A9 TV, 24 iyul 2015
(Şanlıurfada evində yatarkən 2 polisimiz şəhid edildi. Diyarbəkirdə yol qəzası xəbəri ilə hadisə yerinə gedən 2 yol polisimiz şəhid edildi. Kilisdə Suriya tərəfdən gələn təcavüzkarlar bir əsgərimizi şəhid etdi. İstanbul və Adanada İŞİD-li olduğuna görə iki dindar vətəndaşımız şəhid edildi. Türkiyə dünən axşamüstü Suriyadan gələn hücuma əvvəl top atəşiylə cavab verdi. Səhərə yaxın da Suriya hava sahəsi pozulmadan İŞİD mövqelərinə qarşı hava əməliyyatı aparıldı. Reaktivlərimiz təxminən bir yarım saat davam edən əməliyyat keçirdi. 35 İŞİD-linin öldürüldüyü iddia edilir. )
Müsəlmanın müsəlmanı qətlə yetirməsi haramdır. Mənim gördüyüm qədərilə Amerikanın ağır təzyiqi var. Hadisə tamamilə sünidir. Çünki PKK kimi bir təhlükə varkən bizim üçün İŞİD təhlükəsi deyə bir mövzu olmaz. Onlar öz halında dayanan adamdırlar. İŞİD-li burada bir zabitimizi vurdu deyir. O da bir az qaranlıq hadisədir. Onu araşdırmaq lazımdır. İŞİD heç bir zaman Türkiyəyə atəş açmaz. Türk zabiti vurmaz. Elə bir şey etməzlər. Onda bir qaranlıq nöqtə var. Etsəydilər, indiyə qədər edərdilər. Heç bir şəkildə elə bir şeyə yanaşmırlar və o mövzuda xeyli diqqətcildir.
İŞİD yenə də bunu Türkiyənin İŞİD-ə bir savaş, meydan oxuma kimi qəbul etməsin. Amerikan təhdidinin, bütün Orta şərqi oynatdığını görürük. Bərzanini də təhdid etdilər, İŞİD-lə döyüşə soxdular. Mənim gördüyüm qədərilə Türkiyəni də İŞİD-lə döyüşə soxmaq üçün təhdid edirlər. Yəni Türkiyənin üstündə ağır bir təzyiq var. Düşünürəm ki, İŞİD bu halı görür. İŞİD-in etməli olduğu bunu bir hücum olaraq düşünməməkdir.
Əlbəttə ki, ağır bir vəziyyət var. Sanki PKK Türkiyəyə illərdən bəri hücum etmirmiş, sanki böyürümüzdə yaşamırmışlar kimi, İŞİD Türkiyəyə yanaşdığı üçün biz də tədbir görürük üslubu var. Yaxşı, İŞİD-in anormal istiqamətlərini biz də görürük. Asırlar, kəsirlər amma PKK onların on min misli asıb kəsir. Əsgərlərimizi yenə şəhid etdilər.
(Respublika rəhbərimizin bir şərhi var. "Həll müddəti başlatdıq. Amma iş cığırından çıxdı. Silahları buraxmadılar. Nəticələrinə dözərlər" dedi. "Obama ilə də bir görüşümüz oldu. Bu görüşməylə bölücü terror təşkilatının yanında DAEŞ-lə mübarizə qərarlığımızı təsdiq etdik" dedi.)
DAİŞ-lə aparacaq bir şey yoxdur, adamlar orada sadəcə dayanırlar. O güllələmə hadisəsi birbaşa PKK-ın işidir. Təxribatdır, çünki dərin dövlət və bu əxlaqsızlar ABŞ əlaqəlidir və həmişə belə qaya porsuğu kimi hiyləgərliklə iş görürlər. Bunlarda cavanlıq, mərdlik yoxdur. Çox alçaqdırlar. Məsələn, təcili kömək qrupunu çağırırlar, onları güllələyirlər. Bir yerdə hadisə oldu deyirlər, polis çağırırlar, onları güllələyirlər, qaçırlar. Əxlaqsız və alçaq dəstədirlər. DAİŞ xəstə bir qadını içəri vermək istəyir, çünki xəstələrini kim olursa olsun, gətirə bilirlər. PKK-nın xəstələrini də gətirə bilirlər, PKK yaralılarını da gətirə bilirlər. O da onu gətirmək istəmiş, amma arxasınca bir güllə atılır. Onun planlı bir hadisə olduğunu düşünürəm. Araşdırılsın. Onda bir qəribəlik var.
