A9 TV, 27 mart 2018
Qadına şiddət varsa, istəsə həbs cəzası olsun heç fərq etməz mütləq müdaxilə edin.
Dünən bir hadisə eşitdim, bir xanım küçədə qışqırırmış. Onun hücum edilmiş şəkilləri var? Belə şeylərdə kim olursa olsun heç tərəddüd etməyin. Qadına hücum varsa istəsə həbs cəzası olsun heç fərq etməz mütləq müdaxilə edin. Ailəsi də məsələn, toplanıb gələ bilər 40-50 adam, o da fərq etməz. Bura dağ başı deyil, ədalət yurdu Türkiyə, gərəyi edilər. Çaqqallıq, nalayiqlik istəmirik. Heç bir qadına zülm edilməsini istəmirik. Bir də bu çıxır, məsələn, adam küçədə qadına hücum edir, o biri adam onu qoruyub gözləyir. baxırsan 30 adamı yığıb gəlir, dərhal polis şöbəsinə səlahiyyət verilsin. Bu adamları gəldiyinə peşman etsinlər. Elə tərbiyəsizlik olar? Gənc qıza hücum etmək nə deməkdir? Çox böyük hadisədir. Küçələrdə də “panika düyməsi” olsun, mühüm şeylərdə belə gənc qızlar rahatlıqla xəbər verə bilsin, yaxud vətəndaş xəbər verə bilsin, elə deyil? O bölgəyə dərhal polis gələcək şəkildə kameralı, panika düyməsinə basan üzü yaxından görülsün. Bassın, o bölgədəki polis dərhal oraya gəlsin. Qadını döyə bilmədim deyə adam yenidən gələrsə, qanunla, hüquqla gəldiyinə peşman etmək lazımdır.
(Afrində dünən icra edilən axtarış fəaliyyətləri əsnasında PKK-ın qurduğu tələdə əl istehsalı bombanın partlaması nəticəsində piyada qoşun baş çavuş İbrahim Imış və piyada qoşun baş çavuş Veysəl Təməl şəhid oldu. Hatay Amanoslarda isə PKK ilə qarşıdurmada jandarma çavuş Samet Tokur şəhid oldu. Şəhidlərimizin fotoşəkillərini görə bilərik. Jandarma çavuş şəhid Samet Tokur.)
Samet bu deyil? Yaraşıqlı Samet, gözəl Samet Allah şahidliyini qəbul etsin, dünyalar gözəlim. Sənə qibtə etdik. Cənnət sənin kimi gözəli görüncə müdhiş sevinclə ayağa qalxar. Allah bizlərə də nəsib etsin, anana-atana Allah uzun ömür versin, nə xoşbəxt sənə, nə xoşbəxt sənə, nə xoşbəxt sənə, maşaAllah deyirik.
(“Quranı niyə səhv şərh edirlər?” tamaşaçı sualı)
Quran səhv şərh olunacaq kimi deyil, qəsdən edirlər. “Namaz qılın” deyir, “o, mənəvi namaz” deyir. O adamın ağzını əcaib şəklə salacaqlar. Namaz, bildiyin namazdır. “Rüku” deyir “yox o mənada deyil” deyir. “Səcdə” deyir “yox o mənada deyil.” “Qiyam” deyir, “yox o mənada deyil” deyir. Dəlisən sən? “Həccə gedin” deyir, “könüllərin həcci nəzərdə tutulur” deyir. “Həccə gedin” deyir, “Kəbə-i Şərifi təvaf edin deyir” həcc bildiyin həcc. “Zina etməyin” deyir, açıq “o mənada deyil” deyir. Bu çox səmimiyyətsizlikdir. Quranın hökmləri çox möhkəmdir. Hər kəsin anlayacağı kimi dəqiqdir. Qəsdən edirlər. Elə adamlara heç dəyər verməmək, əhəmiyyət də verməmək lazımdır. Onsuz da elə insanlar mənim vecimə deyil. Baxar-baxmaz Quran aydın olan kitabdır. Bu səbəbdən səhv şərh edənlərə heç əhəmiyyət vermə. Türkiyənin 99%-i Quranı düz şərh edər. Çox nadir adam çıxar ki, onları da fikir verməmək lazımdır. Onların səsi çox çıxır, amma təsiri olmaz.
