A9 tv, 22 may 2015-ci il Xoş söhbətlər
Səmimi möminlər az sayda da olsalar müvəffəqiyyətli, üstün və qalib olurlar
“Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı...” (Əhzab surəsi, 25). Deməli, inkar edənlərdə müsəlmanlara qarşı kin və hirs olur. Bu münafiqlərdə də vardır, kafirlərdə də vardır. Münafiqlər gizlədərlər, mümkün qədər sezdirməməyə çalışarlar, amma onların ağzından daşar. Küfr daha açıqdır, o cəhətdən onlar üstündür. Yəni münafiqin dərəcəsi gizlədiyi üçün daha ağır olur. Çünki kafir açıq göstərir kinini, hirsini, gizləmir. Müsəlmanın özünü qoruma imkanı olur. Amma münafiq gizləyib, hiyləgərlik edib müsəlmanın özünü müdafiə etmə səddini qırmış olur, müdafiə etməsinə imkan tanımamış olur. Ona görə münafiqin aşağı düşmə dərəcəsi çox şədiddir. Esfel-i safilin ən aşağı. Allah “qəzəbli olduqları halda geri qaytardı” deyir. Yəni Allahın hikməti, bir möcüzə olaraq, müvəffəqiyyətli ola bilmirlər. Amma müşriksə, kafir müvəffəqiyyətli olar onda. Bəla olaraq çünki, Allah onları, onların üzərinə salır. Allah “Bəzilərini bəziləriylə dəf etməsi olmasaydı yer üzündə fitnə olardı” deyir. Məsələn, indi müşrik olan müsəlmanlara Allah kafirləri müsəllət edir, kafirlərə də müşrik olan müsəlmanları müsəllət edir. Ağılasığmaz bir şiddət, terror, dəhşət dünyanı bürümüşdür. Belə olduqda, təbii, məzlum müsəlmanlar da əzilmiş olur. Allah “ ... və onlar heç bir xeyirə nail olmadılar...” deyir. Küfr üçün möcüzə olaraq xeyir heç bir zaman üçün olmur. Bu bir Quran möcüzəsidir. “ ...Döyüşdə Allah möminlərə kifayət etdi...”. Bu da bir möcüzədir. Möminlər bir ovuc olur; amma üstün olurlar, küfr bir şey edə bilmir. “... Allah Qüvvətlidir, Qüdrətlidir.” (Əhzab surəsi, 25) Əgər diqqətlə baxılsa bu bir möcüzədir. Allahdan möcüzə gözləyənlər bunu görə bilərlər. Həqiqi möminlər müvəffəqiyyətli, üstün və qalib olur. Çox hücuma uğrayır; amma qarşı tərəf müvəffəqiyyət əldə edə bilmir. Mömin mütləq qalib olur. "Hizbul qalibin" ayədə "Allah hizbi qalib olandır" deyir.
Təbii ki, mömin imtahan verir, çətinliklə qarşılaşır. Çünki imtahan verməsə o, möminə yaraşmayacaq bir vəziyyət olar. Allah bunu etməkdən münəzzəhdir. Yəni möminə yaraşmayacaq bir vəziyyət yaratmaqdan münəzzəhdir. Mömin çünki imanla yaraşıqlı olur, imtahanla gözəl olur. İmtahan qalxdımı Allah əsirgəsin mömin məhv olar. Yəni heç bir çətinliklə qarşılaşmırsa heç bir savab qazanmır deməkdir. Nə olacaq? İmtahana gəlmiş. Allah deyir onun üçün, "Daha əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən dərhal cənnətə girəcəyinizimi sandınız?" deyir. Elə bir şey olmaz.
“...Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!...” (Bəqərə surəsi, 249)
Bu da Quran möcüzəsidir. Az bir birlik necə məğlub edə bilər? Məğlub edir! Yəni fiziki mənada da məğlub edir, zehni, fikri mənada da məğlub edir.