Türkiyə bütün ağırlığı PKK-ya verməlidir
Onsuz da PKK də əlini-qolunu yelləyərək Türkiyənin daxixlində də, xaricində də fəaliyyət göstərir. İstanbulda da avtomatik tüfənglərlə nümayiş edirlər. İstanbul kimi böyük bir şəhər, mərkəzi bir şəhərdə, dünyanın ən məşhur şəhərlərindən birində adamların əllərində avtomatik silahlar, polis, əsgər hər kəs seyr edir. Adamlarda bircə orkestr əskikdir. İstədikləri kimi nümayiş edirlər. Onsuz da PKK Türkiyənin yanında 600 kilometrlik sahədə hakimdir. Silahlarla gəzirlər. PYD olsun, PKK olsun. Onsuz da bunlar eynidirlər. Türkiyə bunları uzun müddətdən bəri müşahidə edir, görür. Bir İŞİD-li gəldi güllə açdı dedilər, PKK eyni günlərdə bir neçə cinayət işlədi. Bütün ağırlığımızı PKK-ya verməliyik. ABŞ istəyir deyə biz İŞİD-lə məşğul ola bilmərik. İŞİD bu mövzuda anlayışlı olsun.
İŞİD də PKK da təhsillə düzələrlər
Əlbəttə ki, biz İŞİD-in səhv yönlərinin olduğunu bilirik. Amma ənənəvi kitabların, əsərlərin təsiri altındadırlar. Bu adamlar təhsillə düzələrlər. Səhv, yanlış yolda olduqlarını hər kəs görür. Əslində PKK də təhsillə düzələr. Hər ikisi də təhsillə düzələr. Məsələn, Amerika öz ağlınca oyanıqlıq edir. Heç bir şəkildə əsgər göndərmərik, deyir. Dayanmadan Türkiyəyə təzyiq göstərir, əsgər göndərin, deyir. Kürd qardaşlarımıza təzyiq edirlər. Bərzaniyə get, döyüş. "Sizə silah verəcəyik, havadan bombardman", müsəlmanları gecə-gündüz havadan şəhid edirlər, bir də şəhid etdikdən sonra pulunu istəyirlər. Həm cinayət törədir, həm pul istəyir. Rüsvayçılıq paçadan axır.
(Bu səhər də bir terror hadisəsi baş verdi. İstanbulun 26 mahalında və 13 bölgəsində. Eyni zamanda 140 ünvanda əməliyyat keçirildi. 2 mini çevik polis olmaqla cəmi 5 min polis və vertolyot dəstəyi ilə əməliyyat keçirildi. PKK-nın gənclik qolları, DHKP-C və bəzi İŞİD ünsürlərinə qarşı aparıldığı açıqlandı. Əməliyyat aparılan evlərdən birindən polisə atəş açıldı. İki polisimiz yaralandı.)
Həbs olunmaları yaxşıdır, amma bir qapıdan girib o biri qapıdan çıxmasınlar. Həbs edəndə içəridə tutulmalıdırlar. Əvvəllər də PKK-nın ünsürlərinə əməliyyat edildi, amma sonra adamların hamısını buraxdılar. Yaxşı, qanun elə deyirsə, olar, amma lazımi təqibat edilmədisə, təəssüflər.