(Dövlət başçısı Ərdoğanın dində yeniliklə əlaqədar açıqlamasına Diyanət İşləri Müdirliyinin 34-cü bölgə müftiləri müşavirə yığıncağında da dəstək verildi. Yığıncağın nəticə bildirişində Nurettin Yıldız kimi ilahiyyatçıların açıqlamasına qarşı çıxıldı. Bildirişin nəticə hissəsi belədir: “Elmi intizamdan məhrum həqiqətdən uzaq ifadələr dinin səhv başa düşülməsinə, fərdi və ictimai problemlərə, hətta böhranlara səbəb olur. Dinə dair görüş bəyan edilərkən həssas davranılmalı, cəmiyyətin əksəriyyətini maraqlandırmayan və elmi mühitlərdə müzakirə edilməsi lazım olan xüsuslar ictimaiyyət qarşısında müzakirə edilməməlidir. Yetkin olmayan kəslər və qrupların dini ifadə və tətbiqlərinə etibar edilməməlidir.”)
Diyanət İşləri Müdiri maşaAllah Xızır kimi yetişdi. Çox yaman insanmış. Sonuna qədər yanındayıq, dəstəkləyirik. Diyanəti də təbrik edirik, ictimaiyyət olaraq da təbrik edirik, çox gözəl gedirlər. Fitnəni, fücuru ortadan qaldıracaq şəkildə, Quranın, İslamın dəyərini ən gözəl şəkildə insanlara izah edəcək tərzdə doğruları izah edərək həqiqi Quran İslamını izah edirlər. Doğru yoldadırlar, Allah kömək etsin. Sonuna qədər də yanlarındayıq.
Şəhidlərimizin ardından kədərlə ağlamaq onları təhqir edər. Bizim igidlərimiz “Toya gedirik” deyərək şahidliyə gedirlər
Məsələn, keçən gün şəhidin yaxını olan cavan bir xanım gördüm, ağlayan biri var onu susdurur. Biz elə igid xanım istəyirik. İgid, əfəndi xanım istəyirik. Müsəlman qadına yaraşan odur. Halal olsun “əsla ağlama” deyir. Hərbi geyim də geyinmiş, “əsla ağlamayın” deyir. O çox gözəl, amma ağlamaqla şəhidi xəcalətli etmiş olursan. Şəhid əlindən gəlsə qalxar “nə edirsiniz siz?” deyər. Şəhidə belə deyilər? “Ürəklər dağlanıldı” deyir, televiziya xəbərinə baxın, sən şəhidə, “ürəklər dağlandı” deyirsən. Cənnətə gedən bir insan ürək niyə dağlasın? Bu bir şərəfdir, qürurdur, gözəllikdir təbrik etməlisən. “Ürəklər dağlandı” deyir. Əsla, belə şeylərə təşviq etməsinlər, bu çox səhv hərəkətdir. Gərəksiz yerə şəhidin vicdanına, ruhuna əzab vermiş olar. Şəhid aləmində olduğu üçün hərçənd o əzabı hiss etməz təbii ki, amma mənəvi cəhətdən vermiş olar. Bütün seyr edənlərin ürəyində narahatlıq yaranır, bu edilməz. İgid onsuz da bunun üçün əsgərə getmiş, elə deyil? Allah üçün getmiş, onsuz da adı üstündə igid. “Niyə şəhid oldu?” deyir. Onsuz da şəhid olmağa gedir. Niyə şəhid oldu deyilər? Əsla, əsla, əsla. Müjdədir. Allah ayədə, “arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər.” deyir. Qəmli olmur, sən qəmli olursan. İndi bu olmaz. Yaxşı niyyətlə də olsa qəti olaraq olmaz. Allah rizası üçün etməsinlər. Şəhid yaxını olduqları üçün təbii ki, başqa bir şey deyə bilmirəm. Ancaq bu qədər deyə bilirəm. Allah rizası üçün etməsinlər. Bax o cavan, igid şəhid yaxınları var, xanımlar var, onlara bənzəsinlər, onlar nümunədir.
(2017-ci ildə musiqi müəllimi Şenay Aybüke Yalçın, evinə gedərkən PKK tərəfindən yolda şəhid edilmişdi. Bu hücumda ayrıca baş çavuş Əli Gülnar və jandarma çavuş Soner Fazlıoğlu da şəhid olmuşdu. İran vətəndaşı Agit kod adlı şəhid olmalarına səbəb olan PKK-lı həbs edildi. Və Batmanda, yanındakı 2 terroristlə birlikdə təsirsiz hala gətirildi. Şəhidlərimizin intiqamı alındı, inşaAllah. Şəhidimiz Əli Gülnarın bir də ailə fotoşəkili var.)
Aslanım mənim, uca boylu igidim mənim. Allah şahidliyini qəbul etsin. Allah şəhidləri həmişə gözəl üzlü insanlardan seçir, maşaAllah. Hamısı nur üzlülər, maşaAllah. Bax, o da dünya şirinidir, maşaAllah. Allah cənnətdə birlikdə olmağı nəsib etsin, qardaş etsin.
