün nemət olaraq Allah tərəfindən təqdim edilər. Əşyanın gözəli, insanın gözəli, sözün də gözəli. Gözəl sözə də uyarlar. Məsələn, mərhəmətli olmaq, şəfqətli olmaq, kömək sevər olmaq, eqoistlikdən uzaq olmaq, hər cür gözəl əxlaq. Zumər surəsinin, 18-ci ayəsində, şeytandan Allaha sığınıram, Allah buyurur, “O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar...” Bax, sözün gözəlinə deyil, ən gözəlinə tabe olurlar. “...onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir...” Allahın Hadi adıyla təcəlli etdiyi kəslərdir. “...Ağıl sahibləri də məhz onlardır.” Ağılı kirlənməmiş. Ağıl nə ilə kirlənər? Qorxuyla. Boş qorxular. Başqa? Şübhələr, vəsvəsələr, qısqanclıq, beyin bunlarla kirlənər. Buna icazə verilməməlidir.
(Siz dünən İsmail Kahraman hocamızın bir teatr oyununda qadınları çıxarmaması iddiasına özünün cavab verməsini xahiş etmişdiniz. Bu gün hörmətli Kahraman mətbuat konfransı təşkil etdi və mövuzuyla əlaqədar bunları söylədi. “Orada bir səhnə belə yoxdur, teatr oyunu da yoxdur. Yalnız şəhidləri xatırlama proqramı başlayarkən elektriklər bağlanacaq və oyunçular sürpriz olaraq salona girib Çanakkale türküsünü səsləndirəcəkdilər, bütün mövzu budur. Səhnənin iki yanında türkünü söyləyənlər içində on altı xanım var. Hər tərəf qadın doludur.” dedi.)
Amma bu adamlara niyə belə uzun söz verirlər? Çox vaxt keçdi, cavab verin deyə mən xahiş etdim, hələ yeni cavab verdilər. İsmayıl Kahraman çox ağlı başında məqbul, stabil, tutarlı, çox vicdanlı, nəzakətli insandır. Belə bir insana belə anormal şeyləri edəcək bir insan gözüylə baxmaq çox çirkin, ayıb hərəkətdir. Sənin zəkan, ağlın qədər o insanda ağıl, zəka olmaz olar? Sənin ağlının min misli qat ağıl var onda da. Belə qəribə gözləmə içindədirlər. İnsan həmişə anormallıq edər, qəribə şeylər edəcəklər, cinayət törədəcəklər, buraxın bunları, əl çəkin bu məntiqdən.
(Afrində türk əsgərinin gəlməsiylə PKK zülmündən xilas olan Afrinli vətəndaşlar PKK-nın özlərindən it üçün belə xərac aldığını, kənddə təhsili dayandıqlarını və ərəblərə, “siz xainsiniz” deyərək vətəndaşları şəhid etdiklərini izah etdilər.)
Mənim heyrətləndiyimdə budur, insan orada necə yaşamış? Orada olacaqsan onsuz da, PKK-nın olduğu yerdə yaşamaq möcüzədir. Xərac, yaxşı ki, canını istəməmiş, onsuz da adam əslində can istəyər. Bir də onlar təşəbbüsə buraxmaz vermirəm deyə bir şey yox deyər, verməsən silahla vurar. Manyak və çox alçaqdırlar, Allah qorumuş. Onlar hadisəyə özlərini tam qapdırmadığı üçün, yəni PKK normal missiyasını göstərsə, orada bir adam qalmazdı.
(Trumpın “tezliklə Suriyadan çəkiləcəyik” deməsinə baxmayaraq Suriyadakı dəstələri gücləndirmələr davam edir. Amerika PKK işğalındakı Menbiç mahalının qərb qismində yerləşən “Fırat Qalxanı” hərəkatı bölgəsinin cəbhə xəttinə üç yüz əsgər ilə çox sayda zirehli vasitə və iş maşını sövq etdi.)