PKK-dan qurtuluş mehdiyyətlə olar. İŞİD-dən qurtuluş mehdiyyətlə olar. Talibandan qurtuluş mehdiyyətlə olar. Bütün orada sayacağımız 100-ə yaxın təşkilatdan qurtuluş mehdiyyətlə olar. Çünki hamsı fikirdir. Hamısı fikirlə həll olar. Bu an dünyadakı ən yüksək, ən uca, ən əzilməz, ən yüksək, məğlub olmaz fikir mehdiyyətdir. Biz də Allahdan İmam Mehdinin zühurr olmasını xahiş edirik. Və Seyidinə İsa Məsih İbni Məryəmi, o gözəllər gözəlini, inşaAllah, gizləndiyi yerdən çıxaracağıq. Gizlənərək yaşamaq nə qədər çətindir. Şəxsiyyət vəsiqəsi olmadan yaşamaq nə qədər çətindir.
(Türkiyə ilə Amerika arasında razılaşmaya çatıldı. Türkiyənin 90 km içəri girərək etibarlı xətt meydana gətirməsi, buna qarşılıq müəyyən koordinatlar üçün Amerikanın, Əncirlik üssündən istifadə etməsi mövzusunda müqavilə bağlanıldı.)
Əslində olar, mən onu 3 il əvvəl söylədim. 30 km də olar dedim. 90 km çox çoxdur. Amma əlbəttə ki, 90 km möhkəm olar. Çünki təyyarənin zarafatı olmaz. Təyyarə içəri girdiyində 50 km-i götürməsi saniyələr sürər. Ona görə əhəmiyyətlidir. Amerika belə bir şeyə girərmi? Obama xeyli çəkinir. Elə bir şeyə girəcəyini zənn etmirəm. Girsə yaxşıdır. Təhlükəsizlik xətti meydana gətirməsində elə hava idarəsi təmin etməyə zəmanət versə yaxşıdır. Bölgə onsuz da bomboşdur. Türkiyə başdan sona qədər oranın təhlükəsizliyini təmin edə bilər. Amma bizə bir az bahalı olar. Çünki hər yüz metrdə tank olmalıdır. Bütün əsgəri ağırlığımızı oraya köçürmüş olacağıq.
(Cənab Davutoğlu Türkiyənin döyüşə girmə niyyətində olmadığını, öz təhlükəsizliyini təhdid edən bir vəziyyətə qarşı tədbir görüldüyünü söylədi. "Əncirliyin açılması ilə əlaqədar müzakirələr ayrı bir müddətdir" dedi)
İŞİD-ə qarşı Əncirliyin istifadə edilməsini istəyə bilmərik. Amerika açıqca PKK-nı dəstəkləyir və İŞİD-in PKK-ya mane olacağını düşündüyü üçün ilk öncə İŞİD-i oradan qovmaq istəyir. Və PKK-nın bölgəyə yerləşməsini istəyir. Bunun üçün də bu cinayətləri işləmək üçün Türk əsaslarından istifadə etmək istəyir. Türkiyə bu bəlanın, bu qorxunc hərəkətin bir parçası ola bilməz. Türkiyə nə bahasına olursa olsun, hökmünü qoyub bunu rədd etməlidir.
(Respublika başçısı Ərdoğan İstanbulda küçədə üzü maskalı, əli silahlı gəzənlərin olmasını "təhlükəsizliyin zəifliyi" olaraq xarakterizə etdi. Hökumətə istiqamətli tənqid etdi.)
Baxaq, Tayyib hocamdan bir şeylər gözləyirik. İnşaAllah. Yoxsa əks halda Ak Partiyanın özünü qaldıra bilməyəcəyi aydındır. Amma PKK-nı əzsələr, başçılıq sistemindən imtina etsələr, Tayyib hocam, həqiqətən, xaqan olacaq, inşaAllah. Xaqanlar xaqanı. Yoxsa heç bir şey olmaz. Hökumət düşər. Bir şey də qazana bilməzlər. Tayyib hoca, əlbəttə ki, respublika başçısı olaraq davam edər, amma sonunda bir şey çıxmaz.
(İŞİD sosial media hesablarında; "Altmış ölkə ilə döyüşürük. Türkiyənin əlavə olunması bizim üçün bir şey dəyişdirməz. Türkiyə buna hazırdırmı?'' Şərhini etdi.)