(“Günümüzdəki insanlar niyə bu qədər dərdlidirlər?” tamaşaçı sualı)
Əvvəlki illərdə məsələn, 1940-cı illərdə, müharibə zamanında belə, bu cür şey yox idi. İnsanlar qonşusuna gedər, dost olar, hər kəs bir-birinə salam verərdi. Mənim uşaqlığımda elə idi. Küçədə gedənlər hər kəs bir-birinə salam verərdi. Yol boyunca “Salam” deyərdilər. Qonşuluq bağı çox güclü idi. Axşam oturması deyərdilər, bizə gəlirdilər. Macidə qızlarını alıb bizə oturmağa gələrdi, Qüdsiyəgil gəlirdilər, biz Yaşar dayıgilə gedərdik, yan tərəfdəki Nadiyə xanımgilə. Çox şahanə mühit vardı, çox zadəgan insanlar idi, belə sadə şeylərə tənəzzül etməyən, qonaqpərvər gözəl insanlar idi. Sonra çox şiddətli dəyişiklik meydana gəldi. Dəccalın və şeytanın təsiri dünyaya daha da çox miqyasda artdı. Mehdiyyət olmasa, qiyaməti qoparmışdılar, dünya məhv olmuşdu. Mehdiyyət qiyamətə qarşı müqavimət göstərməyi təmin etdi. Hal-hazırda da qalibanə hücuma keçdi. Bundan sonra düzələr, yəni 3 il, 5 il içərisində düzələr. Onsuz da, Tayyib hocamın çıxışlarına, Diyanətin izahlarına baxın böyük mehdiyyət möhürü açıq şəkildə görülür. Möhtəşəm açıqlamalardır.
(“Ruhsuz insanlardan məsuluq?” tamaşaçı sualı)
Əlbəttə ki, məsuluq. Yəni əgər müsəlman biri gedib ona pislik etsə, yaralasa və yaxud malına, canına zərər versə məsul olar çünki bilmir. Amma dünyada çoxlu ruhsuz insan var. Yəni axirətdə insanlar təəccüblənər. Təxmin təsəvvürün üstündədir. Milyardlar hesabı ilədir, bir dənə, iki dənə deyil. Ruhu olmayan çoxlu insan var. Cəmiyyətdə ruhu olan insan sayı çox azdır. Cənnət üçün yaradılmış insanlar çox azdır.
(“Küçə sənətçilərinə müəyyən məhdudiyyət qoydular. Axşam 10:00-a qədər gündüz musiqi çala bilmirik. Buna bir həll yolu tapmamız lazımdır. Niyə belə olur?” tamaşaçı sualı)
Dəliqanlının dediyi çox həyati və dəhşətlidir. Axşam 10:00-a qədər gündüz musiqi çala bilmir. 10:00-dan sonra sərbəstdir. Bunun nə faydası ola bilər? Nə mənası vardır, yəni nə məqsədlə etmiş ola bilərlər? Bir məntiqi yoxdur. Olmaz, yəni baş nazirliyə, prezidentliyə ərizə verək, hər kəs ərizə versin. Olarmı, gündüz bir yerdə çalar dinləyərsən, nə zərəri var? Kimə nə zərəri var? Sənət çox gözəl bir şeydir, sənətçilər çox gözəl insanlardır. Elə bir imkanın olması onsuz da çox böyük nemətdir. Niyə gecə 10:00-dan sonra olsun? Hər yer şənlənər. Hər tərəfdə, Avropada küçələrdə həmişə bu var, elə deyil? Hər tərəfdə, küçələrdə, hər yerdə sənətçilər var, çox gözəl musiqi icra edirlər, hər yer çox gözəl olur, çox dəbdəbəli olur. Heç bir zərəri də yoxdur.
(“Görəsən insanlar davranışlarını dini inanclarına görə şəkilləndirir?” tamaşaçı sualı)
Adam deyir ki: “Mən ateistəm, dinsizəm, kommunistəm.” baxırsan evlənir, uşaqlarına qarşı çox hörmətli, arvadının namusuna çox diqqət yetirir, ailə quruluşuna çox diqqət yetirir, bayramlara gedir, bayramlarda böyüklərinin əlini öpür. Yəni dini yaşayır. Dinin bütün qaydalarını yaşayır. Fərqinə varmadan hamısı yaşayır. Get bir ateistlə danış, hər yerdə dinin onda hakim olduğunu görərsən. Ta ki, kainatın ilk illərindən bəri, hz. Adəm (ə.s) dövründən bəri, cəmiyyətdə din hakimdir. Məsələn, Hülakü, Nəmrud filan onlara baxırıq, onlarda belə din hakimdir. Firon, normal halda ailə quruluşunu qəbul etməməli idi, ailə quruluşunu qəbul edir, hər şeyi qəbul edir. Dinin varlığını qəbul etmir, dinin təsirini qəbul edirlər. Fərqinə varmadan və yaxud bilərək. Bu səbəbdən hər insan, dinin təsiri altındadır, istəsin və ya istəməsin. İstəyərək edən onsuz da təsiri altında olmaqdan çox imanın gərəyi olaraq edər.
