A9 TV, 29 aprel 2015-ci il
(“PKK meşəbəyi qardaşlarımızdan təhdidlə silahlarını buraxmalarını istəmişlər. Dövlət artıq meşəbəyilərin əlini qolunu bağlamaqdan imtina etməli və səlahiyyət verməlidir”. Tamaşaçı mesajına istiqamətli)
Bu PKK-nın ağızının payını niyə vermirlər, mən anlaya bilmirəm. Niyə qorxurlar? İran “dayanın görək” dedi bunlara, bunlar it kimi hazır oldular. İran qədər ola bilmirikmi biz? “Dayanın görək” deyərsən adamlar nizama gələr. İrandan it kimi qorxurlar. Yəni bu vəziyyət olmaz. Meşəbəyi qardaşlarımız igidin xasıdır. Dövlət onlara sənədiylə daha inkişaf etmiş avtomatik silahlar versin. Bellərində də yenə elə avtomatik silah olmalıdır. Könülləri rahat olsun, igidlərə heç bir şey olmaz.
(Siirtin Eruh mahalı Bağgözü kəndi muxtarı Musdafa Turan uzun mənzilli silahla öldürülmüş halda yol kənarından tapıldı. Muxtar bir gün əvvəl Siirtin icra başçısı Musdafa Tutulmaz və jandarma rayon komandirini evində qonaq edib.)
Bu dövlətimizə yaraşmaz. Hökumətə yaraşmaz. Əsgər, polis nə lazımdırsa etsin. Qanı yerdə qalmasın. Allah şəhidimizə rəhmət etsin. Ailəsinə Allah səbri cəmil nəsib etsin. Dövlət qanunla, hüquqla qanını alsın, qanı yerdə qalmasın. Bu çaqqalları tutsunlar. Nə lazımdırsa edilsin.
(Dünən Respublika başçısı Ərdoğanın “kürd problemi yoxdur, tərəflərin masaya oturması da söz mövzusu deyil” sözlərini, HDP-yə keçən Dengir Mir Mehmet Fırat, “hörmətli Respublika başçısının danışıqları coğrafi mövqeyə görə dəyişər. Təyyarədə isə ayrıdır, ayağı yerə basırsa ayrıdır. Deməli biz 2001-ci ildən bəri hörmətli Ərdoğanın liderliyində ölkəni bölürmüşük, hiss etmirmişik” dedi.)
Bölünmə təhlükəsi açıq-aydın görünür. Görünməyəcək bir tərəfi varmı? Mən yolda gəlirdim. Bütün yollar baxımsız. Millət kasıb. Pul olsa, o yolu düzəldərlər. Elə bir yolda yaşanarmı? Səs-küy insanı taqətdən salır. Hara getsək yamaqlı yollar. Deməli kasıbıq.
(HDP Muş Millət vəkili Demir Çelik, “Görünən odur ki, hörmətli Ərdoğanın sözləri və MGK-nin 2014-ci il avqust qərarlarında da oxunacağı kimi seçkidən dərhal sonra bütünlüklə bir döyüşlə qırx ildir sınanmış hərbi və təhlükəsizlik siyasətlərinin bir daha dövrəyə girəcəyidir” -dedi.)
Azğınlaşsalar dövlət özünü müdafiə edər. Nə etsin dövlət? Qudursan, dövləti dövlət olaraq qəbul etməsən, dövlətin içinə dövlət qurmağa qalxsan, məhkəmələr qursan, itlə, çaqqalla orada-burada cinayətlər işləsən, təhdid etsən, seçki təhlükəsizliyini ortadan qaldırsan dövlət özünü qorumaqla mükəlləfdir. Nə etməlidir? Ya seyr etməlidir, ya da özünü qorumalıdır. Bunda təəccüblü bir şey yoxdur. Bəlalarını axtarmasınlar. Ağıllarını başlarına alsınlar.
(Şimal Kipr yeni Respublika başçısı Akınçıyla, Respublika başçısımız Ərdoğanın telefon danışığı etdiyi və danışığın müsbət keçdiyi ifadə edildi. Şimal Kipr Respublika başçısı etdiyi şərhdə, “Anastiadis (cənub Kipr Rum lideri) ilə uzlaşma axtaracaq adam olaraq Türkiyəylə niyə bir qarşıdurmalı anlayışım olsun. Uzlaşma içərisində hərəkət edəcəyik” -dedi.)
Tayyib hocam deməli lazım olanı edib. O gün də igidcə danışıq aparmışdı onsuz da. Aralarında elə sərt bir üslub yoxdur. Amma ilk gün, təbii ki, Tayyib hocam özünü tanıtdı.
(Səlahəddin Demirtaş işçilərin 1 mayda bölünməyə getməsini müsəlmanların Kəbəyə getməsinə bənzətdi.)
Çox nalayiq bir bənzətmədir. Nə əlaqəsi var? 1 may yığıncağı dünyanın hər tərəfində edirlər. Bütün dünyada olan işçilər 1 may üçün bölünməyəmi gəlirlər? Nə qədər nalayiq bir izahdır. Ankarada da yığıncaq edilir. Millət Ankarada edir. Bir çox rayonda, İzmirdə edirlər. Çox asan, gözəl, xoş bir şəkildə yığıncağı bitirirlər. Heç biri “bizim Kəbəmiz buradır. Biz oraya getməliyik” demirlər. Bu səbəbdən o söz yersizdir. Bir məntiqi də yoxdur. Dünyanın hər ölkəsində yığıncaqlar olur. Haradan çıxır bu şərt?