Yox, İŞİD bu işə girməsin. Lazımsızdır. Amerikanın pis oyununa niyə alət olur. İŞİD desin ki; "Yoldaş, bu da olsa, o da olsa, biz Türkiyəyə belə bir düşüncəylə yaxınlaşmayacağıq. İstədiyiniz qədər təhrik edin. Nə edirsiniz edin, ey Amerika!" desin. "Türkiyəylə heç bir zaman belə bir şeyə girməyəcəyik, başqa sözünüz varmı?" desin. Amerikan dərin dövlətini çox hirsləndirər. Onların oyununu başlarına keçirsinlər. Bir İsrail, iki Türkiyə. Heç bir şəkildə qəbul etməsinlər. İstədikləri qədər təhrik etsinlər. Qəbul etməsinlər.
Allah PKK-ya qarşı Türk dövlətinin edə bilməyəcəyi bir əks-partizan sistemi meydana gətirdi
Onlar Allahın yaratdığı bir gücdür. Əlbəttə ki, təsdiq etmirik, amma PKK-ya qarşı Allah Türk dövlətinin edə bilməyəcəyi bir əks-partizan sistemi meydana gətirdi. Normalda partizan döyüşünə qarşı, əks-partizan lazımdır. Bir çox müasir ölkə elə edir. Amma biz etmərik, əlbəttə ki, bizim ənənəmizə uyğun deyil. Din mövzusunda da çox ziddiyyət meydana gələ bilər. Harama girmə ehtimalları olur. Yəni bu iş çətindir. Amma normalda partizanın haqqından əks-partizan gəlir. Çünki o qanuna, hüquqa uymursa, onun qarşısında da qanuna, hüquqa uymayan bir sistem tarazlıq yaradar. Cəmil Bayık çıxdı deyir ki; "Biz partizan fəaliyyəti edirik. Nizami qüvvətlər bizimlə bacara bilməz" deyir. Elmi baxımdan doğrudur. Bacarmamaq deyil, amma çətin olar.
İŞİD-in çəkildiyi yerlərə PKK-nın yerləşməyəcəyinə dair Amerika bizə söz verməlidir
Bəzi şəxslərin PKK-ya yer vermə məqsədi varsa, təəssüflər olsun. Amerikan dərin dövləti bizə söz versin. İŞİD oradan çəkildikdə ora PKK-ya imkan verməyəcəklərinə dair, o bölgənin tamamilə Türkiyə idarəsində olacağına dair söz versinlər. Yer vermək məqsədiylə etmədiklərinə dair and içsinlər, söz versinlər. Əksini etsələr, özlərinin alçaq olduqlarını söyləsinlər ki, üzlərinə rahat tüpürə bilək.
Türkiyənin əsl düşməni İŞİD deyil PKK-dır
PKK bütün cənub-şərqi işğal edib. İşğal vətənin içində var. İŞİD Türkiyənin bir bölgəsini işğal etsə, yer yerindən oynayar. PKK işğal edib, amma səsləri çıxmır. Həm də bütün sərhəd xəttimizi işğal etdilər; 600 kilometr sahədir. Yenə kimsənin səsi də çıxmır. Hətta AFAD buradan onlara, PYD-nin olduğu yerə kömək göndərir. Orada xalqdan insanlar da var, amma anarxist, terrorist, iti küçüyü da var. AFAD mənim pulmu gedib orada paylayır. Mən haram edirəm. Sivil kürd qardaşlarımıza halal olsun. Onları götürüb gətirək. Onsuz da orada vətəndaş yoxdur. Orada ins-cin top oynayır. Ora xarabadır. "Orada məktəb açaq" deyirlər. "Kitabxana..." Xarabadan başqa bir şey yoxdur. Daş -daş üstündə qalmayıb. Orada uşaq yox, insan yox, kimsə yoxdur. Orada PYD-nin tüklü, qılçıqlı anarxistləri, terroristləri var. Nə kitabxanası? Adamlar əlində silahla gəzirlər.