Bir az zarafat edirlər, əlbəttə ki, getməzlər, çünki İngilis dərin dövləti oranı parçalamaq istəyir, Suriyanı parçalamaq istəyir, mənim gördüyüm istədiyi parçalamağı hələ edə bilmədi. Qırğını törətdi, amma parçalanmağı edə bilmədi, bilmirəm bundan məmnun oldu? Qane oldular? Mənim qənaətim daha çox qan tökmək istəyirlər, bu qan onlara çatacağını zənn etmirəm, yəni bir az daha qan tökdükdən sonra getmək istəyəcəklər.
(“Sizcə sakit xasiyyətli olmaq gözəldir, yoxsa coşğulu olmaq?” tamaşaçı sualı)
Coşğulu ikən ağıllı davranmaq bir az çətin olur. Coşğulu olmaq çox gözəldir, amma o anda diqqətini cəmləmək lazım. Çünki biz xətasız yaşamaq vəziyyətindəyik, həyat çox təhlükəlidir. Dünya çox təhlükəlidir, min bir müxtəlif risklə doludur. Danışıqdakı bir səhv, rəftardakı hətta əl qol hərəkətindəki bir səhv çox böyük zərər meydana gətirə bilər. Məsələn, bir ayağın sürüşməsiylə insanın başı çox böyük bəlaya girə bilər. Bilmədən bir şey ehtiva etsin başın böyük bəlaya girə bilər. Yediyinə, içdiyinə, danışdığına hər şeyinə diqqət etmək vəziyyətindəsən. Allah həyatı çox riskli yaratmışdır, kəskin diqqətlə düzgün yaşaya bilərik. Diqqət vermədiyi üçün ona görə bu qədər insan ölür və ya yaralanır. Məsələn, toylarda coşurlar, özlərini itirirlər, toy edilən bina çökür, tavanı çökür. Diqqət vermirlər. Böyük cəmiyyətlərdə ümumiyyətlə həmişə bəla olar, böyük hadisələr olar. Yaralananlar olar. Çox diqqətli yaşamaq vəziyyətindəyik. Yeyərkən, içərkən belə mayenin nisbətinə diqqət edirik, zülal nisbətinə diqqət edirik. Zülal az qəbul etsən xəstələnərsən. Sevinərək yeyərsən heç bir şey olmayacaq zənn edərsən, üç dörd saat sonra xəstə olarsan.
(Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq şurasının yeddinci yığıncağı hörmətli Ərdoğan və Putinin başçılığında 3 apreldə Ankarada təşkil ediləcək. “Yeniçağ” qəzetindən Ahmet Ercilasun, ad vermədən hökumətə səslənərək, “Vəqf və camaatlarınız bu gəncləri dəyişdirə bilməyəcək. Bu gənclər Atatürk gəncləridir.” dedi. “Gənclər sizin istədiyiniz kimi yetişmir. Nə tədris planlarınız, nə vəqfləriniz, nə xidmət etdiyiniz təşkilatlarınız, nə də camaatlarınız bunların heç biri gənclərin önünə düşəcək təcrübəyə sahib deyil. Gənclər qışqırıb bağıraraq meydan oxuyan deyil, elmdə, sənətdə və texnologiyada yaradıcı inkişaflar edə biləcək qabaqcıllar istəyirlər. Vəqfləriniz, xidmət təşkilatlarınız və camaatlarınız o beyinlərə girə bilmir, tədris planlarınız o beyinləri ələ keçirə bilmir” dedi.)
Yaxşı, elə olduğunu fərz edək. Lakin sənin üslubun nədir? Yaxşı, onlarla gənclər razılaşa bilmir deyək, bəs sən? Səninlə heç əlaqə qura bilməzlər. Tayyib hocam və hökumət özünə görə yaxşı niyyətlə inkişaflar etdi. Daha nə etsin? Quranın kafiliyini söylədi, bu çox həyati bir şeydir. İkinci nə dedi? “Qurana uyğun sünnədən başqa sünnə qəbul etmirik” dedi. Bu 1200 ildən bəri edilmiş ən böyük inqilabdır. Üçüncü, “gəvəzələrin hamısını çıxaracağıq” dedi. “Heç birini qəbul etmirik” dedi. Aktuallaşdırma dediyi odur. “Nə qədər rüsvayçılıq varsa hamısını atacığıq” deyir. Dördüncü, Diyanət İşləri rəhbəri çıxdı dedi ki, “Qadınların əleyhindəki bütün hökmlər etibarsızdır.” Əslində böyük inqilab yaşandı. Böyük bir iş görüldü. Hökumət bu qədər edə bilər. Bundan başqa nə etsin? Əsas istiqamətləri, əsas nöqtələri darmadağın edib dümdüz etdilər. Düzəltdilər. Mükəmməl inqilab oldu. Tam Mehdiyyətin ruhu, üslubu, izahatı oturmuş oldu. Mövzu tamamdır.