(İranda düşən və 11 gənc qadının vəfat etdiyi Başaran holdinqə aid təyyarə ilə əlaqədar sürpriz şahid ortaya çıxdı. Türk Hava Yollarına aid Boeing 777 təyyarəsinin eyni saatlarda İranın üzərindən uçduğu və təyyarənin pilotunun hadisəyə şahid olduğu öyrənildi. Pilot: “Reaktiv təyyarəni gördüm, normal seyr edirdi, birdən gözdən itdi” dedi. Qəza ilə əlaqədar olaraq da pilot ilə daha detallı məlumat alınacağı deyildi.)
Bəli, necə olduğunu izah etsə çox yaxşı olar. Amma çox əsrarəngiz hadisədir. Çox əsrarəngiz və lazımı şəkildə araşdırıldığını da zənn etmirəm. Ümumiyyətlə belə şeylərin içindən heç cür çıxa bilmirlər. Halbuki texniki olaraq sadə mövzudur, çox rahat başa düşülməlidir. Qara qutunu aça bilmədik deyir, qara qutunu necə aça bilməzsən qardaşım? Qara qutunun xüsusiyyəti, benzin içində yanmağa görə nizamlanır və hər cür təzyiqə görə hazırlanır. Zərbənin təsiriylə açıla bilməyəcək hala gəlmiş deyir. Elə bir şey nə deməkdir? Onun xüsusiyyəti onsuz da, benzin yandığında 3 min dərəcə filan istilik meydana gəlir.
“Səccadə tapa bilmədiyimiz yerdə namaz qılmalıyıq?” tamaşaçı sualı
Namaz qılmaq üçün o qədər çoxlu şərt qoymuşlar ki, qadınları çox çətin vəziyyətdə buraxırlar. Yox ətək geyəcəksən, yox başını örtəcəksən, yox səccadə tapmalısan. İndi şərtlərini saysam sayı hesabı yoxdur. Zəllətül kariiəyə aid məsələlərdir, o, bu və s. Halbuki Allah, dünyanın hər tərəfini səccadə edib. Mühüm olan, paltarının çirklənməməsidir, yəni dizlərinin və əlinin, alnının dəydiyi yer təmiz olması, çirklənməməsi üçün kifayətdir. Yoxsa küçədə də, hər yerdə namaz qılınar. Rusiyada insanlar küçədə qılır. Peyğəmbərimiz (s.ə.v)-ın zamanında küçədə qılırdılar, qum üstündə qılırdılar. Niyə səccadəyə ehtiyac olsun? Amma güvənə bilmirsə, steril olmağa diqqət yetirirsə, alnı təmiz olsun deyirsə, o ola bilər. Yoxsa elə bir şərt yoxdur. Təmiz bir yer, məsələn, evin içi, xalçanın üstündə istədiyi kimi qılar, heç bir şey olmaz. Amma ümumiyyətlə alında sızanaq filan yarana bilər, qızartı, allergiya yarana bilər, ona görə yerə təmiz bir şey qoymaqda fayda var. Alnın dəydiyi yerə, xüsusilə ora çox yaxşı qorunmalıdır. Alın, burun dəydiyi yer. Mənim canım onsuz da çox yaxşı bilir, o alimə, xanım bir qızdır, dəyərli bir insan olduğu müəyyən olur. Amma bəzi insanlar səccadə yoxdur deyə namaz qılmaq istəmirlər.
Sevdiyimiz birini sonsuz əvvəldə və sonsuz sonrada da sevmiş oluruq. Allah ilə birbaşa əlaqədə, Allahın böyüklüyünün yaxşı bilinməsi vəziyyətində sonsuz sevgi başlamış olar
Biz birini sevdiyimizdə, sonsuz əvvəldə sevmiş oluruq, sonsuz sonrada da sevmiş oluruq. Yəni əgər texniki baxımdan açıqlansa, bu onsuz da olur. Amma mənim demək istədiyim, sonsuz sevgi, yəni ucu-bucağı olmayan, bitməyən, tükənməyən, getdikcə artan sevgini nəzərdə tutursan. Allah ilə birbaşa əlaqədə, Allahın böyüklüyünün yaxşı bilinməsi vəziyyətində bu sistem dərhal başlayar. Allah tərəfindən başladılar və geri dönüşü də olmaz. Çox gözəl, davamlı axar, yetər ki, səmimi olunsun, yetər ki, Allahın böyüklüyü unudulmasın.