İŞİD açıq-aydın "Biz Türkiyəylə döyüşməyəcəyik" dedi. "Türkiyəyə düşmən deyilik" dedi. Amma PKK, "Mən düşmənəm" deyir. "Səninlə döyüşəcəyəm" deyir. Və "Müstəqil bir dövlət quracağam" deyir. İŞİD Türkiyə üçün elə bir şey demir. Buna susanlar da utanacaqlar. Çox ayıb edirlər.
Məsələn, müsəlmanlar bombalanır, İslam yazıçıları, "Əlinizə sağlıq" deyirlər. Müsəlman qanı gedir, Müsəlman qanı tökülür. Hara əlinə sağlıq? PKK-nı da tərifləyirlər. Bunların bəsirətləri bağlandı. Bunlara bir şey oldu. Bunlar deyərkən müəyyən qrupdurlar.
(Türkiyə ilə Amerika arasında İŞİD-lə mübarizə daxilində olan razılığa görə, koalisiya ölkələrinin insanlı və insansız hava ünsürlərinin Türkiyədəki əsaslarda konuşlandırılmasına təsdiq verildi. Həm də hərəkatlarda Türk Hava qüvvələri ünsürləri də eyni məqsədlə vəzifələndiriləcəyi açıqlandı.)
Bu çox böyük bir iztirab, çox böyük bir çöküntü, çox böyük bir fəlakətdir. PKK Türkiyəni işğal edəcək heç bir problem çıxmayacaq, sərhədlərini işğal edəcək heç bir problem çıxmayacaq. Orada məsələn, bir terror qrupu deyək, bütün dünya müsəlman ölkələri birləşəcəklər, havadan müsəlmanları bombalayacaqlar, buna da Türkiyə icazə verəcək! Bu hökumətin üzərinə böyük bir günah olar. Yeddi cəddinə günah olar. Müsəlmanlar bunu unutmaz. Görünüşü çox ürküdücüdür.
(Türkiyə sərhəddə fiziki təhlükəsizlik sistemi quracağını açıqladı. 911 kilometrlik sərhəd xəttində kameralı müşahidə xətləri, ikiqat toxunmuş məftil kimi təfərrüatları olacaq, inteqrasiya sərhəd təhlükəsizlik sistemi qurulacaq. Bu divar və inteqrə sistem mühacirlərə maneə olma məqsədiylə deyil, qaçaqçılıq və terroristlərin girişinə mane olmaq məqsədiylə tikilir.)
Bölgədə belə bir səddə ehtiyac var, amma əsl fikri mübarizəylə nəticələndirmək... Səddi tikəcəksən, amma səddin bu tərəfindəki adamlar onsuz da PKK-lıdırlar. Yəni çöldəkindən daha çox terrorist bu tərəfdə var. Türkiyənin cənub-şərqi tamamilə PKK-nın işğalı altındadır. O səddin bir faydası olmaz. Mənəvi sədd olsa, təsirli olar. Yəni imani, Qurani. Türkiyə cümhuriyyəti gecə-gündüz Darvinizmi orta məktəbdə, liseydə, universitetdə öyrətsə, körpə beyinlərə, "Siz palçıqlı sulardan təsadüfən yaradıldınız, atanız mikrobdur, mikrob soxulcana çevrildi, soxulcan da qurbağaya çevrildi, qurbağa da primata çevrildi, primat da meymuna çevrildi, meymun da insana çevrildi" desən yer- göy kommunistlə dolar. Bacara bilməzsən. Yəni o sədlərlə filan olmaz. O sədlərin heç bir faydası olmaz. Boş işlərdir.
İmani səd, Qurani cəhd, iman həqiqətləri, imanlı gənclik, milli gənclik yetişdirilməlidir. Yəni şüurlu, milli düşüncəni müdafiə edən, milli ağılı, milli şüuru yaxşı bilən gənclər yetişdirilməlidir. Məsələn, milli şüur dərsi deyə dərs verilə bilər. Orada Darvinizmin etibarsızlığı, kommunizmin etibarsızlığı izah edilə bilər.
PKK-nın məhvi, pərişan edilməsi fərzi-ayndır. Hamısını qulağından tutub həbsə atacağıq.