(“Əyləncəni niyə bu qədər çox sevirsiniz?” tamaşaçı sualı)
Onu Bədiüzzaman Səid Nursi də söyləyir, İmamı Əzəm də söyləyir, Peyğəmbərimiz (s.ə.v) da söyləyir. Əgər əyləncə olmazsa, ürəkdə atrofiya yaranar. Yəni davamlı belə ciddi mövzular, ağır mövzularla məşğul olan beyin, bir müddət sonra işləməz hala gələr, Allah əsirgəsin. Bədən və beyində atrofiya yaranar. Onun üçün İmamı Qazali də, “mütləq əyləncəylə, musiqilə, rəqslə ürəyi fərahlandırmaq, nəfsi açmaq lazımdır.” deyir. “O zaman nəfs ibadətə qüvvət tapar” deyir. Əks halda nəfs gücünü itirər, yəni insan müflisləşər. Davamlı təzyiq, yaxud davamlı ciddilik, davamlı qəmgin mühit, davamlı fikir səviyyəsində qalan mövzular insanı çökdürər. Məsələn, Qazali əhyasında deyir ki: “Əyləncə ürəyə fərahlıq verər, fikri yorğunluqları yüngülləşdirər. Daim çətinlik çəkilən və ciddi işlərlə məşğul olan ürəklər korlaşar. Əyləncə ilə ürəyi rahatlaşdırmaq, ciddi bir iş görməsi üçün ona kömək etmək deməkdir. Əyləncə həyatı, ciddi həyata xidmətçi olar. Daim ciddi bir həyat yaşamağa taqət gətirilə bilinməz, buna səbir edilə bilməz. Bu halda əyləncə yorulan ürəyin dərmanıdır.” Bax “bu halda” deyir, “əyləncə yorulan ürəyin dərmanıdır. Bu halda bu niyyətlə edilən əyləncə, ibadət, qürbət halına gələr. Ürəyi müalicə etməyin və könlü xoş bir şəklə, Haqqa sövq etməyin üsuluna vəqf olanlar qəti olaraq bilərlər ki, ürəyi bu kimi işlərlə sevindirmək keyfiyyətli, faydalı dərmandır. Oyun və əyləncə, ürəyi fərahlandırmaq üçün mübah qılınmışdır. İstirahət edən və sevinən ürəkdə ticarət kimi, dünyəvi işlərə və ya namaz, ibadət kimi axirət işləriylə ciddi şəkildə məşğul olma arzusu oyanar.” deyir. (Qazali Əhya, cild 2, səh. 281) Əyləncə olmadan insan normal ola bilməz. Bədənin, nəfsin bir ehtiyacıdır. Ürəyə inşirah, fərahlıq verər.