Münafiqlərin çox ağılsızca bəhanələri vardır
Şeytandan Allaha sığınıram. “Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izn istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13) Münafiqlə biz daim qarşılaşırıq. Hələ də qarşılaşırıq. Münafiqin çox murdar, ağılsızca bəhanələri vardır. Bilirsən, amma söyləsən mənfi təsirləndiyi üçün söyləmirsən. Söyləməyincə də o, sənin hiss etmədiyini zənn edir. "Həqiqətən, evlərimiz açıqdır". Ev, ailə həmişə münafiqlər ondan istifadə edərlər. Ana, ata, yəni müqəddəs olan şeyləri istifadə edirlər. Evləri açıq qalıbmış. Peyğəmbərlərin evi yoxdurmu? Digər möminlərin evi yoxdurmu? Sənin evin açıq qalmışsa, digər möminləri məhv edəcəklər. Orada sənin öz evini düşünəcək halın varmı? Nə qədər müsəlman varsa, hamısını məhv edəcəklər. Öz evini də oraya götürüb gələcəksən. Deyilmi? Müsəlmanları qurtaracaqsan. Sən eqoistcəsinə öz evini və özünü qurtarmağın dərdini çəkirsən. Olarmı elə şey? Şəhidlər, bizim aslanlarımız, "Mənim evim əhəmiyyətli, mənə nə?" demədilər. Aslan kimi o mübarək canlarını gedib Allaha təslim etdilər və şəhid oldular.
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)
Allah tam klassik, insanların beyninə saldığı şeyləri sayır. Amma ölümü də xatırladır.
Münafiqlər “Bu istidə döyüşə çıxmayın!” ...”(Tövbə surəsi, 81) deyirlər.
Ağıla bax! Yaxşı istini başa düşdüm. Orada müsəlmanları məhv edəcəklər. İstidə lap uzağı huşunu itirəcəksən, təzyiqin qalxar, yaxud başın fırlanar. Orada uşaq-muşaq bütün müsəlmanları məhv edəcəklər. Orada mütləq ölüm var, məhv var, böyük iztirab-ağrılar var. O əhəmiyyətlidir, yoxsa sənin istidən başının fırlanmasımı əhəmiyyətlidir? Münafiq çox ağılsızdır. Öz fikrincə o dəlillə çox güclü bir şərh etdiyini zənn edir. Halbuki oradakı məntiq çox asandır. Aydın olmayacaq bir məntiq deyil.
“Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. ...” deyə buyurur Rəbbimiz. (Tövbə surəsi, 42)
Fədakar olmamaq çox böyük bir vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, suriyalı məzlumlar. Təbii ki, o bizə iqtisadi bir yük gətirir, çətinlik gətirir. Fəda olsun. Uşaq-muşaq məhv olacaqlarına, işgəncə çəkəcəklərinə, ağrı-acı çəkəcəklərinə, bizim pulumuzdan getsin. Xeyr, bizə çətinlik də gətirə bilər; gətirsin. Yetər ki, o canlar gözəl olaraq yaşasınlar. Yəni Əsədin əlinə verib niyə doğratdıraq? Əsəd deyərkən, onun edəcəyi də bir şey deyil. Suriya dərin dövləti edir. Onu xaricdən götürüb gətirdilər, o, onsuz da belə işlərdən anlamaz. Simvolikdir. Qardaşı onun azğındır, yəni qardaşı azğın qatildir. Dərin dövlət işçiləri çox azğındırlar.
“... Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər...” (Ali İmran surəsi, 154)
Münafiqlərin canı özlərinə çox şirindir.
“ Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!” – deyildi.” (Tövbə surəsi, 46)
Oturdu da ona sevinir. Sonunda qardaşım qışqıra-qışqıra ölürsən. Ağılını başına yığ. Allahın nifrətini qazanmış olursan, Allahın buğzunu qazanmış olursan. Allah Özünün çox sevilməsini istəyir. İnsanların bu halı Allahın xoşuna gəlmir. Bax davamlı Quranın haradasa 80-90%-i insanlara təhdid və Allahın onlara qarşı sitəmidir. Məsələn, Allah deyir: "Belə etsəm bu pulları verməzsiniz, zəkat verməzsiniz." deyilmi?