(“Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının Diyarbəkirə gedərək HDP-li Bələdiyyə başçısı Güldən Kışanakla gizli bir görüşmə reallaşdırdığı iddia edildi. Əkrəm Dumanlının etdiyi şərhdə isə “hörmətli Öcalan” ifadəsini işlətməsi diqqət çəkdi. Dumanlı şərhində bir jurnalist olaraq Güldən Kışanak ilə görüşdüyünü söyləyir.)
Görüşsün, görüşmək qadağan deyil, amma maraqlıdır. Əkrəm Dumanlı nurçu deyilmi? Müsəlmanlarla da görüşsünlər. Niyə Güldən Kışanakla? Yalnız sol tərəflə görüşmək qəribə bir görünüş verir. Elə isə insanlar narahat olar.
(HDP Millət vəkili namizədi Dengir Mir Mehmet Fırat, “təəssüf ki, seçkinin yaxınlaşmasıyla birlikdə bir çox təxribatlar edildiyini görürük. Amma nə edirlərsə etsinlər biz bu təxribatlara aldanmayacağıq. Bu ölkəni də böldürməyəcəyik” deyə danışdı.)
Yaxşı, köhnə bir Ak partiyalı olduğu üçün yaxşı niyyətli ola bilər, bu sözlərində səmimi ola bilər. Amma təəssüf ki, PKK Türkiyəni bölmək istəyir. Bu açıqdır. HDP-nin içində də çox bölünmə tərəfdarı adam var. Onsuz da ana mövzu odur. Onun üçün PKK-lılar can verdi. İllərdir etdikləri mübarizənin səbəbi budur. Bunu gedib Marmarisdə oturmaq üçün etmirlər. Cənub-şərqi bölmək üçün edirlər. Bu səbəbdən bu edilən döyüş sanki elə-belə edilmiş bir döyüş kimi göstərilsə bu olmaz. Türkiyənin diqqətli olmasının səbəbi, PKK-nın hücumlarının səbəbi, açıq-aydın özlərinin də ifadə etdiyi kimi orada bir müstəqil dövlət qurmaqdır.
(Uşakda bir qrupun HDP stendinə hücum etməsi nəticəsində üç adam yüngül yaralandı.)
Bu da nalayiqlikdir. Bunlar ağıllı hərəkətlər deyil. Demokratiya, fikir azadlığı hər yerdə olmalıdır. İnsanlar istədiyi kimi fikirlərini müdafiə etməlidirlər. Baş yararaq, qarışıqlıq çıxardaraq, qışqıraraq, çığıraraq bu vəhşilikdir, bunu heyvanlar edər. İnsan danışaraq razılaşar, fikirlə razılaşar. Razısalma olmursa da hörmət edərsən. Hər kəsin fikirinə hörmət etmək lazım, inancına hörmət etmək lazım. Amma qarşılıqlı fikirlərə qarşı hörmət olar. Qarşılıqlı izah edərsən, danışarsan, bu insanın üfüqünü açar. Bu gözəl bir şeydir.
(Kürdüstan bölgəsi başçılıq divanı başçısı Fuad Hüseyn, Məsud Bərzaninin ABŞ-a edəcəyi ziyarətin ana gündəm maddəsinin kürd dövləti olacağını söylədi. Başçı Məsud Bərzaninin Amerika ziyarəti gündəm maddələrini “Musulu qurtarma əməliyyatı, Kürdüstan bölgəsinin sərhədlərinin təyin olunması və Ərbil-Bağdad əlaqələri” meydana gətirir.)
Biz Bərzaniyə güvənirik. Dindar, Nəqşibəndi, Türkiyəyə qarşı da mehriban, nəzakətli bir insandır. Tərəfdarları da ümumiyyətlə yaxşıdırlar. PKK-nı özlərinə yaxınlaşdırmasınlar. PKK çox alçaqdır. Xeyli pislikdirlər.
(Zəruri din dərsi ilə əlaqədar özlərinə yönəldilən tənqidlərə toxunan Demirtaş, “Zəruri din dərsini qaldıracağıq dediyimizdə din dərsi qadağan ediləcək demədik. Bir məzhəbin ya da bir inancın digər bütün inananlara zəruri olaraq izah edilməsinə qarşıyıq dedik. İstəyən istədiyi dində, inancda, məzhəbdə məktəbdə təhsil ala bilər” -dedi.)
Ümumi dünyagörüşü olaraq hər gəncə xristianlıq, yəhudilik, müsəlmanlıq haqqında çox əhatəli məlumat vermək lazımdır. Din yaşadığımız dünyanı idarə edən ana fəlsəfədir. Xristianlıq qərb mədəniyyətini, islam orta şərq mədəniyyətinin, yəhudilik yenə yəhudi mədəniyyətinin ən əhəmiyyətli nöqtəsini meydana gətirir. Ümumi dünyagörüşü cəhətdən bir gənc xristianlığı, yəhudiliyi, müsəlmanlığı bilmirsə onun ümumi dünyagörüşü yoxdur. Kommunizmi biləcək, faşizmi biləcək, darvinizmi, materializmi biləcək.