(“Peyğəmbərimiz (s.ə.v)-ın hırkasını hz. Mehdi (ə.s) nə vaxt geyinəcək?” tamaşaçı sualı)
Mehdi (ə.s) məncə beş ilə qədər müəyyən olar. Yeddi ilə qədər də geyinər deyə düşünürəm inşaAllah. O, millətə cinnət keçirtmək üçün ediləcək bir şeydir, cinnət yaransın deyə ediləcək bir şeydir. Peyğəmbərimiz (s.ə.v)-ın qılıncını heç kim qurşanmamışdır, ilk dəfə Mehdi (ə.s) qurşanacaq. Bəzən qiyamlarda filan Sancağı Şərif açılmışdır, döyüşlərdə çox nadir açılmışdır. Mehdi (ə.s) də birbaşa sağ əlində bayraq olar. Rəsulullah (s.ə.v)-ın qılıncı və hırkası xüsusi olaraq təmir etdirildi, möhkəm hala gəldi. Hırkai Şərifi geyinəcək. Xüsusi olaraq baxımdan keçirildi, hal-hazırda çox möhkəmdir və xüsusi, bilinməyən bir texnika ilə hörülmüş. İndiyə qədər edilməyən texnika ilə. Hörmə texnikası, siz yaxından gördünüz? Çox mürəkkəb və əcaib nəzakətlə hörmə texnikası istifadə edilmiş. Mükəmməl görünüşlüdür. Tamamilə orijinal. Hırkai Şərifi geyəcək, ümməti Məhəmmədə cinnət keçirdəcəklər. Yəni cəzbə olsun deyə ediləcək inşaAllah. Bir dəfəliyinə, iki dəfəliyinə xoşbəxt olsun deyə. O, mənəvi inqilabdır, yəni sevgi inqilabıdır. Onun üçün geyinəcək. Müqəddəs sandıq açılacaq, onda da yəhudilər cəzbəyə gələcəklər. Yəni Peyğəmbərimiz (s.ə.v): “Az qismi xaric hamısı müsəlman olar” deyir. İmam Mehdi (ə.s)-in qarşısında sandıq. Çünki ilk o açır başqa izahı yoxdur. Aydındır ki, Moşiyah odur. Çünki ona xas bir şey olduğu Tövratda keçir. “Bir tək o edəcək” deyir Tövrat, o edəcək dediyinə və o etdiyinə görə, o, da odur. O zaman etiraz yoxdur. Onsuz da Sanhedrin də, mehdinin Mehdi (ə.s) olduğuna, yəni Moşiyah olduğuna qərar verəcək. Müqəddəs hesab edəcəklər, müqəddəs hesab edilməsi çox əhəmiyyətlidir.
Müqəddəs hesab edilmə belə olur, baş ravvin, onların seçdiyi ravvin, başına Məsih yağı sürüb Allah adına müqəddəs hesab etdiyini söyləyir. Belə sürür, amma başına çox tökəcəklər üzündən saqqalına axacaq, saqqalından paltarına qədər töküləcək. Yəni o əhəmiyyətlidir, Tövratda o şəkildə keçir. Xeyli tökəcəklər başına, Məsih yağını yaxşıca başına sürəcəklər. Onun üçün Məsih yağı xüsusi saxlanır, amma hz. Musa (ə.s) də sandığa əlavə olaraq Məsih yağı qoydurmuş, Moşiyahın başına sürülməsi üçün. O da mühafizə edilir. Amma bu qədər il o yağ qaldığını bilmirəm necə olar? Hər halda xarab olmuşdur. İnşaAllah xarab olmamışdır. Hz. Musa (ə.s) onun bir yolunu tapmışdır. Zeytun yağı 4000 il qalsa xarab olmaz? Yəni xüsusi qızıl qabda filan saxlayırlarsa yaxud bilmədiyimiz xüsusi bir üsul istifadə edildisə. Mənim qənaətim Müqəddəs sandığın ən üst qismi qatran ilə örtülü olacaq, qatranlı müşəmbə ilə örtəcəklər. Yəni oksidləşməməsi üçün ayrıca örtüsü olacaq. Onlar, əmək verilərək açılacaq.
(Mehmet Şevket Eygi hocamız yenə Mehdi (ə.s)-in zühuru ilə əlaqədar yazı yazdı. “Mehdi (ə.s)-in zühuru və İsa (ə.s)-in nüzulundan sonra dünya və insanlıq böyük sarsıntılar keçirəcək. Sonunda 7 və ya 9 illik Qızıl Çağ başlayacaq. Bu qızıl çağdan sonra azğınlıq başlayacaq və müəyyən vaxt gələndə qiyamət qopacaq” dedi.)
Dedikləri doğrudur, amma bu aralar bu qədər sıxlaşdırmasında bir bildiyi var. Çox mübarək bir insandır. Allah ömrünü uzun etsin. Tam cənnət insanıdır, çox gözəl əxlaqlı insandır. Qiyməti bilinmir. Mən bir daha təkrar edirəm. Hal-hazırda dünyada Mehmet Şevket Eygi hocamız kimi ən çox 5 adam vardır. Biri Mahmud əfəndidir. Allah ömrünü uzun etsin, biri Mehmet Şevket Eygi hocamızdır. Dünyada belə insanlar qalmadı, yəni çox dəyərlidir. Dəyərini çox yaxşı bilməlidirlər. Fransız liseyi məzunu çox mədənidir. Həm ingilis ədəbini çox yaxşı bilər, həm Osmanlı tərbiyəsini, Osmanlı saray ədəbini yaxşı bilər. Nəzakətlilik, əfəndilik, sadəlik, nəzafət hər şeydən üstündür. Sözünün yerini bilər. Çox nəzakətli, hörmətli bir insandır. Yəni bilmirəm. Tam saray insanıdır yəni.
(Cübbeli Ahmet, Diyanət İşləri Müdirliyi Ali Erbaşın ad vermədən “Cahilliyi ilə öyünən müəllimlər var, yaxşı ki, məktəb oxumamışam deyənlər var” deyə etdiyi tənqidə cavab verdi. Cübbəli belə deyir: “Elm əgər diplomla olursa istədiyiniz mühitdə qarşıma çıxın, diplomunuzu ortaya qoyun. Siz ancaq kompüterin batareyasını doldurarsınız. Mən də tək başıma gələrəm izah edərəm. Mənə cahil deyilməsinə sosialistlər də güldü. Hər kəs güldü. Cübbəliyə hər şey de, amma cahil dəmə. 5 saat danışıb 800 ayə, hədis oxuyuram. Heç bir hafiz bunda heç bir səhv tapa bilmir”.)
Canım din mənasında, hədis, Quran məlumatı mənasında təbii ki, açıq-aşkar alimdir. O mənada cahil deyilməz. Amma üslubu “yaxşı ki oxumamışam” filan deməsi bunlar normal ifadə deyil. Yəni oxumağı, ümumi mədəniyyəti, məlumatı və “oxuduqda dinsiz olur”a gətirir. “Quran araşdırılsa insan Quranı rədd edər”ə gətirir. Bunlar çox dəhşətli ifadələrdir, burada Diyanət haqlıdır. Amma ümumi mədəniyyəti, yəni din mədəniyyəti vardır. Bunu kimsə inkar etməz. Lakin Diyanətin nəzərdə tutduğu bu deyil. Sən deyirsən ki, “mən əgər müsbət elmləri öyrənsəm, biologiyanı, paleontologiyanı, bunu-bunu öyrənsəm, Quranı analiz edib, Quranı inkar etmə imkanım vardı. Belə bir ehtimal olmasına gətirirsən. Bu bir faciə ifadədir. Halbuki sən elmlə daha dindar olarsan, imanın daha da güclənər. Allah “ancaq elm sahibləri Allahdan qorxarlar” deyir. Ümumi mədəniyyət səni Allaha daha çox yaxınlaşdırar. Müsbət elmlər səni iman mövzusunda daha güclü hala gətirər.
(“Əshabı-Kəhfin iti haqqında məlumat verə bilərsiniz?” tamaşaçı sualı)
Əlbəttə o bildiyimiz it deyil. Bir az qəribə olacaq, amma onun Xızır (ə.s) olması ehtimalı çox yüksəkdir. Çünki Xızır (ə.s) it şəklində də gəlir. Onun bir xüsusiyyətidir, çünki şüurludur, orada normal hərəkət yoxdur. Hadisə onsuz da başdan sona qədər qəribədir. Qitmir deyilən iti bilirsiniz. Hər kəs yatır, amma o qapıda gözləyir, o qədər uzun olması onsuz da Xızır (ə.s)-ə aid xüsusiyyətlərdən biridir. Bir də bu qrup, Xızır (ə.s)-in qrupunun səciyyəvi xüsusiyyətlərini göstərir. Yəni mənim anladığım bildiyimiz sadə it deyil. “Üçdürlər, dördüncüsü itləridir” deyir, 34, “Beşdir, onların altıncısı itləridir” 56, “Yeddidirlər, səkkizincisi itləridir” 78, 300 var, 309 sayı var, Mehdi tələbələrinin sayıdır.
(“Rəbbimizə necə dua etməliyik?” tamaşaçı sualı)
Birinci; çox səmimi olacaqsan, eqoist olmayacaqsan. Eqoist olmayacaqsan. Allahın böyüklüyünü biləcəksən. Ona böyüklüyünü bilməyin üçün on-on beş dəqiqəni ayırmağın lazımdır. Böyüklüyünü bildiyində qəribə bir hiss keçirəcəksən, yəni bədənində qəribə hiss gələcəksən. Çünki o anda sən dünyanın ən böyük gücü olmuş olursan. Allaha səmimi iman etdiyində, səmimi olduğunda Allahın sonsuz böyüklüyünü ağıllı, dürüst qavradığında dünyanın ən böyük gücü halına gəlirsən. Bədənin onu hiss edər. Ondan sonra istədiyin duaları edə bilərsən. Qısa, köklü dua edə bilərsən. Yəni ondan sonra yox yoxdur. Nə istəyirsənsə olar, hər şey olar.
(“Müsəlmanların bir-birlərindən başqa qardaşı yoxdur?” tamaşaçı sualı)
Müsəlmanlar qardaşdır. Xristianlarla da qardaşdır. Yəhudilərlə də qardaşdır. Çünki hamısı mömin insanlardır. Çünki “La İlahə İllaAllah” deyirlər. Peyğəmbər də yalan danışdı demirlər. Nə demək? Rəsul. Peyğəmbərə yalan danışmadı demək, nə deməkdir? “Doğru söyləyir” deyir. Mömin olmuş olur. Yəhudi ravvinlərdən soruşuruq: “Nə deyirsiniz?” deyirik. “Mən sənin yalan danışdığına inanmaram. Müsəlman olaraq görürəm səni.” deyir. Bu səbəbdən: “Sən nə deyirsənsə doğrudur.” deyirlər. Mən nə deyirəm? “Hz. Məhəmməd (s.ə.v) peyğəmbərdir” deyəndə “doğrudur” deyir. Bu insan nə olur? Mömin. “Nə deyirsənsə doğrudur. Mən inanaram.” deyir. Daha nə desin?
(“Sizcə münafiqlər gözəl sözlər söyləyər?” tamaşaçı sualı)
Münafiqlər çox dilbazdır. Amma, yəni fırıldaqçı dilbazlığı vardır. Yəni çox saxtakardır. Məsələn, insanların yaxşılığı üçün çalışdığını, xeyir üçün çalışdığını, “sizi doğru yola gətirmək üçün söyləyirəm, həqiqətən qurtuluşun üçün” deyə söyləyərlər. Yaxşı o zaman İslamı izah et, Quranı izah et. Get kafirlərlə mübarizə et. Niyə müsəlmanlara uğraşırsan? Yəni dərdin, günün, gecən və gündüzün müsəlmanlardır. Deyək müsəlmanlar səhv yoldadırlar. Küfrün min misli səhv yoldadır. Niyə küfrü birbaşa hədəf almırsan? Elə deyil? Küfr səni maraqlandırmır. Niyə? Çünki münafiqsən. Bütün dərdin, günün müsəlmanlardır. Çünki müsəlmanları dağıdacaqsan ki, ətrafında öz ağlında insanlar meydana gəlsin və beləcə də özünü rahat hiss et. Ayədəki ifadə də onsuz da budur.
(Ədliyyə naziri Abdulhamid Gül, hörmətli Kemal Kılıçdaroğlunun “Madam FETÖ bitdi OHAL niyə davam edir?” şəklindəki sözlərinə bağlı bu açıqlamanı etdi; “Qırx illik terror təşkilatına qarşı iki il ərzində hər şey tamamlandı, mübarizə bitdi deməyi əsla bizdən gözləməsin.”)
Heç cavab verməyə ehtiyac yoxdur. Olar? Haradan FETÖ bitir? Hər yerdədirlər və çox böyük təhlükədir. Bu adamların həbsdə olmaları belə təhlükəlidir. Qarşımızda ingilis dərin dövləti var, bu çox böyük bir hadisədir. Onların nə dediyi əhəmiyyətli deyil, onlar söz gimnastikası edir, elə şey olmaz. Mən hörmətli Kılıçdaroğlunu sevirəm, hörmət etdiyim bir insandır, amma söz olsun deyə söyləyir. Olar? PKK ilə əməkdaşlıq edən bir təşkilatdır, dəhşət təhlükəlidir.